ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   ...   47   48   49   50   51   52   53   54   ...   70

  Seyid Mustafa alnını ovuşdurdu. Elə bil onun üzünə kül üfürmüşdülər: “Evin damında 
bütün günü pulemyot atəşi davam etdi. Kimsə sənin ölmüş olduğunu söylədi. Nino da 
bunu eşitdi, ancaq heç bir şey demədi. O, otağında oturub susurdu. Pulemyotlar da atəş 
açmaqda davam edirdilər. Nino birdən-birə əlləri ilə üzünü tutdu və “Qurtarın artıq, 
qurtarın” – deyə çığırdı. Amma pulemyotçular öz işlərində idilər. Sonra hərbi sursatımız 
qurtardı. Ancaq düşmən bunu bilmirdi. Atəş kəsiləndə, düşmən elə zənn edirdi ki, bu bir 
tələdir. Musa Hacı da öldü. Lalay onu əlləri ilə boğub öldürdü... Daha deməyə bir söz 
yoxdur”. 
  Mən susurdum. Sükançımız hələ də ulduzlara baxırdı. Yüngül dəniz küləyi onun 
rəngarəng ipək libasını yellədirdi.  
  Seyid sözünə davam edib dedi: 
  – Sənin Sisianaşvili darvazası yanındakı əlbəyaxa vuruşunda olduğunu eşitdim. Mən 
şəxsən bu hadisəni görmədim, çünki qala divarlarının o biri başında idim. 
  – Düzdür, mən əlbəyaxa – vuruşunda oldum. Orada qara meşindən pencək geymiş bir 
cəmdək var idi. Mən onu xəncərimlə dəldim. O, qana boyandı. Mənim xalam qızı Aişəni 
də öldürdülər. 
  Dəniz sakit idi. Qayığın gövdəsindən qətran iyi gəlirdi. Qayıq, Qızılqum səhrasının 
sahilləri kimi adsız idi. 
  Seyid yavaşca danışırdı: – Məscidlərimizin möminləri ilə gələn meyitləri üst-üstə 
qaladıq. Sonra da xəncərimizi siyirib düşmənin üstünə cumduq. Bu döyüşdə çox adam 
həlak oldu. Lakin məni Allah qoymadı ölüm. İlyas bəy də sağdır. O kənddə gizlənir. Heç 
bilirsən sizin evinizi necə talan etdilər. Evinizdə heç bir şey qalmadı: nə bir xalı, nə mebel 
və nə də qab-qacaq. Hər şeyi soyub apardılar. Yalnız lüt divarlar qaldı. 
  Gözlərimi yumdum. Bütün bədənim elə bil yaxıb yandırıcı bir ağrıdan ibarət idi. 
Bibiheybətin xam neftlə islanmış sahilində meyitlərlə dolu arabalar və əlində bir bağlama 
tutmuş Nino gözlərimin qabağına gəldi. Nargin adasından qüllədən fənərin işığı gəlirdi. 
Şəhər gecənin zülmət qaranlığında qərq olmuşdu. Qapqara neft buruqları qəmgin sifətli 
həbsxana qarovulçularını xatırladırdı... 
  İndi də burada, kürkə bürünüb qayığın göyərtəsində uzanmışam və dözülməz bir ağrı 
sinəmi yandırırdı. Başımı qaldırdım. Qayığın balaca bir küncündə Nino uzanmışdı. Onun 
sifəti çox solğun idi. Soyuq əlini əlimə aldım və barmaqlarının yavaşca titrəyişini hiss 
etdim. 
  Arxamızdakı qayığın sükançısı yanında atam oturmuşdu. Onların söhbətləri qırıq-qırıq 
qulağıma çatırdı. Mənasız şeylər danışırdılar.  
  Atam deyirdi: 
  Deməli siz həqiqətən inanırsınız ki, Cərco vahəsində insanlar öz istəkləri ilə gözlərinin 
rəngini dəyişdirə bilirlər? Sükançı da buna cavab verib dedi ki, bəli Əli xan, dünyanın 
yalnız bir yerində insanlar gözlərinin rəngini dəyişdirə bilirlər. O yer də – Cərco 
vahəsidir. Vaxtı ilə müqəddəs bir kişi bu barədə qabaqcadan xəbər vermək qabiliyyətində 
olmuşdu.  
  Mən Ninoya müraciətlə dedim: 
  – Nino, atam Cərco vahəsinin möcüzəsi barədə söhbət edir. Hər halda dünyanın 
dərdlərinə tab gətirmək üçün insan gərək belə olsun. 
  Nino cavab verdi: 
 
102


  – Yox Əli xan, mən belə edə bilmərəm. Mən belə etməyi bacarmıram. Əli xan, bilirsən, 
küçənin tozları da qandan qıpqırmızı olmuşdu. 
  O üzünü əllərinin içinə aldı və için-için ağlamağa başladı. Onun çiyinləri əsirdi... 
  Mən onun yanında oturdum və böyük qala divarının bayırındakı Duma meydanını, 
Məmməd Heydərin Nikolay küçəsində sərilmiş meyitini, birdən-birə qırmızı rəngə 
boyanan qara meşin pencəyi xatırladım. Həyatda sağ qalmaq insana iztirab verirdi. 
  Çox uzaqlardan atamın səsi gəldi: Deyirsən Çələkən adasında çoxlu ilanlar var? 
  – Bəli, xan, həm də həddindən artıq uzun və zəhərli ilanlar... Ancaq indiyə kimi o ilanları 
heç kəs gözü ilə görməyib. Yalnız Mərv vahəsində yaşayan müqəddəs bir kişi nəql eylədi 
mənə... 
  Mən bu danışığa dözməyib, sükana yaxınlaşdım və dedim: 
  – Ata, Asiya məhv olub, dostlarımız döyüş meydanında həlak olublar, biz də didərgin 
düşmüşük. Biz Allahın qəzəbinə gəlmişik, sən isə burada oturub Çələkən adasındakı 
ilanlardan danışırsan. 
  Atamın sifətindəki ifadə dəyişmədi. O qayıqdakı kiçik yelkən dirəyinə söykənib, uzun 
zaman üzümə baxdı: 
  – Oğlum, Asiya məhv olmayıb. Onun yalnız sərhədləri dəyişilib. Bakı artıq Avropa olub, 
bu təsadüfi deyil. Çünki Bakıda artıq asiyalı qalmamışdır. 
  – Ata, mən üç gün, üç gecə Asiyanı pulemyot, süngü və xəncərimlə müdafiə etmişəm. 
  – Sən cəsursan, Əli xan, Lakin, cəsarət dediyin nədir? Avropalılar da cəsurdur. Sən və 
səninlə birlikdə döyüşənlərin hamısı artıq asiyalı deyilsiniz. Mən Avropaya nifrət 
etmirəm. Sadəcə ona qarşı etinasızam. Avropanın bir tikəsini sən özündə daşıyırsan. Sən 
rus məktəbində oxumusan, latıncanı öyrənmisən, arvadın da avropalıdır. Sən özünə hələ 
də asiyalı deyirsən? Sən müharibədə qalib gəlsəydin, Avropa həyat tərzini sən özün 
Bakıya gətirəcəkdin. Bizim üçün nə fərqi var, ölkəmizdə zavod və fabrikləri kimlər tikəcək 
– biz və yaxud ruslar. İşlər o durumda davam edib gedə bilməzdi. Saysız-hesabsız 
düşməni məhv edib qana susamaq yaxşı asiyalı olmaq demək deyil. 
  – Bəs nə zaman yaxşı asiyalı sayılmaq olar? 
  – Sən yarı avropalısan, Əli xan. Ona görə də bu sualı verirsən. Onu sənə izah edə 
bilmərəm, çünki sən həyatda yalnız adi gözlə görünən şeyləri görürsən... Sən ancaq yerə 
baxırsan. Bax, buna görə basılmağımız səni ağrıdır və sən ağrıdığını büruzə verirsən. 
  Atam susdu. Baxışları donuq bir ifadə almışdı. O bizim həqiqi dünyamızdakı şeylərdən 
daha artığını bilirdi. 
  O bakılı və iranlı qocaları kimi başqa bir dünyadan içərisinə çəkilə biləcəyi, orada 
kimsənin özünə girişə bilməyəcəyi, hücum etməyəcəyi bambaşqa bir dünyadan xəbərdar 
idi. Halbuki mən bu insanın dostlarını basdırdıqdan sonra bir yelkənli qayığın sükançısı 
ilə Cərco vahəsinin möcüzəsi barədə bəhs ediləcək aləmdən də xəbərsiz idim. Mən də bu 
aləmin qapısını döydüm, amma məni oraya qəbul etmədilər. Deməli mən artıq asiyalı 
deyildim. Bunu heç kim mənə irad tutmurdu, amma deyəsən bunu hamı bilirdi. Mən bu 
arada bir əcnəbiyə çevrilmişdim. 
  Lakin yenə öz evimdə olmağa, Asiyanın xəyal aləminə can atırdım. 
  Qayıqdan dənizin qapqara güzgü kimi parıldayan suyuna baxırdım. Məmməd Heydər 
öldü, Aişə həlak oldu, evimiz talan edildi. Mən isə balaca bir yelkənli qayıqla Şahın 
diyarına, böyük sakitliyin hökm sürdüyü İrana gedirəm. 
 
103


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə