ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   ...   48   49   50   51   52   53   54   55   ...   70

  Birdən Nino gəlib yanımda durdu və İranda biz nə edəcəyik? – deyə soruşdu. 
  – Dincələcəyik, Nino – dedim. 
  – Elədir, istirahət edəcəyik deyilmi? Mən də yatmaq istəyirəm Əli xan. Bir ay, bir il 
yatmaq istəyirəm. Yaşıl ağacları olan bir bağçada yatmaq istəyirəm. Amma orada 
müharibə, atəş səsləri olmamalıdır. 
  – Sən elə belə bir ölkəyə gedirsən. İran min ildir yatır və çox nadir hallarda orada atəş 
səsləri eşidilir. 
  Biz kiçik göyərtəyə çıxdıq. Nino o saat yuxuya getdi. Mən isə Seyidin siluyetinə və onun 
barmaqlarının hərlənən qan damlasını andıran təsbeh dənələrinə baxaraq uzun zaman 
uzandığım yerdə oyaq qaldım. 
  Seyid dua edirdi. O, gizli dünyaya, həqiqi həyatın sona çatdığı yerdə başlayan dünyaya 
yaxşı bələd idi. 
  Günəşin doğduğu üfüqün arxasında İran yerləşirdi. Qayığın döşəməsində oturub balıq 
yeyirdik, su içərkən İranın artıq nəfəsini duymağa başlamışdıq. Təkinen qəbiləsindən olan 
yeganə əcnəbi sükançı atamla söhbət edir və adi bir əşyaya baxan kimi mənə etinasızlıqla 
baxırdı. 
  Dördüncü günün axşamı üfüqda sarımtıl bir zolaq göründü. Bu zolaq buludu andırırdı, 
həqiqətdə isə görünən İran sahilləri idi. Mən komaları və çox kasıb bir limanı gördüm. Bu 
şahın Ənzəlidəki limanı idi. Biz köhnə və taxtaları çürümüş limana yaxınlaşıb lövbərimizi 
atdıq. Uzun cübbəli bir kişi bizə yaxınlaşdı. Onun papağının üzərində qabaq pəncəsindən 
birini qaldırmış şir və doğan günəş rəmzi olan İran gerbi parıldayırdı. Məmurun 
arxasınca üst-başı tökülmüş iki liman polis nəfərləri gəlirdi. Onlardan birincisi iri, yumru 
gözləri ilə bizə baxdı və dedi: 
  – Uşaq doğulduğu gün günəşin ilk şüalarını necə salamlayırsa mən də sizi eləcə 
salamlayacayam. Kimliyinizi isbat etmək üçün yanınızda sənədləriniz varmı? 
  Atam cavab verdi ki, “biz Şirvanşirik”. 
  – Şah həzrətlərinin almaz qapısının özlərinə açdıqları Əsəd-əs Səltənə Şirvanşir 
damarlarında sizinkiylə eyni qanımı daşıyır? 
  – Bəli, o mənim qardaşımdır. 
  Biz qayıqdan düşdük. O adam bizi müşayiət edirdi. Anbarın yanına çatanda dedi: 
“Əsəd-əs-Səltəne” bilirdi ki, siz gələcəksiniz. Onun göndərdiyi maşın şirdən güclü, 
ceyrandan iti, qartaldan gözəl, qayalar üzərində qurulmuş qaladan möhkəmdir. 
  Biz tini döndük və onun təriflədiyi maşını gördük. Haradasa dağılmaq üzrə olan bir 
“ford” maşını yol üstündə durmuşdu. Onun köhnə rezin şinləri bir neçə yerdən 
yamanmışdı. Maşına mindik, motor titrəyərək işləməyə başladı. Sürücü, okeandakı 
nəhəng sərnişin gəmisinin kapitanı kimi gözlərini uzaqlara dikmişdi. Yarım saatdan sonra 
biz Rəşt yolu ilə Tehrana gedirdik.  
   
   
  XXIII 
   
  Ənzəli, Rəşt yollarından səhra nəfəsi ilə qızmış küçələr ... Üfüqdə “Abi-Yezid” şeytan 
suyu zaman-zaman bir xəyalət kimi parlayırdı. Rəştə gedən böyük yol çay kənarından 
keçirdi. Çayın özündə isə su yox idi. Onun yatağı qızmar günəş altında cadar-cadar olub. 
 
104


Camur yatağına çevrilmişdi. Adətən İran çaylarında su olmur, ancaq orada su 
yığıntılarından əmələ gəlmə palçıqlı gölməçələrə təsadüf etmək olurdu. Bu gölməçələrin 
qupquru sahillərində qumlar üzərinə kölgələr salan əzəmətli qayalar dururdu. Bu qayalar 
ibtidai dövrdən qalmış azman qayaları xatırladırdı. Uzaqdan bir karvanın zınqırov səsləri 
gəlirdi. Sürücümüz maşının sürətini azaltdı-biz sıldırım dağ silsilələrinin ətəklərində 
dəvələrin ağır yerişlə getdiklərini gördük. Əlində əsa tutmuş sarban karvanın lap 
qabağında gedirdi. Onun arxasınca da başdan ayağadək qara geyimli adamlar gedirdilər. 
Əsəbi dəvələr isə yollarını etinasızlıqla davam edirdilər. Onlar addımlarını atdıqca 
boyunlarından asılan zınqırovların səsləri yüksəlirdi. Dəvələrin bellərindən uzun kisələr 
asılmışdı. Bu kisələrdəkilər görəsən İsfahan parçalarımı ya da gilan yunu idi? Sürücümüz 
maşını saxladı. Dəvələrin bellərindəki yük qara kəfənlərə bükülmüş meyitlər idi. Onların 
sayı iki yüzə qədər idi. Dəvələr ağır yerişlə yanımızdan ötüb keçirdilər. Bu karvan 
dağlardan, duzlu səhraların göz qamaşdıran hamar səthindən və saysız-hesabsız vahələri 
keçərək yük daşıyırdılar. Bu dəvələr çox uzaqda olan türk sərhədinə çatdıqda diz 
çökəcəklər. Başlarında qırmızı fəs olan kömrükçülər yükləri yoxladıqdan sonra, karvan 
yenidən yola düzəlib, müqəddəs Kərbəla şəhərinin günbəzinə qədər məsafəni qət 
edəcəkdi. Karvan İmam Hüseynin məqbərəsinə çatıb yenə dayanmalı idi. Orada dəvələrə 
yüklənmiş meyitlər qayğıkeş əllərlə hazırlanmış məzarlarda dəfn ediləcək və qiyamət 
günü şeypur səsi onları əbədiyyət yuxusundan oyadana kimi onlar Kərbəla qumlarının 
altında rahatlıq tapacaqlar.  
  Əllərimizlə gözlərimizi bağlayaraq onların qarşısında ehtiramla səcdə etdik. Bərkdən 
qışqırıb dedik ki, “İmamın məzarında bizim üçün də dua edin”. Sarban da cavab verib 
dedi ki, “biz özümüz də bir duaya möhtacıq”. 
  Karvan yenə yoluna davam etdi. O, böyük səhranın xəyaləti olan Abi Yezid kimi 
sakitcəsinə uzaqlaşırdı. 
  Biz Rəştin küçələrindən keçirdik. Taxta və palçıqdan tikilmiş komalar üfüqün qabağını 
kəsmişdi. Burada biz keçən yüzilliklərin nəfəsini açıq-saçıq duyurduq. Bircə baxışla palçıq 
evləri və dar küçələri nəzərdən keçirmək olurdu. Burada hər şey eyni rəngdə idi. Şəhərdə 
hər şey balaca idi. Ancaq hərdənbir komaların arasından baş qaldıran bir məscid 
gördükdə adam sarsılırdı. 
  Kişilər ülgüclə qırxılmış başlarına qabağı andıran yuvarlaq şapkalar qoymuşdular. 
Onların sifətləri də adama maskaları xatırladırdı. 
  Hər yer toz, torpaq, natəmizlik içində idi. Bu o demək deyil ki, iranlılar toz, torpaq içində 
olmağı xoşlayırlar. Onlar sadəcə hər şeyi necə varsa, elə də saxlamaq istəyirdilər. Çünki 
hər bir iranlı, nəhayətdə hər şeyin toza çevriləcəyini zənn edirdilər. 
  Biz balaca bir çayxanada oturub istirahət etdik. Otaqdan nəşə iyi gəlirdi. Kişilər gözlərini 
Ninoya zilləmişdilər. Küncdə saçları dağınıq, ağzı açıq, dodaqlarından tüpürcək axan və 
əlində naxışlı mis piyalə tutan bir dərviş dayanmışdı. O, hamıya baxırdısa da, heç kimi 
görmürdü. Elə bil o var gücünü, bütün vücud və şüurunu gözə görünməyən varlığın 
səsinə yönəltmişdi və o gözə görünməyən varlıqdan işarə gözləyirdi. Birdən birə o 
yerindən sıçrayıb bağırdı: 
  – Baxın, günəş qərbdən yüksəlir; mən onu görürəm. 
  Şəhərin valisi tərəfindən göndərilmiş nümayəndə çayxananın qapısında göründü: 
 
105


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə