ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   2   3   4   5   6   7   8   9   ...   70

evdəkilər yatdıqları üçün bu mümkün olmadı. Sonra da məktəbə gedərkən imtahandan 
arxayın olmaq üçün yolda qabağımdan keçən hər bir dilənçiyə sadağa verirdim. O qədər 
həyəcanlı idim ki, dilənçilərin birinə beş qəpik əvəzinə bütöv bir manatlıq verdim. Dilənçi 
ağız dolusu mənə təşəkkür edəndə, ona qürurla dedim: “Mənə təşəkkür etmə, Allaha 
şükür elə ki, o məni belə comərdliyə sövq elədi”. 
  Bu qədər dindarın duasından sonra hər halda imtahandan kəsilmək qeyri mümkün idi. 
  Dua sona yetdi. Biz növbəyə duraraq imtahan komissiyasının masasına yaxınlaşdıq. 
Uzun masanın arxasında yan-yana oturmuş imtahan komissiyasının üzvləri qap-qara 
saqqallı, sərt baxışlı və qızıl rəngli ziyafət uniforması geymiş müəllimlərdən ibarət idi. 
Bütün bu mərasim həyəcan doğururdu, baxmayaraq ki, ruslar imtahanda müsəlmanları 
çox nadir hallarda kəsərdilər. çünki biz müsəlmanların çoxlu dostu var idi: dostlarımız da 
əli xəncərli və tapançalı aslan kimi güclü gənclər idilər. Müəllimlər də bunu çox yaxşı 
bilirdilər. Tələbələr müəllimlərdən qorxduqları qədər, onlar da tələbələrindən 
qorxurdular. Müəllimlərin çoxu, Bakıya təyinat almaqlarını Allahın bir cəzası hesab 
edirdilər. Çünki, müəllimlərə qaranlıq küçələrdə hücum edilməsi və onların sıxışdırılıb 
döyülmələri adi bir hal idi. Nəticədə isə döyənlər naməlum qalırdılar. Belə hadisələrdən 
sonra da müəllimlər təyinatla başqa yerlərə göndərilirdilər. 
  Bu səbəbdən də tələbə Əli xan Şirvanşir imtahanda riyaziyyat dərslərinin cavablarını 
açıq-aydın parta yoldaşı Metalnikovun dəftərindən köçürürdü. İmtahanda iştirak edən 
komissiya üzvləri başlarını o biri tərəfə çevirərək özlərini görməməzliyə vururdular. 
Yalnız bir dəfə mən riyaziyyat dərslərinin cavablarını köçürərkən müəllim mənə 
yaxınlaşıb pıçıltı ilə dedi: “Bu qədər göz görə-görə köçürtmə olar? Şirvanşir. Axı burada 
biz tək deyilik!”. 
  Beləcə yazılı riyaziyyat imtahanını verdim. İmtahandan çıxdıqdan sonra sevinə-sevinə 
Nikolay küçəsindən yavaş-yavaş aşağı endim. 
  Ertəsi gün ruscadan yazılı imtahan olmalı idi. Həmişə olduğu kimi sualların mövzusu 
möhürlü bir paket içində Tiflisdən gəlirdi. Həmin gün imtahan salonunda gimnaziyanın 
müdiri paketin möhürünü qoparıb təntənəli surətdə imtahanın mövzusunu elan etdi: 
“Türgenevin əsərlərində ideal rus qadın ruhunu təcəssüm etdirən qadın obrazları”. 
  Bu asan mövzu idi. Necə istəsəydim elə də yaza bilərdim. Amma gərək rus qadınlarını 
tərifləyəydim, bununla da oyunu udmuş olurdum. Fizikadan yazılı imtahan daha ağır idi. 
Amma fizikadan biliyimin yetərsiz olduğundan köçürtmə kimi sınaqdan çıxmış “Sənət” 
köməyimə çatdı. Fizika baryerini də aşdım. Bundan sonra imtahan komissiyası tələbələrə 
bir günlük istirahət verdi. 
  Sonra isə şifahi imtahanların növbəsi gəldi. Burada köçürtmə artıq kömək etməzdi. Şifahi 
imtahanda tələbə suallara öz başına cavab verməlidir. İmtahandan keçə bilmək üçün asan 
suallara, çox söyləməklə cavablar verməkdən başqa çarə yox idi. 
  Birinci şifahi imtahan din dərsindən idi. Din dərsi müəllimimiz gimnaziya Mollası bütün 
ili arxa planda qalırdı. Lakin bu gün o masanın arxasında oturmuşdu. Onun əynində ipək 
kimi titrəyən geniş cübbəsi və peyğəmbərin varisi olduğunu göstərən yaşıl qurşağı var 
idi. Mollanın tələbələrə qarşı ürəyi çox yumşaq idi. O, məndən ancaq gəlməyi-şəhadəti 
soruşdu və mən cəsarətlə bir şiə kimi: la ilahə illəllah Məhəmmədən Rəsulullah 
Əliyyələnvəliyullah. (1) - deyəndən sonra, din müəllimimiz mənə ən yüksək qiymət verib 
buraxdı. 
 
11


  Kəlməyi-şəhadətdəki bu son sözlər ən vacib sözlər idi, çünki şiələri sünni məzhəb 
mənsublarından ayıran da bu sözlər idi. Molla bizə söyləyirdi ki, əgər sünni qardaşlar 
doğru yoldan ayrılmış olsalar da, yenə cənab-i Allahın sünnilərə qarşı mərhəmətini 
onların üzərindən çəkməmişdir. Mollamız çox geniş fikirli adam idi. 
  Tarix müəllimimiz isə son dərəcə dar düşüncəli bir adam idi. Mən imtahan biletini 
götürdüm. Biletdəki, sualı oxudum, kefim pozuldu. Sual isə belə idi: “Mədətovun 
Gəncədə qələbəsi”. Bu  
  - ---------------- 
  1. “Allahdan başqa Rəb yoxdur, Məhəmməd onun Peyğəmbəridir, Əli də Allahın 
canişinidir”. 
  sual mənə düşmüş olduğu üçün müəllimin keyfi pozulmuşdu. Gəncə yaxınlığındakı 
döyüşdə ruslar, Bakıda knyaz Sisianişvilinin başını kəsən Hüseynqulu xana kömək 
eyləmiş olan babam görkəmli cəngavər İbrahim xan Şirvanşirə hücum edərək onu 
xaincəsinə öldürmüşlərdi. 
  - Şirvanşir, siz hüququnuzdan istifadə edib, istəsəniz imtahan biletini dəyişə bilərsiniz” - 
deyə tarix məllimi dilləndi. 
  Müəllimin sözləri yumşaq səslənirdi. Mən üzərlərinə tarixə aid suallar yazılıb bükülmüş 
kiçicik imtahan biletləri ilə dolu olan kasaya şübhə ilə baxdım. Hər bir tələbə götürdüyü 
imtahan biletini ancaq bir dəfə dəyişmək hüququna malik idi. Belə halda tələbə ən yüksək 
qiymət almaq imkanından məhrum olurdu. Mən də imtahan biletini dəyişdirərək 
talehimlə oynamaq istəmirdim. Heç olmasa babamın Gəncə yaxınlığındakı döyüşdə necə 
həlak olduğundan xəbərim var idi. Halbuki qabağımdakı kasada Prussiya hökmdarı 
Fridrix Vilhelmə və ya Amerika vətəndaş müharibəsinin səbəblərinə dair müəmmalı 
suallar var idi. Bu sualların cavablarından kim baş çıxarda bilərdi? 
  İmtahan biletimin dəyişdirməyəcəyimi bir işarə ilə müəllimə bildirib: “Çox sağ olun, 
mən öz imtahan biletimə cavab verəcəyəm” dedim. 
  Ondan sonra isə, bacardığım qədər nəzakət çərçivəsindən çıxmayaraq, rusları 
Azərbaycandan qovmaq üçün İran şahzadəsi Abbas Mirzənin qırx minlik ordu ilə 
Təbrizdən yola düşməsindən, milliyətcə erməni olan Çar generalı Valerian Mədətovun 
beş minlik ordu ilə Gəncədə necə qarşılandığından, toplardan iranlılara atəş açmağı əmr 
etməsindən, həyatlarında top səsi eşitməmiş İranlıları necə top atəşinə tutduqlarından 
şahzadə Abbas Mirzənin də atdan yıxılıb sürünə-sürünə gedib bir xəndəkdə 
sığındığından, İran ordusunun pərən-pərən olmasından və İbrahim xan Şirvanşirin bir 
dəstə cəngavərlə çayı keçmək istəyərkən əsir alınıb güllələndiyindən danışdım. Sözümə 
yekun vurub dedim ki, “Bu qələbə qoşunların cəsarətindən çox, Mədətovun toplarının 
texniki üstünlüyü sayəsində əldə edildi. Rusların qələbəsi nəticəsində Türkmənçay sülh 
müqaviləsi bağlandı. Bu müqaviləyə əsasən iranlılar ruslara xərac verməli oldular və 
xərac-üzündən də beş vilayət xarabalığa çevrildi”. 
  İşlətdiyim son cümlələr məni “yaxşı” qiymətindən məhrum etdi. Çünki “yaxşı” 
qiymətini almaq üçün gərək deyəydimki, “Qələbə rusların göstərdikləri böyük cəsarət 
sayəsində qazanıldı: bu cəsarətlə Ruslar özlərindən sayca səkkiz dəfə və daha çox olan 
İran ordusunu qaçmağa məcbur etdilər. Qələbənin nəticəsində isə Türkmənçay sülh 
müqaviləsi bağlandı və müqavilə sayəsində İran qərb mədəniyyəti və qərb bazarları ilə 
təmas qurmaq fürsətini ələ keçirə bildi. 
 
12


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə