ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   ...   6   7   8   9   10   11   12   13   ...   70

  Parlayan yaqut dodaqların 
  Türk Sultanı olaydım, nikah bağlayardım sənə, 
  İncilər hörərdim, qulac-qulac saçlarına 
  Və öpər, öpərdim topuqlarını 
  QIZIL TASDA gətirərdim
  Əllərimlə qəlbimi sənə...” 
  Qəzəlxan susmuşdu. Onun yanında oturan xanəndə səsini qaldırdı və böyük nifrətlə 
bağırdı: 
  “Və hər gecə 
  Bir siçan kimi qaçardın 
  Eyvandan qonşunun evinə” 
  Tamburun qəmli səsi ətrafa yayıldı. Kamança da həzin bir səslə mələyirdi. Bu dəfə 
üçüncü xanəndənin oxumağının səsi yüksəldi: 
  “O ki bir çaqqaldır, onda iman yox, 
  Eyvah, ləkələndim, qara bəxtim ox!..” 
  Bir an ətrafa səssizlik çökdü. Üç, dörd qısa musiqi ahəngindən sonra dördüncü xanəndə 
xəfif və incə bir tərzdə oxumağa başladı... 
  “Üç gün itilədim xəncərimi. 
  Dördüncüdə sapladıb, haqlayıb düşmənimi, 
  Para-para etdim onu 
  Tərkimə atıram səni, sevgilim, 
  Döyüş örtüyümlə örtürəm üzümü 
  Və dörd nala çapıram səninlə dağlara”. 
  Mən qalın pərdələrdən birinin yanında dayanmışdım. Mənim yaxınlığımda müdirimiz 
və coğrafiya müəllimimiz dayanmışdılar. 
  Müdirimiz sakit səslə: 
  Nə qorxulu musiqidir! Deyə fısıldadı. Elə bil dəhşətli bir səsə qulaq asırsan. Görəsən bu 
şərqidə söylənilən sözlərin mənası nədən ibarətdir. 
  - Elə musiqinin ahəngi kimi mənasız olmalıdır, - deyə coğrafiya müəllimimiz cavab 
verdi. 
  İstədim ayaq barmaqlarımın üstündə kimsəyə bildirmədən sakitcə oradan uzaqlaşım. 
Birdən gördüm ki, qalın pərdə yavaşca tərpənən kimi oldu. Ehtiyatla ətrafa baxdım. 
Saçları qar kimi ağ, gözləri qeyri adi bir şəkildə parlayan bir qoca kişi pərdənin arxasında 
durub musiqini dinləyib ağlayırdı. Bu qoca kişi İlyas bəyin atası, Əlahəzrət Zeynal ağa idi. 
Onun mavi damarlı yumşacıq əlləri əsirdi. O əllərdə bəlkə imza atmağa belə qüvvə 
qalmamışdı, lakin bu əllər yetmiş milyon manat pula hakim idi. 
  Zeynal ağa, sadə bir kəndli idi. Lakin xanəndəlik sənəti haqqında böyük təcrübəyə malik 
idi. 
  Qəzəl sona yetdi. Musiqiçilər bu dəfə bir Qafqaz oyun havası çaldılar. Mən salonda 
süzməyə başladım. Tələbələr orada qrup-qrup dayanıb öz aralarında söhbət edirdilər. 
Onlardan bəziləri şərab içirdilər. Mən isə içmirdim. 
  Sinif yoldaşlarımız dostları və tanışları ilə bir küncə çəkilib öz aralarında 
zarafatlaşırdılar. Ətrafda saçları sarı, gözləri mavi, sifətləri pudralı bir  çox rus qızları 
vardı. Onlar rus tələbələri ilə və bəzən də erməni və gürcü tələbələri ilə söhbət edirdilər. 
 
19


Lakin onların yanlarına bir müsəlman tələbəsi yaxınlaşanda rus qızları bir an özlərini 
itirir, sonra isə dərhal istehza ilə özlərini çəkir, hırıltı ilə gülür, bir-iki kəlmə söz söyləyib, 
uzaqlaşardılar. 
  Biri pianoya yaxınlaşıb vals çalmağa başladı. Müdirimiz qubernatorun qızını rəqsə dəvət 
etdi. 
  Şükür allaha! Pilləkənin üst tərəfindən Ninonun səsi gəldi: Axşamınız xeyir, İlyas bəy. 
Bir az gecikdim. Amma bu mənim günahım deyildir. 
  Mən bayıra sıçradım. Nino nə bayır paltarı və nə də müqəddəs Tamara qız litseyinin 
uniformasını geymişdi. Qızıl düyməli qısa bir məxmər çəpgən onun çiyinlərinə atılmışdı. 
Onun beli elə sıx və incə bağlanmışdı ki, mən bir əlimlə onu aça biləcəyimə inanırdım. 
  Uzun qara bir məxmər yubkası ayaqlarına çatırdı. Mən ancaq onun ayaqqabılarının 
burunlarını görürdüm. Başına kiçik bir başlıq qoymuşdu. Alnından da iki cərgə qızıl sikkə 
asılmışdı. Gürcü şahzadə xanımının qədim vaxtlardan qalma bayram libası və hələ üstəlik 
bir Bizans Madonnasının siması! 
  Madonna bir qəhqəhə çəkdi: 
  Yox, Əli xan sən hirslənməməlisən. Bu yubkanın bağlarını bağlamaq saatlar çəkir. 
Nənəmin yubkasıdır. Bunu yalnız sizin şərəfinizə zorla əynimə geymişəm. 
  Mənimlə birinci rəqsi kim edəcək? - deyə İlyas bəy səsləndi. Nino sual dolu gözləri ilə 
mənə baxdı. Başımla “rəqs et” deyə mən işarə etdim. Yaxşı rəqs edə bilmirdim. 
  İlyas bəyə Ninonu etibar edə bilərdim. Çünki İlyas bəy ədəb ərkanı bilən bir dost idi. 
  İlyas bəy musiqiçilərə səs elədi: 
  Şamilin duasını çalın” 
  Birdən çılğın bir melodiya yüksəldi. İlyas bəy salonun ortasına sıçradı. Xəncərini sıyırdı. 
Onun ayaqları Qafqazlıların dağ rəqsinin atəşli ritmiylə hərəkətə gəldi. Xəncərin tiyəsi 
onun əlində parlayırdı. Nino rəqs edə-edə ona yaxınlaşdı. O, kiçik ayaqları ilə balaca 
oyuncaqlara bənzəyirdi. “Şamilin duası” musiqisi çalınırdı. Biz əl vuraraq musiqinin 
tempini tutmağa çalışırdıq. Nino qaçırılmalı olan gəlin idi... İlyas xəncəri dişlərinin 
arasına aldı. İlyasın qolları yırtıcı quşun qanadları tək açılmış və qızın ətrafında dolaşırdı. 
Ninonun ayaqları da durmadan fırlanaraq salonun ətrafında oynayırdı. Onun titrəyən 
qollarının hərəkəti qaçırılacaq bir gəlinin qorxu, ümidsizlik və fədakarlığını ifadə edirdi. 
Sol əlində bir cib dəsmalı tutmuşdu. Onun bütün bədəni əsirdi. Yalnız başlığındakı qızıl 
sikkələr cərgə ilə tərpənmədən qalmışdı. Belə də olmalı idi və rəqsdə ən çətin şey elə bu 
idi. Bu dərəcə çılğınlıqla salon boyunca rəqs etmək və başlığındakı qızıl sikkələrin birini 
də tərpənməyə qoymamaq ancaq gürcü qızlarına məxsus idi. İlyas bəy, ona aman 
vermədən dairə boyunca Ninonun dalınca qaçırdı. İlyasın qolları ilə etdiyi işarələr, 
getdikcə daha amiranə olurdu. Ninonun da hücumu dəf etməyə çalışan hərəkətləri 
getdikcə incələşirdi. Nəhayət Nino yolu bir ovçu tərəfindən kəsilmiş maral kimi dayandı. 
İlyas bəyin onun ətrafında çızdığı dairə getdikcə daralırdı. Ninonun gözləri itaətkar idi. 
Onun əlləri əsirdi. 
  Musiqinin kəskin səsi get-gedə yüksəlirdi. Nino sol əlini açdı. Onun əlindəki dəsmal 
dalğalanaraq yerə düşdü. Elə bu anda da İlyas bəyin xəncəri Ninonun ipək dəsmalına 
ilişdi və onu yerə mıxladı. 
  Simvolik rəqs sona çatdı. 
 
20


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə