ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   ...   37   38   39   40   41   42   43   44   ...   70

  Qarabağ atının yalından yapışdım. Məmməd Heydərin köməyi ilə atıma mindim. İlyas 
bəy Ninoya yaxınlaşdı, qayğı ilə onu öz yumşaq yəhərinə oturtdu. Nino müqavimət 
göstərmirdi... İlyas bəy pencəyini çıxardıb nəvazişlə Ninonun çiyninə saldı. Onun rəngi 
hələ də solğun idi. İlyas bəy başını mənə tərəf çevirib sağollaşdı. Bilirəm, İlyas bəy 
Ninonu sağ-salamat aparıb evinə çatdıracaq. İlyas bəylə Nino bizdən uzaqlaşdılar.  
  Məmməd Heydər atının yəhərinə atıldı: “Əli xan, sən qəhrəmansan. Aslan kimi 
döyüşdün, vəzifəni də yerinə yetirdin”. 
  Seyid Mustafa isə başını aşağı salıb dedi: “Əli xan, onun həyatı sənin əlindədir. Sən onu 
öldürə də bilərsən, istəsən bağışlaya da bilərsən şəriət hər ikisinə icazə verir”.  
  Seyid Mustafa fikirli-fikirli gülümsəyirdi. Məmməd Heydər atın yüyənini mənə verdi.  
  Biz Bakının nazlı-nazlı sayrışan işıqlarına doğru dinməz-söyləməz atlarımızı gecə yolu 
ilə sürməyə başladıq.  
   
   
  XVIII 
   
  Uçurumun kənarındakı daş bir eyvanda qəribə bir mənzərə açılırdı: küləklərin 
döyəclədiyi quru sarı qayalar. İri, kələ-kötür daşlar qaba halda bir-birinin üstünə 
qoyularaq divar halına gətirilmişdi. Bir-birlərinə yapışmış dörd bucaq şəklində olan sadə 
komalar sıldırım qayalara söykənmişdi. Bir komanın damı, o biri koma üçün həyət rolunu 
oynayırdı. Uçurumun düz dibindən şırıltı ilə çay axırdı. Açıq aydın havada qayalar 
parıldayırdı. Bu qayalıqların arası ilə aşağı enən daş cığır dibinə yaxınlaşdıqca gözdən 
itirdi. Bura auldur, Dağıstanın bir kəndidir. Komanın içi qaranlıqdır, yerə kilimlər 
döşənib. Komanın damını bayırdan iki dirək saxlayırdı. Göyün dərinliklərində 
qanadlarını bütöv açmış bir qartal elə bil daşdan düzəlmişdi.  
  Mən balaca dam-həyətdə uzanmışdım. Ağzımda sulu qəlyanın kəhrəba müştüyü 
dodaqlarımın arasında idi. Mən bu qəlyanın tüstüsünü ciyərlərimə çəkirdim. Gicgahım 
buz kimi soyuq idi. Zəif külək qəlyanın tüstüsünü ətrafa yayırdı. Kiminsə “qayğıkeş” əli 
tütünümün içinə nəşə atmışdı. Ayaqlarımın yanında açılan uçurumun dərinliklərinə 
baxıram və dumanlıqda dolaşan sifətləri görürəm. Tanış simalar qarşımda peyda olurlar. 
Onlar Bakıdakı otağımın divarını bəzəyən xalçadakı Rüstəm Zaloğlunun surətini 
xatırladırdı. Bir neçə gün bundan əvvəl mən qalın ipəkli yorğana bürünüb o otaqda 
uzanmışdım. Qabırğalarım ağrıyırdı. O biri otaqdan addım səsləri gəlirdi. Kimsə yavaşca 
danışırdı. Qulaq asdım! Səslərin tonu yavaş-yavaş yüksəlirdi. Bu atamın səsi idi: “Üzr 
istəyirəm, cənab polis rəisi, oğlumun harada olduğunu heç mən özüm də bilmirəm. Belə 
güman edirəm ki, o İrana, əmisinin yanına gedib. Çox təəssüf edirəm, cənab polis rəisi”.  
  Polis rəisinin səsi gur və qəzəbli gəlirdi: 
  – Sizin oğlunuza qarşı adam öldürmək barədə cinayət işi qaldırılıb. Onun həbs 
edilməsinə dair artıq əmr də hazırdır. Biz onu hətta İranda belə tapıb həbs edəcəyik. 
  Mən bunu ancaq alqışlayardım. Şübhəm yox idi ki, onun işi hər hansı bir məhkəmə 
hüzuruna çıxarılarsa mənim oğlum həmin məhkəmədə bəraət qazanacaqdı. Çünki, 
hadisələrin inkişafı ilə əlaqədar başqasının hərəkətinə cavab olaraq canini vurub 
öldürmək cinayət deyildir. Bundan başqa... 
 
81


  Mən təzə pulların xışıltısını eşitdim, bəlkə də mənə elə gəlirdi. Sonra sükut çökdü və 
yenə də polis rəisinin səsi gəldi: 
  – Ah, nə deyim bu dəliqanlı cavanlara. Bir şey olan kimi bellərindəki xəncərə əl atırlar. 
Mən dövlət adamıyam. Təbii ki, sizi də başa düşürəm. Dəliqanlı oğlunuz şəhərdə 
görünməməlidir. Həbsi barədəki hökmü isə İrana göndərməliyəm.  
  Addımlar uzaqlaşır. Yenə də dərin bir sükut çökür. Xalçanın üzərindəki zərif hərflər 
labirintə bənzəyirdi. Hərflərin cizgisini izləməyə başladım. Xətt yaraşıqlı bir tərzdə “nun” 
hərfində birləşirdi... 
  Başım gicəllənirdi. Tanımadığım simalar əyilib üzümə baxırdılar və dodaqlarında 
anlaşılmaz sözlər deyirdilər. Sonra yatağımdan durub çarpayımda oturdum və gördüm 
ki, İlyas bəylə, Məmməd Heydər qarşımda durublar. İkisi də gülümsəyirdi və onlar döyüş 
paltarı geymişdilər.  
  – Gəlmişik səninlə vidalaşaq. Bizi cəbhəyə göndərirlər.  
  – Niyə? 
  İlyas bəy patrondaşını dartdı: 
  – Mən Ninonu evinə apardım. Bütün yol boyu bir kəlmə də olsun söyləmədi. Sonra da 
atımı kazarmaya sürdüm. Bir neçə saatdan sonra hamı hər şeyi bilirdi. Alay komandanı 
Melikov kabinetini bağlayıb, sərxoş olana qədər içki içdi. O, kəhər atını bir daha görmək 
istəmirdi. Axşam isə atının vurulması barədə əmr etdi. Sonra da cəbhəyə könüllü getməyə 
hazır olduğunu bildirdi. Atam xeyli pul xərcləyib hərbi tribunala verilməmizi qabaqladı. 
Amma bundan artıq heç nə edə bilmədi. Bizi də cəbhəyə göndərməyə qərar verdilər. Özü 
də cəbhənin ön xəttinə.  
  – Məni bağışlayın. Bunların hamısı mənim günahımdır.  
  Hər ikisi qəti etiraz etdilər:  
  – Yox, yox, sən əsl qəhrəmansan. Sən kişi kimi hərəkət etdin.  
  Biz səninlə fəxr edirik. 
  – Ninonu görmüsünüzmü?  
  İkisi də pərt halda:  
  – Yox, Ninonu görməmişik.  
  Cavab çox soyuq səsləndi.  
  Biz qucaqlaşdıq.  
  – Bizdən narahat olma. Cəbhədə özümüzə bir yer tapacayıq. 
    Gülüşdük, öpüşdük. Sonra qapı arxadan bağlandı. 
  Başımı yastığa qoyub gözlərimi qırmızı rəngli xalçanın naxışlarına zillədim. Yazıq 
dostlarım! Bu mənim günahımdır. Gözlərim açıq ola-ola qəribə xəyallara dalmışdım. Hər 
şey gözlərimin qabağından çəkilib yox olurdu. Ninonun gah gülən, gah da ciddiləşən 
sifəti  dumanlar içində görünürdü. Yad əllər mənim vücuduma  toxunurdu. Kimsə farsca 
dedi: “Ona xaş-xaş vermək lazımdır. Vicdan əzabına qarşı çox kömək edir” 
  Biri kəhrəba müştüyü ağzıma qoydu və bu gözü açıq, xəyallardan ayılarkən qulağıma 
səs gəldi:  
  – Möhtərəm xan, mən sarsılmışam. Bu nə faciədir başımıza gəldi. Mən istəyirəm ki
qızım sizin oğlunuzun yanına getsin. Onlar dərhal evlənməlidirlər”.  
 
82


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə