ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   ...   14   15   16   17   18   19   20   21   ...   70

  - Qoçum – dedim. Bizim dostlarımız Yaponiya imperatoru, hindistan Kralı, İngiltərə 
kralı, Serbiya kralı, Belçika Kralı və Fransa respublikasının prezidentidir. 
  Qoçu bu söhbətdən narazı halda dodaqlarını büzdü: 
  - Fransa respublikasının prezidenti axı sivil bir adamdır. O necə döyüş meydanına gedib, 
müharibə apara bilər? 
  - Bilmirəm, bəlkə öz yerinə generallarından birini göndərəcək. 
  - Adam gərək müharibəni özü aparsın, başqasının ümidinə qoymasın. Yoxsa, 
müharibənin sonu heç də xeyirli olmaz. 
  Qoçu yorğun baxışlarla faytonçumuzu süzüb, səriştəli adam kimi danışmağa başladı: 
  - Çar balacaboy, cılız bir adamdır. Kayzer Gilyom isə əksinə, iri gövdəli və güclüdür. O, 
elə ilk döyüşdə çarın öhdəsindən gələcək. 
  Bu sadəlövh qoçum elə bilirdi ki, müharibəni başlamaq üçün iki düşmən ölkələrinin 
hökmdarları atlarına minərək onları bir-birlərinin üzərlərinə sürəcəklər və müharibə də 
belə başlayacaqdır. Əslində müharibənin belə başlamadığını söyləyərək onu inandırmağa 
çalışmaq mənasız idi. Kayzer Gilyom çarı vurub yıxandan sonra şahzadə meydana 
çıxmalıdır. Şahzadə isə çox gənc, üstəlik də xəstədir. Halbuki, gilyomun aslan kimi altı 
sağlam və qolu qüvvətli oğlanları vardır. 
  Mən onun bədbinliyini sovuşdurmağa çalışdım: 
  - Gilyom ancaq sağ əli ilə vuruşa bilər, çünki onun sol qolu şikəstdir. 
  - Eh, bunun heç bir əhəmiyyəti yoxdur. Sol əl ona yalnız atın yüyənini tutmaq üçün 
lazım olacaqdır. Vuruşmaq üçün isə ona sağ əl lazımdır, 
  Qoçum dərin düşüncələrə daldığı üçün alnında cizgilər əmələ gəlmişdi. O birdən-birə 
soruşdu: 
  - Kayzer Frans Yozefin doğrudan mı yüz yaşı var? 
  - Dəqiq deyə bilmərəm. Amma çox qoca olduğu şübhəsizdir. 
  - O yaşda bir qocanın atına minib qılıncını çəkərək vuruşması dəhşətdir – deyə qoçum 
dilləndi. 
  - Allah onun yardımçısı olsun. 
  - Amma, onun vuruşmasına lüzum yoxdur. 
  Necə yəni lüzum yoxdur? 
  - Ona görə ki, onunla Serbiya Kralı arasında qan davası vardır. İndi onlar bir-birlərilə 
qan düşmənləridirlər. Kayzer Frans Yozef də öz vəliəhdinin tökülən qanının intiqamını 
almalıdır. Bizim kəndlilərdən biri olsaydı, yəqin ki, yüz beş inəklə bir ev verib qan pulunu 
ödəyə bilərdi. Amma Kafzer tökülən qanı bağışlaya bilməzdi. Əgər hamı tökülən qanı 
bağışlamalı olsaydı, ondan sonra qan davası tezliklə aradan qalxardı. Qan davası da 
olmasa, ölkə tənəzzül edər. 
  Qoçum haqlı idi. Avropalılar nə deyirlər desinlər, qan davası dövlət quruluşunun və 
insan davranışının ən önəmli təməlini təşkil edirdi. Əlbəttə, yaşlı və müdrik kişilər əlavə 
qan tökülməməsi üçün yalvarıb yaxarırdılar ki, axıdılan qanın əvəzində böyük miqdarda 
pul alıb onları bağışlasınlar. Amma tökülən qan davasının əsasını mühafizə etmək 
lazımdır. Əks təqdirdə tökülən qanların sonu haraya çatardı? 
  Bəşəriyyət millətlərə deyil ailələrə bölünmüşdü. Ailələr arasında isə Allahın buyuruğuna 
və kişilərin güclü inamına əsaslanan bir müvazinət vardı. Kobud zorakılıq nəticəsində bu 
müvazinət pozularsa. Allahın buyuruğuna qarşı gedən ailə də bir üzvünü qurban 
 
35


verməlidir. Bu yolla da müvazinət bərpa olunur. Ancaq, qan qisasını yerinə yetirmək bir 
az çətin işdir. Çox vaxt qisas alan adamın gülləsi hədəfə dəymir, ya da onun gülləsi lazım 
olandan daha çox adam öldürür. Ondan sonra qan davası davam edir. Qan qisasının əsası 
isə doğru və aydındır. Qoçum məni çox yaxşı başa düşürdü və razılıq ilə başını 
yırğalayırdı. Öz vəliəhdinin tökülən qanının intiqamını almaq üçün yüz yaşı olan Kayzer 
Yozef atına minib davaya hazırlanması gözəl və ədalətli bir hərəkət idi. 
  - Əli xan, əgər Kayzer ilə Serbiya kralı qan üstündə döyüşmək istəyirlərsə, başqa 
hökmdarlar bu işə niyə qarışırlar? - deyə qoçum dilləndi. 
  Bu sual çox çətin sual idi, özüm də bu suala cavab tapa bilməzdim...- Buraya bax, - deyə 
sözə başladım, -bizim çar da Serbiya Kralının səcdə etdiyi Tanrıya itaət edir, elə ona görə 
də çara kömək edirdi. Mənim fikrimcə Kayzer Gilyomla digər düşmən krallar və 
imperatorlar qohumdurlar. İngiltərə kralı çarla qohumdur. Beləliklə, hər şey zəncir kimi 
biri-birilə bağlı olur.  
  Mənim cavabım qoçumu qane etmədi. Çünki Yaponiya imperatoru çarın Tanrısından 
tamamilə fərqli olan bir Tanrıya itaət edirdi. Fransada hökmdarlıq edən o müəmmalı 
mülki şəxsin isə heç bir hökmdarlarla qohumluğu olmayacağına qoçum əmin idi. Bunlar 
hələ bir yana, qoçumun fikrincə, Fransada tanrı deyilən bir varlıq da yox idi. Deməli 
fransızlar allahsızdı. Ona görə də, o ölkəyə respublika deyilir. 
  Bütün bunlar mənə də qaranlıq idi. Qoçuma qeyri-müəyyən bir şəkildə cavablar verib 
soruşdum ki, görəsən mənim igid qoçum müharibəyə gedəcəkdirmi? Qoçum xülyalı 
baxışlarla silahlarına baxdı. 
  - Bəli, - deyə cavab verdi – təbii ki, mən müharibəyə gedəcəyəm. Amma bilirsən ki, mən 
müharibəyə getməyə də bilərəm. Çünki biz müsəlmanlar hərbi xidmətdən azadıq. Ancaq 
ona baxmayaraq mən yenə də müharibəyə getmək istəyirəm, – deyə sadəlövh qoçum 
birdən-birə həyəcana gəldi. - Müharibə yaxşı şeydi. Müharibənin sayəsində çox səyahət 
etmək və uzaq diyarlara getmək mümkün olacaqdı. Qərbdə küləklərin vıyıltısını eşidəcək 
və düşmənlərin tökdükləri göz yaşlarını görə biləcəyəm. Müharibəyə getsəm mənə bir at 
və bir tüfəng verəcəklər. Mən silah dostlarımla birlikdə tutduğumuz kəndlərin içərisindən 
böyük ruh yüksəkliyi ilə keçəcəyik. Müharibədən qayıdanda isə özümlə çoxlu pul 
gətirəcəyəm, qəhrəman olduğum üçün hamı mənim qəhrəmanlığımı bayram edəcək. 
Əgər həlak olsam, əsl kişi kimi döyüş meydanında qəhrəmancasına həlak olacağam. O 
zaman da hamı mənim qəhrəmancasına həlak olmağımdan danışacaq, oğluma və atama 
böyük hörmət göstərəcəklər. Kimə qarşı olursa-olsun müharibə yaxşı şeydir. Kişi gərək 
ömründə heç olmasa bir dəfə müharibəyə getsin. 
  Qoçum durmadan şövqlə danışırdı. O, düşmənlərinə vuracağı yaralardan danışır və 
hətta xəyalında artıq hərbi qənimətlərini də görürdü. Onun gözləri getdikcə artan 
ehtirasdan parlayırdı, qarayanız sifəti isə ilahi “Şahnamə” əsərinin səhifələrindəki 
əfsanəvi cəngavərlərinin simasını xatırladırdı.  
  Mən həqiqətən ona qibtə edirdim, çünki o nə edəcəyini dəqiq bilən sadə bir adamdı. Mən 
isə gələcəyə xəyalpərəstlik və qərarsızlıqla baxırdım. Mən rus imperator gimnaziyasında 
oxuduğum zaman tələb olunandan da artıq oxumuşdum. Rusların xəyalpərəsliyi mənə də 
keçmişdi. 
  Gəlib Dəmir yol stansiyasına çatdıq. Gürcüstandan olan qadınlarla, uşaqlar, qocalar və 
Zaqataladan gəlmiş köçərilər stansiyanın binasına dolmuşdular. Onların haradan gəlib və 
 
36


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə