ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.

səhifə1/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   70


Qurban Səid (Məhəmməd Əsəd bəy 
 
“Əli və Nino”  
Roman (1927), 
 
Əsərin müəllifliyi Yusif Vəzir Çəmənzəminliyə təxmin edilir.  
Türk nəşrindən Azərbaycan dilinə çevirənlər:  Orxan və Fikrət Vəzirov qardaşları. 
 
  I 
   
  Bakıdakı rus imperator humanitar gimnaziyasının üçüncü sinfində oxuyarkən biz qırx 
tələbə idik. Onlardan otuzu müsəlman, dördü erməni, ikisi polyak, üçü sektant, biri isə 
rus idi. Günün ikinci yarısında coğrafiya dərsi keçirdik. O günədək içimizdə şəhərimizin 
son dərəcə maraqlı coğrafi durumuna diqqət edən olmamışdı. Lakin indi professor Sanin 
zəif səsiylə bizə şəhərimizin coğrafi durumunu başa salırdı. Biz, sakitcə oturub onun 
dediklərinə diqqətlə qulaq asırdıq. “Avropanın şərq sərhədləri Şimalda Buzlu şimal 
okeanından, qərbdə Atlantik okeanından, cənubda da Aralıq dənizindən keçir. Avropanın 
şərq sərhədi isə Rus imperiyasının içindən, Ural sıra dağları boyunca aşağı, Xəzər 
dənizindən və Qafqazdan keçir. Bəzi alimlər Qafqaz dağlarının cənubundakı bölgəni 
Asiyaya aid edirlər. Digər alimlər isə bu bölgəni mədəni cəhətdən inkişaf etdiyi üçün 
Avropaya aid edirlər. Uşaqlar, demək istəyirəm ki, şəhərimizin qabaqcıl Avropaya mı, 
yoxsa geridə qalmış Asiyayamı aid olacağını müəyyən etmək sizin mövqeyinizdən 
asılıdır”. 
  Müəllimimizin özündən razı halda gülümsəməsi bilinirdi. 
  Kürəyimizə birdən birə ağır sual yükünün qoyulması bizdə çaşqınlıq yaratdı. Bu suala 
cavab vermək üçün böyük zəka tələb olunurdu. 
  Sonra ən arxa sırada oturan Məmməd Heydər əlini qaldırıb dedi: 
  “Cənab professor, biz Asiyada qalmaq istəyirik”. Sinifdə bərk qəhqəhə qopdu. Məmməd 
Heydər ikinci il idi ki, üçüncü sinifdə oxuyurdu. Bakı Asiya tərəfində qaldığı möhlətdə 
Məmməd Heydərin də üçüncü sinifdə bir il daha oxuması labüd idi. Çünki, maarif 
nazirliyinin qərarına əsasən Rusiyanın Asiya bölgəsindəki yerli tələbələrə eyni sinifdə 
kefləri istədikləri qədər qalmaq icazəsi verilirdi. Rus orta məktəb müəllimlərinin qızılı 
sapla işlənmiş uniformasını geymiş professor Sanin alnını qırışdırıb: “Demək Məmməd 
Heydər, sən Asiyada qalmaq istəyirsən? Bir çox qabağa. De görüm fikrini əsaslandıra 
bilərsənmi? Məmməd Heydər qızarmış halda qabağa çıxdı, lakin bir şey deyə bilmədi. 
Onun ağzı açıq, alnı qırışmış, baxışları isə mənasız idi. Məmməd Heydərin axmaq sayağı 
vəziyyətindən dörd erməni, iki polyak, üç sektant və bir rus son dərəcə həzz aldıqları 
anda, mən əlimi qaldırıb dedim ki: 
  - Cənab professor, mən də Asiyada qalmaq istərdim? 
  - Əli xan Şirvanşir! Sən də mi? Yaxşı çıx qabağa baxaq - Professor Sanin alt dodağını 
qabağa uzadıb, onu Xəzər dənizi sahillərinə qədər gətirmiş talehinə lənətlər yağdırdı. 
Sonra öskürüb, qürurla dedi: -Heç olmasa sən öz fikrini söyləyə bilərsənmi?” 
  - Bəli, ona görə ki, Asiyanı sevirəm. 
 
1


  - Sevirsən, eylə mi? Yaxşı, sən həqiqətən geri qalmış ölkələrdə olmusanmı? Misal üçün 
Tehranda? 
  - Bəli olmuşam? Keçən yaz oradaydım? 
  - Yaxşı, elə isə orada heç Avropa mədəniyyətinin böyük nailiyyətlərindən birini 
gördünmü? Məsələn avtomobil gördünmü? 
  - Bəli gördüm, özü də lap böyüyünü. Yəni otuz nəfərdən artıq adam tutan avtobusları 
gördüm. Bu avtobuslar şəhər içində işləmirlər. Onlar ancaq bir şəhərdən o biri şəhərə 
işləyirlər. 
  - Bu dəfə o gördüklərin avtobusdur, avtomobil deyil. Onları da İranda dəmiryolu 
olmadığı üçün istifadə edirlər. Buna “geri qalmışıq” deyərlər. Otur yerinə, Şirvanşir. 
  Sinifdəki otuz müsəlmanın keyflərinə toxunan yox idi. Onların mənə yönəlmiş 
baxışlarından nə düşündükləri bəlliydi. Professor Sanin əsəbiləşmədi. Ona tələbələrini əsl 
avropalı kimi yetişdirmək vəzifəsi tapşırılmışdı. 
  Professor sanin birdən birə soruşdu:  
  - Yaxşı, sizlərdən Berlinə gedən olubmu? 
  Sektant Maykov əlini qaldırdı və kiçik yaşlarında Berlində olduğunu söylədi. Orada 
yeraltından dəmir yolu keçirdi. O, çox gurultulu bir tunel stansiyasını və anasının ona 
hazırladığı qaxac donuz əti ilə çörəyi yaxşı xatırlayırdı. Onun xatırladığı biz müsəlman 
tələbələrini yaman qəzəbləndirmişdi. Qaxac donuz ətinin xatırlanması tələbələrdən Seyid 
Mustafanın ürəyini bulandırdı və hətta onun sinifdən çıxmasına icazə verildi. Bununla da 
Bakının coğrafi durumu haqqında mübahisə də bu şəkildə sona yetdi. 
  Zəng çalındı. Professor Sanin yüngülcə nəfəs aldı və sinifdən çıxdı. Biz qırx tələbə də 
onun arxasınca sinfi tərk etdik. Bu böyük tənəffüs idi. Böyük tənəffüsdə üç görüləsi 
tədbirimiz var idi: tədbirlərdən biri həyətə qaçıb qonşuluqdakı realnı məktəbin 
tələbələrinin uniformalarındakı düymələrin və kokardlarının qızılı olduqları üçün onları 
döyməkdən ibarət idi. Çünki, bizim uniformalarımızın düymələri və kokardları gümüşü 
idi. İkinci tədbir, azərbaycanlıların Azəri dilində bərkdən danışmaqlarından ibarət idi. 
Çünki ruslar Azəri dilini bilmədiklərinə görə, o dildə danışmağı məktəbdə qadağan 
etmişdilər. Üçüncü tədbir isə küçənin o biri tayına keçib müqəddəs kraliça Tamara qız 
litseyinə getməkdən ibarət idi. 
  Bu dəfə mən qız litseyinə getməyi qərara aldım. 
  Qızlar qar kimi təmiz, ağ döşlüklü mavi uniforma donlarını geymiş, iki-iki, üç-üç 
bağçada gəzişirdilər. Xalam qızı Aişə məni görüb əl elədi. O, Nino Kipiani ilə əl-ələ verib 
gəzişirdi. Nino dünyanın ən gözəl qızlarından biri idi. 
  Mən son coğrafiya dərsində müəllimimlə Asiyaya mənsub olduğumuz barədə 
mübahisəmi qızlara söylədikdə dünyanın ən gözəl qızlarından biri olan Nino burnunun 
ucundan yerə baxıb, dedi: 
  - Əli xan sən düz demirsən. Şükür Allaha ki, biz Avropada yaşayırıq. Əgər Asiyada 
yaşasaydıq mən gərək doğulduğum gündən çadra örtəydim, sən də mənim üzümü 
görməzdin. 
  Mən məğlub olduğumu başa düşdüm. Doğru sözə nə demək olar? Gerçəkdən Bakının 
qərarsız tikilmiş coğrafi durumu sayəsində də dünyanın ən gözəl gözlərinə baxa bilirdim. 
 
2




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   70


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə