ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   ...   23   24   25   26   27   28   29   30   ...   70

səbirli ol. Qadınlar uşaq kimidirlər, amma uşaqlardan fərqli olaraq onlar daha hiyləgər və 
daha yaman olurlar. Bunu da bilməlisən, bu çox vacib məsələdir. İstədiyin vaxt ona çoxlu 
hədiyyələr gətir, ipək və daş – qaş ver. 
  - Ata, mən onu sevirəm. 
  O başını yırğaladı: 
  – Ümumiyyətlə kişi gərək arvadı sevməsin. Kişi vətənini, müharibəni sevər. Bəzi kişilər 
də  gözəl xalçaları və yaxud nadir silahları sevirlər. Ancaq kişinin qadını sevməsinə rast 
gəlmək olur. Leyli və Məcnunun dillərdə əzbər olan eşqindən və yaxud Hafizin 
qəzəllərindən xəbərin varmı? Hafiz bütün ömrü boyu eşqi – məhəbbəti tərənnüm edib. 
Amma bəzi ağıllı adamlar deyirlər ki, Hafiz ömründə bir qadınla belə yatmayıb. Məcnun 
isə  əməlli – başlı dəli idi. İnan mənə oğlum. Kişi qadını qorumalıdır, ona baxmalıdır, 
amma sevmək qadının vəzifəsidir. Allahın buyruğu belədir. 
  Mən ona cavab verməyib susmağı üstün tutdum. Atam da dinməz oturdu. Bəlkə də o 
haqlı idi. Kişinin həyatında məhəbbət ən vacib, ən mühüm şey deyil. Mən hələ həyatda 
atamın təcrübə və bildiyinin zirvəsinə çatmamışdım. 
  Atam birdən-birə gülərək dedi: “Yaxşı, mən sabah Knyaz Kipianinin  yanına gedib, 
məsələni onunla danışaram. Yoxsa dünya dəyişib, artıq gənclər özləri indi qıza elçi 
gedirlər?  
  – Kipianlilərlə mən özüm gedib danışacağam, – deyə tələsik cavab verdim. 
  Atlara  minib Bayıla tərəf sürdük. Bir az keçəndən sonra Bibiheybətin neft vışkaları 
göründü. Qara neft buruqları eybəcər görünüşlü qaranlıq bir meşəni xatırladırdı. Ətrafı 
neft qoxusu bürümüşdü. Əllərindən neft damcılayan fəhlələr, neft fışqıran buruğun 
yanında dayanmışdılar. Bayıl həbsxanasının yanından keçəndə birdən-birə güllə səsi 
eşitdik. “Kimi güllələyirlər?” – deyə mən soruşdum.  
  – Yox, bu dəfə Bayıl həbsxanasında heç kimi güllələmirdirlər. Güllə səsləri Bayıl 
qarnizonunun kazarmasından gəlirdi. Orada əsgərlərə müharibə təlimini öyrədirdilər.  
  – Dostlarını görmək istəyirsənmi? – deyə atam soruşdu. Başımla ona “bəli” işarəsi etdim. 
Atlarımızı kazarmanın təlim meydançasına sürdük. İlyas bəylə Məmməd Heydər öz 
hissələrindəki əsgərlərə təlim keçirdilər. Onların alınlarından tər süzülürdü.  
  Məmməd Heydərin sifətində çox ciddi bir ifadə vardı. İlyas bəy isə başqa bir nəfər 
tərəfindən idarə edilən incə bir oyuncağı andırırdı. Hər ikisi bizə yaxınlaşıb salam 
verdilər.  
  – “Hərbi xidmət necədir, xoşunuza gəlirmi? – deyə soruşdum. 
  İlyas bəy cavab vermədi... 
  Məmməd Heydər də qaşqabağını töküb dedi ki, hər halda  məktəbdən yaxşıdır.  
  İlyas bəy də dilləndi.  
  – Alayımıza yeni bir komandan gəlir. Şuşalıdır, adı Knyaz Melikovdur.  
  – Melikov? O kəhər atı olan Melikov deyilmi? 
  – Bəli, özüdür ki, var. İndidən bütün qarnizon o atdan əfsanələr danışır.  
  Bir müddət aramıza sükut çökdü. Kazarmanın keçid meydanını qatı toz təbəqəsi 
örtmüşdü. İlyas bəy qısqanc və sıxıntılı  baxışlarla əsgərlər tərəfə baxırdı. Atam əlini onun 
çiyninə qoydu: 
   – Deyəsən, Əli xana həsəd aparırsan ki, o azaddır. Paxıllıq eləmə, çünki o, da öz razılığı 
ilə azadlığını əldən vermək niyyətindədir.  
 
53


  İlyas bəy heyrətə düşmüş halda uzun-uzadı güldü: “Bəli, amma o azadlığını Ninoya 
verir” – dedi: 
  Məmməd Heydər də sual verici baxışlarla başını qaldırıb dedi:  
  – Evlənməyinin artıq vaxtıdır.  
  Məmməd Heydər ailəvi idi. Arvadı çadra örtürdü. Onun adını nə mən bilirdim, nə də 
İlyas bəy. O, məni başdan ayağa diqqətlə süzdü, sonra alnını qırışdırıb dedi:  
  – “İndi həyatın əslində nə demək olduğunu anlayacaqsan”.  
  Bu sözlər Məmməd Heydərin dilində çox sadəlövhcəsinə səslənirdi. Axı Məmməd 
Heydərlə onun çadralı arvadı həyat haqqında nə bilə bilərdilər?  
  Hər ikisinin əllərini sıxıb kazarmanı tərk etdik.  
  Evə qayıdıb divanda uzandım. Asiyalıların evləri daima sərin olur. Gecələr otaqlar bulaq 
suyu tək sərin olur. Gündüzlər isə evə girəndə elə bil ki, soyuq hamama girirsən.  
  Birdən telefon zəng çaldı. Ninonun səsi gəldi: “İstidən, bir də riyaziyyatın əlindən 
ölürəm, Əli xan. Gəl mənə kömək elə”.  
  On dəqiqədən sonra artıq Nino incə əllərini mənə uzadırdı. Onun qələm kimi incə 
barmaqları mürəkkəbə  bulaşmışdı.  
  Mən mürəkkəb ləkələrə bulaşmış bu barmaqları öpdüm.  
  – Nino, atamla danışdım. O, razıdır.  
  Nino titrək vəziyyətdə gülürdü. Utancaqlıqla evinə göz gəzdirdi. Onun yanaqları 
qızarmışdı. O, mənə yaxınlaşdı, mən onun iriləşmiş göz bəbəklərini görürdüm. Sonra 
pıçıldaya-pıçıldaya:  
  – Əli xan, qorxuram, çox qorxuram. – dedi:  
  – İmtahandan mı qorxursan, Nino?  
  “Yox” deyib gözlərini dənizə tərəf zillədi. Sonra barmaqlarını saçlarının arasına salıb 
dedi:  
  – Əli xan, bir qatar saatda on kilometr sürətlə “A” şəhərindən “B” şəhərinə gedir...”  
  Ürəyim açıldı və sevincək olub onun riyaziyyat kitablarını vərəqləməyə başladım.  
   
  XIII 
   
  Sıx bir duman dəniz tərəfdən gəlib şəhəri bürüyürdü. Tinlərdə yanan fənərlər zəif işıq 
yayırdı. Hirsdən vurnuxan adam kimi sahil boyunca gəzməyə başladım. Duman elə sıx 
idi ki, insanların üzlərini belə görmək olmurdu. Qarşıma çıxan adamlar ya etinasız və 
yaxud da  ürkmüş kimi görünüb qeyb olurdular. Yola atılmış bir taxta tirinə ilişib, 
çömbəlmiş bir liman hambalının üstünə yıxıldım. Onun mənasız baxışları çox – çox 
uzaqlara zillənmişdi. Hambalın qalın dodaqları tərpənirdi. O, xaş – xaş çeynəyirdi və artıq 
dərin, nəşəli xəyallar içində idi. Yumruğumu onun kürəyinə əndərib yoluma davam 
etdim. Limanın ətrafındakı binaların pəncərələrindən gələn işıqlar sayrışırdı. İşıqdan 
gözlərim qamaşdı. Birdən yerə atılmış şüşə parçalarına ayaqlarımı basdım. Onların 
cingiltisinin səsindən vahiməyə düşmüş bir adamın sifəti göründü. Dumanın içində bu 
kök adamın qarnı məni dəhşətə gətirdi. Mən yolumla gedərkən onun qarnına toxundum. 
Onun qarnı yumşaq və piyli idi. Birdən mehriban bir səs eşitdim: “Axşamınız xeyir, Əli 
xan”. Başımı qaldırıb baxdıqda Naçararyanı gördüm.  O, gülə – gülə üzümə baxırdı. “ 
 
54


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə