ƏSRƏ BƏrabər biR İLİn salnaməSİ



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə146/153
tarix15.07.2018
ölçüsü1,94 Mb.
#55918
1   ...   142   143   144   145   146   147   148   149   ...   153

Elçibəyin ikisini də qoruyub saxlamaq zəruriydisə ĠNDĠ onlardan (xüsusən onun da arxasında 
Rusiyanın  dayandığı  silahlı  Surətdən)  qurtulmaq  lazımdı  və  Əliyev  özü  onlarla  döyüĢəcək 
qədər sadəlövh deyildi...  
“Azadlıq”  qəzeti  17  iyun  tarixli  sayında  xəbər  verdi  ki,  dövlət  katibi  Ə.Kərimov  prezident 
Elçibəyin  baĢ  nazir  vəzifəsinə  namizədlərlə  danıĢıqlar  apardığını  bildirib.  Qəzet  mötəbər 
mənbələrə  əsaslanaraq  bunu  da  yazırdı  ki,  E.Məmmədov  hökumətə  rəhbərlik  etməyə  söz 
verib. (O.Qasımovun bildirdiyinə görə, E.Məmmədov baĢ nazir olmağa öncə razılıq versə də 
sonra imtina edib və bunun səbəbini durumun aydın olmamasıyla izah edib).  
KeçmiĢ  dövlət  müĢaviri  Arif  Hacıyev:  «1992-ci  ilin  may  hadisələri  zamanı  demokratik 
qüvvələrin Azərbaycanda hakimiyyətə gəldiyi dönəmdə Etibar Məmmədovun baĢ nazir olması 
məsələsi ilk dəfə müzakirə olunub. Bu müzakirələrdə Milli Ġstiqlal Partiyasını Nazim Ġmanov, 
Fuad  Ağayev  və Vaqif  Kərimov  (bəzən  Rəsul Quluyev  də qatılırdı),  Xalq  Cəbhəsi Partiyasını 
Pənah  Hüseynov,  mən  və  Qurban  Məmmədov  təmsil  edirdik  (bəzən  yekun  məsələlərə  Ġsa 
Qəmbər  də  qoĢulub).  E.Məmmədovun  nü-mayəndələri  baĢ  nazirə  böyük  səlahiyyətlər  tələb 
etdilər  -  Azərbaycanın  əsas  iqtisadi  qurumları,  güc  qurumları  bütövlükdə  baĢ  nazirə  tabe 
olmalıydı. Buna Əbülfəz Elçibəy razı olmadı. Mayın 16-sı, ya 17-sində parlament binasının 5-
inci mərtəbəsində Əbülfəz bəylə E.Məmmədovun təkbətək görüĢü oldu. Biz çöldə gözləyirdik. 
Qapıdan birinci E.Məmmədov çıxdı və getdi. Sonra Əbülfəz bəy çıxdı və dedi ki, baĢ tutmadı. 
KeçmiĢ  kommunist  nomenklaturası  nümayəndələriylə  danıĢıqlar  yalnız  bundan  sonra 
baĢlandı. 
SilahdaĢlarımın dediklərindən və mətbuatdan bilirəm ki, artıq bizim hakimiyyətin 
dövründə  bir  dəfə  Surət  Hüseynov,  Rəhim  Qazıyev,  Ġsgəndər  Həmidov,  ġadman 
Hüseynov,  Etibar  Məmmədov,  Ġsa  Qəmbər  və  Pənah  Hüseynovun  (orada, 
yanılmıramsa,  Tamerlan  Qarayev  də  olub)  iĢtirak  etdiyi  bir  məclisdə  (təxminən 
1993-ün  ilk  aylarında)  S.Hüseynov  E.Məmmədovun  baĢ  nazir  olmasının 
məqsədəuyğunluğu  barədə  fikir  bildirib  və  bu  məsələyə  o  vaxt  ciddi  yanaĢılıb, 
təklif olunub ki, bu heyət Əbülfəz Elçibəylə görüĢsün. Elə mənim yanımda Elçibəyə 
deyilib ki, bu adamlar Sizinlə görüĢərək bəzi məsələləri, o sıradan E.Məmmədovun 
baĢ  nazirliyi  məsələsini  müzakirə  etmək  istəyirlər.  Düzdür,  sonralar  R.Qazıyev 
dedi  ki,  bu  görüĢün  baĢ  tutmamasının  səbəbkarı  P.Hüseynovdur,  ancaq  dəqiq 
bilirəm ki, Əbülfəz Elçibəy həmin görüĢün keçirilməsini istəmədi.  
4  iyun  hadisələrindən  sonra  E.Məmmədovun  baĢ  nazir  təyin  edilməsi  haqqında  yenidən 
müzakirələr aparılıb. Prezidentinin tapĢırığıyla mən bu məqsədlə E.Məmmədovla iyunun 7-si, 
ya 8-ində görüĢərək (bu vaxt baĢ nazir Pənah Hüseynov artıq istefa vermiĢdi) hakimiyyətin 
Elçibəylə  E.Məmmədov  arasında  bölünməsini  ona  təklif  etmiĢ,  məsələnin  mahiyyətini, 
Azərbaycan hökumətinin, prezidentin mövqeyini E.Məmmədova açıqlamıĢam. Təbii ki, bunun 
əvəzində E.Məmmədovun qarĢısına Ģərtlər qoyulurdu. Ġlk və baĢlıca Ģərt buydu ki, o, Gəncədə 
baĢ verən qiyamı dəstəkləməsin və bu hadisəni birmənalı Ģəkildə qiyam adlandıraraq pisləsin, 
S.Hüseynova siyasi  dəstək  verməsin,  qiyamın  nəticələrini aradan  qaldırmaqda itĢtirak  etsin. 
E.Məmmədov bu təklifləri qəbul etməmiĢdi. 
Məsələ  burasındadır  ki,  ayın  7-sində  E.Məmmədov  qiyamı  açıq  Ģəkildə  dəstəkləməyə 
baĢlamıĢdı  və  təsadüfi  deyil  ki,  Surət  Hüseynovun  respublikanın  ərazisinə  yayılan  silahlı 
adamları  məhz  Milli  Ġstiqlal  Partiyasının  rayonlardakı  qərargahlarında  yerləĢirdilər.  Eyni 
zamanda Etibar Məmmədov ayın 7-si, ya 8-ində artıq öz tərəfdarlarına bütün ölkə ərazisində 


Azərbaycan hökumətinə qarĢı mitinqlərə baĢlamağı, dövlət rəhbərlərinin istefası tələbini irəli 
sürməyi  tapĢırmıĢdı.  Bizdə  olan  dəqiq  məlumata  görə  (düzdür,  bunu  istintaq  hələ  sübut 
etməyib), Milli Ġstiqlal Partiyasından hətta göstəriĢ verilib ki, harada imkan varsa hakimiyyəti 
ələ alın (Milli Ġstiqlal Partiyasının heç bir rayon Ģöbəsi bunu bacarmadı). Mitinqlər elə də uzun 
müddət sürmədi və cəmisi 5-6 rayonda toplaĢa bildilər. Parlament binası qarĢısında da mitinq 
keçirməyə  cəhd  etdilər;  E.Məmmədovun  azsaylı  tərəfdarları  Xalq  Cəbhəsinin  də  həmin  vaxt 
mitinq  keçirmək  niyyətindən  xəbər  tutanda  qaçıb  dağılıĢdılar.  Ancaq  Etibar  Məmmədov 
Əbülfəz  Elçibəyin  baĢçılıq  etdiyi  Azərbaycan  hökumətinin  yıxılmasından  ötrü 
əlindən  gələni  etdi.  Bütün  bunlara  baxmayaraq  E.Məmmədovun  baĢ  nazirliyi 
məsələsi son anadək gündəlikdən çıxmamıĢdı. Mən iyun ayının 16-sı, ya 17-sində 
prezidentin  stolu  üstündə  E.Məmmədovun  baĢ  nazir  təyin  edilməsi  barədə 
imzalanmamıĢ fərmanı görmüĢəm.  
Əbülfəz bəylə sonralar bu barədə söhbətim oldu. O bildirdi ki, Heydər Əliyev, Rəsul Quluyev 
və Etibar Məmmədov 17 iyunda onun yanında olarkən həmin fərman haqqında da müzakirə 
aparılıb  və  Elçibəy  bildirib  ki,  buradakı  adamların  hamısı  Azərbaycanın  eyni  bölgəsindən 
olduğuna görə onlardan birinin prezident, birinin parlamentin sədri, birinin baĢ nazir, birinin 
də  baĢ  nazirin  birinci  müavini  olması  cəmiyyətdə  anlaĢılmazlıq  və  ciddi  qarĢıdurma  yarada 
bilər. Bununla belə, Əbülfəz bəyin mənə dediyinə görə, bu müzakirə həmin gün qapadılmayıb 
və ertəsi gün (ayın 18-ində) davam etdirilməliymiĢ».  
N.Pənahov  sonralar  bildirirdi:  “Heydər  Əliyev,  Etibar  Məmmədov  və  Əbülfəz  Əliyev 
arasında  olan  məxfi  danıĢığın  audio  yazısı  söhbət  qurtarandan  bir  saat  sonra 
Surətin qabağında idi. Orada söhbət Surəti aldadaraq müdafiə naziri, Etibarı baĢ 
nazir,  Heydər  Əliyevi  isə  MM-in  sədri  qoymaq,  Əbülfəzi  isə  prezident  kimi 
saxlamaqdan  gedirdi”  (“Meydan”,  17-24.03.1999).  Yeri  gəlmiĢkən,  N.Pənahov  bunu  da 
xəbər  verir  ki,  “DTK  (Fəxrəddin  Təhməzovun  baĢçılıq  etdiyi  Milli  Təhlükəsizlik 
Nazirliyi - Ə.T.) ardıcıl və operativ Ģəkildə bütün informasiyaları Surətə çatdırırdı. 
O cümlədən də Əbülfəzin H.Əliyevlə apardığı danıĢıqları” (yenə orada). 
S.Hüseynov prezident istefa verməsə tabeliyindəki hərbi qüvvələrlə Bakıya gələcəyi haqqında 
17  iyunda  yeni  ultimatum  göndərdi.  H.Əliyev  onu  “sakitləĢdirmək”çün  telefonla  danıĢıqlar 
apardı və belə bir “güzəĢt” əldə edildi ki, Surət ultimatumun icra vaxtını bir gün də uzadır, bu 
Ģərtlə  ki,  prezident  HÖKMƏN  istefa  versin.  Çox  güman  ki,  H.Əliyev  danıĢıqların  nəticəsini 
prezidentə məruzə edərkən onu istefanın LABÜDLÜYÜNƏ inandırmağa çalıĢmıĢdı. 
Fikrimcə, bu günlərdə hadisələri ən operativ və obyektiv təhlil edən qəzet “Azadlıq”, ən doğru 
təhlil edən müxbirsə Bahəddin Həziyevdi. Onun xüsusən “Ə.Elçibəyin də, H.Əliyevin də xeyli 
problemləri  var”  məqaləsi  (“Azadlıq”,  17  iyun)  vəziyyətin  incələnməsi  baxımından  çox 
maraqlıdır.  Bahədin  bəy  haqlı  olaraq  soruĢur:  “Sual  doğur:  istər  Heydər  Əliyev,  istərsə  də 
müxalifət  Gəncəyə nəzarət  edənlərin  prezidentin  istefası barədə tələbinə  öz  münasibətlərini 
niyə  bildirmədilər?  Bəlkə  bu,  prezidentə  qarĢı  yaranmıĢ  təzyiq  mexanizmindən  sonadək 
faydalanmaq istəyənlərə lazımdır?”. 
Prezidenti  istefaya  göndərməyin  zorla  baĢ  tutmayacağı  təqdirdə  Bəyə  qarĢı  olan  qüvvələrin 
ĠMPĠÇMENT (prezidentin parlamentdə etimadsızlıq göstərilməklə vəzifədən kənarlaĢdırılması; 
H.Əliyev əslində impiçmentə bərabər tədbirlərə əl atdı - Ə.T.), DÖVLƏT ġURASI kimi ideyalar 
ortaya ata biləcəklərini söyləyən müxbir prezidentin parlamentdə manevr imkanlarını itirdiyini 
bildirir,  çünki,  B.Həziyevin  fikrincə,  oradakı  nəinki  kommunistlər,  hətta  dünənki  “demblok” 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə