ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   ...   20   21   22   23   24   25   26   27   ...   70

  Qoca dünyada eyni müharibə gedir, eyni generallar ya qalib gəlir, ya da məğlub 
olurdular. Amma bir az əvvəl mənə qorxaq deyənlər, indi mənimlə küçədə qarşılaşdıqları 
zaman xəcalət çəkdiklərindən gözlərini yerə zilləyirlər. Dostlarımla qohumlarım vaxtı ilə 
müharibəyə getməməyimə qərarımı verərək çox ağıllıca davranmış olduğumu söyləyirlər, 
atam da mənə iftixarla baxırdı. Lakin çomaqda heç bir şey dəyişməmişdi. 
  Bir gün şəhərdə xəbər yayılır ki, Böyük Osmanlı İmperatorluğunun sultanı əlahəzrət 
Mehmət Rəşid kafirlər dünyasına qarşı müharibə elan etmək qərarına gəlib, Sultanın 
müzəffər qoşunları müsəlmanları Rusiyanın və İngiltərənin boyunduruğundan 
qurtarmaq üçün şərqə və qərbə irəliləyirdi. Bununla da Cihad – müqəddəs müharibə elan 
edilmiş və xəlifənin sarayının üstündə də Peyğəmbərin yaşıl bayrağı dalğalanırmış. Bu 
xəbər mənim  qəhrəmana çevrilməyimə səbəb oldu. Dostlarım gəlib mənim 
uzaqgörənliyimə səcdə edirdilər. Çünki, müharibəyə getməməkdə haqlı idim. Müsəlman 
heç bir vaxt Sultana qarşı vuruşmamalıdır. Türklər isə Bakıya gələcəklər və Türklərlə 
birləşdiyimiz zaman da xalqımız böyük bir müsəlman dövləti meydana gətirəcəkdi. 
  Mən susurdum. Dostlarımın məni tərifləmələrinə cavab vermədən başımı aşağı salıb 
onları dinləyirdim. Ağlı başında olan adam tərifə də, nifrətə də soyuqqanlı olmalıdır. 
Dostlarım xəritələri açıb vəziyyəti müzakirə edirdilər. 
  Türklərin şəhərin hansı tərəfindən Bakıya girəcəkləri barədə dostlarım biri-birilə 
mübahisə edirdilər. Mübahisəni saxlamaq üçün, dedim ki, türklər Bakıya hansı tərəfdən 
gəlirlərsə gəlsinlər, ancaq onlar mütləq şəhərə Ermənikənd tərəfdən girəcəklər. Bu sözdən 
sonra dostlarım mənə heyranlıqla baxıb, bir daha zəkamı və uzaqgörənliyimi təriflədilər. 
İnsanların təbiəti bir gecə içində kökündən dəyişdi. O gündən sonra artıq heç bir 
müsəlman silaha sarılmağa qalxmadı. Zeynal ağa da böyük miqdarda pul qoyub birdən-
birə döyüşmək həvəsini itirən İlyas bəyi Bakı qarnizonunda saxlaya bildi. İlyas bəy 
Osmanlı sultanı müharibə elan etməzdən bir az qabaq zabitlik imtahanından keçmişdi. 
Məmməd Heydər də imtahan verib zabit olmağa müvəffəq olmuşdu. İndi hər ikisi 
leytenant rütbəsiylə kazarmada oturub, çara sədaqət andını içməyən mənə qibtə edirdilər. 
Onların geriyə dönüş yolu artıq yox idi. Onları zabit olmağa heç kim məcbur etməmişdi. 
Onlar bunu könüllü etmişdilər və çara sədaqət andını içmişdilər. Əgər onlar bu andı 
pozsaydılar onlara arxa çevirən ilk insan elə mən özüm olacaqdım. 
  O günlərdə mən çox qaradinməz olmuşdum. Gecələr hərdənbir evdən çıxıb, iti 
addımlarla yaxınlıqdakı kiçik məscidə gedərdim. Məscidin yanında köhnə bir ev var idi. 
Bu evdə mənim köhnə məktəb yoldaşım Seyid Mustafa yaşayırdı. Seyid Mustafa 
Peyğəmbərin sadiq qulu idi. Onun balaca badamı gözləri və çopur sifəti var idi. O, 
mənsub olduğu rütbənin yaşıl qurşağını taxırdı. Onun atası balaca məscidin imamı idi. 
Babası isə müqəddəs Məşhəd şəhərində İmam Rzanın türbəsində tanınmış bir alim idi. 
Seyid Mustafa dindar idi. O, gündə üç dəfə namaz qılırdı. İsanın düşmənini ayaqları 
altında əzmək məqsədilə allahsız xəlifə Yezidin adını pəncəsinə yazmışdı. Seyid Mustafa 
Məhərrəm ayının onuncu gününə düşən aşurada qan fışqırana qədər sinə vurardı. Nino 
onun din uğrunda ağlını itirmiş olduğunu hesab etdiyi üçün ona nifrət edirdi. Halbuki 
mən onun təmiz və açıq dünya görüşlərinə görə Seyid Mustafanı sevirdim. O, xeyri 
şərdən, haqqı da nahaqdan hamıdan yaxşı seçə bilirdi. 
  Seyid Mustafa məni müdrik bir adamın şən gülüşü ilə qarşılayıb dedi: 
 
47


  - Əli xan, eşitmisən? Dövlətli Yaqub oğlu on iki yeşik şampan şərabı alıb ki, onları şəhərə 
girən ilk türk zabiti ilə içsin. Əli xan, şampan şərabı anladınmı? Müsəlman Cihad 
döyüşçülərinin şərəfinə şampan şərabı! 
  Çiyinlərimi dartıb dedim: 
  - Niyə təəccüblənirsən, ay Seyid? İnsanlar ağıllarını itiriblər. 
  Seyid acıqla dedi: 
  - Allah qəzəbləndiyi adamı yolundan azdırar. 
  Seyid yerindən atıldı. Onun dodaqları əsirdi: 
  - Dünən səkkiz adam əsgərlikdən qaçıb ki, Sultanın ordusunda xidmət etsin. Səkkiz 
adam! Əli xan anlayırsanmı? De görüm, bu səkkiz nəfər nə etdiklərini başa düşürlərmi? 
  - Hər halda quş beyinli adamlardır: - deyə ehtiyatla cavab verdim. Buna baxmayaraq, 
ürəyim Ənvər Paşa ordularının şəhərimizə girəcəyi anı görmək istəyirdi. 
  - Bir işə bax, Əli xan, dedi:  
  - Şiələr sünni Xəlifənin tərəfində vuruşurlar. Məgər Yezid Peyğəmbər nəvəsinin qanını 
tökməmişdirmi? Məgər Müaviyə həzrəti Əlini qətlə yetirmədimi? Bəs Peyğəmbərin varisi 
kimdir? Xəlifəmi, yoxsa damarlarında Peyğəmbər qanı axan gözəgörünməz əbədiyyət 
İmamı? Yüz illərdən bəridir ki, şiə kütləsi yas saxlayır, bizimlə kafirlərdən də betər olan 
bu dönüklər arasında qan axır. Burada şiə, orada sünni və onların arasında heç bir körpü 
yoxdur. 
  Sultan Səlimin qırx min şiəni qılıncdan keçirdiyi gündən heç də çox keçməmişdir. Bəs 
indi? Şiələr Peyğəmbərin varisini məhv edən xəlifə üçün vuruşurlar. Məgər hər şey
möminlərin qanı, İmamların sirli ölümləri yaddan çıxmışdır? Burada şiə şəhərində 
insanlar oturub sünnilərin gəlməsini və dinimizi məhv etməsini həsrətlə gözləyirlər. Axı 
Türkiyə nə istəyir?! Ənvər Urmiyaya kimi irəliləmişdir. İran parçalanacaq, din məhv 
olacaq. Ya Əli, od saçan qılıncınla gəl! Gəl, ya Əli, bu dönüklərin cəzasını ver! Ya Əli, ya 
Əli...! 
  Seyid Mustafanın yanaqlarından göz yaşları axırdı. O, yumruğu ilə sinəsinə vururdu. 
Mən sarsılmış halda ona baxırdım. Nəyin haqq və nəyin isə nahaq olduğunu artıq 
bilmirdim. Düzdür, türklər sünnidirlər. Amma buna baxmayaraq, ürəyim, Ənvər Paşanın 
ordusunun şəhərimizə girəcəyi anı görmək istəyirdi. 
  Axı bu nə deməkdi? Şəhidlərimizin qanı məgər boş yerə axıb? 
  Seyid, - dedim, - türklər də bizim tayfadandır. İkimiz eyni dildə danışırıq. İkimizin də 
damarlarında turan qanı axır. Bəlkə də ona görə Xəlifənin ayparalı bayrağının altında 
ölmək daha asandır. 
  Seyid Mustafa gözlərini sildi. Sakit və qürurla dedi: 
  - Mənim damarlarımda Məhəmməd Peyğəmbərin qanı axır. Turan qanımı deyirsən? 
Mənə elə gəlir ki, məktəbdə öyrəndiklərini bir az unudursan. Get Altay dağlarına, hətta 
daha uzaqlara, get Sibir hüdudlarına kimi, bax gör orada kimlər yaşayır? Bizim dilimizdə 
danışan, bizim qanımızdan olan, bizim kimi türklər. Amma Allah onları yolundan 
azdırmış və onlar bütpərəst qalmışlar. Özləri də daşa, torpağa, bütlərə sitayiş edirlər. Su 
ilahiəsi sayılan Su-Tengriyə, səma ilahəsi olan Teb-Tengriyə səcdə edirlər. Əgər günlərin 
birində oralarda yaşayan yakutlar və yaxud altaylılar qüvvətlənib bizə qarşı müharibə 
elan edərlərsə, onda biz şiələr, eyni qana malik olduğumuz üçün bu bütpərəstlərin 
qələbəsinə sevinməliyik? 
 
48


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə