ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə54/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   ...   50   51   52   53   54   55   56   57   ...   70

  Bunu deyərkən utandığımdan yanaqlarımın qızardığını hiss edirdim. Nino həqiqətən 
hamilə idi, amma buna baxmayaraq mən yenə yalan danışırdım. 
  Hərəm xidmətçisi cavab verdi: 
  – Siz çox ağıllı hərəkət edirsiniz, xan. Hamilə qadınlar anlaşılmaz olurlar. Yeri gəlmişkən 
deyim ki, doğulacaq uşağın oğlan olmasını təmin etmək üçün bir əlac var. – O, bunu 
deyib Ninonun zərif vücudunu nəzərdən keçirdib əlavə etdi: 
  – Mənə elə gəlir ki, onun üçün hələ bir-iki ay vaxtı var. 
  Eyvandan çoxlu ayaq səsləri gəldi. Xidmətçilər və qadınlar bir-birlərinə qəribə işarələr 
etdilər. Yəhya Qulu eşiyə çıxdı və dərhal çox qayğılı halda geri qayıtdı. 
  – Xan, möhtərəm Seyid Mustafa həzrətləri səni salamlamaq istəyir. 
  Hərəmxanada sizi narahat etməyə cürət etməzdim, amma Seyid də Peyğəmbər nəslinə 
mənsub elmli bir adamdır. O, sizi Böyük Salonda gözləyir. “Seyid” sözünü eşidən kimi 
Nino başını qaldırdı: 
  – Seyid Mustafanımı deyirsiniz. Deyin gəlsin, hamımız birlikdə çay içərik. 
  Mən çaşqın və bir az da utancaq halda dedim: 
  – Seyid buraya gələ bilməz, Nino. Bura hərəmxanadır. 
  – Ah, buranın nə qəribə adətləri var. Onda onunla kənarda görüşərik. 
  – Nino, qorxuram ki... Sənə necə başa salım... Bilirsən də İranda bir çox şeylər bizim 
ölkəmizdəkindən fərqlidir. Seyid axı kişidir. 
  Təəccübdən Ninonun gözləri bərəldi. 
  – Yəni demək istəyirsən ki, məni Bakıdan Dağıstana aparan Seyid Mustafa buraya gələ 
bilməz? 
  – Hə, Nino, qorxuram... Heç olmasa müəyyən vaxt keçənə qədər... 
  Nino birdən birə soyuq bir tərzlə “yaxşı” – dedi. “İndi isə çıx get”.  
  Əzab çəkə-çəkə bayıra çıxıb getdim, sonra da Seyidlə böyük kitabxanada oturub çay 
içirdim. Seyid Mustafa deyirdi ki, Bakı kafirlərin əlindən azad olunana kimi Məşhədə 
gedib orada məşhur əmisinin yanında qalmaq istəyir. Dedim ki, bu çox yaxşı düşünülmüş 
fikirdir, Seyid çox nəzakətli bir adam idi. O, Ninonu heç soruşmurdu və bir dəfə də olsun 
onun adını belə çəkmədi. Qəflətən qapı açıldı. 
  – Axşamınız xeyr olsun, Seyid. 
  Ninonun səsi boğuq idi. 
  Seyid Mustafa yerindən hoppandı. Onun çopur sifətində dəhşət ifadəsi var idi. 
  Nino xalçanın üstündəki döşəkdə oturdu: – Bir stəkan da çay içərsinizmi, Seyid? 
  Eşikdə təlaşla gəlib gedən adamların ayaq səsləri gəlirdi. Şirvanşir evinin nüfuzu 
birdəfəlik yerə vurulmuşdu. Seyid yalnız bir neçə dəqiqədən sonra özünə gəldi. Nino 
qaşqabağını sallayıb güldü: 
  – Mən pulemyotdan qorxmamışam, sənin üç, beş, hərəm xidmətçilərindən mi 
qorxacaydım – dedi. 
  Beləliklə biz hamımız, axşama kimi bir yerdə qaldıq. Çünki Seyid sadəcə incə bir kişi 
deyil idi, eyni zamanda da çox anlayışlı bir insan idi. 
  O gecə yatmazdan əvvəl hərəm xidmətçisi alçalmış bir adam kimi mənə yaxınlaşıb dedi: 
  – Ağa, mənim cəzamı veriniz. Mən arvadınızı gözümdən qoymalı deyildim. Lakin onun 
bu dərəcədə çılğın və bu qədər yabanı olacağı kimin alğına gələ bilərdi. Bu mənim 
günahım, diqqətsizliyimdir ağa. 
 
108


  Özünü son dərəcə günahkar sayan bir insanın ifadəsi vardı onun girdə sifətində.  
     
  XXIV 
   
  Qəribədir! Bibiheybətin neft hopmuş sahilində son güllə səsini eşidən zaman elə bilirdim 
ki, mən bir daha özümü xoşbəxt hiss etməyəcəyəm. Lakin Şəmiran sarayının gül qoxulu 
bağçasında dörd həftə içərisində özümü vətənimdə olduğum kimi tamamən rahat hiss 
edirdim. 
  Şəhərə çox nadir hallarda gedərdim. Şəhərdə dostlara baş çəkərdim və yaxud 
xidmətçilərimin müşayiəti ilə Tehran bazarının qarmaqarışıq yollarında dolaşıb alış-veriş 
edən adamları seyr edərdim. 
  Nəhəng çətirə bənzər qübbəli bir damın altında dar küçələr, qaranlıq döngələrdə 
gündüzlər belə yanan lampalar, çadıra bənzər dükanlar uzanırdı. Bazarda vaxtımı qızıl 
güllər, xalçalar, baş örtükləri, ipək əşyalar və zinət şeylərini axtarmaqla, keçirirdim. 
Onların arasında qızılla işlənmiş güyümlər, çox qədim boyunbağları, bilərziklər, tumac 
balışlar və seçmə ətriyyatlar tapıb alırdım. Aldığım şeylərə uyğun İran tacirlərinin 
ciblərinə böyük gümüş tümənlərim axırdı. Xidmətçilərim Şərqin qeyri adi cah-cəlallarını 
daşıyıb aparırdılar. Bunların hamısı Nino üçün idi. 
  Xidmətçilərin kürəkləri yükün altında iki qat olurdu. Mən isə bəzi şeyləri almaq üçün 
hələ də bazarda gəzişirdim. Bazarın bir tinində tumac cildli Qurani Kərim və miniatür 
rəsmlər satılırdı: birinci rəsmdə sərv ağacının altında badam gözlü bir Şahzadə və onun 
yanında oturmuş bir qız, ikinci rəsmdə isə ova çıxmış padşah, havada uçan bir nizə və 
qaçmaqda olan bir ceyran təsvir olunurdu. Yenə də gümüş tümənlər cingildəməyə 
başladı. Bir az irəlidə iki tacir alçaq kürsüdə oturmuşdular. Onlardan biri cibindən bir 
gümüş tümən çıxardıb o birisinə verir. O da tüməni diqqətlə gözdən keçirir, dişlərinin 
arasında sıxıb dişləyir, balaca bir tərəziyə qoyub çəkir və iri bir torbaya qoyurdu. Tacir 
borcunu tam ödəyənə qədər əlini yüz, min, bəlkə də on min dəfə torbaya salıb çıxardırdı. 
Hərəkətlərindən və üzünün ifadəsindən ləyaqətli adama oxşayırdı. Bu ticarətdir! Axı 
Peyğəmbərimizin özü də tacir olmuşdur. 
  Bazar labirinti xatırladırdı. Həmin iki tacirin dükanı yanında müdrik bir qoca kişi oturub 
qabağındakı kitabın səhifələrini vərəqləyirdi. Qocanın sifəti yosun basmış qədim qaya 
yazılarını yada salırdı. Uzun incə barmaqları onun iltifatlı və rəhmdil olduğuna dəlalət 
edirdi. Kitabın saralmış vərəqlərindən Şiraz güllərinin ətri, İran bülbüllərinin cəh-cəhi, şən 
nəğmələrin səsi, badam gözlərin, uzun kipriklərin xəyali təsviri duyulurdu. Qocanın incə 
barmaqları bu qədim kitabın səhifələrini ehtiyatla vərəqləyirdi. 
  Bazar səs-küylü adamlarla dolu idi. Çox qədim və zərif rəngləri olan bir Kirman 
xalçasını görüb sahibi ilə qiymət danışmağa başladım. Üzərində bağça naxışları olan 
xalçalardan Ninonun xoşu gəlirdi. Bazarda birisi qızılgül suyu və qızılgül yağı satırdı. 
  Xidmətçilər əldən düşmüş halda yanımda dayanmışdılar. Bunların hamısını tez Şimrana 
aparın. Mən sonra gələcəyəm. 
  Xidmətçilər izdihamın içinə girib, gözdən itdilər. Bir neçə addım qabağa atıb çayxananın 
alçaq qapısından başımı aşağı əyərək içəri keçirəm. Çayxana ağzına qədər adamla dolu 
idi. Çayxananın ortasında qırmızı saqqallı bir kişi oturmuşdu. Gözlərini yarı qapamış bu 
 
109


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə