ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   ...   15   16   17   18   19   20   21   22   ...   70

haraya getmək istədiklərini bilən yox idi. Elə bil bunu heç özləri də bilmirdilər. Onlar 
palçıq topaları kimi dinməz-söyləməz yerdə otururdular, ya da ki, hansı istiqamətə 
getməsindən asılı olmayaraq gələn qatarlara hücum edib vaqonlara doluşurdular. 
Əynində qoyun dərisindən cırıq kürk olan bir qoca gözləmə zalının qapısında oturub 
hönkür-hönkür ağlayırdı. O, İran sərhədindəki Lənkəran şəhərindən idi. Ona elə gəlirdi 
ki, onun evi yanıb yerlə yeksan olmuş, uşaqları da ölmüşlər. Ona dedim ki, İran bizimlə 
müharibə aparmır. O, ümidsiz halda mənə baxıb dedi: “Yox, ağa İranın qılıncı uzun illərdi 
ki, paslanmışdı. İndi isə o qılıncı yenidən itiləyiblər. Gecələr bizə basqın edəcəklər, 
Şahsevənlər də evlərimizi yerlə-yeksan edəcəklər, çünki biz kafirlər imperiyasında 
yaşayırıq. İran aslanı ölkəmizi xarabazara çevirəcək. Qızlarımız kölə, oğlanlarımız da İran 
şahpərəstlərinin oyuncağı olacaq”.Qocanın mənasız fəryadları davam edirdi. Qoçum 
qarışıqlıqda camaatı itələyə-itələyə vaqona minmək üçün yol açırdı. Çox böyük 
əziyyətdən sonra nəhayət vaqona minə bildik. Konduktora pul verəndən sonra o bizə bir 
kupe açdı. Biz də sakitləşib oturduq. Lokomotivin küt siması Nuh əyyamından qalma 
əjdahanı xatırladırdı. Səhramızın fonunda onun qara yırtıcı bir görünüşü vardı.  
  Qoçum üzərində qızılı sapla toxunmuş “Z.J.D.”(1) hərfləri olan məxmər döşəkçənin 
üstündə oturdu. 
  Qatar ağır-ağır hərəkətlə çöl mənzərələrinin içindən keçməyə başladı. Ta uzaqlara qədər 
uzanan sapsarı qumlar, yumşaq və yuvarlaq təpələr, küləklərdən və günəş şüalarından 
çatlamış qayalıqlar işıq saçırdılar. 
  Vaqonun pəncərəsini açıb bayıra baxdım. Qızmar qum təpələrinin üstündən, çox-çox 
uzaqlarda olan dəniz tərəfdən sərin külək əsirdi. Çılpaq qayalar qıpqırmızı göz kimi 
közərirdi. Səhranın ətrafını bürüyən tozlu kollar ilansayağı tərpəşirdi. 
  Sonra səhrada bir karvan göründü. Karvandakı yüzdən çox bir və iki hörgüclü irili-
kiçikli dəvələrin hamısı ürkək baxışlarını qatara zilləmişdilər. Hər dəvənin boynunda 
zınqırov var idi. Onlar ayaqlarını qorxaq addımlarla zınqırovların səslərinin ahənginə 
uyğun olaraq atır, başlarını da ona uyğun surətdə yellədirdilər. Dəvənin biri büdrəsə və 
ya addımını səhv qoysa zınqırovun birinin  səsi  dərhal  kəsilir. Dəvələrin  hamısı bunu 
hiss edir və onlar narahat olmağa başlayırlar. 
   
  - ---------------------------------------------------- 
  1. ZJD – Zaqafqazskaya jeleznaya doroqa. 
--------------------------------------------   
 
Karvanda yalnız ahəng bərpa olunandan sonra dəvələr sakitləşir. Çölün qızğın 
xülyalarından doğmuş və eyni xəmirdən yaradılmış dəvə çölün simvoludur. 
  Dəvə karvanı ağır-ağır gün çıxan tərəfdən uzaqlaşaraq, bir xəyal aləmində yox olurdu. 
Qatar isə gün batan istiqamətinə gedirdi. Mən oraya, dəvələrə, onları aparan adamlara və 
qumlu səhraya mənsubam! Mən qatarı saxlamaq üçün nə səbəbdənsə əlimi qaldırıb 
ehtiyat əyləcini dartmadım? Çünki mən artıq o istiqamətə getmək istəmirdim. Qatar 
Qərbə tərəf gedə bilər, amma mən bütün qəlbimlə, bütün ruhumla Şərqə mənsubam. 
  Kupenin pəncərəsini açıb, başımı bayıra çıxartdım. Karvan artıq uzaqlarda qalmışdı. 
Onun arxasınca baxdım tam bir sükut çökmüşdü. Mənim ölkəmdə heç bir düşmən yox 
idi. Zaqafqaziya çöllərini heç kim təhdid etmirdi. Qoçum müharibəyə getmək istəyirdi. 
 
37


Onun üçün durum başqaydı. Çünki o, çar üçün də vuruşar, qərb üçün də. Qoçum öz 
macəra pərəstliyinin əsiridi. O, bəzin asiyalılar kimi düşmənlərinin qan axıtmasını və 
onların göz yaşlarını görmək istəyirdi. Mən də müharibəyə getmək istəyirdim: Bütün 
varlığım qanlı bir müharibənin gətirdiyi hüriyyətin həsrətini çəkirdi. İçim gecələr döyüş 
meydanından ucalan tüstüləri görmək arzuları ilə dolu idi. Müharibə – ən gözəl sözdür. 
Onda kişilik və qüdrət hiss olunur. Hər halda mən burada qalmalıyam ki, düşmənin 
ölkəmizə ayaq basdığı günə özümü onlara qarşı hazırlayım. Qoy bu müharibəyə lovğalar 
getsinlər. Amma ölkəmizdə kifayət qədər adam qalmalıdır ki, düşməni dəf etmək 
mümkün olsun. Yenə də içimdə boğuq bir hiss vardı. Hiss edirəm ki, bu müharibədə kim 
qalib gəlirsə-gəlsin, bizim üçün çarın istila yürüşlərindən də böyük bir təhlükə meydana 
çıxar. Gözə görünməz bir qüvvə karvanın ipini sarbanın əlindən alır və onu zorla yad 
otlaqlara, yad yollara döndərmək istəyir. Bu yollar isə, ancaq qərbin yolları ola bilər. Mən 
o yolla getmək istəmirəm. Ona görə də mən müharibəyə getməyib vətənimdə qalmaq 
istəyirəm. Ancaq o gözəgörünməz qüvvə mənim dünyama qarşı qalxarsa, yalnız o zaman 
mən qılıncımı qınından sıyıracağam. 
  Oturduğum yerdə rahat düşünürdüm. İnsan düşündüyünü axıra çatdıranda rahat olur. 
Ola bilər camaat söz yayacaq ki, mən Ninonun qara gözlərindən ayrıla bilmədiyim üçün 
müharibəyə getməyib evdə qalıram. Qoy desinlər. Ola bilər ki, bunu deyənlər bəlkə də 
haqlıdırlar. Amma onlar onu da bilsinlər ki, bu qara gözlər mənim üçün vətən torpağıdır, 
yadellilərin yad yola dartıb aparmaq istədiyi vətən övladının nidasıdır. Mən də qalıram 
ki, ana vətənimi gözəgörünməz yadelli düşmənlərdən qoruyum. 
  Gözlərim qoçuma sataşdı. O şirin yuxu içində xor-xor xoruldayırdı. 
   
  IX 
   
  Bakı şəhər avqust günəşinin altında süst düşmüşdü. Onun qədim, qırış tutmuş sifəti heç 
dəyişməmişdi. Rusların çoxu şəhərdən qeybə çıxmışdılar. Onlar öz çarları və vətənləri 
uğrunda cəbhəyə getmişdilər. Polis bir-bir evləri gəzib almanlarla avstriyalıları axtarırdı. 
Neftin qiyməti artmışdı. Şəhər qala divarlarının içində və bayırında yaşayan adamların 
kefləri saz, həyatlarından da məmnun idilər. Müharibə barədə məlumatları yalnız 
çayxanaların daimi müştəriləri eşidə bilirdilər. Müharibə sanki çox uzaqlarda, başqa bir 
planetdə gedirdi. Müharibədə fəth edilən və yaxud itirilən şəhərlərlə qəsəbələrin adları 
çox uzaqdan eşidilir və qulaqlarda yad kimi səslənirdi. Bütün qəzetlərin birinci 
səhifələrində müxtəlif generalların şəkilləri çap edilirdi. Bu generallar bir dost kimi 
özlərindən razı halda, zəfərə arxayın kimi təsvir olunurdular. Müharibə gedə-gedə 
vətənimi tərk etmək istəmirdim. Elə ona görə də Moskvaya gedib xarici dillər institutuna 
daxil olmadım. Bir də təhsil qaçmırdı ha. Müharibəyə getmədiyim üçün bir çoxları mənə 
nifrət edirdi. 
  Lakin mən evimizin damından köhnə şəhərin rəngarəng qübbələrini seyr edən zaman 
dərk edirdim ki, çarın heç bir çağırışı məni doğma qala divarlarından ayıra bilməz. 
  Mənim davranışım atamı karıxdırmışdı. O, təşvişlə məndən soruşdu:  
  - Sən, Əli xan Şirvanşir, doğrudan da müharibəyə getmək istəmirsən? 
  - Bəli, ata getmək istəmirəm. 
  - Əcdadlarımızın çoxu döyüş meydanında həlak olublar. Bu bizim ailədə təbii bir haldır. 
 
38


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə