ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   ...   28   29   30   31   32   33   34   35   ...   70

Tiflis şəhərinin təməl daşını qoyur. İndi sənin dediyinə görə, meşə xoruzu hamamı 
buradadır. O balaca meşəlik də şəhərin Meydan məhəlləsində yerləşirmiş.  
  Gümbəzli binanın içi kükürd buxarı ilə dolmuşdu. İsti hamamı kükürd iyi bürümüşdü. 
Elə bil lax yumurtanın iyi idi. Qohumların bədəni tərdən parıldayırdı. Əlimi köksümə 
sürtərək ovuşdurdum, kükürd bədənimə yeriyirdi. Mən bu şəhəri fəth etdikdən sonra 
kükürdlü hamamlarda çimən bütün cəngavərləri və fatehləri xatırladım. Cəlaləddin 
Xarəzmi, Topal Teymuru və Çingiz xanın oğlu Cığatayı. Tökdükləri qandan sərxoş olmuş 
bu şəxslər, sonra kükürd suyuna girib qanlı ağırlığı yuyub yüngülləşmişdilər.  
  – Bəsdi Əli xan, çıx bayıra.  
  Qohumumun səsi məni xəyaldan ayıltdı. Yavaş-yavaş kükürdlü sudan çıxdım, yandakı 
otağa keçib taqətsiz halda daş döşəmənin üstünə sərildim.  
  – Mekisse! – deyə Sandro çığırdı.  
  Bizi buraya gətirən Mekisse gəldi. Sonradan onun hamamçı olduğunu  öyrəndik. O, 
çılçılpaq idi və ülgüclə qırxılmış başına çalma qoymuşdu. Sən demə, kisəçi də o elə özü 
idi. Mən üzü üstə uzandım, Mekisse kürəyimə sıçradı. O, xalı üstündə rəqs edən rəqqas 
kimi kürəyimi məharətlə tapdalayırdı. Bundan sonra onun barmaqları biz kimi ətimə 
batırdı. Qollarımı elə bururdu ki, sümüklərimin xırçıltısını eşidirdim. Qohumlarım 
yanımda durub ona məsləhət verirdilər.  
  – Mekisse, bir də onun kürəyinə atıl. Hə, bax belə yaxşıdır. İndi onun sol tərəfini əməlli 
başlı ovxala.  
  Bu masajdan sonra yüngülləşmişdim. Ağappaq sabun köpüyünün içində uzanmışdım. 
Kisəçinin əməyi hədər getməmişdi. Hiss edirdim ki, bədənimin bütün əzələlərinə güc 
qayıdır.  
  “Bəsdir” – deyə Mekisse dilləndi. Mən özümü güclə qaldırdım. Yandakı otağa keçib 
ikinci hovuzun soyuq kükürdlü suyuna girdim. Birdən-birə soyuq suyun içinə girəndə bir 
an nəfəsim tutuldu. Bir azdan sonra əzələlərim yumşalmağa başladı. Ağ bir qətfəyə 
bürünüb dala qayıtdım. Qohumlarımla Mekisse ümid dolu gözlərlə mənə baxırdılar. Mən 
çox ciddi bir tərzdə dedim ki, “acmışam” və bardaş qurub oturdum.  
  Qohumlarım “o sağalıb” deyə birgə səsləndilər və “tez qarpız, pendir, xiyar, göyərti, 
çörək və şərab gətirin!” dedilər.  
  Müalicəm qurtarmışdı.  
  Biz hamamın giriş salonunda oturub, yemək-içməklə məşğul olduq. Bütün yorğunluğum 
və zəifliyim keçib getmişdi. Buz kimi qarpızın qıpqırmızı şirin dilimi bədənimdəki 
kükürd iyisini aparmışdı. Qohumlarım da ağ “Napareyli” şərabını qurtum-qurtum 
içirdilər. “Görürsən də!” deyə Dodiko sözə başladı, amma sözünü bitirmədi. Çünki bu 
bircə “görürsən də” sözü hər şeyi ifadə edirdi. Ölkələrinin kükürdlü su vannasından 
duyulan qürur, gürcü qonaqpərvərliyindən “ziyan görmüş” qonaqlara qayğı hissi və 
Dodikonun müsəlman qohumunun zəifliyindən ötrü boynuna götürdüyü məsuliyyət 
hissi bu bir kəlmə ilə ifadə olunurdu.  
  Ziyafət süfrəmizə çoxlu adam qoşulurdu. Çılpaq qonşularımız şərab şüşələrini əllərində 
silah kimi tutub süfrəmizə yaxın gəlirdilər. Knyazlar, onların borc verənləri, asan 
varlanmaq  yolunu axtaran adamlar, bilici kişilər, şairlər və dağ yerlərindən gələn mülk 
sahibləri... gürcü bərabərliyinin şən bir simvolu  halında gəlib bizimlə bir süfrə başında 
 
63


oturdular. Bu artıq hamam deyildi, daha çox klub, qəhvəxana və yaxud da çılpaq, gülməli 
adamların, qayğısız, gülər gözləri olan insanların yığıncağı idi.  
  Balaca gözlü kök bir kişi sözə başladı: 
  – Osmanlılar gəlirlər. Eşitdiyimə görə bir alman generalı elə bir top gətirib ki, onu atanda 
mərmi düz gəlib Tiflisdəki Sion məbədinə dəyə bilər.  
  – Siz yanılırsınız, knyaz, – deyə  başqası cavab verdi. 
  – Bu topu hələ düzəltməyiblər. Onu düzəltməyi planlaşdırıblar. Əgər top hazır olsa belə, 
onunla Tiflisi vurmaq olmaz.  Almanların əlində olan bütün xəritələr yanlışdır. Çünki 
onları hələ müharibədən əvvəl ruslar hazırlayıb almanlara ötürmüşlər.  
  Küncdən biri dərindən ah çəkdi. Başımı çevirib baxanda, ağ saqqallı, qartal burunlu qoca 
bir kişini gördüm. Qoca dərindən ah çəkərək sözə başladı:  
  – Zavallı Gürcüstan! Biz odla su arasında qalmışıq. Müharibədə almanlar qələbə çalsalar, 
Tamara məmləkətinin axırı çatacaq. Ruslar müharibədə qalib çıxsalar, bəs nə olacaq? O 
zaman soluq sifətli çar öz istəyinə nail olacaq, amma böyük knyazın barmaqları 
xirtdəyimizi daha bərk sıxacaqdır. Elə indi ən igid gənclərimiz müharibə meydanlarında 
həlak olurlar. Sağ qalanları isə ya böyük knyaz və yaxud başqa bir düşmən boğacaq. Biz 
çıxılmaz bir vəziyyətə  düşmüşük. Bizim döyüş ruhumuz birdən-birə sönüb gedəcək. 
Tamara məmləkətinin axırı çatıb. Bizim günümüzə baxın: döyüşçülərimiz balaca boy və 
zəif, məhsullarımız pis, şərablarımız da turş.  
  Qoca ağır nəfəs alaraq susdu. Biz də susmuşduq. Birdən boğuq bir pıçıltı  səsi eşidildi: 
  – Onlar Baqrationu öldürdülər. Çarın qardaşı qızını götürüb qaçdığı üçün ruslar ondan 
intiqam aldılar. Çarın özü onu İrəvan alayının  komandanı təyin edib cəbhəyə yolladı. 
Baqration da aslan kimi döyüşdü, amma on səkkiz güllə ilə vurulub öldürüldü.  
  Qohumlarım şərab içirdilər. Mən də bardaş qurub, gözlərimi yerə zilləyərək Baqrationu 
düşünürdüm. Baqrationun ailəsi xristian aləminin ən qədim knyaz nəsli idi.  
  Saqqallı qoca haqlı idi. Gürcüstan həqiqətən də odla su arasında qalmışdı.  
  Süfrə ətrafında oturanların biri dilləndi:  
  – Baqrationun bir oğlu qalıb – Teymuraz Baqration, əsl kraldır ki, var. Ona xələl 
toxunmasın deyə bir nəfər onu gizlədib qoruyur. Araya yenə sükut çökdü. Mekisse 
kürəyini divara söykəyib özünü dininə həsr etmiş bir peyğəmbər ədası ilə dayanmışdı.  
  Dodiko sükutu pozub, əsnəyərək dedi:  
  – Bizim ölkəmiz qeyri-adi gözəl bir ölkədir. Tiflis şəhəri və onun kükürdlü hamamları, 
Kaxetiya şərabları! Hələ bir düzənliyin ortasından şırıltı ilə axan Alazan çayına baxın. 
Gürcüstan məhv olursa belə, gürcü olmaq xarüquladə bir şeydir. Sizin burada etdiyiniz 
söhbətlər ümidsizlik yaradır. Amma deyin görüm, Tamara məmləkətində bundan yaxşı 
günlər görən olubdumu? Heç vaxt, elə həmişə belə olub. Buna baxmayaraq yenə də 
çaylarımız şırıltı ilə axır, bağları böyüyür, xalqımız da çalıb-oynayır. Bütün ümidsizliyə 
baxmayaraq, bizim Gürcüstanımız gözəldir və gözəl olaraq da qalacaq.  
  Bu qəddi-qamətli Dodiko sözünü qurtarıb ayağa durdu. Məxmər kimi yumşaq dərisi 
olan bu cavan oğlan müğənni və qəhrəmanlar nəslindən idi.  
  Küncdə oturan ağsaqqallı qoca xoşbəxtcəsinə gülümsəyib dedi:  
  – Şükürlər olsun ki, belə dəliqanlılarımız var, olmaqda da davam edəcək.  
  Vamec mənə tərəf əyilərək pıçıldadı: “Əli xan, unutma ki, bu gün sən Qacoridə 
Şakelilərin qonağısan”.  
 
64


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə