ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   ...   24   25   26   27   28   29   30   31   ...   70

Lənət şeytana”, deyə  qışqırıb yolumu davam etmək istədim. Lakin o, mənim qolumdan 
bərk – bərk tutub dedi: 
  – Sizi pərişan görürəm, dostum. İstəyirsiniz qalın mənimlə”. 
  Onun səsi şəfqətlə səslənirdi. Birdən birə özümü çox yorğun hiss etdim. Məni soyuq tər 
basmışdı, artıq taqətim yox idi. Naçararyan: “gəl gedək Filiposyansın restoranına” dedi: - 
”Olar” deyə başımla işarə etdim. Mənim üçün artıq heç bir fərqi yox idi. Naçararyan 
əlimdən tutub məni Baryatinsk küçəsindəki böyük bir restorana apardı. Restoranın  
yumşaq mebelləri var idi. Divarlarına da qırmızı ipək parçalar çəkilmişdi. 
  Yumşaq kreslolarda oturduqdan sonra Naçararyan həmdərd bir adamın ədası ilə dedi: 
  – Bu dəlilikdir, nədir Əli xan, Qafqaz dəliliyi. Bəlkə də bu bürküdəndir. Ya da bambaşqa 
bir şeydən əmələ gəlib? Sizin başınızı götürüb qaçmağa vadar edən başqa səbəblərmi var? 
İsti çayımı qurtum – qurtum içərək; Kipianigilə telefonla zəng edərək o gün onlardan 
görüş üçün icazə aldığımı, Ninonun ayaqlarının ucunda, qorxu içində evdən gizlincə 
çıxdığını, prinsesin əlini öpdüyümü, knyaz Kipianinin əlini sıxdığımı, kökü çox qədimlərə 
gedən nəslimizdən, habelə prinses Nino ilə evlənmək istədiyimi təmiz rus dilində necə 
başa saldığımı Naçararyana nəql etdim. 
  “Çox yaxşı, bəs sonra necə oldu?”  
  Bu əhvalatlar Naçararyanı həqiqətən çox maraqlandırmışdı.  
  – Sonrası necə olub qulaq asın, deyim.  
  – Mən knyaz Kipianinin hərəkətlərini yamsılayıb, onun rus dilində azacıq gürcü ləhcəsi 
ilə mənə necə müraciət etdiyini nəql etdim: “Əziz oğlum, möhtərəm Əli xan. İnanın ki, 
mən qızım Nino üçün sizdən daha yaxşı bir adam təsəvvür də bilmirəm. Sizin 
xasiyyətinizdə olan bir adamla evlənmək hər bir qadın üçün xoşbəxtlikdir. Amma 
Ninonun yaşını nəzərə almaq lazımdır. Axı, o hələ məktəbə gedir. Bu uşağın məhəbbət 
haqqında nə anlayışı ola bilər? Hər halda biz hindlilərin uşaq yaşlarında evlənmək adətini 
təkrarlamayacağıq. Bir də ki, hər ikiniz ayrı-ayrı dinlərə mənsubsunuz və yetişmə 
tərzləriniz də biri-birinizdən çox fərqlidir. Bunu mən sizin yaxşılığınız üçün deyirəm. 
Atanızın da mənim kimi düşünməkdə olduğuna əminəm. Hər şeyi qoyaq bir yana, 
görmürsünüz nə zəmanədir, dəhşətli müharibə şəraitində yaşayırıq. Kim bilir sabah nə 
olacaq! Mən də qızım Ninonun xoşbəxtliyini istəyirəm. Bilirəm ki, o sizi sevir. Mən onun 
xoşbəxtliyinə mane olmaq istəmirəm. Amma bir şeyi demək istəyirəm: gəlin müharibənin 
qurtarmağını gözləyək. O vaxt ikiniz də daha böyümüş olacaqsınız. Əgər onda da bir-
birinizi bu günkü qədər sevsəniz, səninlə bir daha görüşərik”.  
  – Bəs indi nə fikirdəsiniz, Əli xan? – deyə Naçararyan soruşdu.  
  – Mən Ninonu qaçırdıb İrana aparacağam. Bu rüsvayçılığa mən dözə bilmərəm. Sən işə 
bir bax, Şirvanşir nəslindən biri olan Əli xana yox cavabı verilsin? Bu hərəkətilə knyaz 
Kipiani görən nə fikirləşir? Mən özümü təhqir olunmuş hesab edirəm. Şirvanşirlər nəsli 
Kipianilər nəslindən daha çox qədimdir. Ağa Məhəmməd şah Qacar dövründə 
Şirvanşirlər bütün Gürcüstanı yerlə-yeksan etmişdilər. O vaxtlar olsa idi Kipianilər öz 
qızlarını böyük sevinclə Şirvanşirlərin oğullarına verərdilər. Sonra o, dini fərqlərdən 
danışdı: Bununla da Kipianinin nə demək istədiyini başa düşmədim. Məgər İslam dini 
xristian dinindən aşağı dindir? Bəs mənim şərəfim nə olacaq? İndi atam mənə istehza ilə 
gülüb deyəcək ki, bir işə bax ha, bir xristian öz qızını mənə verməkdən imtina edir! 
  Biz müsəlmanlar dişləri tökülmüş canavarlarıq. Yüz il bundan qabaq olsaydı... 
 
55


  Qəzəbimdən səsim kəsildi. Susdum. Əslinə qalsa, onsuz da həddindən artıq 
danışmışdım.  
  Naçararyan da xristian idi. O da özünü təhqir olunmuş hesab etsəydi haqlı olardı. Amma 
özünü o yerə qoymadı.  
  – Qəzəbinizi başa düşürəm, Əli xan, – deyə Naçararyan dilləndi. Lakin knyaz Kipiani 
sizə yox deməyib axı. Təbii ki, müharibənin sonuna kimi gözləmək, əlbəttə gülüncdür. 
Kipiani sadəcə qızının artıq böyümüş olduğunu başa düşmək istəmir. Qızı qaçırtmağa 
cəhd göstərməyinə sözüm yoxdur. Qız qaçırtma köhnə, sınaqdan çıxmış yoldur, bizim  
adətlərimizə də uyğundur. Amma bu son çıxış yolu deyildir. Gərək biri knyaz Kipianinin 
yanına gedib bu nikahın  necə deyim, mədəni və siyasi əhəmiyyətini ona izah etsin. 
Ondan sonra onun yola gələcəyinə əminəm.  
  – Bəs bu işi kimə tapşırmaq olar?  
  Elə bunu deyən kimi Naçararyan əlini sinəsinə vurub bərkdən bağırdı:  
  – Necə yəni kimə, mənə! Arxayın olun, Əli xan, bu işi mənə etibar edin.  
  Təəccüblə ona baxdım. Görəsən bu erməninin məqsədi nədir ki, o  mənim şəxsi işimə 
ikinci dəfədir ki, qarışır. Bəlkə türklərin Qafqaza doğru  irəliləməkdə olduqlarını gördüyü 
üçün o, müsəlmanlarla yaxın əlaqə yaratmağa çalışırdı. Yoxsa, o doğrudan da Qafqaz 
xalqlarının ittifaqını qurmaq niyyətindədir? Kim bilir? Mənə heç bir fərqi yox idi. Hər 
halda o mənim müttəfiqim idi.  
  Əlimi Naçararyana uzatdım. O, əlimi möhkəm sıxıb dedi: 
  – Sizi hər şeydən xəbərdar edəcəyəm. Amma Ninonu qaçırtmaq üçün cəhd göstərməyə 
tələsməyin. Əgər başqa çarə qalmazsa o zaman buna əl atarsınız. 
  Ayağa qalxdım. Birdən-birə məndə elə hiss oyandı ki, bu yekəqarın adama bel bağlamaq 
olar. Mən onu qucaqlayaraq restorandan çıxdım. Elə ayağımı küçəyə qoymuşdum ki, 
kimsə tələsik özünü mənə çatdırdı. Arxaya dönüb baxanda özünü mənə çatdıran adamı 
tanıdım. O, atamın köhnə dostu Süleyman Ağa idi. Biz restoranda olarkən o da orada idi. 
Süleyman Ağa ağır əlini çiynimə qoyub dedi: “Ayıb olsun sənə, Əli xan! Şirvanşir nəslinin 
övladı da ermənini qucaqlayarmı?” Çaşqınlıqdan ağzım açıla qaldı. Lakin Süleyman ağa 
gecənin dumanında qeyb oldu. Yoluma davam etdim. Yaxşı ki, Kipianigilə bu gün nəyə 
görə getdiyimi atama deməmişəm. Açarı çıxardıb qapını açmaq istəyərkən başımı 
yırğalayıb öz-özümə düşündüm: “Müsəlmanların ermənilərə qarşı belə nifrət hissi 
bəsləməsi  görəsən haradandır? 
  Bu əhvalatdan sonra günüm telefon aparatının yanında keçirdi. Bu iri dəstəkli 
yöndəmsiz qara rəngli aparata birdən-birə, heç ağlıma gəlməyəcək dərəcədə elə 
bağlanmışdım ki, evdən bayıra da çıxmaq istəmirdim. Atam soruşanda ki, niyə gedib 
Nino ilə evlənmək istədiyini onun valideynlərinə bildirmirsən. Mən ona dodaqaltı 
anlaşılmaz bir söz deyirdim. Bu əsnada masanın üzərindəki telefonun dəhşətli səsi məni 
diksindirdi. Dəstəyi qaldırdım, Nino döyüş meydanından məlumat verirdi:  
  “Əli, sənsən? Qulaq as. Naçararyan anamla oturub, ulu babam şair İliko Çavçavadzenin 
şerlərindən danışır”. Bir az sonra: “Əli, eşidirsən məni? Naçararyan, şair Şota Rustaveliyə 
və kraliça Tamaraya İran mədəniyyətinin böyük təsiri olduğunu söyləyir”. Bir az sonra 
da: 
  “Əli xan, Naçararyan atamla çay içir. Elə indicə o, dedi ki, bu şəhərin sirri ondakı irqlərin 
və millətlərin anlaşılmaz birliyindən, yaxınlığından irəli gəlir.  
 
56


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə