ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   ...   9   10   11   12   13   14   15   16   ...   70

eşitmək olur. Çaylardan su pəriləri yüksəlir və o gecədə dünyaya gələn adamlar alim və 
şair olurlar. Qədir gecəsində aşıq gərək bütün şairlərin hamisi olan İlyas peyğəmbəri 
çağırsın. Peyğəmbər düz vaxtında peyda olur və öz camından aşığa su verib deyir: - Bu 
gündən etibarən sən əsl aşıqsan və yer üzündə hər şeyi mənim gözlərimlə görəcəksən. 
  Buna nail olan aşıq hər ünsürə hakim olur: bütün insanlar və heyvanlar, küləklər və 
dənizlər onun səsinə baş əyir, çünki onun səsində artıq peyğəmbərin qüdrəti və gücü 
vardır. 
  Acıqlı aşıq yerə oturdu, üzünü əlləri arasına aldı və birdən birə hönkür-hönkür 
ağlamağa başladı. 
 
  - Amma Qədir gecəsinin hansı gecə olduğunu və bu gecənin hansı saatında yatmaq 
lazım olduğunu artıq heç kim bilmir. Buna görə də bu dünyada əsl aşıq qalmayıb. 
  Dünyada tənha qalmış acıqlı aşıq ayağa durub qəmgin və qaradinməz halda Qarabağın 
yaşıl cənnətini bir səhra canavarı kimi tərk etdi. 
   
  VI 
   
  İsa bulağı öz yatağında şırıltıyla axırdı. Onun ətrafındakı ağaclar yorğun müqəddəslər 
kimi başlarını göyə qaldırmışdılar. Cənuba doğru çoban yaylaqlarını xatırladan yam-yaşıl 
otlaqlar üfüqə doğru uzanıb gedirdi. Şuşa təpələrin ardında qalmışdı. Şərqdə isə Qarabağ 
tarlaları Azərbaycanın tozlu çölləri içində gözdən itirdi. Zərdüşt atəşlərinin qızğın nəfəsi, 
çöl küləklərinin qanadlarında düzənliyi süpürürdü. Ətrafımızdakı qorunan meşədə ən 
kiçicik yarpaq belə tərpənmirdi. Qədim zəmanələrin ilahələri buraları tərk edib getmiş 
olsalar da füsunkarlıqları sanki hələ də qalmışdı. Bizim tonqalın atəşi də bu müqəddəs 
yerlə əhd-peyman olsun deyə yandırılmış neçə-neçə ocaqlardan çox gerilərə qalmışdı. 
Rəngarəng xalılar dairəvi şəkildə tonqalın ətrafına sərilmişdi. Xalıların üstündə mən kef 
çəkən gürcülərlə bir yerdə oturmuşdum. Ocağın ətrafındakı xalıların üzərində küpələr 
dolusu şərab, cürbəcür meyvələr, üst-üstə qalanmış tərəvəz, pendir, səbzələr 
düzülmüşdü. Bulaq boyunca Sasandi adlanan səyyah aşıqlar oturmuşdular. Onların 
əllərindəki alətlərin adları elə musiqini xatırladırdı: dairə, çinuri, tara, diplipito. 
  Onlar farsi üsulda bir bayatı və lirik bir məhəbbət mahnısı oxumağa başladılar. Bu 
mahnını ekzotik təsiri artırmaq üçün gürcülər arzu etmişdilər. Əgər latın dili müəllimimiz 
burada olsaydı, məmləkət ənənələrinin bir hissəsinə çevrilmiş bu əyləncəni “Diyonisios 
aləmi” adlandırardı. Nəhayət oradakı kurortun şən qonaqlarını Şuşa yaxınlığındakı 
meşədə təşkil olunmuş gecə ziyafətinə dəvət edən Kipiani ailəsi gəlib çıxdı. 
  Qarşımda Ninonun atası oturmuşdu. O, ziyafət mərasiminin şərtlərinə uyğun olaraq 
tamada rolunu ifa edirdi. Onun parlaq gözləri, qırmızımtıl sifəti və qapqara uzun bığları 
var idi. Kipiani əlindəki qədəhi mənim şərəfimə qaldırıb içdi. Mən içki içmədiyim halda 
qədəhimi qaldırıb bir qurtum içdim. Başqa vaxt olsaydı içməzdim, amma məclisə 
tamadalıq edən Ninonun atası şərab içməyi tələb edəndə, içməmək nəzakətsizlik olardı. 
  Uşaqlar bulaqdan su gətirdilər. Bu sudan içən adam kefi istədiyi qədər yeyib içə bilərdi 
və artıq yeməkdən də zərrə qədər narahatçılıq hissi etməzdi. Çünki İsa bulağının suyu da 
Qarabağın saysız-hesabsız möcüzələrindən biri idi. Ocağın şölələnən işığında Ninonun 
anasının profilini gördüm. Onun sərt bir profili vardı. O, ərinin yanında oturmuşdu, onun 
 
25


gözləri gülürdü. Bu gözlər nə vaxtsa sehrkar Medeyanın Arqono Yasonla tanış olduğu 
Rion obasındakı Minqrelliyanın yaratdığı gözlər idi. 
  Tamada qədəhini qaldırdı: “İçək möhtərəm Dadianinin sağlığına!” 
  Uşaq baxışlı bir qoca ona təşəkkür etdi. Bununla da üçüncü dövrə başlandı. Hərə öz 
qədəhini bir nəfəsə boşaltdı. Ancaq sərxoş olanı yox idi. Gürcülər süfrə başında olanda 
ürəkdən nəşələnməyi sevirlər. Amma onların ağılları İsa bulağının suyu kimi təmiz və 
şəffaf qalırdı. 
  Meşəlikdə kef məclisi düzəldən təkcə biz deyildik. Meşə saysız-hesabsız ocaqların işığına 
qərq olmuşdu. Çünki bütün şuşalılar hər həftə müxtəlif bulaqların başına yığılırlar. Kef 
məclisləri səhər açılana qədər davam edirdi. Müsəlmanlarla Xristianlar müqəddəs 
meşəciyin bütləri xatırladan ağaclarının kölgəsi altında şənlənirdilər. 
  Mən, yanımda oturan Ninoya baxdım. O, ağsaçlı Didiani ilə söhbət edirdi. Bu da adət və 
ənənənin bir əlaməti idi: qocalara hörmət, cavanlara məhəbbət... 
  Didiani dilləndi: 
  - Siz gərək bir fürsət tapıb, mənim Zuqdidi yay malikanamə gələsiniz. Malikanəm Rion 
çayının qırağındadır. Bir zamanlar bura Medeanın kölələrinin qoyun yunları ilə qızıl 
tozlarını yuduqları yer idi. Əli xan, siz də gəlin. Siz Minqreliyanın balta dəyməmiş tropik 
meşələrini və qədim ağaclarını görərsiniz. 
  - Məmnuniyyətlə, möhtərəm Didiani, gələrəm, amma ağacları görmək üçün yox, sizə 
görə gələrəm. 
  - Nəyə görə ağacların əleyhinəsiniz? Mənim üçün ağaclar Kamil həyatın təcəssümüdür. 
  Nino söhbətə qarışdı: 
  - Əli xan xəyalətlərdən qorxan uşaqlar kimi ağaclardan qorxur. 
  - Elə deyil canım, - dedim. Ancaq sizin üçün ağaclar nə qədər əzizdirsə, mənim üçün də 
bir o qədər çöllər əzizdir. Möhtərəm Dadiani, ağacların olduğu dünya məni karıxdırır. Bu 
dünya vahimə, cin və şeytanlarla doludur. Üstəlik meşələrin içi qaranlıqdır. Günəşin 
şüaları ağacların kölgəsində yox olur. Meşələrin qaranlıqları məni sıxır, budaqların 
xışıltılarını eşidəndə isə qəlbimə hüzn çökür. Mən, sadə şeylərdən xoşlanıram: 
küləklərdən, qumlardan və daşlardan. Çöl bir qılınc zərbəsi kimi sadədir. Meşələr isə 
Qordiy düyünü (1) kimi dolaşıqdır. Mən meşənin içinə girdiyim zaman çaşıb yolumu tam 
itirirəm, möhtərəm Didiani. 
   
  - ---------------------------------- 
  1. Dolaşıq, cəncəlli məsələ. Red. 
--------------------------------------- 
 
  Didiani fikirli-fikirli mənə baxıb dedi: 
  - Sizdə çöl adamının ruhu var. Görünür, insanları bölmək üçün yalnız bir doğru üsul 
vardır: insanları meşə adamlarına və çöl adamlarına bölmək lazımdır. Şərqin içkisiz 
sərxoşluğu çöldən gəlir. Çöllərdə isti küləklərlə qızmar qum insanları sərxoş edir. Orada 
həyat sadə və problemsizdir. Meşələr isə min bir suallarla doludur. Çöl isə kimsədən bir 
şey istəməz, kimsəyə, bir şey verməz və heç bir şey də vədd etməz. Lakin ruhun atəşi 
meşədəki odundan gəlir. Çöl adamının, yəni gözlərimlə görə bildiyim tək bir üzü vardır. 
O, tək bir həqiqət tanıyır, o tək həqiqət də onun qəlbini doldurur. Meşə adamının isə min 
 
26


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə