ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə56/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   ...   52   53   54   55   56   57   58   59   ...   70

yerləşirdi. Orada fəvvarələr fışqırır, bülbüllər oxuyurdu. Kişilərə aid olan həyətdə isə qızıl 
balıqlar üzən dörd bucaq bir hovuz var idi.  
  Biz karetadan düşdük. Bizi qarşılamaq üçün əmim qapıya yaxınlaşdı. Onun balaca əli 
üzünü örtmüşdü. O, təzim etdi və bizi evə apardı. Sütunları qızıl suyu ilə işlənmiş və 
divar taxtaları oymalı naxışlarla bəzədilmiş böyük salon adamla dolu idi. Adamların 
başlarında müxtəlif baş geyimləri var idi: buxara papaqları, əmmamələr. Libaslar da incə 
qara qumaş parçadan idi. Tam ortada iri əyri burunlu, saçları ağarmış və qaşları quş 
qanadlarını andıran yaşlı bir kişi oturmuşdu. Bu, əlahəzrət şahzadə idi. Biz içəri girəndə 
hamı ayağa qalxdı. Əvvəlcə şahzadəni, sonra da o birilərini salamladıqdan sonra yumşaq 
döşəkcələrin üstündə əyləşdik. Bir-iki dəqiqə dinməz oturduq. Sonra hamımız birdən 
yerlərimizdən qalxıb, yenidən bir-birimizə baş əyərək bir-birimizi salamladıq. Nəhayət, 
birdəfəlik yerlərimizdə oturduq və sükuta qərq olduq. Xidmətçilər mavi finjanlarda ətirli 
çay gətirdilər. Meyvə ilə dolu səbətlər əldən-ələ gəzirdi. Nəhayət sakitliyi əlahəzrət 
şahzadə pozdu. O, dedi: 
  – Mən çox diyarlarda səyahət etmişəm və bir çox gözəl ölkələr görmüşəm. Amma 
İrandakı qədər ləzzətli xiyar və şaftalını heç bir yerdə yeməmişəm. 
  O, bir xiyar götürüb soydu, üstünə duz səpdi və yavaş-yavaş yeməyə başladı. Onun 
gözləri kədərli idi. 
  Bu dəfə əmim sözə başladı: 
  – Əlahəzrətimiz haqlıdır. Mən də Avropada olmuşam və kafirlərin meyvələrinin çox 
balaca olduğuna təəccüb qalmışdım. 
  Avropa ölkələrinin birində İran padşahlığını təmsil edən kübar bir zat dillənib dedi: 
  – Mən həmişə İrana qayıdan zaman bilin ki, nə qədər məmnun oluram. Dünyada elə şey 
yoxdur ki, biz İranlılar ona qibtə edək. Dünyadakı insanları İranlılar və Barbarlar deyə iki 
yerə ayırsaq zərrə qədər xəta etmərik. 
  Şahzadə əlavə etdi: 
  – Bilirsiniz, İranlılarla bərabər bəlkə bir neçə hindlini də buraya əlavə etmək olar. Bir 
neçə il bundan qabaq mən Hindistanda olduğum zaman, orada da bizim səviyyəmizə 
çatmış bir neçə adamlar gördüm. Tanıdığım bir alicənab hindli çox keçmədən yenə Barbar 
olduğunu bildirdi. O, məni evinə yeməyə dəvət etdi. Onunla bir süfrədə oturmuşdum. 
Təsəvvür edin ki, o kahının yarpağını yeyirdi. 
  Qonaqları dəhşət bürüdü. Yanaqları solmuş, başında iri əmmaməsi olan bir molla 
yorğun səslə dedi: 
  – İranlılarla qeyri-iranlılar arasındakı fərq budur. 
  Dünyada gözəlliyi həqiqətən təqdir edən yeganə insanlar bizlərik. 
  Əmim onunla razılaşdı: 
  – Düz deyirsiniz. Məsələn, mən harada oluramsa olum səs-küylü fabrikdən daha çox 
gözəl bir qəzələ üstünlük verirəm. Ən gözəl şer tərzi olan rübailəri ilk dəfə bizim şer 
ədəbiyyatımıza gətirən Əbu Seyidin kafirliyini bağışlayıram. 
  Əmim boğazını arıtladı və oxumağa başladı. 
   
  “Ta medresse ve minare viran neşhud 
  İn kar kalendari bisaman neşhud 
  Ta iman kafr ve kaft iman neşhud 
 
112


  Yek bende hakikatan musulman neşhud”.* 
   
  - ----------------------- 
  * Fərscadan hərfi tərcümə:  
  Nə vaxta qədər ki, mədrəsə və minarə viran olmayıb 
  Bu qələndərlik işi qanun-qaydaya düşməz. 
  Necə ki, küfr iman, iman isə küfr olmayıb 
  Heç bir bəndə həqiqətən müsəlman deyil. 
---------------------------------------------------- 
 
  – Dəhşətdir, dəhşət. Sən bu ahəngə bir bax! – deyə molla şerin son misrasını təkrar etdi: 
“Yek bende hakikatan musulman neşhud”. 
  Molla ayağa durdu və zərif lüləsi olan gümüş aftafanı götürüb, səndələyərək otaqdan 
çıxdı. Bir azdan sonra o, geri qayıdıb aftafanı yerə qoydu. 
  Bu arada atam sözə başladı: 
  – Əlahəzrət, bu düzdürmü ki, bizim baş nazirimiz Vosuq-əd-Devlen İngiltərə ilə yeni bir 
müqavilə bağlamaq istəyir? 
  Şahzadə gülümsədi: 
  – Bunu siz Əsəd-əs-Səltənədən soruşmalısınız. Bu məsələ artıq dövlət sirri deyil. 
  Əmim onun sözünü təsdiq etdi: 
  – Bəli, bu çox yaxşı bir müqavilədir. Çünki bu gündən sonra Barbarlar artıq bizim 
küləmiz olacaqlar.  
  – Nə üçün? 
  – Bilirsiniz, ingilislər çalışmağı, biz isə gözəllik içində yaşamağı sevirik. Onlar döyüşü, 
biz isə əmin-amanlığı sevirik. Elə ona görə də biz onlarla sazişə gəldik. Bundan sonra 
sərhədlərimizin təhlükəsizliyinin qeydinə qalmağa lüzum qalmayacaqdır. İngiltərə İranın 
müdafiəsini boynuna götürür. Onlar yollarımızı tikəcəklər, binalar inşa edəcəklər və 
üstəlik bizə hələ pul da verəcəklər. Çünki İngiltərə, dünyaya hər millətdən çox 
mədəniyyət gətirənin biz olduğumuzu çox yaxşı bilir. 
  Əmimin yanında dayanan yaxın qohumum Bəhrəm xan Şirvanşir başını qaldırıb dedi: 
  – Siz inanırsınız ki, İngiltərə bizi mədəniyyətimizə görə müdafiə edir? Bəlkə bu işlər 
neftimizdən ötrüdür? 
  Əmim laqeyd şəkildə cavab verdi: 
  – Mədəniyyət də, neft də dünyaya nur saçmaq üçündür, hər ikisinin qorunmağa 
ehtiyacları vardır. Lakin bizdən yaxşı əsgər çıxmaz. 
  Bu dəfə sual vermək növbəsi mənə çatdı: 
  – Niyə çıxmaz? Məsələn, mən xalqımız uğrunda vuruşmuşam və gələcəkdə də onun 
uğrunda vuruşa hazıram. 
  Əsəd-əs-Səltənə narazı halda mənə baxdı. O çay fincanını yerə qoyub lovğalana-
lovğalana dedi: 
  – Mən heç bilmirdim ki, Şirvanşirlər arasında da vuruşa hazır olan əsgərlər vardır. 
  – Yox, əlahəzrət, Əli xan həqiqətən əsgər deyil, o zabitdir. 
  Şahzadə: 
  – Onların arasında fərq yoxdur – deyib istehza ilə təkrar etdi: “Sən bir zabitə bax!” 
 
113


  Mən danışmayıb susdum. Tamamilə yaddan çıxarmışdım ki, hər hansı bir iranlının 
nəzərində əsgər olmaq ləyaqətli iş deyil. 
  Orada olanların arasında təkcə yaxın qohumum Bəhram xan Şirvanşir, deyəsən başqa 
fikirdə idi. O hələ gənc idi. Şahzadənin yanında oturan yüksək rütbə sahibi olan Muşir-
əd-Devle idi. O Bəhram xana nəsihət edərək deyirdi ki, Allahın qoruduğu İranın bu 
dünyada parlamaq üçün artıq qılınca ehtiyacı yoxdur. Onun oğulları keçmişdə öz 
cəsarətlərini sübut etmişdilər. 
  O nəsihətinə yekun vurub dedi: 
  – Şahinşahın xəzinəsində saf qızıldan yer kürəsinin modeli var. Orada bütün ölkələr 
müxtəlif cəvahiratlarla örtülmüşdür. Yalnız İran ərazisi ən təmiz və ən parlaq brilyantlarla 
örtülüb. Bu simvoldan başqa daha bir çox şeylər ifadə edir. Bu həqiqətdir. 
  Mən ölkədə kök salmış əcnəbi əsgərlərini və Ənzəlidəki cır-cındır geymiş, ayaqyalın 
polisləri, yadıma saldım. Bu idi Asiya. Avropalı olmaq qorxusundan silahlarını 
Avropanın ayaqları altına atan Asiya! 
  Şahzadə əsgərlik peşəsinə nifrət edirdi. Halbuki o özü vaxtı ilə əcdadlarımın iştirakı ilə 
Tiflisi fəth edənlərin arasında olmuşdu. O zamanlar İran başını uca tutub silahlardan 
istifadə etməyi bacarırdı. Lakin indi zəmanə dəyişib. Şahzadə şeri pulemyotdan üstün 
tutur. Bəlkə də ona görə ki, onun şerdən başı daha yaxşı çıxırdı. Artıq Şahzadə də, əmim 
də yaşlaşmışdılar. İran can verirdi, amma çox zərif bir şəkildə can verirdi. Birdən birə 
Ömər Xəyyamın bir rübaisi yadıma düşdü: 
   
  Şahmat taxtasıdır gecəylə gündüz 
  Orda oyun oynar insanla fələk 
  Onu qaldıraraq deyər “şah” və “mat” 
  Sonra öz yerinə qoyar salamat.* 
 
 - ------------------------------------------------- 
  * Şer hərfi tərcümə olunmuşdur. 
----------------------------------------------------  
 
 Dərin düşüncələrə daldığımdan, rübaini yüksək səslə oxumuş olduğumu bilməmişəm. 
Şahzadənin qaşqabağı açıldı.  
  – Deməli, sən təsadüfən əsgər olmusan. Bəs bunu mənə niyə demirsən? Görürəm 
oxumuş adamsan. Taleyini özün seçəsi olsaydın, doğrudanmı, əsgər olmağı istərdin? Mən 
Şahzadəyə doğru əyildim. Deyirsiniz o təqdirdə nəyi seçərdim? Mən sadəcə dörd şeyi 
seçərdim: yaqut dodaqları, musiqini, müdrik kəlamları və qırmızı şərabı. 
  Daqiqinin məşhur rübaisi mənə bütün qonaqların ehtiramını qazandırdı. Hətta yanaqları 
batıq molla belə zərif bir tərzdə gülümsədi. 
  Yemək salonunun qapıları açılıb, biz içəri girdiyimiz zaman gecə yarısı idi. Xalıların 
üstünə böyük bir süfrə sərilmişdi. Süfrənin tam ortasında böyük bir məcməyidə plov 
qoyulmuşdu. Süfrənin üstünə iri ağ lavaşlar düzülmüşdü. Saysız-hesabsız balaca və 
böyük boşqablar süfrənin üstünü doldurmuşdu. Salonun künclərində heykəl kimi 
hərəkətsiz halda duran xidmətçilərin əllərindəki fənərlərdən ətrafa işıq saçılırdı. Biz 
süfrənin ətrafında əyləşdik və süfrədəki müxtəlif yeməkləri növbə ilə boşqabımıza qoyub 
 
114


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə