ƏSRƏ BƏrabər biR İLİn salnaməSİ



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə147/153
tarix15.07.2018
ölçüsü1,94 Mb.
#55918
1   ...   143   144   145   146   147   148   149   150   ...   153

üzvləri  olan  R.Qazıyev,  E.Məmmədov,  M.Mütəllimov,  M.Məmmədov,  T.Əliyev,  F.BaxĢəliyev, 
S.Rüstəmxanlı və b. bütövlükdə və ya qismən hərbi müxalifəti dəstəkləyirdilər. 
Prezidentin  böhrandan  hələ  çıxa  biləcəyini  (axı  necə?!-Ə.T.)  ehtimal  edən  B.Həziyev  belə 
olarsa onun əsas diqqətini, çox güman ki, daxili siyasətə yönəldəcəyini göstərirdi. 
ÜÇLÜKLƏ GÖRÜġ 
Əbülfəz Elçibəy 17 iyunda - kabinetindəki sonuncu iĢ günündə saat 17 radələrində H.Əliyev-
R.Quluyev-E.Məmmədov üçlüyüylə görüĢdü. Onlar R.Cavadovun daxili iĢlər naziri qoyulmasını 
istəsələr də Bəy onun və adamlarının Surətin qiyamını dəstəklədiklərinə görə buna qətiyyən 
razılıq vermədi.  
ARTIRMA 
«-Kələkiyə  getməzdən  öncə  Heydər  Əliyev,  Rəsul  Quluyev  və  Etibar  Məmmədov  axĢam 
yanınıza gəliblərmiĢ. Onlar Sizə nə təklif edirdilər? 
 
-Təklif etdilər ki, daxili iĢlər naziri yoxdur, buna görə də vəziyyət xarabdır; naziri təyin et. Mən 
də  dedim  ki,  hələ  öz  adamımı  tapmamıĢam,  onun  haqqında  düĢünürəm.  Onda  Etibar 
Məmmədov  dedi  ki,  sənin  adamın  yoxdur,  amma  bizim  adamımız  var.  Həmin  adamın  kim 
olduğunu  soruĢduğum  zaman  Rəsulla  bir-birinə  baxıb  dedilər  ki,  bizim  adamımız  RövĢən 
Cavadovdur. Onlarla razı olub-olmadığını Heydər Əliyevdən soruĢanda cavab verdi ki, bunlar 
razıdırsa  mən  də  razıyam.  Mən  dedim  ki,  RövĢən  Cavadovun  qüvvələri  Gəncədə  Surət 
Hüseynova qoĢulub və qiyamda iĢtirak edib; bu adamı nazir qoya bilmərəm. Onda dedilər ki, 
qalsın,  sabah  danıĢarıq.  RazılaĢdım.  Ancaq  artıq  qət  etmiĢdim  ki,  Kələkiyə  gedəcəyəm
»

(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - «Elçibəylə 13 saat üz-üzə», Bakı, 1999, s.84-85).  
Ancaq  prezidentin  o  gün  imzaladığı  fərmanlarla  Abdulla  Allahverdiyev  daxili  iĢlər  naziri, 
Fəxrəddin  Təhməzovsa  milli  təhlükəsizlik  naziri  vəzifələrindən  azad  edildilər,  onların 
vəzifələrinin  icrası  uyğun  olaraq  RövĢən  Cavadova  və  Namiq  Abbasova  həvalə  edildi. 
Prezidentin  növbəti  fərmanısa  Vaqif  Vəliyevin  (Hacı  Vaqifin)  Gəncə  Ģəhərinin  icra 
hakimiyyətinin  baĢçısı  təyin  edilməsi  haqqında  oldu.  (Bu  fərmanlar  Gəncənin  tələbiylə 
verilmiĢdi). 
Bəy  artıq  duyurdu  ki,  onun  kürsüsü  uğrunda  H.Əliyevlə  S.Hüseynov  arasında  çox  tezliklə 
ölüm-dirim  savaĢı  gedəcək,  ancaq  bu  savaĢ  onun  ortadan  götürülməsindən  sonra  baĢ 
verəcək. 
Ölüm MəsələsĠ Heç Də Uydurma DeyĠldĠ 
Əbülfəz bəy cismani ölümdən heç vaxt qorxmayıb və neçə yol ölümün üstünə göz qırpmadan 
yeriyib;  silahdaĢları  dəfələrlə  bunun  canlı  Ģahidi  olublar.  Ancaq  o  bilirdi  ki,  ELÇĠBƏY  ölümü 
Azərbaycanda HÖKMƏN vətəndaĢ müharibəsi yaradar və düĢmənlərin indiyədək can atdıqları, 
amma gerçəkləĢdirə bilmədikləri arzuları çin olar. 
Yeri  gəlmiĢkən,  Bəyin  dəfnini  təĢkil  edəcək  komissiyanın  tərkibi  də  artıq 
müəyyənləĢdirilmiĢ və “ağsaqqal” akademik ona sədr qoyulmuĢdu; 18 iyunda bu 
komissiya iĢə baĢlamalıydı. 
Prezident Elçibəyin öldürülməsinin bir neçə variantı vardı.  
Birincisi,  Bakıda  kütləvi  iğtiĢaĢlar  törədiləcək  və  “basabasda”  prezident 
“qəhrəmancasına”  Ģəhid  olacaqdı.  Bu  məqsədlə  Bakıda  xüsusi  təyinatlı  hərbi 


dəstələr  də  yerləĢdirilmiĢdi.  KeçmiĢ  SSRĠ  məkanından  gətirilmiĢ  cinayətkar 
ünsürlər  də  bu  vaxt  Bakıda  toplanmıĢdı.  Onlar  iğtiĢaĢ  düĢən  kimi  Ģəhərdə 
talanlara baĢlayacaqdılar. Onlardan baĢqa, paytaxtda digər təxribatçı qüvvələr də 
yerləĢdirilmiĢdi  (sonralar  Çeçenistanda  prezident  olmaq  iddiasında  bulunan 
oğrubaĢı  və  quldurbaĢı,  Moskvanın  oyuncağı  Lobazanov  da  onların  arasındaydı). 
Ancaq  paytaxtda  iğtiĢaĢın  yaranması  Ģəxsən  H.Əliyevə  əl  vermirdi,  çünki  o, 
hakimiyyətinin  baĢlanğıcında  qan  düĢməsini  istəmirdi,  axı  bu  halda  hadisələrin 
sonrakı  inkiĢafının  necə  nəticələnəcəyini  də  indidən  müəyyənləĢdirmək  xeyli 
çətinləĢirdi. 
BaĢqa  variant  Elçibəyi  xarici  ölkələrdən  birinə  qaçırdıb  təyyarəsini  Bakıdan 
kənarda göydə partlatmaqdı. Bu plan, deyəsən, hərbçilərindi. Onlar 17-sindən 18-
inə  keçən  gecə  Naxçıvana  uçan  Bəyin  təyyarəsini,  yanılmıramsa,  Səngəçaldan 
vurmalıydılar  (sən  demə,  Bəyin  getməsindən  onlar  da  xəbər  tutubmuĢ),  ancaq, 
görünür,  Bəyə Allahın rəhmi gəlib  - təyyarəni vurmalı olan hərbçinin qulağından 
həmin  an  qan  açılıb,  o  özünə  gələndəsə  təyyarə  artıq  nəzarət  zonasından 
uzaqlaĢıb... 
Elçibəyi  məhv  etməyin  üçüncü  yolunusa  S.Hüseynov  açıqlayıb.  O,  1998-dəki 
məhkəməsində  demiĢdi:  “Həmin  vaxt  H.Əliyev  yanıma  adamlar  göndərirdi  ki, 
BUNLARI  məhv  etmək  lazımdır.  Deyirdim  ağzınıza  gələni  danıĢmayın  (?!-Ə.T.). 
Deyirdilər  sən  kömək  et,  Prezident  Aparatının  binasını  [təyyarədən 
bombalamaqda]  YERLƏ  YEKSAN  ELƏ,  gəlib  təzəsini  tikəcəyik”  (“Azadlıq”, 
04.11.1998).  (Çox  təəssüf  ki,  H.Əliyev  bu  fikrə  indiyədək  öz  münasibətini 
bildirməyib). 
17  iyunda  Avropa  Birliyi  üzvü  olan  ölkələrin  Azərbaycandakı  daxili  siyasi  böhranla  bağlı  bu 
məzmunlu  bəyanatı  qəbul  edilərək  yayıldı:  “Avropa  Birliyi  və  onun  üzvü  olan  ölkələr 
demokratik  yolla  seçilmiĢ  prezidenti  konstitusiyaya  zidd  yollarla  (öldürməklə  -  Ə.T.)  öz 
vəzifəsindən  uzaqlaĢdırmaq  təĢəbbüsünü  pisləməkdədir”.  Görünür,  bu  narahatlıq  Bəyin 
cismani  məhv  edilməsi  təhlükəsinin  gerçəkliyindən  irəli  gəlirdi  və  bəyanatı  hazırlayanlar 
Azərbaycanda hakimiyyətə yiyələnmək istəyən qüvvələrə xəbərdarlıq edirdilər. 
Doğrudur,  ĠNDĠKĠ  anda  Bəyin  ölümü  NƏZƏRĠ  və  MƏNTĠQĠ  baxımdan  Surətdən  daha  çox 
H.Əliyevə  sərf  edirdi,  çünki  prezidentin  yoxluğuyla  məhz  o,  avtomatik  olaraq  prezident 
səlahiyyətlərinin  icraçısına  çevrilirdi.  Ancaq  Ģəxsən  mən  Əliyevin  Elçibəyin  ölümünü 
istəməsinə inanmıram. Xüsusən Avropa Birliyinin xəbərdarlığından sonra onunçün ən əlveriĢli, 
ideal  variant  Elçibəyin  istefaya  çıxaraq  (lap  çıxmasa  da  olardı)  xarici  ölkələrdən  birinə 
getməsiydi.  Güman  ki,  məhz  buna  nail  olmaqçün  Əliyev  müxtəlif  təĢəbbüslərdə  də 
bulunurdu;  Elçibəyi  Bakıdan  qaçırtmağın  üsullarını  tapmağı  Azərbaycanda  ondan  yaxĢı 
bacaran kimsənin olması təəccüb doğurardı. 
BAKIDA QALMAQ DAHA MÜMKÜN DEYĠL 
Hadisələrin ölümsüz, dinc inkiĢafı da Bəyin Bakıda qalmasını bir neçə səbəbdən mümkünsüz 
edirdi.  
Birincisi, prezident Bakıda qalsaydı qiyamçılara qarĢı hökmən hərbi əməliyyatlara baĢlamağa 
məcburdu, çünki 17-sindən 18-inə keçən gecə baĢlanacaq terror əməliyyatını (F.Qəzənfəroğlu 
bunu  öz  kitabında  “Heydər  Əliyevin  S.Hüseynovun  adamları  əliylə  Elçibəyə  qarĢı  hazırladığı 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə