ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   ...   27   28   29   30   31   32   33   34   ...   70

  Sübh ala qaranlığında bir dəstə əmi oğlanlarının ifa etdikləri gürcü xəncər rəqsi maraqsız 
bir səhnə oyununu xatırladırdı.  
  Yanımda oturanların söhbətlərinə qulaq asırdım: Onlar keçmiş yüz illiklərdən bu 
günümüzə qədər uzanıb gələn yanğılardan danışırdılar: Saakadze komandasında olan 
Sereteli nəslinin bir nümayəndəsi Tiflisi Çingiz xandan müdafiə edib.  
  Yəqin xəbəriniz var ki, Çavçavadzelər nəsli, Kral nəslindən olan Baqrationlardan daha 
çox qədimdir.  
  Birinci Orbeliani kim idi və haradan gəlmişdi? Necə yəni haradan. O, üç min il bundan 
qabaq Çindən gəlmişdi. Çin imperatorunun oğullarından biri idi. Orbeliani nəslindən 
olan bəziləri indi də qıyıqgözdürlər.  
  Utancaq-utancaq ətrafa göz gəzdirdim. Bütün bu köklülərin qabağında məndən əvvəl 
əbədiyyətə qovuşan Şirvanşirlər kimlər, idi?  
  Nino mənə təsəlli verdi: “Sən bunlara fikir vermə, Əli xan. Mənim əmilərim çox qədim 
və adlı-sanlı nəsildəndir. Amma bir fikirləş. Sənin ulu babaların Tiflisi fəth etdikləri 
zaman, bəs onların əcdadları harada idilər? 
  Heç bir şey demədim, amma qürurlandım. Nino elə  indidən, öz qohum-əqrabasının 
içərisində özünü Şirvanşir arvadı hesab edirdi. Mən minnətdarlıqla ona baxdım. 
Fərəhlənməyəsən nə edəsən!  
  Qırmızı Kaxetiya şərabı duru atəş kimi idi. Mən tərəddüdlə qədəhimi qaldırıb Orbeliani 
ailəsinin şərəfinə sağlıq dedim. Yaşlı bir qadın başını mənə tərəf əyib dedi: “Bu şərab 
safdır, çünki tanrı ona nəfəs vermişdir. Arxayın için, Əli xan. Bunu çox az adam bilir. O 
biri məstliklərin hamısı şeytandan gəlir”.  
  Biz şəhərə qayıdan vaxt hava tamam işıqlanmışdı. Otelimə getmək istəyirdim. Lakin 
əmioğlu idi, ya da əmi idi, bilmədim, o məni saxlayıb dedi:  
  – Keçən gecə siz Orbeliani ailəsinin qonağı idiniz, bu gün isə mənim qonağımsınız. Səhər 
yeməyini “Purqvinoda” edəcəyik. Günorta da dostlarımızla birgə nahar edəcəyik.  
  Mən gürcü qonaqpərvərliyinin əsiri olmuşdum. Bir həftəm elə bu minvalla ziyafətlərdə 
keçmişdi: Hər gün Alazan və Kaxetiya şərabları, kabablar və motal pendirləri və s. 
əmioğlular gürcü qonaqpərvərliyinin keşiyini çəkən əsgərlər kimi bir-birini əvəz edirdilər. 
Dəyişən onlar idi, dəyişmədən yerində qalan isə mənimlə Nino idi. Ninonun səbrinə 
məəttəl qalmışdım. Həftənin axırında o, hələ də bahar şehi kimi gümrah idi. Ninonun 
gözləri gülür, dodaqları da əmioğlularla, xalalarla, bibilərlə və onların qızları ilə söhbət 
etməkdən yorulmaq bilmirdi. Onun gecə, gündüz rəqs etmiş, şərab içmiş və gözünə yuxu 
getməmiş olduğunu sadəcə səsindəki balaca xırıltı bildirirdi.  
  Səkkizinci günün sabahı Sandro, Dodiko, Vameç və Soso adlı qohumlar yatdığım otağa 
gəldilər. Mən qorxmuş halda yorğanı başıma çəkdim. Lakin onlar zalımcasına başladılar 
sözə:  
  – Əli xan, bu gün siz Çakelilərin qonağısınız. Sizi onun Qacoridəki malikanəsinə 
aparacayıq. 
  Qaş-qabağımı sallayıb dedim ki, mən bu gün heç kimin qonağı deyiləm. Qoy bu gün 
mən yazıq şəhidin üzünə cənnət qapıları açılsın və məlaikə Mikayıl alovlu qılıncı ilə məni 
cənnətə salsın, çünki mən xoş əməl yolunda  həlak olmuşam.  
 
61


  Sözlərim onlara heç bir təsir eləmədi. Onlar bir-birinin üzünə baxıb bərkdən 
mərhəmətsizcəsinə qəhqəhə çəkdilər. Sonra da bir kəlmə söz dedilər: “Kükürd suyu 
vannası”.  
  “Kükürd suyu vannası” deyə təkrar etdim. Nə kükürd suyu vannası, o ancaq 
cəhənnəmdə olur. Halbuki mən cənnətə gedirəm.  
  Qohumlar dedilər ki, yox, elə ən yaxşısı kükürd suyudur. Çalışdım ki, ayağa durum. 
Başım qurğuşun kimi ağırlaşmışdı. Əl-ayağım keyimişdi, onları elə bil heç də hiss 
etmirdim. Güzgüyə baxarkən orada parlaqlığını itirmiş gözlərlə, rəngi qaçmış bir sifət 
gördüm.  
  Öz-özümə deyinə-deyinə: “Mənə belə yaxşıdır. Həqiqətən Kaxetiya şərabı maye atəşi 
imiş? Bəs bilmirdin ki, müsəlman şərab içməz”.  
  Vamec mənə müraciət edib dedi:  
  – Biz Ninoya xəbər verərik. Dörd saatdan sonra Qacoriyə gedəcəyik. O vaxta qədər sən 
də özünə gələrsən.  
  Vamec eşiyə çıxdı. Mən onun telefonla danışdığını eşidirdim: “Əli xan birdən-birə 
kefsizləmişdi. İndi onu kükürdlü hamamlara aparıb, kükürd suyu ilə müalicə edərlər. 
Prinses Ninoya söyləyin ki, ailəsi ilə birlikdə elə indi Qacoriyə yola düşsünlər. Biz də bir 
az sonra gələrik. Əli xanın xəstəliyi təhlükəli deyil. Sadəcə özünü o qədər də yaxşı hiss 
etmir”.  
  Güclə ayağa durdum. Başım gicəllənirdi. Gürcü qonaqpərvərliyi Tehranda əmimin sakit 
və alicənab qonaq qəbulundan tamamilə fərqli idi. Əmimin evində oturub tünd çay 
içirsən, şerlərdən və bildiyin elmlərdən danışırsan. Halbuki burada şərab içirlər, rəqs 
edirlər, şərqilər söyləyirlər və deyib-gülürlər: bu ziyafətdəki qonaqlar üzü yola olduqları 
kimi, həm də sərt sifətli idilər. Bu imişmi Avropanın qapısı? Yox, təbii ki, yox. Bu ölkə 
Asiyanın digər hissələrindən fərqlənirdi. Bura darvaza olmağına darvazadır, amma bu 
darvazanın qapısı haraya açılır? Bəlkə də uşaq sevincində, qayğısız uşaq oyunlarında 
təcəssüm tapan bir müdrikliyə aparırdı, bu darvaza! Bilmirdim. Bildiyim şey o idi ki, çox 
yorğunam. Pilləkənlə yırğalana-yırğalana aşağı düşdüm. Faytona mindik. 
  “Kükürdlü hamamlara! – deyə Sandro faytonçuya çığırdı. Faytonçu atları qamçıladı və 
şəhərin Meydan məhəlləsindən keçib, gümbəzli böyük bir binanın qabağında dayandıq. 
Binanın qapısının ağzında canlıdan çox skeleti andıran yarıçılpaq bir kişi dayanıb, bizi 
gözləyirdi. Bu kişi elə xəyala getmişdi ki, gözləri açıq ola-ola bizi görmürdü.  
  “Qamarcoba, Mekisse” deyə Sandro ona müraciət etdi. Qapıdakı kişi diksinərək özünə 
gəlib baş əydi və dedi: “Qamarcoba, Tevadi, Salam knyaz”. Sonra da o, qapını açıb bizi 
binanın iri salonuna apardı. Salon çox böyük və isti idi. Daş döşəmələrinin üzərində 
çılpaq adamlar uzanmışdılar. Biz paltarlarımızı soyunduq və koridordan keçib ikinci 
otağa girdik. Otağın döşəməsində kvadrat biçimli böyük dəliklər var idi. O dəliklər 
buxarlanan isti kükürdlü sularla dolu idi.  
  Sandronun səsi elə bil çox uzaqdan gəlirdi: “Çox qədim zamanlarda bir kral ova 
çıxmışdı. O, ov quşunu bir meşə xoruzunun üstünə şığıdır. Kral ov quşunun ovu ilə 
birlikdə geri dönməsini xeyli gözləyir. Lakin nə ov quşu, nə də meşə xoruzu geri qayıdır. 
Nəhayət, kral başlayır onları axtarmağa. Axtara-axtara gəlib çıxır balaca bir meşəliyə. Bu 
meşəlikdə kükürdlü su axırdı. Kral ov quşunun da, meşə xoruzunun da kükürdlü çayda 
boğulub öldüyünü görür. Kral kükürdlü suları gördükdən sonra elə həmin yerin yanında 
 
62


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə