ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   ...   19   20   21   22   23   24   25   26   ...   70

qədər qız qul edilərək uzaq diyarların hərəmxanalarına aparıldı. Ruslar isə buraya öz 
razılıqları ilə gəlməmişlər. Biz onları çağırmışıq. Gürcü kralı XII Georgiy könüllü olaraq 
çara təslim olub. Məgər çarın dediyi sözlərlə tanış deyilsinizmi: “Biz gürcü krallığının 
müdafiəsini onsuz da ucsuz-bucaqsız olan imperiyamızı böyütmək üçün üzərimizə 
götürmürük”. 
  Əlbəttə, biz bu sözləri eşitmişdik. Çar birinci Aleksandrın yüz il bundan qabaq 
haqqımızda çıxartdığı manifesti düz səkkiz il oxuduğumuz məktəbdə başımıza yeritməyə 
çalışmışlar. “Biz gürcü krallığının müdafiəsini onsuz da ucsuz-bucaqsız olan 
imperiyamızı daha artıq böyütmək üçün...” sözləri Tiflisin mərkəzi küçəsində vurulan 
bürünc bir lövhənin üzərində həkk edilmişdi. 
  Nino haqsız deyildi. O zamanlar Şərq hərəmxanaları müharibələrdə yaxalanmış Qafqaz 
qadınları ilə, Qafqaz şəhərlərinin küçələri isə xristian cəsədləri ilə dolu idi. Mən Ninoya 
cavab verib deyə bilərdim ki, “Mən müsəlmanam, siz isə xristian. Allah da sizi bizə 
qənimət bəxş edib”. Lakin susmağa üstünlük verdim və Naçararyanın cavabını gözlədim. 
  O dedi: 
  - Baxın, prinses, siyasi düşüncəsi olan adamın bəzən haqsızlıq, hətta ədalətsizlik edəcək 
qədər cəsarət göstərməsi də lazımdır. Bəli razıyam, ölkəmizə sülh ruslarla birlikdə gəldi. 
Lakin biz Qafqazlılar bu sülhü indi rusların köməyi olmadan da qoruyub saxlaya bilərik. 
Ruslar bizi biri-birimizdən qorumalarının gərəkliyini irəli sürərək buraya rus hərbi 
hissələri, rus çinovnikləri və rus qubernatoru göndəriblər. İndi, prinses, özünüz deyin, siz 
özünüzü məndən qorumalısınızmı? Mənim də Əli xandan qorunmam lazımdırmı? Bu 
yaxın keçmişdə biz Şuşanın yaxınlığındakı İsa bulağının başında əlvan xalçaların üstündə 
oturub dostcasına söhbət etmirdikmi? İran artıq bizimlə düşmən deyildir ki, Qafqaz 
xalqları ondan qorxmalı olsunlar. İndi düşmənimiz şimalda oturub və bizi inandırmağa 
çalışır ki, biz biri-birimizdən müdafiə olunmalı uşaqlarıq. Ancaq bizlər artıq çoxdandır ki, 
uşaqlığı arxada qoyub, uşaqlıq yaşından çıxmışıq. 
  - Deməli ona görə müharibəyə getmirsiniz? - deyə Nino soruşdu. 
  Naçararyan həddən artıq şampan şərabı içmişdi. “Yox, səbəb təkcə buna görə deyil” - 
deyə söz başladı. Mən həm də tənbələm, özü də rahat yaşamağı sevirəm. Erməni 
kilsəsinin əmlakını ruslar müsadirə etdikləri üçün onlardan küsmüşəm. Sonra da ki, 
klubun balkonunda oturmaq, atəş xəttindəki səngərlərdə çürüməkdən yaxşıdır. Bizim 
ailəmiz məşhurlaşmaq üçün kifayət qədər çalışıb vuruşmuşdu. Mən özüm isə kef 
əhliyəm. 
  - Mən bu mövzuya tamam başqa nöqtəyi nəzərlə baxıram, - dedim. Mən kef əhli 
deyiləm, müharibədən də xoşum gəlir. Amma məhz bu müharibədən xoşum gəlmir. 
  Naçararyan şərab içə-içə mənə baxıb dedi: 
  “Siz hələ gəncsiniz, dostum, ona görə” - dedi və şampan badəsini təkrar qaldırıb 
söhbətinə davam etdi. Biz durub evə getməyə hazırlaşanda Nino artıq deyəsən 
Naçararyanın haqlı olduğuna təxminən inanmışdı. Naçararyanın avtomobilinə mindik. 
Yolda Naçararyan yenə də dilləndi:  
  - Bu qeyri adi şəhər Avropanın darvazasıdır. Əgər Rusiya belə geridə qalmasaydı, 
ölkəmiz çoxdan Avropa ölkəsinə çevrilərdi. 
  - Mən coğrafiya dərslərindəki xoş günləri yada salıb ürəkdən qəhqəhə çəkdim. Çünki 
coğrafiya müəllimimiz də şəhərimizi Avropaya daxil etmək istəyirdi. 
 
45


  O gün çox xoş bir axşam keçirdik. Vidalaşanda mən Ninonun gözlərindən və əllərindən 
öpdüm. Naçararyan isə başını dənizə tərəf çevirib dənizi seyr edirdi. Sonra da Naçararyan 
məni avtomobili ilə Sisianaşvili darvazasına tərəf apardı. Avtomobil oradan daha irəliyə 
gedə bilməzdi. Çünki qala divarlarının arxa tərəfi Asiya idi. 
  Naçararyan mənim ilə vidalaşan zaman soruşdu: 
  - Nino ilə evlənəcəksinizmi? 
  - İnşallah, qismət olsa. 
  - Dostum, onunla evlənmək üçün bir çox çətinliklərin öhdəsindən gəlməli olacaqsan. 
Əgər köməyə ehtiyacınız olsa, qulluğunuzda hazıram. Mən istəyirəm ki, siz başqa-başqa 
dinlərə mənsub olsanız da xalqımızı qohumluq əlaqələri ilə bağlayan ilk ailəni qurasınız. 
Mən belə evlənmələrə ürəkdən tərəfdaram. Biz əl-ələ verib mövqelərimizi müdafiə 
etməliyik. Birləşməliyik və bir olmalıyıq. 
  Səmimiyyətlə onun əlini sıxdım. Deməli həqiqətən də ləyaqətli və vicdanlı ermənilər də 
var imiş. Kəşf etdiyim bu yenilik son dərəcə insanı düşünməyə məcbur edirdi. 
  Yorğun halda evə gəldim. Xidmətçi yerdə bardaş qurub kitab oxuyurdu. Əlindəki kitaba 
bir nəzər saldım: Qurani Kərimin səhifələri incə yazılarla dolu idi. Xildmətçi ayağa 
qalxaraq məni salamladı. 
  Əlindəki müqəddəs kitabı onun əlindən alıb oxumağa başladım: “Ey möminlər, 
unutmayın ki, şərab içmək, qumar oynamaq və canlının rəsmini çəkmək qadağan 
edilmişdir və bunlar şeytan əməlləridir. Bunlardan uzaq qaçın ki, bəlkə xoşbəxtliyə nail 
olasanız. Şeytan sizi Allahın düşüncəsindən və ibadətindən döndərmək istəyir”. 
  Quranın səhifələrindən ətrafa xoş bir qoxu gəlirdi. İncə sarımtıl rəngli vərəqlər 
xışıldayırdı. Allahın iki dəri örtüklü cild arasına alınmış kəlamları ciddi və öyüdverici idi. 
Quranı xidmətçinin özünə qaytardım, sonra yuxarı otağıma qalxdım. Divan geniş və 
yumşaq idi. Həmişəki adətim üzrə dərin düşünmək və hər şeyi yaxşı görmək üçün 
gözlərimi yumdum. Şampan şərabı, bal səhnəsindəki Yevgeni Onegin, Naçararyanın açıq 
rəngli qoyun gözləri, Ninonun zərif dodaqları və şəhərimizi zəbt etmək üçün dağ 
tərəfindən şəhər divarlarını aşan saysız-hesabsız düşmən dəstələri gözümün qabağında 
canlandı. 
  Küçədən bir mahnı səsi gəldi. Bu, aşiq olmuş Haşım kişi idi. O, çox yaşlı idi və heç kim 
onun hansı eşq üçün kədərləndiyini bilmirdi. Camaat ona “məcnun” - eşq xəstəsi adını 
vermişdi. Gecələr şəhərin qaranlıq küçələrində sərgərdan dolaşır, dalanların birində yerə 
oturur və səhər açılana qədər ağlaya-ağlaya öz eşqindən şərqilər oxuyardı. 
  Onun oxuduqları ahəngli adama yuxu gətirirdi. Üzümü divara çevirib dərin yuxuya 
getdim. 
  Həyat hələ də çox gözəl idi. 
   
  XI 
   
  Çomağın iki başı var. Bir başı yuxarı, o biri də aşağı başdır. Çomağın ortasından tutub 
çevirsən yuxarı baş aşağıda, aşağı baş da yuxarıda olur. Çomağın özündə isə heç bir şey 
dəyişmir. 
  Mənim vəziyyətim də elə bu cür idi. Mən bir ay və yaxud bir il bundan qabaqki adam 
idim.  
 
46


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə