ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   ...   41   42   43   44   45   46   47   48   ...   70

gəlmisənmi? Kipianilər neyləyirlər? Bu barədə nə deyirlər? Zavallı Arslan ağanın 
ağzındakı loxma az qaldı ki, boğazında qalsın.  
  – Vallah, heç bir xəbərim yoxdur. Heç kimi görməmişəm. Çünki küçəyə nadir hallarda 
çıxıram.  
  – Nəyə görə dostum? Xəstə deyildin ki? 
  – Hə, bərk xəstələnmişdim. Difteriyaya tutulmuşdum. Təsəvvür edin ki, gündə üç dəfə 
dərman qəbul edirdim.  
  – Difteriyaya qarşı? 
  – Bəli. 
  – İçməyini davam et, Arslan ağa. Şərab sağlamlıq üçün çox yaxşıdır.  
  İçdi. Sonra ona tərəf əyilib soruşdum:  
  – Əziz dostum, de görüm, axırıncı dəfə nə zaman düz söz danışmısan?  
  O, məsum gözləri ilə mənə baxdı və səmimi tərzdə dedi: “Məktəbdə, üç dəfə üçün neçə 
olduğunu bildiyim zamandan”.  
  Dadlı şərab bu sadəlövh gənci tamam sərxoş etmişdi. Onun suallarıma az-çox doğru 
cavab verəcəyi vaxtı çatmışdı. Elə ona görə də onu dindirməyə başladım. O kəndə ancaq 
maraq məqsədi ilə gəlmiş olduğunu, difteriya xəstəliyinə tutulmadığını və Bakıda gedən 
bütün dedi-qoduları dərinliyinə qədər bildiyini etiraf etdi. Sonra o, özünə məxsus bir 
formada çərənçilik edərək: “Naçararyanlar səni öldürmək istəyirlər” dedi. “Lakin onlar 
əlverişli bir fürsəti gözləyirlər. Bir-iki dəfə Kipianiləri ziyarət etməyə getdim. Uzun zaman 
idi ki, Nino xəstələnmişdi. Sonra onu Tiflisə apardılar. İndi o, geri qayıdıb. Ninonu şəhər 
klubunda keçirilən balda gördüm. Bilirsən...” 
  – O şərabı su kimi içir və durmadan qəhqəhələrlə gülürdü.  
  – O, ancaq rus zabitləri ilə rəqs edirdi. Valideynləri onu Moskvaya göndərmək istəyirlər, 
amma o getmək istəmir. Nino hər gün şəhərə çıxır və bütün ruslar ona vurulublar. İlyas 
bəyə orden verilib, Məmməd Heydər də cəbhədə yaralanıb. Naçararyanların villası yanıb 
kül oldu. Deyirlər ki, villanı sənin dostların yandırıblar.  
  – Daha başqa nə xəbər var? 
  – Hə, bir də, Nino kiçik bir it alıb. Hər gün onu amansızcasına döyür. İtə nə ad 
qoyduğunu heç kim bilmir. Bəzi adamlar Ninonun onu Əli xan, başqaları isə Naçararyan 
deyə çağırdıqlarını söyləyirlər. Ancaq mənə elə gəlir ki, Nino itini Seyid Mustafa deyə 
çağırır. Sənin atanı da görmüşəm. O mənə dedi ki, əgər yenə də dedi-qoduyla məşğul 
olsan səni döyəcəyəm. Kipianilər Tiflisdə ev alıblar. Bəlkə birdəfəlik köçüb orada 
yerləşdilər.  
  Arslan ağa, çox yalançı bir məlumatdır.  
  – Bəs sən nə olacaqsan, Arslan ağa? 
  – O sərxoş baxışları ilə mənə baxıb dedi: “Kral olacağam”. 
  – Nə olacaqsan? 
  – Mən gözəl bir ölkənin kralı olmaq istəyirəm. İstəyirəm ki, çoxlu süvarim olsun.  
  – Sonra nə istəyirsən? 
  – Ölmək istəyirəm. 
  – Nə üçün? 
  – Kralı olacağım ölkəni fəth edərkən ölmək istəyirəm! 
  Mən qəhqəhə çəkib güldüm. Deyəsən o, bundan incidi.  
 
89


  – Yaramazlar məni üç günlüyə karantinə qoydular.  
  – Harada, məktəbdə? 
  – Hə, özü də bilirsən niyə? Çünki yenə qəzet üçün məqalə yazmışdım. Məqaləmdə orta 
məktəb şagirdləri ilə qəddar rəftar edildiyi barədə yazmışdım. Vallah, elə qiyamət 
qopmuşdu ki!  
  – Ay Arslan ağa, adam hər qəzetə məqalə yazmaz 
  – Yazar, görərsən, şəhərə qayıdanda sənin haqqında da yazacağam. Ancaq sənin adını 
yazmayacağam. Çünki ad çəkməkdən xoşum gəlmir. Axı, həm də ki, sənin dostunam. 
Belə bir şey yazacağam: “Qan davasından qaçış... ölkəmizin pis bir adəti”.  
  O, şüşədə qalan şərabı axıra qədər içdi, sonra kilimin üstünə uzanıb yuxuya getdi. Onun 
nökəri içəri girdi və narazılıqda üzümə baxdı. Elə bil baxışı ilə deyirdi: “Ayıb olsun sizə
Əli xan, bu zavallı uşağı bu qədər içirdərlərmi?” 
  Qalxıb gecənin qaranlığında bayıra çıxdım. Sən bu yaramaz cavana, Arslan ağaya bax! 
Hər halda, şübhəsiz ki, dediklərinin yarısı uydurmaydı. Nəyə görə Nino itini hər gün 
döyməliydi? Allah bilir ki, o itinə nə ad qoymuşdu! 
  Kənd yolu ilə aşağı enib tarlaların qırağında oturdum. Qayalar ayın qaranlığında 
yuxarıdan mənə acıqlı-acıqlı baxırdılar. Görəsən onlar keçmişi mi, yoxsa insanların 
xəyallarından keçənləri mi xatırlayırdılar. Qaranlıq səmadakı ulduzlar Bakının işıqlarını 
xatırladırdı.  
  Sonsuzluqdan gələn minlərlə şüa mənim göz bəbəyimdə əksini tapırdı. Beləcə bir saat
bəlkə də daha çox oturduğum yerdə səmanı seyr etdim. “Deməli Nino rus zabitləri ilə 
rəqs edir” deyə düşündüm. Birdən birə o xəyalətlərlə dolu gecəni axıra çatdırmaq üçün 
Bakıya qayıtmaq istədim. Bir kərtənkələ xışıltı ilə yanımdan keçəndə onu tutdum. Onun 
qəflət qorxusuna bürünmüş ürəyi ovucumun içində çırpınırdı. Mən onun soyuq bədənini 
sığalladım. Onun balaca gözləri qorxudan mənə baxırdı. Onu yuxarı qaldırıb diqqətlə 
baxdım. Dərisi solmuş bu məxluq qədimdən qalmış, üstü qurumuş bir dəriylə örtülmüş 
canlı bir daşı xatırladırdı.  
  Kərtənkələyə “Nino” deyə müraciət etdim və Ninonun itini yadıma saldım. “Nino səni 
döyüm?” Amma... adam kərtənkələni necə döyə bilər?  
  Birdən kərtənkələ ağzını açdı. Ağzından iti dili bayıra çıxdı və dərhal geri çəkildi. Mən 
qəhqəhə çəkib güldüm. Onun dili kiçik və çevik idi. Ovcumu açdım və kərtənkələ 
qaranlıqda, daşların arasında yox oldu.  
  Ayağa qalxıb komaya qayıtdım. Arslan ağa hələ də yerdə sərilib yatırdı. Onun başı 
sədaqətli nökərinin dizləri üstündə idi.  
  Dama çıxdım namaz vaxtına qədər bir papiros çəkdim.  
     
  XX 
   
  Heç özüm də bilmirəm ki, bu necə oldu. Bir gün oyanıb qarşımda Ninonu gördüm.  
  – Yaman tənbəl olmusan, Əli xan, – deyə Nino dilləndi.  
  Sonra isə döşəyimin qırağında oturdu.  
  – Üstəlik yatanda da xoruldayırsan, bu da heç sənə yaraşmır.  
  Ayağa qalxıb tərs-tərs ona baxdım: “Xoruldamaq tütünümə qatılan nəşədəndir” dedim.  
  Nino başı ilə sözlərimi təsdiqlədi:  
 
90


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə