ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   ...   32   33   34   35   36   37   38   39   ...   70

  Ata, məgər mən sənə and içməmişdim ki, mən heç vaxt siyasətlə məşğul olmayacağam. 
  – Öz xalqının taleyi ilə maraqlanmaq və onun qeydinə qalmaq, siyasətlə məşğul olmaq 
demək deyildir. Əli xan, elə vaxtlar olur ki, xalqın taleyini düşünmək və onun qeydinə 
qalmaq bir vəzifəyə çevrilir.  
  O axşam Ninonu operaya aparmaq üçün əvvəlcədən hazırlıq görmüşdüm.  
  Bakıya mahir sənət ustası Şalyapin gəlmişdi. Nino neçə gün idi ki, bu tamaşaya baxmağa 
hazırlaşırdı.  
  İşim olduğu üçün telefonun dəstəyini götürüb İlyas bəyə zəng etdim: “İlyas bəy, bu gün 
mənim vacib işim var. Ninonu mənim yerimə operaya apara bilərsənmi? Biletləri 
əvvəlcədən almışam”.  
  Xəttin o başından dilxor bir səs gəldi: “Nə danışırsan Əli xan? Axşamlar sərbəst 
olmadığımı bilmirsənmi? Bu gecə mən Məmməd Heydərlə kazarmada növbətçiyəm”. 
  Sonra Seyid Mustafaya zəng etdim.  
  – Gedə bilmərəm, – dedi,  çünki,  bu axşam hörmətli imam Hacı Maqsud ilə görüşüm 
var. O, İrandan yalnız iki-üç günlüyə gəlib. 
   Axırda Naçararyana zəng etməli oldum. Onun səsində böyük çaşqınlıq ifadəsi hiss 
olunurdu: “Yaxşı, sən nə üçün operaya getmək istəmirsən, Əli xan?” – deyə soruşdu.  
  – Evdə qonaqlarımız var – dedim.  
  – Sənin xahişinə və bu gecə operada Şalyapin iştirak etdiyinə görə gedərəm.  
  Çox şükür! Darda olan adama köməklik edən həyatda həqiqi dostdur.  
  Ninoya zəng edib, gələ bilməyəcəyimi və onu operaya Naçararyanın müşayiət edəcəyini 
söylədim və operaya getməyib evdə qaldım.  
  Düz saat yeddidə gözlədiyimiz qonaqlar gəlməyə başladılar. Var dövləti bir milyardı 
aşan qonaqlarımız, qırmızı xalçalar və quş tükündən olan osmanlı döşəkçələri sərilmiş 
böyük zalımıza toplaşmışdılar. Qonaqların sayı çox deyildi. Mən onların hamısını neçə 
illər idi ki, tanıyırdım.  
  İlyas bəyin atası Zeynal ağa birinci gəlmişdi. Onun beli bükülmüş, sulu gözləri 
dumanlaşmışdı. Zeynal ağa divanda oturub, həsasını yanına qoydu və bir tikə türk 
halvasından götürüb yavaş-yavaş yeməyə başladı. Ondan sonra iki qardaş, Əli Əsədulla 
və Mirzə Əsədulla bizə gəldilər. Onların mərhum ataları Şəmsi bəy on iki milyon pul 
qoyub getmişdi. Qardaşlara atalarının zəkası da ayrıca miras qalmışdı. Onlar üstəlik 
yazıb-oxumağı öyrənmişdilər. Ona görə də onlar atadan qalan milyonların sayını qat-qat 
artırmışdılar.  
  Mirzə Əsədulla pulu, ağıllı insanları və sakitliyi sevərdi. Qardaşı Əli Əsədulla isə 
Zərdüşt atəşi kimi idi. O tükənməz alova bənzəyirdi. Durmadan hərəkətdə idi. Onun 
vuruşmaqdan və sərgüzəştdən xoşu gəlirdi.  
  Hər yerdə onun girişdiyi vuruşmalarda tökdüyü qanlı hadisələrdən söhbət edilirdi. 
Onun yanında oturan qaraqabaq Bunyatzadə sərgüzəşti sevməzdi, amma eşqdən çox 
xoşlanardı. Aramızda dörd arvadı olan yeganə adam o idi. Onun arvadları bir-biriləri ilə 
amansızcasına dalaşardılar. Onlara görə Bunyatzadə xəcalət çəkirdi, amma öz təbiətinə 
qarşı heç nə edə bilmirdi. Ondan neçə uşağı olduğunu soruşanda, daima qəmli-qəmli 
cavab verirdi: “Bilmirəm on beşdir və yaxud on səkkiz. Axı mən yazıq bunu haradan 
bilim?” ondan milyonların sayını soruşanda da o, eyni cavabı verərdi.  
 
71


  Zalın o biri küncündə oturan Yusif oğlu Bunyadzadəyə paxıllıq və bir az qısqanclıqla 
baxırdı. Yusif oğlunun bircə arvadı var idi, deyilənə görə o da eybəcərin biri idi. Onun 
arvadı hələ toyları olan gün ona demişdi: “Əgər sən xəyanət edib başqa qadınlara baxsan, 
mən o qadınların əvvəlcə qulaqlarını, sonra burunlarını və döşlərini kəsəcəyəm. Sənə nə 
edəcəyimi isə demək istəmirəm” bu qadın davakar bir ailənin qızı idi. Zavallı Yusif oğlu 
arvadının hədə-qorxusundan çəkinərək sağına-soluna baxmaz, rəsm toplamaqla məşğul 
olardı.  
  Saat səkkizin yarısında zalımıza balacaboy və arıq bir kişi girdi. Onun incə 
barmaqlarının dırnaqları xınalı idi. O qapıdan içəri girəndə hamımız yerimizdən qalxıb 
ona başsağlığı verdik. Çünki ona bədbəxtlik üz vermişdi. Bir neçə vaxt bundan qabaq 
onun yeganə oğlu İsmayıl vəfat etmişdi. Kişi oğlunun xatirəsinə Nikolay küçəsində cah-
cəlallı bir imarət tikdirmişdi. Binanın üz tərəfində par-par parıldayan iri qızıl hərflərlə 
“İsmayıl” sözü yazılmışdı. Kişi bu binanın İslam xeyriyyə cəmiyyətinə verilməsini 
vəsiyyət etmişdi. O kişinin adı Ağa Musa Nağı idi və iki yüz milyon manata sahib olduğu 
üçün bizim dəstəmizə daxil ola bilmişdi. Çünki Ağa Musa artıq müsəlman deyildi. O, 
Nəsrəddin şahın edam etdirdiyi Mürtəd Babın kafir təriqətinə mənsub idi. Babın nə 
istədiyini aramızda yalnız bir neçəsi bilirdi. Amma hamımız yaxşı bilirdik ki, Nəsrəddin 
şah Bahailərin dırnağının altına yanıb közərmiş biz batırtdırır, onları diri-diri tonqallarda 
yandırtdırır və qamçı ilə ölənə qədər döydürürdü. Bu cür ağır cəzalara məruz qalan bir 
təriqət insanlara hökmən çox şeytanı şeylər öyrətməyə çalışmalıydı.  
  Saat səkkizdə qonaqların hamısı evimizin böyük zalında toplaşmışdılar. Neft şahzadələri 
zalda oturub çay içirdilər, şirniyyət yeyirdilər və durmadan inkişaf edən işlərindən
evlərindən, atlarından, bağlarından, qumarxanadakı yaşıl mahud örtüklü masaların 
üstündə uduzduqları pullardan danışırdılar. Onlar adətə sadiq qalıb saat doqquza qədər 
bütün danışıqlarını yekunlaşdırdılar. Saat düz doqquzda nökərlər gəlib süfrəni 
yığışdırdılar və zalın qapısını bağlayandan sonra atam “Şəmsi Əsədullanın oğlu Mirzə 
Əsdullanın xalqımızın taleyi barədə bəzi fikirləri var. Gəlin onu dinləyək” deyərək 
toplantını açdı.  
  Mirzə Əsədulla o gözəl, xülyalı başını qaldırıb danışmağa başladı: “Bu müharibəni 
Böyük Knyaz udarsa, artıq xəritədə bir dənə də olsun İslam ölkəsi qalmayacaq, çarın 
üzərimizə enəcək qolu daha çox güclənəcək. Çar bu gecə burada toplanmış olan bizlərə 
əlbəttə ki, toxunmayacaq, çünki bizlər pulluyuq. Amma məscidlərimizi, məktəblərimizi 
bir-bir bağlayacaq və ana dilimizdə danışmağımızı da qadağan edəcəkdir. Vətənimizi 
əcnəbilər idarə etməyə başlayacaqlar. Çünki, Məhəmməd Hümmətini qoruyacaq kimsə 
qalmamış olacaq. Əgər müharibəni Ənvər Paşa udarsa, vəziyyətimiz yaxşı olacaqdır. 
Amma bu işdə biz ona kömək göstərə bilərikmi? Mənim fikrimcə yox, kömək edə 
bilmərik. Bəli, biz pulluyuq, amma çar bizdən də pulludur. Bəs biz bu vəziyyətdə nə 
etməliyik? Əgər biz pulumuzun bir qismini və xalqımızdan ibarət alay yaradaraq onu 
silahlandırıb çara versək, bəlkə müharibədən sonra bizlə mülayim rəftar edər. Siz nə 
fikirdəsiniz? Bəlkə bunun başqa çıxış yolu vardır?  
  Onun qardaşı Əli söz alıb dedi: 
  – Çarın qolu daha çox güclənəcək deyirsən. Kim bilir, bəlkə müharibədən sonra çarın heç 
qolu da qalmayacaq.  
  Amma, çar getsə də, ölkəmizdə çoxlu rus qalacaq. Qardaşım, onların sayı azala da bilər.  
 
72


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə