ƏSRƏ BƏrabər biR İLİn salnaməSİ



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə149/153
tarix15.07.2018
ölçüsü1,94 Mb.
#55918
1   ...   145   146   147   148   149   150   151   152   153

nazirlə)  bir  neçə  dəfə  danıĢmıĢam  ki,  bu  qüvvələrə  nəzarət  etməyə  orada  hərbçi  lazımdır. 
Ancaq,  sən  demə,  Surət  Hüseynova  rəğbət  bəsləyən  bir  sıra  batalyonlar  o  zaman  elə 
Goranboyun  özündə  yerləĢdiyinə  görə  bundan  çəkinən  bəzi  hərbi  rəhbərlər  ora 
gəlməmiĢdilər.  
Ayın 6-sında gecə parlamentin sədri Ġsa Qəmbər telefonla mənə bildirdi ki, Goranboyda sənin 
həyatınçün  ciddi  təhlükə  yaranıb  və  girov  götürülməyinə  Surət  Hüseynovun  qərargahında 
göstəriĢ verilib. O, mənə tövsiyə etdi ki, sənə basqın olsa ya vuruĢ öl, ya da qaç, ancaq əsir 
düĢmə. Bildirdim ki, mən sarıdan narahat olmayın - əsir düĢməyəcəyəm.  
Həmin  gün  prezident  göstəriĢ  verdi  ki,  Zazalıdakı  post  Dəlməmmədliyə  çəkilsin  -  təxminən 
15-20 km Gəncədən aralı, Goranboya tərəf, Gəncə-Yevlax yolunda. QoĢunlar ora çəkiləndən 
sonra  bildirildi  ki,  Surət  Hüseynovla  danıĢıqlar  gedir.  Gəncəyə  komissiya  göndərilib, 
komissiyada ağsaqqallar var. Razılıq əldə olunub və Gəncədəki girovlar buraxılacaq.  
QoĢunlar  Dəlməmmədliyə  çəkiləndən  sonra  daha  mənim  orada  qalmağıma  ehtiyac  yox  idi. 
Ancaq buradakı qoĢunlar arasında çaĢqınlıq yaranmasın deyə Goranboyda qalmıĢdım. Mənə 
Bakıya qayıtmaq tapĢırıldı, ancaq bu göstəriĢə əməl etmək istəmədim, çünki xüsusilə orada 
fəaliyyət  göstərən  batalyonların  komandirləri,  eləcə  də  həm  Tərtərin,  həm  də  Goranboyun 
icra baĢçıları mənim getməyimi arzulamırdılar. Mən prezidentlə əlaqə saxladıqda o, mənə əmr 
edərək bildirdi ki, Bakıya qayıtmalısan.  
Mən ayın 7-si (ola bilər ki, 8-i) səhər Bakıya çatdım. Əbülfəz Elçibəylə səhər tezdən təxminən 
saat  5-6-da  onun  iqamətgahında  görüĢdüm.  Vəziyyət  haqqında  məlumat  verdim.  Eyni 
zamanda,  əmrlə  Bakıya  çağırılmağımın  səbəbini  öyrəndim.  Prezident  bildirdi  ki,  Gəncədə 
mitinqlər  gedir  və  mitinlərində  deyirlər  ki,  sən  ora  2.000-3.000-lik  qoĢun  gətirmisən,  buna 
görə də səni öldürmək, əsir almaq lazımdır. Gördüm ki, orada olmağın S.Hüseynov və onun 
adamlarında  qorxu  yaradır  və  bəlkə  də  sənin  gəlməyinlə  vəziyyət  sakitləĢə  bilər,  eyni 
zamanda sənin Ģəxsi təhlükəsizliyini də qorumaq istədim.  
8-9  iyunda  mən  parlamentin  iclaslarında  iĢtirak  etmiĢəm.  Onu  da  deyim  ki,  bütün  qiyam 
dövründə  Azərbaycanın  dövlətçiliyini  qoruyan,  ona  sədaqətli  qalan  əsas  qurum  məhz  icra 
hakimiyyətləri olub. O günlərdə istər hərbçilər, istər polis, istərsə də təhlükəsizlik orqanlarının 
yerli nümayəndələri Surət Hüseynovla telefon əlaqəsi yaradaraq ona sədaqət andı içirdilər və 
bu  haqda  bizə  geniĢ  məlumat  gəlirdi.  Bir  çox  yerlərdə  polis  icra  hakimiyyətinə  artıq  tabe 
olmamağa  baĢlamıĢdı.  Bununla  belə,  icra  hakimiyyətləri  (Gəncənin  özü  və  ətrafı  da  daxil 
olmaqla)  bütün  respublika  ərazisində  Azərbaycanın  dövlətçiliyini  qorumaq  uğrunda  çarpıĢan 
və Surət Hüseynova ən azı satılmayan yeganə dövlət qurumu olaraq iĢini davam etdirirdi. 
Yanılmıramsa,  ayın  12-sində  belə  bir  təĢəbbüs  oldu  ki,  S.Hüseynovun  Azərbaycanın  Ģimal-
qərb rayonlarına, o sıradan ġirvan bölgəsinə basqınının qarĢısı alınsın. Bununla bağlı Əbülfəz 
Elçibəylə  görüĢdüm  və  həmin  görüĢdə  Fərəc  Quluyev  də  iĢtirak  edirdi.  Təklif  etdim  ki,  ġıx, 
Navahı  tərəfdə  S.Hüseynovun  qarĢısının  alınması  xətti  götürülübsə  eyni  zamanda  onun 
Yevlaxdan  qərb  istiqamətdə  və  ġirvan  rayonları  istiqamətində  hərəkətinin  qarĢısını  almaq 
mümkündür  və  təklif  etdim  ki,  Fərəc  Quluyevlə  mən  həmin  rayonlarda  müdafiəni  təĢkil 
etməyə cəhd göstərək. Fərəc Quluyev bu məsələyə Ġsgəndər Həmidovun da cəlb edilməsini 
irəli  sürdü.  Mənim  təklifimlə  Fərəc  bəylə  birlikdə  Ġ.Həmidovun  evinə  getdik,  təklifimizi  ona 
çatdırdıq.  Ancaq  bu  məsələ  uzandı,  üstündən  bir  gün  keçdi,  getməyimiz  ləngidi.  Buna 
baxmayaraq,  ayın  12-sində  mən  yenə  də prezidentin  göstəriĢiylə  həmin  bölgəyə  getdim  və 
orada  müdafiənin  təĢkilinə,  eyni  zamanda  əhali  arasındakı  çaĢqınlığın  aradan  qaldırılmasına 


çalıĢdım.  Qəbələ,  Göyçay,  Ġsmayıllı,  ġamaxı  və  baĢqa  rayonlarda  oldum.  Ancaq  bizim 
sərəncamımızda  silahlı  qüvvələr  yox  idi.  Ordu  birləĢmələri  yalnız  Bakının  65  kilometrliyində 
post qurmuĢdular və ondan irəli getmək niyyətlində deyildilər.  
Ayın 15-də mən yenidən Bakıya qayıtdım və Heydər Əliyevin Ali Sovetin sədri seçildiyi həmin 
gün parlamentin iĢində iĢtirak etmədim - Əliyevin parlamentin sədri seçilməsi razılaĢdırılmıĢdı 
və razılığın olduğu halda gedib onun əleyhinə səs verməyimi düzgün saymadım.  
Həmin gün Prezident Aparatı qarĢısında keçirilən mitinqin əsas təĢkilatçılarından oldum, çıxıĢ 
etdim..  
Ayın  16-sında  ordu  siyasi  proseslərə  qatılmamaq  adı  altında  qərar  çıxararaq  əslində 
prezidentə  -  Ali  BaĢ  Komandana  tabelikdən  imtina  etdi  və  bundan  sonra  müdafiənin  təĢkili 
mümkünsüz  oldu.  Bu  iĢdə  Milli  Ġstiqlal  Partiyası  və  Heydər  Əliyevçi  qüvvələr  maraqlı  idilər. 
Çünki iyunun 16-sında Müdafiə Nazirliyində Rəhim Qazıyev, Etibar Məmmədov, Rəsul Quluyev 
və ġadman  Hüseynovun  iĢtirakı  ilə  tam  qanunsuz  bir hərbi Ģura  keçirilmiĢdi (bu  Ģəxslərdən 
heç  birinin  orada  iĢtirak  etmək  səlahiyyəti  yoxdu)  və  məhz  onların  səyi  nəticəsində  ordu 
əslində prezidentin nəzarətindən çıxmıĢdı.  
Ayın  16-sında  Prezident  Aparatında  gecə  saat  10-dan  sonra  müĢavirə  keçirildi.  Bu,  Əbülfəz 
Elçibəyin  prezident  kimi  keçirdiyi  son  müĢavirəydi.  Bu  yığıncaqda  H.Əliyev  artıq  Ali  Sovetin 
sədri kimi iĢtirak edirdi. MüĢavirəyə bütün müxalifət nümayəndələri də qatılmıĢdı. 
Ə.Elçibəyin  sədrlik  etdiyi  bu  məclisdə  bir  sıra  güc  nazirləri  və  yüksək  vəzifəli  məmürlar  söz 
deməküçün  Elçibəydən  yox,  H.Əliyevdən  icazə  alırdılar,  ona  müraciətlə  çıxıĢ  edirdilər. 
Elçibəyin bir yanında mən oturmuĢdum, obiri yanında H.Əliyev. 
Ayın  17-sində  -  Elçibəyin  son  iĢ  günündə  də  prezidentin  yanında  olaraq  onun  bütün 
tapĢırıqlarını yerinə yetirmiĢəm, birindən baĢqa - prezident mənə tapĢırmıĢdı ki, Hacı Vaqifin 
Gəncə ġəhər Ġcra Hakimiyyətinin baĢçısı təyin edilməsi haqqında fərman hazırlayım, mən bu 
fərmanı hazırlamayacağımı bildirərək Bəydən xahiĢ etdim ki, onu bu vəzifəyə təyin etməsin. 
Ancaq səlahiyyətim çərçivəsindəki digər bütün məsələlərə mən Prezident Aparatında rəhbərlik 
etmiĢəm.  
Ayın 17-sində Elçibəylə son görüĢümüzdə mən onun yanından çıxanda Heydər Əliyev, Etibar 
Məmmədov, Rəsul Quluyev və RövĢən Cavadov onun qəbuluna gəlmiĢdilər. Sonra bəlli oldu 
ki,  RövĢən  Cavadovu  Bəy  bu  görüĢə  buraxmayıb,  ancaq  mən  onu  da  prezidentin  qəbul 
otağında görmüĢdüm.  
17-sində gecəyə kimi iĢdə olaraq vəzifəmi yerinə yetirmiĢəm. Ġcra hakimiyyətləri, yerli ərazi 
idarə orqanları fövqəladə vəziyyətdə iĢləyirdi - aparatın da, demək olar ki, bütün iĢçiləri gecə-
gündüz  iĢ  yerindəydi.  Hansı  rayonda  hansı  hadisənin  baĢ  verməsi  haqqında  operativ 
məlumatlar  hətta  Milli  Təhlükəsizlik  Nazirliyindən  daha  çox  ərazi  idarəetmə  orqanları  ilə  iĢ 
müĢavirliyində toplanırdı.  
Ayın 18-də mən iĢ yerimə gəldim və gördüm ki, təĢviĢli əhval-ruhiyyə var. Gecə iĢdə qalmıĢ 
köməkçim  Vahid  Pərvizoğlu  məlumat  verdi  ki,  prezident  Bakıda  yoxdur  və  onun  Türkiyəyə 
getməsi haqqında  məlumatlar yayılıb.  Təbii ki, mən  bunu  Ģayiə  adlandırdım  və bildirdim ki, 
belə  Ģeylər  danıĢmağa  ehtiyac  yoxdur.  Bir  neçə  yerə  zəng  vurub  məsəlini  gerçəyini 
öyrənməyə  çalıĢdım.  ĠĢlər  idarəsinin  müdiri  Qiyas  Sadıqov  mənə  bildirdi  ki,  deyilənlər 
həqiqətdir - Bəy Bakıda deyil, ancaq o, Türkiyəyə yox, Naxçıvana gedib.  


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə