ƏSRƏ BƏrabər biR İLİn salnaməSİ



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə145/153
tarix15.07.2018
ölçüsü1,94 Mb.
#55918
1   ...   141   142   143   144   145   146   147   148   ...   153

yetməzmiĢ.  “Söhbət  Azərbaycan  dövlətinin  taleyindən  gedən  məqamda  prezident  öz 
mövqeyində qətidir və geri çəkilməyəcəkdir”. 
16  iyunda  prezidentin  mətbuat  xidmətinin  məlumatı  da  yayıldı.  Burada  deyilirdi  ki, 
“qiyamçıların son məqsədi aydın olmuĢdur: respublikada hərbi çevriliĢ etmək”.  
Məlumatda  bildirilirdi  ki,  qiyamçılar  “respublika  əhalisini  silaha  sarılmağa,  qanuni  dövlət 
strukturlarını  devirməyə,  respublika  rəhbərliyinə,  o  cümlədən  prezidentə  divan  tutmağa 
çağırmıĢlar, silah gücünə ələ keçirilmiĢ rayonlarda eyni məzmunlu vərəqələr yaymıĢlar”. 
Mətbuat  xidməti  respublika  əhalisini  qanuni,  demokratik  yolla  seçilmiĢ  prezidentin  ətrafında 
sıx birləĢməyə səsləyirdi. 
NƏCƏF NƏCƏFOVUN MƏSLƏHƏTĠ 
Qiyamçıların çevriliĢ etmək cəhdi göz qabağındaydı. Ayın 11-ində onlar Dəllər aeroportunu ələ 
keçirdilər,  həmin  gün  Yevlaxa  girdilər  və  12-sində  Yevlax  icra  baĢçısını  tutub  Gəncəyə 
apardılar, Mingəçeviri nəzarətə götürdülər. 15-ində səhər tezdən AXC Nəsimi rayon Ģöbəsinin 
qərargahı  partladıldı,  16-sında  Kürdəmirin  icra  baĢçısı  Gəncəyə  aparıldı,  qiyamçılar  heç  bir 
maneəyə  rast  gəlmədən  ġamaxı  rayonuna  girdilər,  Lənkəranda  icra  baĢçısı  vəzifəsindən 
kənarlaĢdırılaraq Əlikram Hümbətov baĢçı oldu. Surətçi qoĢunlar baĢqa rayonlara da gedərək 
“kəĢfiyyat”  aparırdılar.  Unutmayaq  ki,  bu sadalananlar həmin  günlər baĢ  verənlərin  cüzi  bir 
hissəsidir. 
Əbülfəz  bəylə  yaxın  dostu  -  Azərbaycanda  demokratik  mühitin  yaradılmasında  müstəsna 
xidmətləri  olmuĢ  Nəcəf  Nəcəfov  arasında  14  iyundakı  söhbət  hadisələrin  sonrakı  gediĢinə 
müəyyən təsir göstərdi. Hər zaman doğru danıĢmağı sevən Nəcəf bəy H.Əliyevin Ali Sovetə 
sədr seçilməsi ərəfəsində prezidentə demiĢdi ki, Bəy, ARTIQ HƏR ġEY UDUZULUB. Ġndi ikicə 
Ģeyə nail olmalıyıq - birincisi, xalqımızı VƏTƏNDAġ MÜHARĠBƏSĠNDƏN QORXUTMAQ lazımdır 
ki,  buna  getməsin,  ikincisi  də,  DEMOKRATĠK  QÜVVƏLƏRĠ  MƏHV  OLMAQDAN  QURTARMAQ 
gərəkdir. Əbülfəz bəy Nəcəf bəylə razılaĢmıĢ və bütün səylərini bu istiqamətə yönəltmiĢdi.  
ARTIRMA 
«-…Kələkiyə dönmək qərarını harada verdiniz - Prezident Aparatında, hava limanında, yoxsa 
təyyarədə?
 
-BirbaĢa Prezident Aparatında.
 
-Deməli, hələ oradan çıxmamıĢdan bilirdiniz ki, Kələkiyə gedəcəksiniz?
 
-Bəli, bilirdim ki, Kələkiyə gedirəm. Artıq təyyarə hazırlanmıĢdı.
 
-Sizcə, Kələki ən doğru seçimdi?
 
-Mən  onu  ən  doğru  seçim  sayıram!  Bayaq  bir  "fenomenal"  sözü  iĢlətdim...  Hələ  dünya 
tarixində  olmayıb  ki,  inqilab,  qiyam  və  ya  çevriliĢ  nəticəsində  hakimiyyətdən  devrilmiĢ  bir 
prezident öz ölkəsində qalsın, yaĢasın və yenidən siyasi həyata qayıtsın. Qətiyyəti indi kimdə 
axtarırlarsa gedib axtarsınlar! Mənim yerimdə kim olsaydı ya kənddə bağrı çatlayıb öləcəkdi, 
ya onu məhv edəcəkdilər, ya da məcbur olub xaricə gedəcəkdi. Mənə dəfələrlə hədələr gəldi 
ki, çıx ölkədən, xaricə get, öldürüləcəksən və s. Xarici ölkələrdən neçə dəfə müraciət etdilər 
ki,  biz  səni  aparırıq,  istədiyin  vaxt  da  qaytararıq.  Dedim  ki,  Vətənimdən  heç  yerə 
getməyəcəyəm  -  oturacağam  bu  kənddə,  kimin  hünəri  varsa  gəlib  məni  buradan  çıxarsın, 
kimin qətiyyəti varsa göstərsin. Məndən əvvəlkilərdən hansı indi Azərbaycandadır?
 


-Heç biri. Nə Vəzirov, nə Mütəllibov.
 
-Ölkədən  rus  təyyarəsində  getdilər.  Bəs  mənə  parlament  kürsüsündən  lağ  edənlər  indi 
haradadır?  Nədənsə,  onları  Azərbaycanda  görmürəm.  Niyə  bu  adamların  hərəsi  bir  xarici 
ölkəyə  qaçdı?  Axı  onlar  qətiyyətdən  danıĢırdılar.  Rəsul  Quluyev  niyə  Amerikaya  getdi?  Əli 
Ömərov niyə üzə çıxmır, haradadır? Mahir Cavadov hanı? Tamerlan Qarayev Çinə getməyə 
niyə  razı  oldu?  Heç  olmazsa  birisi  oturaydı  da  Azərbaycanda!  Lağ  etməklə  deyil.  Mənim 
məsləkim, əqidəm var və kimin qətiyyətli olduğunu bir daha sübut edəcəyəm!
 
-Bakıdan Kələkiyə getməklə nəyə nail oldunuz?
 
-Azərbaycanda  vətəndaĢ  müharibəsinin  qarĢısını  almağa!  Ən  baĢlıcası  budur.  Bir  də, 
Azərbaycanın  sağlam  qüvvələrinin,  o  sıradan  demokratik  müxalifətin  qırılmasının  qarĢısını 
aldım - onlar məhv ediləcəkdi! 
 
Bir Ģeyi də demək istəyirəm. Biz yaxın adamlarımızla məsləhətləĢdik, bəzi məsələləri müzakirə 
etdik (onların adını hələ çəkmək istəmirəm). Nəcəf Nəcəfov mənə dedi ki, sənin və bizim son 
məqsədimiz iki Ģeyə nail olmaqdır - birincisi, Azərbaycanı vətəndaĢ müharibəsindən, ikincisi, 
sağlam  qüvvələri  ölümdən  qurtarmaq.  Bu  sözü  Nəcəf  bəy  dedi,  biz  də  bəyəndik.  Bir  neçə 
nəfərimiz və mən onu yerinə yetirdik. 
 
-Ancaq axı Nəcəf bəyin Sizin Kələkiyə getməyinizdən xəbəri yoxdu...
 
-Xeyr,  yoxdu.  O,  bu  sözü  bir  qədər  qabaq  demiĢdi  -  duyumu  çox  güclüdür.  Söz  deyildi  və 
mən  də  onu  yerinə  yetirdim.  Nəcəf  Nəcəfovun  bir  sözü  də  vardı  ki,  xalqın  vətəndaĢ 
müharibəsindən  qorxmasına  çalıĢmaq  lazımdır  -  xalq  bu  müharibədən  qorxmayıb  ona  girsə 
sonra  onu  oradan  çıxarmaq  mümkün  olmayacaq.  Çox  düzgün  fikirdi.  Biz  xalqı  qorxutduq, 
vətəndaĢ müharibəsindən çəkindirdik. Xalq vətəndaĢ müharibəsindən indi də qorxur. Amma 
onun içinə girsəydi çıxarmaq olmazdı - oradan çıxmaq istəmir, bu odu söndürmək olmur
».
 
(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - «Elçibəylə 13 saat üz-üzə», Bakı, 1999, s.83-84).  
16  iyunda  Rusiya  XĠN-nin  nümayəndəsi  Azərbaycandakı  hadisələrlə  bağlı  bəyanat  yaydı. 
Orada  oxuyuruq:  “Prezident  Ə.Elçibəy  xalqa  müraciət  edərək  əhalini  sakitliyə  çağırmıĢ  və 
ümid  etdiyini bildirmiĢdir  ki,  münaqiĢəni  sülh  yolu  ilə  aradan  qaldırmaq  mümkün  olacaqdır. 
Ümid etmək istərdik ki, prezidentin bu çağırıĢı lazımi tərzdə (?!-Ə.T.) qəbul olunacaqdır”. 
Ġyunun  16-sında  təxminən  eyni  vaxtda  iki  görüĢ  də  keçirildi.  Azərbaycan 
prezidenti  Əbülfəz  Elçibəy  Türkiyə  baĢ  nazirinin  müĢaviri  Əli  Naci  Tuncəri  və 
Türkiyə xarici iĢlər nazirinin müavini Özdəm Sanberqi qəbul etdi. Bu, onun Bakıda 
prezident  vəzifəsində  SON  rəsmi  qəbuluydu.  Azərbaycan  Ali  Sovetinin  sədri 
Heydər  Əliyevsə  Rusiya  səfiri  Valter  ġoniyanı  qəbul  etdi.  Bu,  onun  Bakıda 
parlament baĢçısı kimi ilk rəsmi qəbuluydu. 
Bir Ģeyi də xatırladım - ölkədəki gərginlik Azərbaycan manatının məzənnəsinin kəskin Ģəkildə 
enməsinə səbəb olmuĢdu - 16 iyunda artıq 11 manat 60 qəpik 1 ABġ dollarına bərabərdi. 
GƏRƏK BAġ NAZĠR QĠYAMI DƏSTƏKLƏMƏSĠN… 
H.Əliyevin  parlamentin  spikeri  seçilməsindən  vur-tut  bir  gün  ötmüĢdü.  Əbülfəz  Elçibəyin 
qayğısı  daha  da  artmıĢdı  -  açıq  Gəncə  təzyiqlərinin  üstünə  gizli  Bakı  təzyiqləri  də  gəlmiĢdi. 
Prezidentə  indi  gün  kimi  aydındı  ki,  H.Əliyev  nəinki  Surəti  sakitləĢdirməyə  çalıĢmır,  əksinə, 
onu hakimiyyətin üzərinə daha çox qaldırmaq istəyir. Bu istəkdə ciddi məntiq də vardı - əgər 
15  iyunadək  (spiker  seçilənədək)  Gəncəylə  Bakı  arasında  manevr  edən  H.Əliyevə  Surətlə 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə