ƏSRƏ BƏrabər biR İLİn salnaməSİ



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə148/153
tarix15.07.2018
ölçüsü1,94 Mb.
#55918
1   ...   145   146   147   148   149   150   151   152   153

sui-qəsd planı” adlandırır) yatırtmalıydı, busa VƏTƏNDAġ MÜHARĠBƏSĠ deməkdi. Bəyi ən çox 
qorxudan da məhz qardaĢ qırğınıydı, çünki onun son məqsədləri Bəyə bəlliydi. Buna görə də 
öz sözləriylə desək, səngəri tərk etdi ki, qarĢı tərəf də istər-istəməz vuruĢdan imtina etməli 
olsun.  
Ġkincisi,  ultimatumu  ultimatum  dalınca  göndərən  surətçilər  AXC-nin  gücüylə,  ya  da  baĢqa 
vasitəylə  hətta  məğlub  edilsəydilər  (bu  imkan  hələ  əldən  verilməmiĢdi),  yaxud  onlarla 
barıĢmaq  mümkün  olsaydı  da  (bu  ehtimal  sıfra  yaxındı,  çünki  Surətin  “xozeyin”ləri  buna 
qətiyyən  imkan  verməzdilər)  artıq  parlament  sədri  kürsüsündə  əyləĢmiĢ  H.Əliyevin 
Naxçıvandan  Bakıya  turist  gəzintisinə  gəlmədiyini  Bəy  hamıdan  yaxĢı  bilirdi.  H.Əliyevlə  “dil 
tapıb”  iĢləməksə  (Ġlahi,  günahımdan  keç!)  onun  Ģərtlərini  tam  qəbul  etməklə  (özü  də,  çox 
qısa  müddətə)  mümkündü,  busa  Bəyin  mənəvi  ölümü  demək  olardı,  çünki  H.Əliyevin  Ali 
Sovetin  sədri  (əslində  dövlətin  gerçək  baĢçısı),  E.Məmmədovun  baĢ  nazir  olduğu,  güc 
qurumlarına  faktik  rəhbərlikdən  uzaqlaĢdırılmıĢ  və  öz  komandası  olmayan  prezidentin  bu 
durumla razılaĢmasını onun mübarizə yoldaĢları, söz yox ki, ona heç vaxt bağıĢlamazdılar. 
Surətçilərlə bacarmaq məsələsinə gəlincə, Əbülfəz bəylə jurnalist BöyükkiĢi Heydərli arasında 
bununla bağlı belə söhbət gedib: 
“[Ə.Elçibəy] - Əgər mən bilsəydim altı rayon əldən çıxacaq, bir milyon insanımız qaçqın taleyi 
yaĢayacaq, heç vaxt hakimiyyətdən getməzdim.
 
[B.Heydərli] - Bəs nə edərdiniz? 
 
[Ə.Elçibəy]  -  Sonradan  Heydər  Əliyevin  ləğv  etdiyi  32  batalyonun  10-nu  ayırıb  qiyamçıların 
üstünə göndərərdim”
 (“Yeni Müsavat”, 17.04.1999). 
Üçüncüsü, qiyamçılarla (Əliyevgillə də) saziĢə girmədən Bakıda qalmaqçünsə o mütləq istefa 
verməliydi  ki,  buna  da  qətiyyən  razı  ola  bilməzdi.  Hətta  Kələkiyə  gedəndən  və  gerçək 
hakimiyyətdən  tam  məhrum  olandan  sonra  da  Bəy  istefa  vermədi  və  onu  ürəkdən  istəyən 
bəzi  insanlar  içərisində  də  bu  hərəkəti  məntiqsizlik  kimi  dəyərləndirənlər  oldu,  ancaq  Bəy 
doğru qərar çıxardığına əmindi.  
Maraqlıdır  ki,  Məmmədəmin  Rəsulzadəyə  pərəstiĢ  edən  və  özünü  onun  yolunun  davamçısı 
sayan  Əbülfəz  Elçibəy  1920-nin  28  aprelində  Cümhuriyyət  parlamentinin  hakimiyyəti 
bolĢeviklərə rəsmən (müqaviləylə) təslim etməsinə onun razılıq verməsini tarixi yanlıĢlıq sayır, 
çünki  bununla  Azərbaycanın  müstəqilliyini  Rusiyanın  məhv  etməsinə  qanuni  don  geydirildi, 
halbuki  ictefa  verməmiĢ  Pribaltika  dövlətləri Rusiyanın  onları iĢğal  etməsi  haqqında  aramsız 
olaraq  iddia  qaldıraraq  Qorbaçov  dönəmində  müstəqilliklərinin  BƏRPASINA  hamıdan  qabaq 
nail  oldular  və  bütün  dünya  bu  qanuni  mübarizədə  onları  dəstəklədi.  Elə  bu  düĢüncəyə 
söykənən Əbülfəz bəy hakimiyyətdən devrilsə də istefa vermək fikrini prezidentlik müddətinin 
lap  sonunadək  yaxına  buraxmadı.  (Ancaq  Bəyin,  məsələn,  Nəcəf  Nəcəfov  kimi  ən  xeyirxah 
dostlarından da bəziləri Elçibəyin istefa verməsini daha doğru hərəkət sayırdılar). 
Dördüncüsü, Gəncədəki inanılmaz məğlubiyyətlər seriyasından sonra silahdaĢlarının çoxu onu 
tərk  etmiĢdi.  Məndə  olan  məlumata  görə,  istefa  verəndən  sonra  Prezident  Aparatına  Ġsa 
Qəmbər  də,  Pənah  Hüseynov  da  ikicə  dəfə  gələrək  prezidentə  baĢ  çəkmiĢdilər.  BaĢçısız 
Nazirlər  Kabineti  Ģahsız  arı  pətəyinə  dönmüĢdü,  güc  qurumları  da  həm  Bakıda,  həm  də 
yerlərdə  hakimiyyətdən,  demək  olar  ki,  üz  döndərmiĢdi,  Ali  Sovet  tamam  əldən  çıxmıĢdı, 
Prezident  Aparatı  boĢalmıĢdı  -  bir  çox  ən  mühüm  vəzifəli  Ģəxslər  iĢ  yerində  tapılmırdılar, 
rayonlarda da hakimiyyət boĢluğu yaranmıĢdı. Xatırlatmaq istərdim ki, Rusiya prezidenti Boris 


Yeltsin  də  həmin  1993-ün  oktyabrında  Əbülfəz  Elçibəyin  iyundakı  durumuna  düĢmüĢdü, 
ancaq  onun  siyasi  komandasının  dünənki  üzvləri,  hamısı  istefada  olan  Qaydar,  Burbulis  və 
Poltoranin ilk andan Ağ evə gedib prezidentin yanında bulunaraq ona mənəvi-psixoloji dayaq 
oldular və Yeltsin əsasən onların hazırladığı planlarla ittifaqpərəst kommunistləri darmadağın 
etdi...  
O zaman (elə indinin özündə də) Elçibəy iqtidarına tutulan ən böyük iradlardan biri də budur 
ki,  4 iyundan  sonra  dövlət  müĢaviri Arif  Hacıyev  iĢ yerində ya  ümumiyyətlə olmayıb,  ya da 
çox  az  olub  və  bu  məhz  onunla  iĢləyən  rayon  icra  baĢçılarının  Surətin  qiyamçı  qüvvələrinə 
qarĢı  səfərbər  edilməməsiylə  nəticələnib.  Arif  bəylə  bu  məsələni  aydınlaĢdırdıq.  Fikrimcə, 
yalnız keçmiĢ dövlət müĢavirinin Ģəxsi fəaliyyətinə yox, ümumiyyətlə, qiyam çağındakı ölkəiçi 
durumla bağlı bir çox faktlarla zəngin olduğuna, bəzi qaranlıq məsələlərə aydınlıq gətirdiyinə 
görə dövlət müĢavirinin söylədiklərini burada geniĢliklə verməyi faydalı saydım.  
«4  iyunda  gündüz  təxminən  saat  10-11-də  iĢdə  olduğum  vaxt  Gəncə  icra  hakimiyyətinin 
ozamankı baĢçısı Elxan Qədimov mənə zəng vurub dedi ki, Ģəhər qarnizonunda atıĢma gedir. 
Mən  dərhal  baĢ  nazir  Pənah  Hüseynovu  axtardım.  Dedilər  ki,  o,  Daxili  ĠĢlər  Nazirliyindədir. 
Mən DĠN-lə əlaqə yaradaraq Gəncədə nə baĢ verdiyini soruĢdum. O bildirdi ki, qiyamçı hərbi 
hissəylə  hökumət  qüvvələri  arasında  atıĢma  gedir.  Bunadək  mənim  4  iyunda  Gəncədə 
nəyinsə baĢ verəcəyindən həqiqətən xəbərim olmayıb. 
Gəncəylə  müntəzəm  əlaqə  saxladım.  Həmin  saatlarda  bir  neçə  dəfə  təhlükəsizlik  nazirinin  i 
müavini  Sülhəddin  Əkbərlə,  baĢ  prokuror  Ġxtiyar  ġirinovla  (onlar  Gəncədəydilər)  danıĢaraq 
oradakı vəziyyəti öyrəndim. 
4 iyunda təxminən saat 14-də özüm də Gəncəyə yola düĢdüm. Ancaq bundan qabaq Daxili 
ĠĢlər Nazirliyinə  getdim, orada Ali  Sovetin sədri Ġsa  Qəmbər,  baĢ nazir Pənah  Hüseynov  və 
daxili  iĢlər  naziri  Abdulla  Allahverdiyevlə  görüĢdüm.  Bildirdim  ki,  mən  Gəncəyə  gedib 
prosesləri  normallaĢdırmağa  çalıĢacağam.  Bu  vaxt  artıq  bəlliydi  ki,  bəzi  dövlət  əhəmiyyətli 
obyektlər tutulub və dövlət adamları girov götürülüb.  
Dəlməmmədliyə kimi getdim, orada məni postda saxladılar. Hökumət qüvvələri bildirdilər ki, 
Gəncəyə  giriĢ  mümkün  deyil.  Onu  da  deyim  ki,  mən  Gəncəyə  yollanmazdan  öncə  Tərtərin 
icra  hakimiyyətinin  baĢçısı  Sərdar  Həmidovla  və  Goranboyun  icra  hakimiyyətinin  baĢçısı 
MaĢallah Abdullayevlə danıĢaraq onların nüfuzu altında olan batalyonların döyüĢ bölgəsində 
olmayan hissələrinin bu prosesə cəlb edilməsiylə bağlı tapĢırıq vermiĢdim.  
AxĢamtərəfi  Dəlməmmədlidən  Goranboya  getdim.  M.Abdullayev  və  S.Həmidov  da 
oradaydılar.  Mənim  qarĢımda  ölkənin  prezidenti  və  Ali  BaĢ  Komandanı  Əbülfəz  Elçibəyin 
qoyduğu  tapĢırığa  -  Gəncə  qiyamının  lokallaĢdırılması  və  onun  Gəncənin  hüdudlarından 
kənara çıxmaması üzrə iĢə Goranboy rayon icra hakimiyyətində baĢladım. Təbii ki, mülki Ģəxs 
kimi  mənim  bu  məsələdə  çətinliklərim  vardı,  ancaq  oradakı  adamlar  göstəriĢlərimi  yerinə 
yetirirdilər.  
Zazalıda  -  Gəncənin  çıxacağında  post  qurmaq  və  Gəncədən  qiyamçı  qoĢunların  bu  tərəfə 
gəlməsinin  qarĢısını  almaq  istiqamətində  verilən  tapĢırıq  yerinə  yetirildi.  Bir  müddət  sonra 
daxili qoĢunun nümayəndələri də Goranboya gəldi və Zazalıda post quruldu.  
Ġyunun 4-ündən 7-sinə kimi Goranboyda oldum və çox təəssüf ki, dəfələrlə təkid etməyimə 
baxmayaraq oraya hərbi qurumların, yaxud DĠN-nin yüksək rütbəli heç bir Ģəxsi gəlmədi. Mən 
bununla bağlı həm prezidentlə, həm parlamentin sədriylə, həm də baĢ nazirlə (xüsusən baĢ 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə