ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə55/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   ...   51   52   53   54   55   56   57   58   ...   70

kişi Hafizin bir qəzəlini oxuyurdu. Dinləyicilər ovsunlaşmış kimi dərindən köks ötürür və 
qəzəldən ləzzət aldıqlarını gizlətmirdilər. 
  Sonra həmin kişi qəzetdən xəbərləri oxumağa başladı: “Amerikada elə bir cihaz icad 
edilib ki, söylənilən sözü bütün dünyaya eşitdirir. Parıltısı günəş şəfəqindən güclü, əli 
marsa çatan, taxtı dünyadan uca olan hökmdarımız şahənşah Sultan Əhməd, Şah Bakeşah 
sarayında İngiltərədə hakimiyyətdə olan kralın elçilərini qəbul etmişdir. 
  Dinləyicilər heyrətlə ona qulaq asırdılar. Sonra qırmızı saqqallı kişi qəzeti büküb, yenə 
mahnı oxumağa başladı. Mahnı bu dəfə cəngavər zal oğlu Rüstəmdən və onun oğlu 
Zöhrabdan bəhs edirdi. Mən gözlərimi isti məxməri çaya zilləyib, fikirləşirdim ki, işlər 
lazım olan tərzdə getmir. 
  Mən İrandayam, sarayda yaşayıram, həyatımdan da razıyam. Nino da mənimlə eyni 
sarayda yaşayır, ancaq həyatından tamamilə narazıdır. O, Dağıstanda dağlı həyatının 
bütün əzab-əziyyətinə qatlaşırdı. Burada isə dəbdəbəli İran həyat tərzinin əxlaq 
qaydalarına uymaq istəmirdi. Polis qadınlarla kişilərin küçələrdə yan-yana getmələrini 
qadağan etmiş olduğu halda, Nino mənimlə birlikdə küçəyə çıxıb gəzmək istəyirdi. 
Həqiqətən bu ölkədə ərlə arvad birlikdə nə qonaq qəbul edə bilərdi və nə də bir yerdə 
gəzməyə çıxa bilərdi. Nino mənə yalvarırdı ki, şəhəri ona göstərim. Onu fikrindən 
döndərməyə çalışan zaman isə Nino qəzəblənirdi. Ninoya deyirəm ki, böyük 
məmnuniyyətlə şəhəri sənə göstərərdim, amma səni şəhərə apara bilmərəm, məni düz 
başa düş. 
  Onun iri qara gözlərində narazılıq hissini oxumaq olurdu. Axı onu necə başa salım ki, 
xanın arvadı çadrasız küçələrdə gəzə bilməz. Ona ən bahalı çadra almışam. Nino, bax gör 
çadra nə qəşəngdir. Çadra qadının üzünü günəşdən və tozdan qoruyur. Vallah, mən də 
böyük məmnuniyyətlə çadra örtmək istərdim.  
  Nino kədərlə gülümsəyir və çadranı qırağa qoyub deyirdi. 
  – Üzünü örtmək qadın üçün ləyaqətsizlikdir, Əlixan. Əgər çadra örtsəm, mən özüm-
özümə ömrüm boyunca nifrət edərəm. 
  Ona polisin bu barədəki əmrini göstərdim. Nino onu cırıb atdı. Onu şəhərdə gəzdirmək 
üçün hər yeri qapalı, şüşələrinə də pərdə çəkilmiş kareta sifariş verdim.  
  Sonra da Nino ilə karetaya minib şəhəri gəzdik. Top meydanından keçərkən Nino atamı 
gördü və istədi ona salam versin. Bu bir dəhşət idi. Onun könlünü almaq üçün bazarın 
yarısını satın almaq gərəkdi...  
  İndi də burada oturub fincanımın içinə baxıram. 
  Nino darıxdığından məhv olub gedirdi, mən isə ona heç bir yardım edə bilmirəm. O 
Tehrandakı Avropalıların arvadları və qızları ilə tanış olmaq istəyir. Amma buna yol 
vermək olmaz. Çünki bir Xan arvadının kafirlərin arvadları ilə tanış olub dostluq etməsi 
xoş qarşılanmayacaq. Onlar Nino ilə dostluq edərlərsə Ninonun hərəmxana həyatına necə 
tab gətirməsinə o qədər acıyacaqlar ki, nəhayət o doğrudan da bu məşəqqətə dözə 
bilməyəcək!.. 
  Bir neçə gün əvvəl Nino, xala və bibilərimi görməyə getmişdi və oradan dəhşət içində 
qayıtmışdı. Nino evə gələn kimi qışqırıb dedi: 
  Əli xan, onlar bilmək istəyirdilər ki, sən gündə neçə dəfə öz məhəbbətinlə məni xoşbəxt 
edirsən. Onlar ərlərindən eşidiblər ki, sən bütün vaxtını mənimlə keçirirsən. Onlar mənə 
cinlərdən qorunmaq üçün bir dərman verdilər və məsləhət gördülər ki, gözmuncuğu 
 
110


taxım. Bunlar məni mütləq düşməndən qoruyacaq. Sonra, sənin bibin Sultan xanım 
soruşdu ki, belə cavan ərin tək bir arvadı olması yəqin ki, onu darıxdırır. Sonra da hamısı 
səni oğlanlardan necə uzaq tuta bildiyimi öyrənmək istədilər. Xalam qızı Suat hər hansı 
bir zöhrəvi xəstəliyə tutulmuş olub, olmadığımı bilmək istəyirdi. Onlar iddia edirdilər ki
mənə qibtə etmək lazımdır. Eşidirsənmi? 
  Bacardığım qədər ona təsəlli verdim. O, ürkmüş bir uşaq kimi küncə qısılıb dəhşət içində 
mənə baxırdı. Nino xeyli vaxt idi ki, özünə gələ bilmirdi. 
  Çayım lap soyumuşdu. Çayxanada oturmuşdum ki, camaat mənim bütün günümün 
hərəmxanada keçmədiyinin şahidi olsun. Çünki burada kişinin daim arvadının yanında 
olmasına yaxşı baxmırlar. Qohumlarım artıq məni ələ salmağa başlamışdılar. Burada 
yalnız müəyyən vaxtlarını qadına sərf etməlisən. Qalan vaxtın sahibi isə kişidir. Halbuki 
Ninonun yeganə təsəllisi mənəm, onun qəzeti də, teatrı da, qəhvəxanası da, dost-tanışı da, 
bunlardan başqa onun əri də mənəm. Elə ona görə də onu tək qoya bilmirəm. 
  Bütün bazarı ona hədiyyə alıram. Çünki bu axşam əmim atamın şərəfinə böyük bir 
ziyafət verməlidir. Şahzadələrdən biri də bu məclisə gələcək. Nino isə evdə, onu Saray 
həmərlərinin ənənələrini tərbiyə etməyə çalışan hərəm xidmətçisinin yanında qalmalı idi. 
  Bazarı tərk edib, avtomaşınla Şimrana yollandım. Nino dərin düşüncələr içində başdan 
başa xalılar döşənmiş salonda oturub sırğa, qolbağ, ipək şallar və ətriyyat yığınına 
baxırdı. O tez tələsik nəzakətlə məni öpdü. Hərəm xidmətçisi soyuq şərbət gətirdi və 
narazı halda hədiyyələrə baxıb dedi: 
  – Kişi arvadının nazını bu dərəcədə çəkməməlidir!.. 
  İranlının həyatı gecə başlayır. Gündüz həyatı isə isti və tozlu keçir. Buna görə də çox can 
sıxıcıdır. Lakin gecə olduqda insanlar yenidən canlanır, düşüncələr sərbəstləşir və söhbət 
asanlaşır. Gecələr qəribə İran alicənablığı oyanır ki, bu alicənablıq Bakıdakı, Dağıstandakı 
və Gürcüstandakı aləmdən çox fərqlənir və mən bu həyat tərzinə heyran olmuşam. 
  Əmimin karetaları saat səkkizdə evimizin qabağında dayandı. Onların biri atam üçün 
biri də mənim üçün idi. Üsul qaydaları belə tələb edirdi. Hər karetanın qabağında 
əllərində fənər tutmuş üç nəfər piş-xidmət dururdu. Fənərlərin işığı onların üzünə 
düşürdü. Bu xəbərdarçılar hələ uşaq ikən onların bellərində cərrahiyyə əməliyyatı aparıb 
dalağını kəsib çıxardırlar. Belələrinin ömrü boyu yeganə vəzifəsi, karetaların qabaqlarınca 
qaçıb, ciddi bir səslə “Xəbərdar!” deyə çığırmaq olurdu. 
  Küçələrdə adam görünmürdü. Ancaq buna baxmayaraq xidmətçilər eyni ahənglə 
“Xəbərdar!” deyə cığırırdılar. Biz dar küçələrdən, sonu görünməyən boz rəngli divarların 
qabaqlarından keçirdik. Bu divarların arxasında isə kazarmalar, saraylar, yaxud idarələr 
yerləşirdi. Küçə tərəfə baxan kərpicdən tikilmiş boz rəngli divarlar İran 
məhrəmiyyətlərini gizlədirdi. 
  Bazarın yuvarlaq günbəzləri ay işığında sanki gözəgörünməz bir əl tərəfindən toplanmış 
saysız-hesabsız balonları xatırladırdı. Biz, qalın bir hasarda bürüncdən səliqə ilə 
düzəldilmiş darvaza qarşısında dayandıq. Darvaza açıldı və biz bağçaya girdik. 
  Mən bu evə tək gəldiyim zamanlar, darvazanın qabağında köhnə paltar geymiş bir qoca 
dayanardı. Bu gün isə sarayın qabağı çiçəklərdən düzəldilmiş hörüklər və iri fənərlərlə 
bəzədilmişdi. Karetalarımız saraya çatıb durduqda bir sırada dayanmış səkkiz adam bizə 
baş əydi. Bu böyük həyət balaca hasarla iki yerə bölünmüşdü. İçəri tərəfdə hərəmxana 
 
111


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə