ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   ...   11   12   13   14   15   16   17   18   ...   70

  Biz meşənin içindən keçib böyük tonqalın yanına qayıtdıq. Yolda birdən-birə Ninonun 
ağlına nə isə gəldi. O, yerindəcə dayandı başını qaldırıb Aya baxmağa başladı.  
  Bəs bizim gələcək uşaqlarımız hansı dinə mənsub olacaqlar? - deyə təşvişlə soruşdu. 
  - Mən də qeyri-müəyyən bir şəkildə dedim ki, “ən yaxşı və təmiz dinə mənsub 
olacaqlar”. 
  Nino inamsızlıqla mənə baxdı və bir müddət susub fikrə getdi. Sonra qəmli halda: 
  - Mən sənin üçün çox yaşlı deyiləmmi? Mənim bu yaxınlarda on yeddi yaşım tamam 
olacaq. Sənin gələcək həyat yoldaşının indi on iki yaşı olmalı idi. 
  Mən onu sakitləşdirdim. Yox, o  mənim üçün qətiyyən çox yaşlı deyildi. O həddən artıq 
ağıllı və hiyləgər idi. Bir gənc qızın ağıllı və hiyləgər olması həqiqətən yaxşı şey idimi? 
Mənə elə gəlirdi ki, biz şərqlilər vaxtından çox tez həddi-buluğa çatırıq, qocalırıq və 
ağıllaşırıq. Bununla belə bəzən hamımızın səfeh və sadəlövh olduğumuz qənaətinə 
gəlirəm. Əslində nə düşünmək lazım idi, bilmirdim. 
  Ağaclar, Nino, uzaqdan işığı gələn ocaqlar məni çaşdırmışdı. Amma hamıdan çox mən 
özüm özümü çaşdırmışdım. Bəlkə də mən Kaxetiya şərabından çox içib, bir səhra qulduru 
kimi məhəbbətin sakit bağçasında bir sərsəri kimi dolaşırdım. 
  Əlbəttə Ninonun bir çöl adamının qurbanı olduğu barədə düşünməməyinə əmin idim. O 
özünü çox sakit aparırdı. 
  Biz yenidən İsa bulağına qayıdanda Ninonun göz yaşlarından, gülüşlərindən və incə 
coşğunluğundan əsər əlamət qalmamışdı. Bizim qeybə çıxıb yenidən qayıtmağımızı heç 
kim sezməmişdi. Mən ocağın qırağında oturdum və birdən  hiss etdim ki, susuzluqdan 
dodaqlarım quruyur. Mən İsa bulağının suyundan bir istəkan doldurub içdim. İstəkanı 
süfrəyə qoyarkən Məlik Naçaryanla baxışlarımız rastlaşdı. O, mənə dostcasına, qayğı ilə 
və bir azca himayətkarcasına baxırdı. 
   
  VII 
   
  Damdakı divana uzanıb məhəbbət xəyalına dalmışdım. Mənim məhəbbətim başqalarının 
məhəbbətindən təmamilə fərqli idi. Mən Ninoya bulaq başında, şəlalələr yanında yox, 
Nikolay küçəsində məktəbə gedərkən rast gəlmişdim. Elə ona görə də Mənim 
məhəbbətim babalarımın, atamın və əmimin məhəbbət məcarələrindən çox fərqli idi. 
Şərqlilərin məhəbbət hekayətləri bulaq başında və yaxud səsli-küylü şəlalələrin yanında 
başlardı. Qızlar çiyinlərinə səhəng alıb hər axşam üstü bulaq başına gedərdilər. Cavan 
oğlanlar da bulaq başına yaxın bir yerdə dövrə vurub oturardılar. Onlar yanlarından 
keçən qızlara heç gözucu da baxmadan vuruşmalardan və soyqunçulardan bəhs edən 
söhbətlər edərdilər.  Qızlar səhənglərini bulaq suyu ilə doldurub tələsmədən yavaş-yavaş 
evlərinə qayıdardılar. Ağzına qədər su ilə doldurulmuş səhənglər çox ağır olur. Bu dolu 
səhəngləri apararkən büdrəməmək üçün qızlar örpəklərini dala atıb, ədəblə gözlərini yerə 
zilləyərdilər. 
  Hər axşamüstü qızlar bulaq başına gedərdilər. Oğlanlar da hər axşamüstü meydanın bir 
guşəsində oturardılar. Şərqdə məhəbbət məcarəsı belə başlayardı. 
  Təsadüfən qızlardan biri gözlərini qaldırıb oğlanlara nəzər salardı. Oğlanlar yenə buna 
əhəmiyyət verməzdi. Əgər həmin qız təkrarən bulaq başına qayıdırsa, oğlanlardan biri 
başını qaldırıb göyə baxardı. Bəzən onun baxışı qızın baxışı ilə rastlaşırdı. Bulaq başında 
 
29


iki gəncin baxışları bir neçə dəfə rastlaşırdısa, hamı başa düşərdi ki, məhəbbət məcarəsı 
başlayıb. 
  Qalan şeylər artıq su kimi axıb gedərdi. Eşq atəşinə düşmüş cavan oğlan mahnılar 
oxuyaraq ətrafı dolaşmağa başlardı. Oğlanın yaxın qohumları isə qız evi ilə başlıq 
məsələsini götür-qoy edərdilər. Müdriklər də təzə evlənmək istəyənləri neçə cəngavər 
dünyaya gətirəcəklərini hesablayardılar. Hər şey qabaqcadan hazırlanıb qərarlaşdırılardı. 
  Bəs mənim bulağım harada qaldı? Hanı Ninonun üzündəki örpək? Qəribədir. Qadını 
örpək altından görmək mümkün deyil, amma tanımaq olur: onların vərdişini, 
düşüncəsini, arzularını bilmək olurdu. Örpək qızların gözlərini, burnunu və ağzını 
bağlayır, qəlbini, ruhunu isə yox. Şərq qadınlarının qəlbi çadrasız qadınların qəlbindən 
fərqli idi. Çünki, çadrasız qadınların gözlərini, burunlarını, dodaqlarını görmək olur. 
Amma bu gözlərin ardından keçənləri heç bir zaman bilə bilməzsiniz. Hətta onu çox yaxşı 
tanıdığınızı zənn etsəniz belə.  
  Mən Ninonu sevirəm, amma o yenə də məni çaşdırır, heyrətə və şübhəyə salırdı. Küçədə 
özgə kişilər ona baxdıqları zaman o bundan xoşlanırdı. Halbuki, yetişmiş bir şərqli qızı 
belə şeylərdən diksinərdi. O məni öpürdü. Mən də onun qıçlarını sığallayırdım. Halbuki 
biz hələ heç nişanlı da deyildik. Nino eşq və məhəbbət haqqında olan kitabları oxuduğu 
zaman adəti üzrə xülyalara dalırdı və həsrətlə için-için yanırdı. Ondan soruşanda ki, axı 
sən nəyin həsrətini çəkirsən. O, başını aşağı salıb “heç özüm də bilmirəm” deyə cavab 
verirdi. Zənnimcə, Ninodakı bu xasiyyət onun əvvəllər Rusiyada olmasından irəli gəlir. 
Atası Ninonu həmişə özü ilə Peterburqa aparardı. Rus qadınlarının necə çılğın olduqlarını 
hamı bilir. Onların gözləri ehtirasla dolu olur, ərlərinə vəfasızlıq edib, başqaları ilə 
gəzirlər. Ona görə də çox nadir hallarda onların ikidən artıq uşaqları olardı. Tanrı onları 
da belə cəzalandırırdı. Bununla belə mən Ninonu yenə də sevirdim. Onun gözlərini
səsini, gülüşünü, danışıq və düşüncə tərzini sevirdim. Mən onunla evlənəcəyəm. Onun 
xəyalpərəst olmağına baxmayaraq, o da bütün gürcü qadınları kimi yaxşı bir həyat 
yoldaşı olacaq. İnşallah. 
  Divanın üzərində o biri tərəfə çevrildim. Bütün bu düşüncələr məni yorurdu. Gözlərimi 
yumub gələcəyi, yəni Ninonu xəyalımda düşünmək mənə daha xoş idi. Çünki bizim 
gələcəyimiz, toy günümüzdən, Nino mənim arvadım olan gündən başlayacaqdı. 
  O gün çox həyəcanlı bir gün olacaq. O gün mənə Ninonu görməyə icazə verməyəcəklər. 
Deyilənə görə toy günü bəylə gəlinin birlikdə gözə görünməsindən pis şey yoxdur. 
Təpədən dırnağa qədər silahlanmış dostlarım atlara minib Ninonu evlərindən 
aparacaqlar. Onun üzündə örpək olacaq. O, yalnız bircə gün şərqin adətinə baş əyməli 
olacaq. 
  İmam suallar verəcək, mənim dostlarım da salonun bir küncündə dayanıb imamın 
suallarını gözləyəcəklər. İmam verdiyi sualların cavablarını soruşarkən dostlarım and-
aman edəcəklər ki, mən iqtidarsız deyiləm. Adət və ənənələr bunu tələb edirdi. Çünki hər 
bir adamın düşmənləri var. Bu düşmənlər toy günü xəncərlərini qınlarından sıyırır, 
üzlərini gün batan tərəfə yönəldib “Anisani, banisani, mamaverli, kaniani” deyə 
pıçıldayardılar. Yəni, “o bu işi eləməz, o, bu işi eləməz”. 
  Amma, Allaha şükür ki, yaxşı dostlarım vardı. İlyas bəy də insanı bu cür cadugərlərdən 
qoruyan duaların hamısını yaxşı bilirdi. 
 
30


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə