ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   ...   34   35   36   37   38   39   40   41   ...   70

  Toplantı sona çatdı. Hərə öz evinə getdi. Saat on birin yarısı idi. Evimizin qonaq zalı, boş 
idi və adama ağır təsir bağışlayırdı. Məni tənhalıq hissi bürüdü. Xidmətçiyə: “Mən 
kazarmaya gedirəm. İlyas bəy bu gecə növbətçidir” deyib evdən çıxdım.  
  Ninogilin evinin yanından keçib dəniz kənarı ilə böyük kazarmaya  tərəf yollandım. 
Kazarmanın növbətçi otağının pəncərəsindən işıq gəlirdi. İlyas bəylə Məmməd Heydər 
nərd oynayırdılar. Növbətçi otağına girdim. Onlar səslərini çıxartmadan başları ilə mənə 
salam verdilər. Nəhayət, nərd oyunu başa çatdı. İlyas bəy nərdin zərini küncə atdı və 
yaxasını düymələdi. Sonra “toplantı necə keçdi?” deyə soruşdu.  
  – Əli Əsədulla ölkəmizdən bütün rusları təmizləyəcəyinə yenə and içdimi?  
  – Bəli, təxminən elə dedi. Bəs sizdə müharibədən nə xəbər var?  
  İlyas bəy, müharibədən təngə gəlmiş bir adam kimi cavab verdi:  
  – Müharibəni deyirsən? Almanlar Polşanı tutublar. Böyük knyaz deyilənə görə qarlı 
yollarda batıb qalıb və ya da Bağdadı zəbt edib. Türklər də bəlkə Misiri tutdular. Kim 
bilir? Bu dünya yaman can sıxıcı olub.  
  Məmməd Heydər saçları azca kəsilmiş başını qaldırıb dedi:  
  – Heç də can sıxıcı deyil. Bizim atlarımız və əsgərlərimiz var, silah işlətməyi də bilirik. 
Kişiyə bundan başqa nə lazımdır. Bəzən istəyirəm ki, dağları aşım, səngərlərdə oturub 
qabağımda düşmən görüm. Düşmən dediyinin güclü əzələləri olmalıdır, bədəni də tər 
qoxumalıdır. 
  – Onda nə üçün cəbhəyə könüllü getmirsən? – deyə soruşdum.  
  Məmməd Heydər kədərlə mənə baxıb dedi:  
  – Mən elə kişilərdən deyiləm ki, din qardaşlarım türklərə atəş açım.  
  Mən nəvazişlə ona baxdım. Bu enlikürəkli, güclü, sadəlövh sifətli gənc burada oturub, 
döyüş həsrətindən az qala partlayırdı.  
  Məmməd Heydər oturduğu yerdən məhzun-məhzun dilləndi:  
  – Mən cəbhəyə getmək istəyirəm, amma getmirəm.  
  – Bəs bizim məmləkətimizdə nələr etməliyik, – deyə soruşdum. 
  O susdu və alnını qırışdırdı, xeyli vaxt keçəndən sonra, dedi:  
  Biz gərək məscidlər tikəydik, torpağa su verəydik. Torpağımız suya möhtacdır. Sonra 
onlarla əcnəbilərin ölkəmizə gəlib ikidə bir bizə axmaq  demələri yaxşı iş deyil. Mənə elə 
gəlir ki, böyük bir tonqal qalayıb bütün neft buruqlarını yandırmaq yaxşı olardı. O zaman 
gözəl bir mənzərə əmələ gələrdi və biz yenə də kasıb vəziyyətimizə qayıdardıq. Biz o 
zaman heç kimə lazım olmazdıq və əcnəbilər də yaxamızdan əl çəkərdilər. Mən neft 
buruqlarının yerinə, mavi rəngli gözəl məscid tikdirərdim. Bir də istəyərdim ki, bu gün 
neft çıxan sahələrdə də taxıl əkəydilər. Məmməd Heydər düşüncələrinin xəyalına dolaraq 
susdu. İlyas bəy qəhqəhə çəkib güldü. Bəs sonra? - Sonra da oxumağı və yazmağı 
qadağan etməli, elektrik əvəzinə şam işığından istifadə etməli və ölkəmizdəki ən səfeh 
adamı da padşah seçməliyik, hə?! 
  Məmməd Heydər bu istehzaya məhəl qoymadı:  
  – Keçmiş zamanda indikindən daha çox səfeh adamlar var idi. Amma o səfeh adamlar 
neft buruqları yerinə su kanalları tikirdilər və indikindən fərqli olaraq biz əcnəbiləri 
soyurduq, onlar bizi yox. Keçmişdə xoşbəxt insanlar da indikindən daha çox idi.  
  Onun dediyi sözlər  elə xoşuma gəldi ki, istədim bu bəsit  adamı qucaqlayıb öpüm.  
 
75


  Lakin birdən-birə kimsə qapını həyəcanla döyməyə başladı. Mən tez yerimdən sıçradım 
və qapını açıb bayıra baxdım. Seyid Mustafa həyəcanlı halda içəri girdi. Onun 
əmmaməsinin sarığı sökülmüş, ucu tərdən parlayan qaşlarının üzərinə düşmüşdü. Yaşıl 
qurşağı açılmışdı, boz rəngli fəsi isə toz içində idi. O, rəngi qaçmış halda kürsüyə çökdü 
və ləhləyə-ləhləyə dedi:  
  – Naçararyan yarım saat bundan qabaq Ninonu qaçırtdı. İndi onlar Mərdəkan 
yolundadırlar. 
   
   
  XVII 
   
  Məmməd Heydər yerindən sıçradı. Onun gözləri lap balacalaşmışdı. “Mən atları 
yəhərləyərəm!” deyib bayıra qaçdı. Sifətim yanırdı. Qan gicgahıma vururdu, başımda bir 
gurultu vardı. Elə bil gözəgörünməz bir qüvvə dəyənəklə başıma zərbə vururdu. İlyas 
bəyin səsi elə bil çox uzaqlardan gəlirdi: “Özünü itirmə, Əli xan, səbirli ol. Onları 
yaxalayacağıq. O vaxta qədər özünü ələ al”.  
  İlyas bəy qabağımda durmuşdu. Onun incə sifəti son dərəcə solmuşdu. Üstündə Qafqaz 
xəncəri olan kəməri belimə bağladı. Sonra “götür” deyib əlimə də bir tapança verdi: 
  – Yenə deyirəm, səbirli ol, Əli xan – dedi – qəzəbini Mərdəkan yoluna saxla.  
  Nə etdiyimi bilmədən tapançanı cibimə qoydum. Seyid Mustafanın çopur sifəti mənə 
tərəf döndü. Mən onun qalın dodaqlarının qımıldandığını gördüm və söylədiyi qırıq-qırıq 
cümlələrini eşitdim: “Evdən çıxdım ki, gedib molla Hacı Maqsudla görüşüm. Onun 
qaldığı ev operanın yanındadır. “Saat on birdə Molla Maqsudun evindən çıxıb operanın 
yanından keçirdim. Tamaşa sona çatmışdı. Birdən gördüm ki, Nino Naçararyanla 
avtomaşına minirlər. Amma maşın yerindən tərpənmədi. Onlar maşının içində bir-birilə 
danışırdılar. Naçararyanın sifətinin ifadəsi heç xoşuma gəlmədi. Qaranlıqda onlara 
yaxınlaşıb danışıqlarına qulaq asmağa başladım. Nino “olmaz” deyirdi, “mən onu 
sevirəm”. Naçararyan da cavab verirdi ki, “mən səni ondan da çox sevirəm” deyirdi. Bu 
ölkənin daşı daş üstündə qalmayacaq! Mən səni Asiyanın əlindən alıb qaçırdacağam. 
Nino cavab verdi ki, “yox, məni evimizə apar”. Naçararyan motoru işə saldı. Mən maşının 
arxasına atıldım. Avtomaşın Kipianigilin evinə yaxınlaşdı. Yoldakı danışıqlarını eşidə 
bilmədim. Nino ağlayırdı. Naçararyan birdən Ninonu qucaqlayıb üzündən öpdü. “Sən bu 
vəhşi insanların əlinə düşməməlisən” – deyə Naçararyan səsləndi. Sonra pıçıltı ilə nəsə 
dedi. Mən yalnız onun axırda dediyi sözü eşidə bildim: “Mənim Mərdəkandakı evimə 
gedirik. Biz Moskvaya gedib kəbin kəsdirərik, oradan da İsveçə gedərik”. Mən gördüm ki, 
Nino onu itələdi. Naçararyan maşını işə saldı və onlar getdilər. O zaman avtomaşının 
arxasında asıldığım yerdən atlanıb var gücümlə qaçdım ki... 
  O, sözünü axıra kimi deyə bilmədi, bilmirəm, bəlkə də mən ona axıra kimi qulaq 
asmamışam. Məmməd Heydər qapını taybatay açıb içəri girdi: “Atlar hazırdır!” – deyə  
bağırdı. Biz tələsik meydançaya qaçdıq. Ay işığında kişnəyən və nalları ilə yavaş-yavaş 
yeri eşələyən yəhərli atları gördüm. Məmməd Heydər atın birinin yüyənini mənə uzadıb: 
“Tut bunu, bu sənin” dedi. Mən ata baxanda heyrətimdən yerimdə quruyub qaldım. Bu 
at, alay komandanı Məlikovun Qarabağda ad çıxarmış kəhər atı idi. Məmməd Heydər üz-
gözünü turşutdu: 
 
76


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə