ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   ...   40   41   42   43   44   45   46   47   ...   70

  Kəndli gülümsündü:  
  – Eh, qardaş, mən adi bir adamam və nə üçün özümü gizlətməyə çalışmalıyam? İki 
təkərli arabamın gəlişini hamı eşitsin deyə, onun təkərlərinin oxlarını yağlamıram. Bu işi 
yalnız abreklər edir.  
  – Abreklər? 
  – Bəli, abreklər, icmadan qovulanlar. 
  – Bu tərəflərdə abreklər çoxdurmu? 
  – Kifayət qədərdir. Onlar quldur və qatildirlər. Abreklərin bəziləri bunu xalqın xeyri 
üçün bəziləri isə öz mənfəətləri üçün edirlər, amma hər şeydən əvvəl abreklərin çox 
müdhiş bir and içmələri şərtdir.  
  – O necə anddır?  
  Kəndli arabasını dayandırıb yerə düşdü. O, tarlasının hasarına söykəndi, xurcunundan 
bir parça duzlu qoyun pendiri çıxarıb uzun barmaqları ilə onu parçaladı, yarısını da mənə 
verdi. Motal pendirin içində qara qoyun tükləri var idi. Kəndlinin verdiyi pendiri mən də 
yedim.  
  – Deməli, abreklərin andından xəbərin yoxdur? Abreklər gecə yarısı gizlincə məscidə 
gəlib belə and içirlər: “hörmət etdiyim bu müqəddəs yerdə and içirəm ki, bu gündən 
etibarən mən sürgün olunmuş kimi yaşayacağam. İnsan qanı tökəcəyəm və heç kimə 
rəhm etməyəcəyəm. Mən hamıya qənim olacağam. And içirəm ki, insanların sevdikləri
vicdanlarına və namuslarına məqbul nə varsa, hamısını oğurlayacağam. Südəmər 
körpələri xəncərlə doğrayacağam. Ən fağır dilənçinin belə daxmasına od vurub 
yandıracağam. İnsanların üzü güldüyü hər yerə kədər gətirəcəyəm. Əgər bu andımı 
yerinə yetirməsəm, qoy mənə əcdadlarımın məzarını bir daha görmək nəsib olmasın, su 
susuzluğumu, çörək aclığımı yatırmasın, cəsədim tozlu yolların üstündə sərilib qalsın və 
küçə itləri gəlib cəsədimi murdarlasınlar”.  
  Kəndlinin səsinin tonu çox ciddi idi, onun üzü günəşə tərəf idi, gözləri yaşıl və baxışları 
dərin idi.  
  – Bəli, deyə kəndli dilləndi, – abreklərin andı belədir. 
  – Bəs bu andı içənlər kimlərdir? 
  – Çox haqsızlığa məruz qalan adamlar. – deyib susdu. 
  Mən də evə yollandım. Aulun dördkünc daxmaları kuba bənzəyirdi. Günəşin qızmar 
şüaları təpəmizi deşirdi. Bəlkə, mən özüm də bu vəhşi dağlara sürgün edilmiş bir 
abrekəm. Yoxsa mən də Dağıstan quldurları kimi gecə yarısı məscidə gedib and 
içməliyəm? Kəndlinin abrek andı haqqında söylədiyi kəlmələr hələ də qulaqlarımda 
cingildəyirdi. Sonra komanın qabağında yəhərli üç yad atlı gördüm. Atlardan birinin 
yüyəni gümüşdən idi. Komanın damında isə kəmərində qızıl xəncəri olan on altı 
yaşlarında kök bir oğlan oturmuşdu. O mənə əl eləyərək güldü. Bu gənc vaxtı ilə bizimlə 
bir məktəbdə oxuyan Arslan ağa idi. Onun atasının zəngin neft quyuları var idi. Arslan 
ağanın səhhəti yaxşı olmadığı üçün o, müalicəyə tez-tez Kislovodska gedərdi. O məndən 
çox balaca olduğu üçün onu yaxşı tanımırdım. Lakin burada, dağın başındakı kənddə onu 
hərarətlə bir qardaş kimi qucaqladım. O, qürurdan qızardı və dedi: “Nökərlərimlə kəndin 
yanından keçirdim və qərara gəldim ki, sənə bir baş çəkim”.  
  Əlimi dostcasına onun çiyninə qoydum.  
  – Qonağım ol, Arslan ağa. Bu gecə şəhərimiz şərəfinə ziyafət veriləcək.  
 
87


  Sonra üzümü daxmaya tərəf tutub səsləndim: 
  – Qazı Molla, ziyafət süfrəsini hazırla: Bakıdan qonağın gəlib.  
  Yarım saatdan sonra Arslan ağa həsirin üstündə oturub qoyun ətindən kabab yeyib 
şənlənirdi.  
  – Səni görməyimə çox şadam, Əli xan. Sən bir qəhrəman kimi bu uzaq kənddə yaşayıb, 
özünü qan düşmənindən qoruyursan. Amma arxayın ola bilərsən. Mən sənin olduğun 
yeri heç kimə deməyəcəyəm.  
  Mən bu barədə heç narahat deyildim. Çünki Bakıda mənim harada olduğumu hamı 
bilirdi.  
  – Məni necə tapdın? 
  – Sənin yerini mənə Seyid Mustafa dedi. Sonra aydın oldu ki, sənin qaldığın kənd elə 
mənim yolumun üstündədir. Seyid Mustafa sənə salam göndərdi.  
  – Yaxşı, indi sənin yolun hansı tərəfədir, Arslan ağa?  
  – Kislovodska gedirəm. Bu iki nökərlərim də mənimlə gedəcəklər.  
  – Belə de! – deyə gülümsədim. O, da son dərəcə məsumcasına mənə baxırdı.  
  – Arslan ağa, de görüm Kislovodska niyə qatarla getmirsən?  
  – Vallah, bir az dağ havası almaq istədim. Mahaçqalada qatardan düşüb atlara minib 
kəsmə yolla Kislovodska gedəcəyik. O, ağzını şirin kökə ilə doldurub ləzzətlə yeyirdi.  
  – Amma, Kislovodska kəsmə yol deyəsən buradan üç günlük yol məsafəsi 
uzaqlığındadır.  
  Arslan ağa təəssüflənirmiş kimi cavab verdi:  
  – Doğrudanmı? Demək mənə yanlış məlumat veriblər. Amma yenə sevinirəm ki, heç 
olmasa sizə baş çəkə bildim.  
  Bu gənc, hər halda yolunu qəsdən bu qədər uzaq salıb ki, Bakıya qayıdandan sonra məni 
gördüyünü evdə danışa bilsin. Deməli Bakıda şöhrətim xeyli yayılıb.  
  Arslan ağanın stəkanına şərab tökdüm. O böyük qurtumlarla şərabı içdi. Bir az keçəndən 
sonra sadəlövhlüklə məndən soruşdu: 
  – Əli xan, deyin görüm o gündən bu günə qədər başqa bir adamı öldürmüsənmi, 
yalvarıram, mənə düzünü deyin. And içirəm, heç kimə demərəm.  
  – Bəli, öldürmüşəm, özü də bir çox adamı.  
  – Sən allah düzünü deyirsən? 
  O keyflənmişdi və hələ də içməyinə davam edirdi. Mən də onun stəkanını durmadan 
şərabla doldururdum. “Bəs Nino ilə evlənəcəksənmi?” – deyə soruşdu, şəhərdə camaat bu 
barədə deyir ki, sən onu hələ də sevirsən.  
  O, keyfli halda qəhqəhə çəkib güldü və şərab içməyinə davam etdi. Bilirsən, biz hamımız 
özümüzü elə itirmişdik ki, elə bütün günü söhbətimiz bu barədə gedirdi.  
  – Doğrudan? Bəs Bakıda nə xəbər var, Arslan ağa? 
  – Bakıdamı? Heç nə. Təzə bir qəzet buraxmağa başlayıblar.  
  Fəhlələr tətil eləyirlər. Müəllimlərimiz hərdən bir sizin zatən çox sürətlə parlayan bir 
tələbə olduğunuzu söyləyirlər. Allah eşqinə de görüm Ninonun qaçırıldığını necə 
öyrəndin?  
  – Əziz qardaşım Arslan, gözəl dostum, artıq bəsdir suallar verdin. İndi növbə mənimdir 
De görüm Ninonu heç görmüsənmi? Bəs Naçararyangildən necə, bir kimsəyə rast 
 
88


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə