ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   ...   33   34   35   36   37   38   39   40   ...   70

  – Onların hamısını qırıb tökmək olmaz, Əli.  
  Sonra qocalıb taqətdən düşmüş Zeynal ağa söz alıb donuq bir səslə danışmağa başladı:  
  – Kitabda yazılanı heç kim bilmir. Böyük knyaz İstanbulu alsa belə, onun qələbəsi qələbə 
sayıla bilməz. Çünki bizim xoşbəxtliyimizin açarı İstanbulda deyil, açar Qərbdədir. Qərb 
cəbhəsində isə türklər qalib gələcəklər. Ruslar Trabzonu, türklər də Varşavanı alıblar. 
Ruslardan danışırsınız? Onlarda heç rusluq qalıbdımı? Eşitmişəm ki, Rasputin adında bir 
kəndli çara hökmranlıq edir, onun qızlarını sığallayır, çarın arvadına da “Mama” deyir. 
Çarı taxtından yıxmaq istəyən knyazlar da vardır. Hətta üsyan eləməyə hazırlaşanlar da 
vardır. Müharibədən sonra hər şey kökündən dəyişəcək. Heç bir şey köhnədəki kimi 
olmayacaq.  
  Uzun bığları və parıldayan gözləri olan bir kök adam söz alıb dedi: “Bəli, bu 
müharibədən sonra həqiqətən hər şey kökündən dəyişəcək”.  
  Bunları söyləyən, peşəsi vəkil olan, Xoylu Fətəli xan idi. Biz onun daima xalq işinin 
qayğısını və qeyrətini çəkən bir adam olduğunu bilirdik.  
  Fətəli xan ciddiləşib sözünə davam etdi:  
  – Hər şeyin dəyişəcəyi üçün biz heç kimdən lütfkarlıq diləməli deyilik. Bu müharibədə 
kim qalib gəlirsə-gəlsin, onun döyüşlərdə aldığı yaralar çox olacaq və o zəifləyəcək. Biz 
isə zəif düşməyəcəyik, yaralılarımız olmayacaq, dilənmək ehtiyacını duymayacağıq və 
gur səslə tələb etmək gücünə sahib olacağıq. Bizim ölkəmiz müsəlman ölkəsidir. Biz 
Osmanlılardan nə gözləyiriksə, Romanovlardan da eyni şeyi tələb edirik. Bizi hər sahədə 
maraqlandıran müstəqillikdir. Müharibədən sonra bu güclü dövlətlər nə qədər zəif 
düşsələr, biz o qədər azadlığa yaxınlaşacağıq. Bu azadlıq bizə itirilmiş qüdrətimizdən, 
pulumuzdan və neftimizdən gələcək. Elə buna görə də unutmayın ki, bizim dünyaya yox, 
dünyanın bizə ehtiyacı olacaqdır. 
  Zalda bir milyard manat toplamış qonaqlarımızı bu sözlər son dərəcə məmnun etmişdi. 
İndi gözləmək və kimin qalib gələcəyini görmək lazımdır: ruslarınmı, yoxsa türklərinmi? 
Bizim neftimiz vardı, müharibədən qalib çıxan da bizə yalvarıb lütfkarlıq diləyəcək. Bəs o 
vaxta qədər biz nə etməliyik? Xəstəxanalar, uşaq bağçaları, korlara məxsus klinikalar 
tikdirməliyik. Haqq Dini uğrunda vuruşanlara sığınacaq verməliyik. Elə etməliyik ki. bizi 
əqidəsizlikdə günahlandırmasınlar.  
  Mən isə dinməz-söyləməz bir küncdə oturmuşdum. Əli Əsədulla zalın o başından gəlib 
yanımda oturdu: “Bu barədə siz nə fikirdəsiniz, Əli xan?” – deyə məndən soruşdu. Əli 
Əsədulla mənim cavabımı gözləmədən başını mənə tərəf əyib, pıçıltı ilə danışmağa 
başladı: “Ölkəmizdəki  rusların hamısını təmizləmək yaxşı olmazdımı? Təkcə rusları yox, 
bizim dilimizdə danışmayan, bizim dinimizdən olmayan, və bizdən fərqli düşünən bütün 
əcnəbiləri təmizləsək daha yaxşı olmazdımı? Əslində biz hamımız bunu istəyirik, amma 
bu düşüncəni açıq söyləməyə cəsarət tapan tək mənəm. Bəs bundan sonra nə olacaq? 
Mənə sual verirsinizsə, şəxsən mən Ənvər Paşaya üstünlük verərdim. Amma ölkəmizi 
Fətəli xan da idarə edə bilər. Başlıca məsələ isə odur ki, ölkəmizdən əcnəbiləri 
təmizləməliyik.  
  O, “təmizləməliyik” sözünü elə nəzakətlə və yumşaq bir tonla dedi ki, elə bil eşq elan 
edirdi. O, hiyləgərcəsinə gülümsəyirdi. Mən ona cavab vermədim.  
  İndi növbə Bəhai Ağa Musa Nağının idi. O danışmağa başlayanda onun balaca, içəri 
batmış gözləri parıldayırdı:  
 
73


  – Mən yaşlı bir adamam, – deyə sözə başladı. – Gördüklərim, eşitdiklərim məni çox 
kədərləndirir. Ruslar türkləri öldürürlər, türklər ermənilərlə vuruşurlar. Ermənilər isə 
bizim kökümüzü kəsməyə can atırlar. İndi biz də ölkəmizdən rusları təmizləməyə 
çalışırıq. Bunun yaxşı olub-olmadığını bilmirəm. Biz Zeynal ağanın, Mirzə Əsədullanın, 
Əli Əsədullanın, Fətəli xanın xalqımızın taleyi barədə fikirlərini dinlədik. Mən onların 
məktəblərimizin, ana dilimizin, xəstəxanalarımızın və azadlığımızın son dərəcə qayğısına 
qaldıqlarını bilirəm. Bu pis şey deyil! Amma orada yalnız boş şeylər tədrik edilirsə, o 
məktəb kimə və nəyə lazımdır? Bədəni müalicə edib, ruhu yaddan çıxardan xəstəxananın 
nə faydası vardır? Bizim ruhumuz tanrıya doğru getmək istəyir. Düzdür, hər bir millət 
özünə məxsus bir tanrısı olduğuna inanır. Lakin mənim fikrimcə keçmiş neçə-neçə 
uluların diliylə desək, özünü bizə tanıtmış olan Allah birdir. Buna görə də mən eyni 
zamanda həm Həzrəti İsaya, Musaya, Konfusiyə, Buddaya və həm də Məhəmməd 
Peyğəmbərə inanıram. Biz hamımız bir Allahdan törənmişik və Bab* yoluyla onun yanına 
dönəcəyik. Bunu xalqa bildirmək lazımdır ki, nə qara var, nə də ağ. Çünki qarada ağ, 
ağda da qara vardır. Ona görə də məsləhət görürəm: gəlin elə bir iş görməyək ki, dünyada 
kimsəyə zərər dəysin. Çünki bizim hər birimiz hər ruhun bir parçasıyıq və hər ruh da 
bizim bir parçamızdır.  
  Biz pərt halda oturmuşduq. Deməli Babın kafir ideyası bu imiş. Yanımda kiminsə 
bərkdən hıçqırdığını eşitdim. Başımı çevirib baxdım və təəccübləndiyimdən quruyub 
qaldım:  
  Əli Əsədullanın sifətindən göz yaşları sel kimi axırdı.  
 
  - ----------------------------------------------- 
  *Burada XIX əsrin 40-cı illərində şiəlik əsasında yaranmış dini təriqətin banisi Bab 
nəzərdə tutulur. 
----------------------------------------------------- 
 
  Əli Əsədulla hıçqıra-hıçqıra dedi:  
 – Ah, nə qədər siz haqlısınız! Sizə qulaq asmaq böyük xoşbəxtlikdir. Ey ulu Tanrım Ağa 
Musa, bütün insanlar bu qədər dərin biliyə malik olsaydılar, dərdimiz olmazdı? 
  Sonra o göz yaşlarını silib, dərin bir köks ötürdü və sakitləşmiş bir şəkildə söhbətinə 
davam etdi:  
  - Ey dərin hörmət bəslədiyimiz dostum! Heç bir şübhə yoxdur ki, Tanrının qolu 
hamımızın qolundan qüvvətli və qüdrətlidir. Lakin ey, müdriklik dəryası olan dostum, bu 
da həqiqətdir ki, insan Küll-İxtiyarın iltifat ruhuna həmişə bel bağlaya bilməz və bel də 
bağlamamalıdır. Biz hamımız insanıq, biz gərək özümüz bütün çətinliklərimizi aradan 
qaldırmaq yollarını axtarıb tapaq.  
  Əli Əsədullanın ustalıqla söylədiyi kəlmələr, çox ağıllı kəlmələr idi. Onun göz yaşları 
axıtması da ağıllı bir oyun idi. Mən Əlinin qardaşı Mirzəyə baxdım. Mirzə mat-məəttəl
iftixar hissilə qardaşına baxırdı.  
  Nəhayət qonaqlar ayağa durdular. Mehribancasına bir-birlərinə “Salamat qalın, 
dodaqlarınızdan təbəssüm əskik olmasın” deyib ayrıldılar.  
 
74


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə