ƏSRƏ BƏrabər biR İLİn salnaməSİ



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə153/153
tarix15.07.2018
ölçüsü1,94 Mb.
#55918
1   ...   145   146   147   148   149   150   151   152   153

çevrildi. 
Ali  Sovetin  sədri  bildirdi:  “Bizdə  məlumat  var  ki,  təyyarənin  hazırlanması  üçün  əvvəlcədən 
göstəriĢ  verilmiĢ  və  iki  istiqamətə  -  Naxçıvana  və  Ġstanbula  uçmaq  nəzərdə  tutulmuĢdur”. 
(MarĢrutun “haçalı” olmasında sirli heç nə yoxdu - bu, prezident mühafizəsinin gördüyü adi 
ehtiyat tədbiriydi).  
H.Əliyev  televiziya  çıxıĢında  prezidentin  səlahiyyət  və  məsuliyyətini  öz  üzərinə  götürmək 
istəməsinin “zərurətdən yarandığını” söylədi. 
Milli Məclisdə, mən deyərdim ki, ən gözlənilməz xəbəri dövlət katibi Əli Kərimov verdi. O, bu 
gün prezidentlə üç dəfə danıĢdığını və onun istefa vermədiyini, eyni zamanda, “hər zaman, 
lap  elə  bu  saat  Bakıya  qayıtmağa  hazır  olduğunu”  ona  söylədiyini  bəyan  etdi.  (Elə  onun 
Bakıya  qayıtmasının  qarĢısını  almaqçün  tezliklə  Naxçıvandakı  prezident  təyyarəsi  uçuĢa 
yararsız  hala  salındı).  Əli  Kərimov  prezidentin  Bakıdan  getdikdən  sonrakı  durumunu  belə 
açıqladı:  “prezident  dilemma  qarĢısında  qalıb  -  ya  qardaĢ  qanının  axıdılmasına  səbəb  olan 
tədbirlərə əl atmalı, ya da siyasi danıĢıqlar yolu tapmağa nail olmalıdır”. 
Bu  çıxıĢında  sonralar  çox  sevdiyi  və baĢqalarına  da  sevdirməyə  çalıĢdığı  “qaçmaq”  ifadəsini 
qətiyyən  iĢlətməyən  və  prezidentin  adını  yetərincə  nəzakətlə  çəkən  Heydər  Əliyev  onunla 
telefonla  danıĢmasından  söz  açarkən  dedi:  “O,  ĠġĠ  OLDUĞU  ÜÇÜN  DOĞMA  KƏLƏKĠ 
KƏNDĠNƏ GEDĠB və indi də oradadır”. 
Heydər  Əliyev  prezident  Əbülfəz  Elçibəyin  Bakıdan  getməsinin  səbəbləri  içərisində  bunu  da 
göstərdi  ki,  Müdafiə  Nazirliyinin  rəhbərliyi  iyunun  17-sində  (16-sında  -  Ə.T.)  axĢam  xüsusi 
qərar  qəbul  edib  ki,  S.Hüseynovun  tərəfdarları  Bakıya  girərsə  ordu  silahlı  müdaxilənin 
qarĢısını  almaqda  iĢtirak  etməyəcək,  qardaĢın  qardaĢa  güllə  atmasına  razı  olmayacaq.  (19 
iyunda  Kələkidəki  mətbuat  konfransında  Bəy  bildirdi  ki,  H.Əliyevin  dediyi  qərarı  Müdafiə 
Nazirliyi hərbi kollegiyasının qəbul etməsi fikri yanlıĢdır - onu Rəhim Qazıyevin müdafiə naziri 
olduğu vaxt ora gətirdiyi bir qrup zabit yığıĢaraq qəbul edib). 
Prezidentin hələlik yumruq kimi birləĢmiĢ siyasi opponentləri camaatı çaĢdırmaqçün ən çirkin 
yalanlara əl atmaqdan belə çəkinmirdilər. Məsələn, Etibar Məmmədov “ermənilərlə vur-tut 2-
3 kilometr  arası olan  (?!) Kələki  kəndindəki” Elçibəyin  köməkçün  baĢqa dövlətlərə  müraciət 
etdiyini söylədi (Əli Kərimov bunun yalan olduğunu bildirdi). 
Müzakirələri yekunlaĢdıran Heydər Əliyev qeyd etdi ki, “vəzifənin, səlahiyyətin kimdə olması 
əsas  məsələ  deyil”.  Niyə?  Əliyev  bunun  səbəbini  soyuqqanlılıqla  açıqlayır:  Onsuz  da, 
“S.Hüseynovla  danıĢıqlar  olub,  yenə  də  olsa  səmərəsiz  qalacaq.  Çünki  onun  tələbi  qətidir  - 
prezident ELÇĠBƏY ĠSTEFA VERMƏLĠDĠR”. 
Sən  demə,  H.Əliyevi  nəzakətli  olmağa  məcbur  edən  bu  məsələymiĢ!  Görünür,  o,  Elçibəyin 
“xoĢluqla” istefa verəcəyinə hələ umud bəsləyirmiĢ!  
Ancaq Elçibəy niyə istefa verməliydi ki? Məgər milyonlarca insan onu prezident seçmiĢdi ki, o, 
kimlərinsə  hədə-qorxusuna  görə  bu  vəzifəni  onlara  bağıĢlasın?  Məgər  o,  yeni  dövlət,  yeni 
cəmiyyət  yaratmaqçün  bir  il  gecəsini  gündüzünə  ona  görə  qatmıĢdı  ki,  kimlərəsə  onun 
qurduqlarını  dağıtmağa  icazə  versin?  Nəhayət,  məgər  onun  kürsüsü  uğrunda  bir-birinin 
boğazını  üzməyə  hazırlaĢan  S.Hüseynovla  H.Əliyevin  döyüĢü  baĢlanmıĢ  və  bu  döyüĢün 
qalibinin əli yuxarı qaldırılmıĢdı ki?.. 
Ancaq  Bəy  istefa  verməsə  də bir qədər sonra  prezident  səlahiyyətlərinin  müəyyən  hissəsini 


H.Əliyev verməyə məcbur oldu.  
ARTIRMA 
«-Yeri gəlmiĢkən, prezidentlik səlahiyyətlərinizin müəyyən hissəsini də Heydər Əliyevə özünüz 
vermiĢdiniz axı?
 
-Mən  kənddə  olarkən  barıĢıqçün  prezident  səlahiyyətlərimin  müəyyən  hissəsini  Ali  Sovetin 
sədrinə  verməyi,  müəyyən  hissəsini  də  prezidentdə  saxlamağı  məqsədəuyğun  saydım. 
DüĢündüm  ki,  ikimiz  birlikdə  iĢləyərək  Azərbaycanı  bu  bəlalardan  çıxara  bilərik.  Amma 
Əliyevin  hakimiyyət  iĢtahı  o  qədər  dərinləĢdi  ki,  bununla  razılaĢmadı  və  yerdə  qalan 
səlahiyyətləri  də  tam  qanunsuz  olaraq  mənimsədi  və  sonra  da  dediyim  qayda  üzrə 
hakimiyyəti  bütövlükdə  qəsb  etdi.  Məhz  bu  səbəbdən  də  AXCP  və  Müsavat  onun 
hakimiyyətinin legitimliyini indiyədək tanımayıb
». 
 
(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - «Elçibəylə 13 saat üz-üzə», Bakı, 1999, s.72-73).  
ABġ  Dövlət  Departamenti  18  iyunda  Azərbaycandakı  vəziyyət  haqqında  bəyanat  verdi. 
Burada deyilirdi: 
“Etibarlı mənbələrdən alınan məlumata görə, Azərbaycan prezidenti Elçibəy 
respublikanın  paytaxtı  Bakı  Ģəhərini  tərk  etsə  də  Azərbaycan  ərazisindədir.  O,  istefa 
verməmiĢ, öz səlahiyyətlərinin icrasını hökumət adamlarından heç kəsə həvalə etməmiĢdir.
 
[...]  Prezident  Elçibəy  Azərbaycanın  demokratik  yola  seçilmiĢ  prezidenti  olaraq  qalır.  Biz 
Azərbaycanın  bütün  liderlərini  ölkənin  problemlərinin  demokratik  yolla,  Ģəxsiyyətlərin  fərdi 
azadlıqlarına tam əməl etməklə həlli istiqamətində əməkdaĢlığa çağırırıq”.
 
Bunun  ardınca  ABġ-ın  dövlət  katibi  Uorren  Kristofer  də  prezident  Əbülfəz  Elçibəyə  məktub 
göndərdi (tarixi bilinmir; 22 iyunda “Azərbaycan” qəzetində dərc edilib). Kristofer yazırdı:  
“Mən prezident Klintonun adından Azərbaycanda demokratiyanı və demokratik yolla seçilmiĢ 
prezident kimi Sizi dönmədən dəstəklədiyimizi bəyan etmək istəyirəm.
 
Biz son iki həftədə Azərbaycanda yaranmıĢ böhranı çox dərin narahatlıqla izləyirik. Bildiyiniz 
kimi,  biz  həm  VaĢinqtonda,  həm  də  Bakıda  bir  neçə  açıq  bəyanat  verərək  bütünlüklə 
demokratik və bazar iqtisadiyyatına keçid istiqamətində aparılan islahatları, xüsusilə də Sizin 
hökuməti müdafiə etdiyimizi bildirmiĢik.
 
[...]  Biz  Rusiyaya,  Gəncədə  qoyub  getdiyi  və  hazırda  qiyamçılar  tərəfindən  istifadə  olunan 
hərbi texnika və silahla əlaqədar narahatlığımızı xüsusi olaraq bildirmiĢik.
 
Bizə məlumdur ki, Sizin vəziyyətiniz çox ağırdır və vəzifənizin ağırlığı məhz indi Sizi daha çox 
sıxır.  Buna  baxmayaraq  biz  təkidlə  Sizi  öz  prezident  səlahiyyətlərinizdən  və  əhali  arasında 
mənəvi nüfuzunuzdan istifadə edərək Azərbaycanda demokratik islahatları davam etdirməyə 
çağırırıq”.
 
Məncə,  bu  sənədlər  Rusiyanın  kefinə  dəyməmək  xatirinə  onun  Elçibəyi  Kələkiyə  necə 
qovduğuna qıraqdan soyuqqanlılıqla tamaĢa etmiĢ ABġ hökumətinin özünü tarixi qınaqlardan 
sığortalamasıyçün yazılmıĢdı və məqsəd Elçibəyi yox, məhz ABġ-ın nüfuzunu qorumaqdı.  
Bu  sənədlərdəki  xoĢagəlimli  diplomatik  təsəllinin  Elçibəyçün  artıq  bir  qara  quruĢluq  faydası 
yoxdu. Amerika tipli tam demokratik bir dövlət quran (buna ABġ-ın zərrəcə Ģübhəsi yoxdu) 
Elçibəy iqtidarının ayaq üstündə dayana bilməsiyçün ona vaxtında təsirli maddi-siyasi yardım 
göstərməməsi  bir  yana  dursun,  bu  iqtidarı  ermənilərlə  və  Rusiyayla  yola  getmədiyinə  görə 
907-ci  düzəliĢlə  cəzalandırmıĢ  ABġ  hökumətinin  səmimiliyinə  Ģəxsən  mən  özümü  heç  cür 


inandıra bilmirəm.  
AXCP sədri Əbülfəz Elçibəy 1998-də “Amerikanın səsi” radiosundan gəlmiĢ kökcə Azərbaycan 
türkü  olan  bir  müxbir  xanıma  ABġ-ın  və  Avropa  dövlətlərinin  o  zaman  Azərbaycan 
demokratiyasına  kömək  edəcəklərinə  sadəlövhcəsinə  inandığını  və  bu  inamın,  sən  demə, 
əbəs  yerə  olduğuna  əmin  olarkən  özünü  qınadığını  söyləyəndə  Əbülfəz  bəyin  ozamankı 
durumu gözlərim önündə canlandı və açığını deyim ki, ilk dəfə olaraq ona yazığım gəldi (bu 
ifadəyə görə ruhu günahımdan keçsin), ürəyim göynədi…  
"QƏTĠYYƏT QAN TÖKMƏKLƏ ÖLÇÜLMƏZ" 
Bəli,  Qərb  demokratiyasının  onu  baĢa  düĢəcəyinə  və daim  dəstəkləyəcəyinə,  onu  Rusiyanın 
cənginə verməyəcəyinə ürəkdən inanan Əbülfəz bəy bu üzdən də çağdaĢ ġərqdə bəlkə də ən 
ardıcıl  və  ən  səmimi  bir  demokrat  dövlət  baĢçısıydı  və  zordan,  «dəmir  əl»dən  uzaq,  yalnız 
ƏDALƏT'ə və QANUNUN ALĠLĠYĠ'nə söykənən bir cəmiyyət qurmaq sınağı apardı. Alınmadı. 
Ġndi də çoxları düĢünür ki, Elçibəy gərək əzəydi, tutduraydı, qıraydı… 
KeçmiĢ  dövlət  müĢaviri  Arif  Hacıyev:  «Əbülfəz  bəy  Xalq  hərəkatında  da  idarəedən  bir 
rəhbərdi, prezident olanda da bu iĢ metodundan istifadə edirdi. O, insanlar arasında müxtəlif 
sahələr üzrə iĢ bölgüsü  aparır, kadrlara inanır, onlara səlahiyyətlər verir və ümumi nəzarəti 
həyata keçirirdi. Məncə, onun həm Xalq hərəkatının lideri, həm Xalq Cəbhəsinin sədri, həm 
də  Azərbaycanın  prezidenti  kimi  uğurlarının,  yəni  hamı  tərəfindən  lider  kimi  qəbul 
olunmasının  əsas  səbəblərindən  biri  məhz  onun  belə  idarəçiliyə  üstünlük  verməsidir,  çünki 
Elçibəy  açıq  bir  cəmiyyət  yaratmağa  çalıĢırdı  və  onun  dövründə  təĢəbbüskarlığa  olduqca 
geniĢ  meydan  verilirdi.  TəĢəbbüskarlıqsa  adətən  həmiĢə  inkiĢafa  səbəb  olur.  Mən  hesab 
edirəm  ki,  Elçibəyin  seçdiyi  yol  tamamilə  düzgündü  və  onun  hakimiyyətinin  devrilməsinin 
səbəbini demokrakliyində axtarmaq yanlıĢlıqdır».  
Bir çox siyasi rəqiblərisə prezidenti demorkratiklikdə yox, məhz qətiyyətsizlikdə ittiham edir. 
Buna Bəyin öz münasibətini öyrənmək istədim:  
«-Bəy, istər Siz iqtidardaykən, istərsə də iqtidardan gedəndən sonra, məncə, eyni mərkəzdən 
idarə  edilən  qüvvələr  ictimai  rəyə  inadla  bu  fikri  aĢılamağa  çalıĢıb  ki,  Elçibəy  qətiyyətsizdir, 
onu idarə edirlər, o, qərar qəbul etməyə qadir deyil və s. 
 
Siz  "qətiyyətli"  olsaydınız  Azərbaycanda  Əfqanıstan  və  ya  Tacikistan  qarĢıdurması  yarana 
bilərdimi, yaxud Sizin Ģəxsi taleyinizdə də Zviad Qamsaxurdia, ya da Cövhər Dudayev faciəsi 
təkrarlanardımı? Yoxsa tamam baĢqa bir ictimai-siyasi durum yaranardı?
 
-Birincisi,  "qətiyyət"  anlayıĢının  meyarlarını  müəyyənləĢdirmək  lazımdır.  Qətiyyət  hansı 
anlarda olur, haçan olmur? Bir var gedirsən döyüĢə, ordunu da batırırsan. Bu nə qətiyyətdir? 
Belə ağılsız qətiyyət kimə lazımdır? Bir də var ki, ordunu vaxtında geri çəkdin, sağ saxladın, 
məhv olmağa qoymadın və sonradan yenidən döyüĢə hazırladın. Sənin haqqında düĢmənlərin 
"geri çəkildi", "qorxub qaçdı" deyəcəklər, ancaq "qorxub qaçdı" sözünün üstündən aĢmaqçün 
də qətiyyət lazımdır - gərək onu götürə biləsən. Səni hər yerdə söyəcəklər, dözülməz mənəvi-
psixoloji  əzab  verəcəklər,  səni  "qorxaq"  adlandıracaqlar,  amma  hünərin  var,  götür  bunları 
boynuna, get və siyasəti düzgün həll elə. Mən "Qamsaxurdia qətiyyəti"ylə hərəkət etsəydim - 
Azərbaycanı  vətəndaĢ  müharibəsinə  salıb  özüm  də  ölsəydim  o  qətiyyətə  siz  necə  qiymət 
verərdiniz? Bu, qətiyyətdirmi? Xalqımı qurban verəcəyəm ki, qətiyyətliyəm?!
 
Ġnsanların  beynində  hərdən  belə  psixoloji  an  yaranır  ki,  filankəs  qətiyyətli  deyil;  məsələn, 
Fransanın prezidenti Jak ġirak qətiyyətli adam deyil, ancaq Səddam Hüseynə söz ola bilməz. 


Bir  çoxlarının  düĢüncəsinə  görə,  diktatorlar  qətiyyətlidir  -  Lenin  qətiyyətlidir,  Stalin 
qətiyyətlidir,  Hitler  qətiyyətlidir,  Mussolini  qətiyyətlidir.  Kim  baĢ  kəsib  adam  öldürübsə  o, 
qətiyyətli  sayılır.  Yox,  heç  də  belə  deyil.  Qətiyyətlilik  odur  ki,  sən  hər  cür  əzab-əziyyətdən 
keçərək xalqın xoĢbəxtliyi uğrunda sonadək çalıĢasan! Burada bəzən sən öz Ģəxsiyyətini də 
qurban  verməli  olursan  -  sənin  Ģəxsiyyətin  itir,  xalqın  vahid  ruhunda  əriyir.  Doğrudan  da 
qətiyyətlisənsə  sənin  haqqında  hər  Ģey  deyiləcəyini  gözünün  qarĢısına  alıb  özünü  ümumi 
məqsəd yolunda qurban verməyi bacarmalısan.
 
Məsələn, götürək sufiləri. Onların qətiyyəti olmayıb? Nə qədər əzablara, iĢgəncələrə dözərək 
bir tikə çörəklə yaĢayıblar, "rizq Allahdandır" deyiblər. Əksinə, dünyanın ən qətiyyətli adamları 
onlardı  -  haqqın  yoluyla  gediblər.  Onlar  öz  Ģəxsiyyətlərini  önə  çəkməyiblər.  Kimdi  onlar? 
Təsəvvür edin ki, bir sufi dərviĢ bütün ölkəni gecə-gündüz gəzərək oxuyur: "Ya haqq", "ya 
haqq", "ya haqq"... Onun özünün heç nəyi yoxdur - çöldə gəzir, xarabalarda yatır, ac-susuz 
qalır, ancaq dönmədən haqqı insanların beyninə yeridir. Ġndi demək olarmı ki, o, qətiyyətsiz 
adamdır?!  Əksinə,  çox  qətiyyətlidir.  O,  baĢ  kəsmək  yox,  haqqı  anlatmaq  istəyir.  Kim  də 
haqqı çox sevirsə, haqqı daha çox müdafiə edirsə qətiyyətli adam odur! 
 
Qətiyyətli adamlar imperatorlar deyil. Mənə ordu verin, gedim kimisə əzim. Buna nə var ki, 
hamı  edər.  Qətiyyət  qan  tökməklə  ölçülməz.  Gəncədə  tərksilah  edilməli  500  adam  -  bir 
batalyon  vardı.  Onları  topla  elə  yatdıqları  yerdəcə  batırmaq  olardı.  Bəs  sonra  bunu  hansı 
haqqa  yazacaqdıq?  Xalqa  necə  izah  edəcəkdik?  Bu  500  adamın  içərisində,  deyək  ki,  30-u 
günahkardı. Qalanları əmrə tabe olub. Onları qırandan sonra özümüzə necə, hansı adla haqq 
qazandıra bilərdik?! Mən, doğrusu, buna cavab tapa bilmirəm. 
 
Cinayətkarı tapıb onun özünə cəza vermək lazımdır. Surət Hüseynovu həbs etməkçün gərək 
bir  300  nəfəri  qıraydıq;  axı  o  300  nəfərin  günahı  yoxdu!  Bəs  bu  qiyam  sonradan  böyüyüb 
vətədaĢ  müharibəsinə  çevriləndə  nə  etməli?  Mən,  Qamsaxurdianı  bacarıqlı  adam 
sayıram. Böyük Ģəxsiyyətdi - gürcü xalqının azadlığı uğrunda dönmədən mübarizə 
aparıb.  Amma  vətəndaĢ  müharibəsində  qətiyyətli  ola  bilməzsən.  VətəndaĢ 
müharibəsində  qətiyyətlilik  dəlilikdir.  Öz  əsgərini  öldürmək,  öz  vətəndaĢını  öz 
vətəndaĢına  qırdırmaq,  üstəlik,  qıran  vətəndaĢa  Milli  Qəhrəman  adı  da  vermək 
xəstə insanın psixologiyasıdır.
 
Tutaq ki, mən lap əmr verdim, deyək 500 nəfər 500 nəfərlə vuruĢdu. 100 nəfər bu tərəfdən, 
200 də o tərəfdən qırıldı. Qalib gəldik. Amma bu qırılanın hamısı Azərbaycan xalqının övladları 
deyilmi?! Bu, aksiomdur - insan ağlının, milli Ģüurun ən inkaredilməz aksiomudur ki, vətəndaĢ 
müharibəsinin qalibi olmur, qurtardı! Kim özünü qalib sayır saysın! VətəndaĢ müharibəsinin 
qətiyyətlisi olmur! Kim özünü qətiyyətli sayır saysın!..
 
Dövlət  baĢçısı  öz  qətiyyətini  ölkəsinin,  dövlətinin  içində  -  öz  vətəndaĢlarına  yox,  çölündə  - 
düĢmənlərinə göstərməyi bacarmalıdır!
».
 
(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - «Elçibəylə 13 saat üz-üzə», Bakı, 1999, s.73-75).  
Qətiyyətlilik mövzusunda yarım il sonra bir də belə söhbət etdik: 
«…Bu, Rusiyanın qabaqcadan diqqətlə hazırladığı geniĢ bir əməliyyat idi. Doğrudur, ola bilsin 
ki,  o,  iyulda,  yaxud  sentyabrda  baĢ  verəydi,  ancaq  hökmən  olmalıydı.  Rusiyanın  və  Ġranın 
qüvvələri,  hakimiyyət  hərisliyi  gözlərini  örtmüĢ  içimizdəki  xəyanətkarlar  bizim  əleyhimizə 
birlikdə fəaliyyət göstərirdilər. Bu birləĢmiĢ qüvvəyə qarĢı durmaq imkansızdı. Ola bilərdi ki, 
biz  qiyamı  yatıraydıq,  ancaq  bu,  bir  mərhələ  olacaqdı.  Bundan  sonra  qiyamın  daha  təsirli 


ikinci  mərhələsi  gələcəkdi.  [Təsadüfi  deyil  ki,  həmin  ərəfədə  Ağdama  da  ciddi  hücum 
gözlənilirdi. Bu, bir]. 
 
Ġkinci  tərəfdən,  Azərbaycanın  tarixində,  təvazökarlıqdan  nə  qədər  uzaq  olsa  da,  deməyə 
məcburam  ki,  özümdən  qətiyyətli  prezident  tanımıram.  Mənədək  heç  bir  dövlət  baĢçısı 
Azərbaycandan  70  minlik  rus  qoĢununu  çıxara  bilməyib.  Qətiyyət  budur!  Heç  bir  prezident 
vəzifəyə  keçən  kimi  millətə,  onun  dilinə  Stalinin  yasaq  etdiyi  öz  "türk"  adını  qaytarmayıb, 
əlifbanı  dəyiĢdirməyib,  ən  müxtəlif  sahələrdə  (təhsil,  səhiyyə,  mədəniyyət,  iqtisadiyyat, 
maliyyə, ordu, dövlət quruculuğu, xarici siyasət və b.) ciddi islahatlar aparmağa bu cəsarətlə 
giriĢməyib. 
 
Təkcə  rus  qoĢunlarının  ölkədən  çıxarılması  bir  prezidentin  hakimiyyəti  üçün 
kifayətdir,  halbuki  biz  bu  iĢi  bircə  ildə  gördük.  Ġndi  Qəbələdə əhalini  qırıb  məhv 
edən  RLS  var,  orada  cəmisi  500  rus  əsgəri  qalıb;  buyursun  Heydər  Əliyev,  onu 
çıxarsın  və  qətiyyətli  prezident  olduğunu  xalqa  sübut  etsin.  Halbuki  biz  o 
stansiyanın  məsələsini  artıq  həll  etmiĢdik  və  1993-üncü  ilin  oktyabr  ayında  onu 
Azərbaycandan  götürəcəkdik.  Bəlkə  elə  bilirlər  ki,  biz  bunun  törədəcəyi  nəticələrdən 
xəbərsiz idik? Qətiyyən yox! Çox gözəl bilirdik ki, ruslar bu qətiyyəti bizə bağıĢlamayacaqlar, 
ancaq bizi hakimiyyətimizi yox, istiqlalımızı qorumaq düĢündürürdü!
 
Ümumiyyətlə,  mən  hadisələrə  dar  məhəlli  mövqedən  yanaĢmağın  əleyhinəyəm.  Birdəfəlik 
baĢa dəĢməliyik ki, Surət Hüseynov kimi xırda adamlar dövlət çevriliĢi edə bilməzlər. Bu cür 
hadisələrin  arxasında  dünyanın  böyük  dövlətlərinin  maraqları  dayanır  və  onlar  istədikləri 
ölkədə  qarıĢıqlıq  sala  bilirlər.  Məgər  Gürcüstanda  Z.Qamsaxurdia,  Çeçenistanda  C.Dudayev, 
Tacikistanda  müxalifət  baĢçıları  məhv  edilmədilərmi?  Gördüyünüz  kimi,  Rusiyadan  yavaĢ-
yavaĢ  ABġ-a  üz  çevirməyə  baĢlayan  Ter-Petrosyan  elə  günə  düĢdü  ki,  bircə  həftə  də 
inadkarlıq  göstərsəydi  hərbçilər  onu  süpürüb  atacaqdılar  və  ölkədə  vətəndaĢ  müharibəsi 
baĢlanacaqdı, ancaq o, bizim baĢımıza gələnlərdən ibrət dərsi götürdü. 
 
Hər  halda,  1993-üncü  il  iyun  hadisələrinə  yenidən  boylanarkən  mən  prezident  kimi 
fəaliyyətimi  bütünlüklə  bəyənir  və  xalqımı  labüd  vətəndaĢ  müharibəsindən  qurtarmağımı 
həyatımın  ən  Ģərəfli  səhifələrindən  sayıram.  Bir  daha  təkrarlayıram  -  mən  istiqlalımızı 
hakimiyyətdən üstün tutdum!». 
 
("Mən  istiqlalımızı  hakimiyyətdən  üstün  tutdum!".  Əbülfəz  Elçibəylə  onun  mətbuat  katibi 
Ədalət Tahirzadənin söhbəti. -“Azadlıq” qəzeti, 20 iyun 1998). 
Elçibəy  qətiyyətliydimi,  qətiyyətsizdimi  -  bütün  bu  oxuduqlarından  sonra  cavab  verməyi 
oxucunun öz ixtiyarına buraxıram. Ancaq bu söhbətləri professor Vaqif Sultanlının bir fikriylə 
yekunlaĢdırıram: 
«Elçibəy adi bir insan, Ģəxsiyyət deyildi. O, Tanrının bizlərə göndərdiyi elçi, 
peyğəmbər  idi. Tanrı onu  Yer üzünə  göndərmiĢdi ki,  mənəviyyatı talanmıĢ,  özünü,  kimliyini 
unutmuĢ,  tarixi  qürurunu  itirmiĢ,  ikiyə  parçalanaraq  xırdalanmıĢ  xalqımıza  yol  göstərsin. 
Ancaq  çox  sevdiyi  bizlər  Vətənin  nicatının  Elçibəydə  olduğunu  anlamadıq»
.  («Savalanda 
görüĢənədək, Bəy!». Bakı, 2000, s.121).  
***
 
Bəli,  arxasında  böyük-böyük  dövlətlərin  dayandığı  düĢmənlərinin  ordu-ordu  irəli  cumduğu, 
döyüĢ  meydanında  onu  tək  qoymuĢ  dostlarının  dəstə-dəstə  geri  qaçdığı,  dövləti  qorumağı 
tapĢırdığı  generalların  və  baĢqa  dövlət  adamlarının  satqın,  fərsiz  və  qorxaq  çıxdığı, 
demokratik dəyərlərə və müstəqillik idealına hələ yiyələnməmiĢ və “dəmir əl” eĢqiylə  alıĢıb-


yanan  soydaĢlarının  “mənə  nə?”  deyərək  soyuqqanlılıqla  üz  döndərdiyi  prezident  Əbülfəz 
Elçibəy hakimiyyətdən getməyə məcbur oldu. 
 
«-Xüsusi  sifariĢlə  öncə  Ali  Sovetin  iyundansonrakı  sessiyalarında,  sonra  Nizami 
Süleymanovun,  Karaulovun  çıxıĢlarında,  Az.TV-nin  daha  çox  Nizami  Xuduyev  dönəmindəki 
teleittihamlarında Sizə qarĢı insanın Ģərəf və ləyaqətini alçaldan, təhqir edən amansız və heç 
bir əxlaq ölçülərinə sığmayan təbliğat kampaniyası aparılırdı (bu təbliğat son vaxtlar əvvəlki 
quduzluğunda olmasa da indi də kəsilməyib). Sözsüz ki, bunların hamısından xəbəriniz vardı. 
…Bu iftira və təhqirlərə necə dözürdünüz...? 
 
-Bu mübarizə yolu çox ağır yoldur, həm də Ģərəfli yoldur. Ġkisi də var. Ona görə ağırdır ki, 
döyüləcəksən, söyüləcəksən, təhqir olunacaqsan, öləcəksən, asılacaqsan. Ona görə Ģərəflidir 
ki,  nə  qədər  incidilsən  də  haqq  yolunda  olduğuna  görə  seviləcəksən.  Əgər  Ģərəfə 
yiyələnirsənsə  zəhmət  çəkib  o  təhqirləri  də  qəbul  etməlisən  -  onlar  da  sənindir!  ġərəfi, 
hörməti  qazanmısan,  on  minlərcə  adam  səni  salamlayır,  milyonlarca  adam  səni  sevir,  adını 
məhəbbətlə çəkir. Bəs döyüləndə, söyüləndə niyə Ģikayətlənməlisən? 
 
…Bir də ki, bu dözüm təkcə məndə görünməyib ki. …Məgər mən Əhməd Cavaddan, Hüseyn 
Caviddən  artıq  oğulam?!  Ġndi  yox  ha,  lap  tutulmamıĢdan  qabaq  deyirdim  bu  sözü. 
DüĢünürdüm  ki,  Hüseyn  Cavid  Stalin  kimi  bir  dünya  diktatorunun  qarĢısında  baĢ  əymədi, 
hətta  həyatını  qurtarmaq  naminə  də  varsa  öz  əsərlərində  onun  adını  bir  dəfə  də  çəkmədi, 
hamı neftdən, pambıqdan, kolxozdan yazan vaxt o, əqidəsini dəyiĢməyərək "Əmir Teymur"u, 
"Peyğəmbər"i, "SəyavuĢ"u... qələmə aldı, qorxmadan gözlədiyi Sibir buzlaqlarındakı ölümüsə 
Ģirin bir Allah neməti kimi qəbul elədi! Cavidi gedərgəlməzə yollayaraq ondan sonra da 40-50 
il  yaĢayıb  fəxri  adlar  alanlar,  döĢlərini  orden-medallarla  dolduran  əqidəsizlər,  hər  əmrə, 
göstəriĢə müti fırfıralarsa cismani yoxluqlarıyla eyni zamanda mənəvi ölümə də düçar oldular 
- unuduldular. Cavidsə əqidədən dönməmək naminə cismani mövcudluğunu qurban verərək 
əvəzində peyğəmbərlərə nəsib olan Ģərəfli əbədiyyət qazandı! 
 
…Mən  də  Hadinin,  Cavidin,  Cavadın  yolunu  seçmiĢdim  deyə  həmiĢə  ağrı-əzaba  düĢəndə 
onları oxuyurdum, özümə təskinlik tapırdım. 
 
…Bu  mübarizə  yolu  gediləcək  -  o,  ərənlər  yoludur,  ərənlər  gedəcək.  Mən  də  getməsəm 
minlərcə gedən tapılacaq. Bəli, bu yolu gedə bilmirsənsə, getmək istəmirsənsə getmə, çəkil 
dur qıraqda, get alimliyini elə, bir tikə çörəyini qazan, ancaq gedəcəksənsə unutma ki, yolun 
hökmən  bu  əzabların  içindən  keçəcək!  Bax,  buna  görə  də  həmin  təhqirləri  təbii  qarĢılayır, 
onları söyləyənlərdən əsasən incimirəm
». 
 
(Ə.Elçibəyin  Ə.Tahirzadə  ilə  söhbətindən.  -  «Elçibəylə  13  saat  üz-üzə»,  Bakı,  1999,  s.106-
107). 
Hakimiyyət kürsüsünü paytaxtda qoyub gəlmiĢ Azərbaycan prezidenti Əbülfəz Elçibəy doğma 
Kələki  kəndində  düz  4  il  4  ay  sürən  əzici  və  üzücü  bir  hicrət  yaĢadı.  Bu  isə,  inĢallah,  artıq 
baĢqa kitabın mövzusudur. 
21 mart 1999 - 6 aprel 2001.
 

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə