ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   ...   4   5   6   7   8   9   10   11   ...   70

yeddi yaşı var idi və mən onu ilk dəfə Nikolay küçəsindən litseyə getdiyi birinci gündən 
tanıyırdım. 
  Nino yanımda oturdu. Onun gözəl kipriklərinin altından gözləri par-par parıldayırdı: 
“Deməli, axır ki, imtahanı verdin, hə? Sənə görə bir az narahat idim”. 
  Əlimi onun çiyninə qoydum: “Bir az həyəcanlı idim. Amma görürsən də, qəlbində tanrı 
qorxusu olan Allah həmişə kömək edir”. 
  Nino gülə-gülə: “bir ildən sonra sənin də mənim üçün Tanrı rolu oynamağın gərək 
olacaq. İstəyirəm ki, bizim imtahanlar başlayanda partamın altında gizlənib riyaziyyatdan 
verilən sualların cavablarını mənə pıçıldayasan. 
  Hələ bir neçə il bundan əvvəl biz bu barədə razılığa gəlmişdik. O zaman on iki yaşlı 
Nino böyük tənəffüsdə gözləri yaşla dolu məktəblərimizin arasındakı yolu qaçaraq bizim 
tərəfə gəldi və məni öz siniflərinə dartıb apardı. Mən dərs boyunca onun partasının 
altında çömbəlib, müəllimin riyaziyyatdan soruşduğu sualların cavablarını kitaba baxıb 
Ninoya pıçıldayırdım. O gündən bəri mən Ninonun nəzərində bir qəhrəman olaraq 
qalmışdım. 
  - Əmin və onun xanımı necədir? - deyə Nino soruşdu. Deyəsən qərb təbabəti əmimin 
xanımına yardım edib, amma Zeynəb xanımda heç bir əlamət görünmür. Buna 
baxmayaraq əmim göstərilən yardımın köməyinə böyük ümidlər bəsləyir – dedim. 
  - Sən arvadını çadranın altında gizlədəcəksən mi? - deyə Nino dilləndi. 
  - Onu qəti deyə bilmirəm. Vəziyyətə baxır. Çadra qadını günəşdən, tozdan və yadların 
pis baxışlarından qoruyur. 
  Birdən birə Ninonun sifəti qıpqırmızı qızardı. 
  - Sən həmişəlik olaraq Asiyalı qalacaqsan. Yad baxışlar sənə niyə mane olur? Qadın 
başqasının xoşuna gəlmək istəyərsə nə olar? 
  - Qadın gərək başqasının yox yalnız öz ərinin xoşuna gəlməyə çalışsın. Açıq sifət, çılpaq 
kürək, yarıya kimi örtülmüş sinə, incə ayaqlardakı şəffaf corablar – bunların hamısı nəsə 
vəd edir. Çünki qadını belə vəziyyətdə görən kişi, daha artığını görmək istəyəcəkdir. 
Kişini belə arzulardan “qorumaq” üçün isə qadın çadra örtməlidir. 
  Nino mənə təəccüblə baxa-baxa qaldı. 
  - Səncə, Avropada on yeddi yaşındakı qızlarla on doqquz yaşındakı oğlanlar heç belə 
şeylərdən danışarlarmı? 
  - Zənn etmirəm. 
  - Elə isə gəl biz də bu barədə danışmayaq – deyə Nino sərt şəkildə dedi və dodaqlarını 
sıxdı. 
  Əlim Ninonun saçlarını tumarlayırdı. O, başını qaldırdı. Batan günəşin son parıltısı onun 
gözlərinə düşmüşdü. Ona doğru əyildim... Onun dodaqları incəliklə, iradəsiz aralandı. 
Mən biçimsiz bir şəkildə onu xeyli öpdüm. Sonra birdən məni itələyib, məndən ayrıldı. 
İkimiz də susub alaqaranlığı seyr edirdik. Bir az sonra etdiyimiz hərəkətdən utanmış kimi 
olaraq ayağa qalxdıq. 
  Əl-ələ verib Qubernator bağını tərk etdik. 
  Bağdan çıxarkən Nino dilləndi: 
  - Hər halda, mən də gərək çadra geyəydim. 
 
15


  O, pərt halda gülümsədi. İndi hər şey öz yoluna düşmüşdü. Mən onu evlərinə qədər 
ötürdüm. Ayrılarkən: “Şübhəsiz ki, sizin buraxılış gecəsinə gələcəyəm!” dedi. Onun əlini 
tutdum: “Nino, bu yay nə edəcəksən?” dedim. 
  - Yayda biz ailəvi Şuşaya gedəcəyik. Amma bu o demək deyil ki, biz Şuşaya gediriksə, 
sən də gərək oraya gedəsən. 
  - Çox yaxşı, belə isə yayda Şuşada görüşərik: 
  - Əli xan, vallahi sən lap zəhlə tökən adamsan. Amma heç bilmirəm ki, niyə səndən bu 
qədər xoşum gəlir. 
  Nino evlərinə girdi, arxasınca qapı bağlandı. Mən isə evimizə getdim. Əmimin sifəti 
qurumuş bir kərtənkələni andıran xədimağası dişlərini ağarda-ağarda mənə dedi: “Gürcü 
qadınları çox gözəldirlər, xan. Amma onları bağlarda çoxlu adamların keçdiyi yerlərdə 
öpmək yaramaz. Çünki ətrafdan bunu görən olur”.  
  Onun qansız qulağını çəkdim. Xədimağaların istədikləri zaman son dərəcə şeytan 
olmaqlarını bilirdim. 
  Sonra atamı görməyə getdim. 
  - Məzun olduğum üçün, sən mənə üç arzumun yerinə yetirilməsinə söz vermişdin. 
Səndən istəyəcəyimin birincisini artıq bilirəm – dedim. 
  Bu yay Qarabağa getmək istəyirəm. 
  Atam uzun-uzadı üzümə baxdı və sonra gülümsəyərək başını yırğaladı. 
   
   
  IV 
   
  Zeynal ağa Bakı yaxınlığındakı Binəqədi kəndindən olan cahil bir kəndli idi. Onun şoran 
çöldə tozlu, böyük bir torpaq sahəsi vardı. İllər boyu az çox o sahəni əkib becərərdi. Sonra 
bir gün zəlzələlərin biri onun torpaq sahəsində yarıq əmələ gətirdi. Bu açılan yarıqdan da 
neft fışqırmağa başlamışdı. O gündən sonra Zeynal ağa bir daha həyatda pul qazanmaq 
üçün başqa yollar axtarmağa lüzum görməmişdi. Sel kimi gələn pulu comərdcəsinə 
xərcləyirdi. Amma buna baxmayaraq hər gün pul artır və onun üçün bu pul yükə 
çevrilirdi. Elə bir yükə çevrilirdi ki, onu lap əldən salmışdı. Bu qədər açıq bir talehin 
ardından sonra kişi bir fəlakətin gələcəyinə inanmağa başlamışdı. Zeynal ağa məhkum 
olunmuş məhbus kimi edam hökmünü gözləyərək yaşamağa başlamışdı. O, məscidlər, 
xəstəxanalar, təcridxanalar tikdirirdi. Bu arada Məkkəyə də həccə gedib hacı olmuş və 
orada da yetimxanalar tikdirmişdi. Lakin heç bir rüşvət qəbul etmirdi. Yetmiş yaşında 
ikən evləndiyi on səkkiz yaşlı arvadı onun namusuna ləkə gətirmişdi. Zeynal ağa 
zalımcasına və vəhşicəsinə namusunun intiqamını almış, ondan sonra da bir yorğun 
kişiyə çevrilmişdi. Onun ailəsi dağılmış, bir oğlu onu tərk etmiş, o birisi oğlu isə özünü 
intihar edərək ona misilsiz bir şərəfsizlik gətirmişdi. 
  Bu səbəbdən də Zeynal ağanın saçları ağarmış və beli bükülmüşdü. Bakıdakı qırx otaqlı 
sarayında yalqız yaşayırdı. Onun həyatda sağ qalmış yeganə oğlu İlyas bəy bizim sinif 
yoldaşımız olduğu üçün buraxılış ziyafətimiz, tavanı qaya daşından düzəldilmiş Zeynal 
ağanın evinin böyük ziyafət salonunda təşkil edilmişdi. 
 
16


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə