ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə57/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   ...   53   54   55   56   57   58   59   60   ...   70

yeməyə başladıq. Oradakı ənənələrə görə yeməyimizi tez-tez yeyirdik, çünki iranlının 
həyatda yeganə tələsik etdiyi şey, onun yeyin yeməsidir. Molla qısa bir dua oxudu. 
  Qohumum Bəhram xan yanımda oturmuşdu. O, çox az yeyirdi və təəccüblə mənə tərəf 
baxırdı: 
  – İran sənin xoşuna gəlirmi? 
  – Bəli, həm də çox. 
  – Burada nə qədər qalacaqsan? 
  – Türklər Bakını tutana qədər. 
  – Mən sənə qibtə edirəm, Əli xan. 
  Onun səsi heyranlıq ifadəsiylə dolu idi. O, lavaş parçası götürüb bükdü və içini isti 
plovla doldurdu. 
  – Sən pulemyotun arxasında oturdun və düşmənlərinin gözlərindəki yaşı gördün. İranın 
qılıncı isə paslanıb. Biz min il bundan qabaq Firdovsinin yazdığı şerlərdən vəcdə gəlirik. 
Daqiqinin bir rübaisiylə Rudakinin bir rübaisini dərhal bir-birindən seçə bilirik. 
  Lakin avtomobil yolunu necə tikməyi və yaxud alaya komandanlıq etməyi bilmirik. 
  “Avtomobil yolları” sözünü eşidəndə Mərdəkan yolunda Naçararyanı qovduğum gecəni 
və ay işığı altındakı bostanları yadıma saldım. Nə yaxşı ki, Asiyada avtomobil yollarını 
salmağı heç kim bacarmırdı. Yoxsa, Qarabağ atı Avropa avtomobilini heç vaxt ötə 
bilməzdi. 
  – Avtomobil yolları nəyinizə lazımdır, Bəhram xan? 
  – Əsgərləri daşımaq üçün yük avtomaşınlarından istifadə edəcəyik. Bizim dövlət 
adamlarımız əsgərlərə ehtiyacı olmadığını iddia edirlər. Həqiqətdə isə bizim əsgərlərə 
ehtiyacımız var. Bizim pulemyotlara, məktəblərə, xəstəxanalara, nizama salınmış vergi 
sisteminə, yeni qanunlara və sənin kimi insanlara ehtiyacımız var. Bizə ən az lazım olan 
şey İranın nalələrini əks etdirən köhnə şerlərdir. Lakin başqa mahnı və şerlər də 
mövcuddur. Gilanlı şair Əşrəfin şerindən xəbərin varmı?  
  Bəhram xan əyilib xəfif bir səslə şerin bir beytini, mənə oxudu: “Kədər və ələm vətənin 
başının üstünü almışdır. Qalxın ayağa və İranın tabutunun dalınca gedin. Bu yolda İran 
gəncliyi həlak olmuşdur. Ay, tarlalar, təpələr və dərələr onların qanına boyanmışdır”. 
  Şahzadə bu şeri eşitsəydi, onu “iyrənc misralar” adlandırardı və deyərdi ki, onun şer 
zövqü təhqir edilmişdir. Bəhram xan inadkarlıqla: “Başqa bir gözəl şerdə var” dedi. O şeri 
Mirzə Ağa xan adında bir şair yazmışdı. İndi qulaq as: “Qoy Allah İranı kafir 
düşmənlərdən qorusun: İran gəlinlərinin təbii gözəlliyi heç bir zaman ingilis lordlarının 
məclislərinə qismət olmasın”. 
  – Pis deyil – deyərək güldüm. Çünki İran gəncliyi, köhnə nəsildən pis şerlər yazmaq ilə 
fərqlənirdi. 
  – Amma, Bəhram xan, bir de görüm, sən nəyə nail olmaq istəyirsən?  
  Bəhram xan, solmuş qırmızı xalçanın üstündə gərgin vəziyyətdə oturub sözə başladı: 
  – Sipəh meydanında heç olmusan? Orada lülələri paslanmış yüz dənə top qoyulub və 
onların da lülələri dörd yana yönəlib: qərbə, şərqə, şimala və cənuba. Heç bilirsənmi ki, 
qoca İranda yeganə silahlar paslı toplardan ibarətdir. Bu ölkədə bir dənə də olsun hərb 
gəmisi və rus kazakları, qırmızı uniformalı ingilis əsgərləri və sarayın keşiyini çəkən 
alayına mənsub dörd yüz nəfər bahadurdan başqa bir nəfər də olsun İran əsgəri yoxdur. 
Sən əminə, Şahzadəyə və şahənə rütbələrə malik olan digərlərinə bir bax? Onların gözləri 
 
115


sulanmış, gücsüz əlləri titrəyirdi. Onlar da Sipəh meydanındakı toplar kimi köhnəlib, 
paslanmışlar. Artıq bir o qədər ömürləri də qalmayıb. Ona görə də vaxtdır, onlar geri 
çəkilmədilər. Vətənimiz uzun illərdir ki, bu şahzadələrin və şairlərin yorğun və taqətdən 
düşmüş əllərində qalıb. 
  Bəsdir! İran qoca bir dilənçinin açılmış ovcuna bənzəyir. Mən istəyirəm ki, bu qoca ovuc 
bu elin möhkəm bir gənc yumruğuna çevrilsin. 
  – Burada qal, Əli xan. Sənin haqqında xeyli şeylər eşitmişəm: sənin pulemyot dalında 
oturub Bakının köhnə qala divarlarını qoruduğunu, gecə vaxtı Ay işığında öz düşməninin 
hülqumunu dişlərinlə üzdüyünü eşitmişəm. Burada isə köhnə qaladan başqa daha çox 
şeyi müdafiə etmək lazımdır. Bunun üçün sənin sərəncamında pulemyotdan daha güclü 
silah olacaqdır. Bu, səhərdən axşama qədər hərəmxanada oturmaqdan və yaxud Tehran 
bazarının gözəlliklərinə tamaşa etməkdən daha yaxşı deyil mi? 
  Cavab vermədim, dərin düşüncələr içində idim. Tehran! Dünyanın ən qədim şəhəri. 
Babil sakinləri ona Roqa-Rey adı vermişdilər. Roqa-Rey kralların şəhəri idi. Toz olmuş 
əfsanələr, qədim sarayların rəngi solmuş qızılları, Almas sarayının burma sütunları, 
qədim xalçaların solğun naxışları və müdrik rubailərin ehmallı ritmləri... İranın keçmişi, 
indisi və gələcəyi mənim gözlərimin qabağında dururdu. 
  – Bəhram xan – dedim – Əgər öz məqsədinə çatsan, asfalt yollar salsan, ən pis oxuyan 
şagirdləri müasir məktəblərə göndərsən, bəs onda Asiyanın ruhu harada olacaq? 
  Bəhram güldü: 
  – Asiyanın ruhunu deyirsən. Top meydanının qurtaracağında biz iri bir bina inşa 
etdirəcəyik. Asiyanın ruhu olan məscid bayraqlarını, şairlərin əl yazmalarını, miniatür 
rəsmləri və şəhvət yolunda əxlaqı pozulmuş oğlan uşaqlarını o binaya yığacağıq. Çünki 
bunların hamısı Asiyanın ruhuna aiddir. Binanın ön tərəfində də gözəl Kufi xətti ilə 
“Muzey” sözü yazılacaq. Əsəd-əs-səltənə əmini də muzeyin idarə edəni və əlahəzrət 
şahzadə də muzey müdiri ola bilərlər. 
  Bu binanı inşa etməkdə bizə yardım etmək istəyərsənmi? 
  Mən fikirləşərəm, Bəhram xan. 
  Yemək sona yetdi. İndi qonaqlar dağınıq qrup halında oturub söhbət edirdilər. Ayağa 
durub açıq eyvana çıxdım. Hava sərin və təmiz idi. Bağçadan İran güllərinin nəfis 
qoxuları gəlirdi. Yerə oturdum və təsbehimi çevirə-çevirə gözlərimi gecənin dərinliklərinə 
zillədim. Bazarın kərpicdən hörülmüş qübbələrinin o tayında Şimran sarayı yerləşirdi. 
Orada yastıq və xalçaların içində mənim Ninom yatırdı. Bəlkə də azacıq açıq dodaqları və 
göz yaşlarından nəm olmuş göz qapaqları şişmişdi. Məni dərin bir kədər bürüdü. 
Ninonun gözlərini bir daha gülər görmək üçün bazarın bütün ləl-cəvahiratı çatmazdı. 
  İran! Mən burada, hərəm xidmətçiləri və şahzadələr, dərviş və təlxəklər içərisində 
qalmalıyammı? Qalıb asfalt yollar salmalı, ordu qurmalı, Avropanın bir azacıq da olsa 
Asiyanın içərisinə dartıb gətirməliyəm mi?  
  Mən birdən-birə hiss etdim ki, dünyada heç bir şey mənə Ninonun gülər gözləri qədər 
qiymətli və əziz deyildir. Bu gözlər axırıncı dəfə nə vaxt gülüb? Nə vaxtsa Bakıda, qala 
divarlarının yanında. Məni birdən dəhşətli bir vətən həsrəti bürüdü. Toz basmış qala 
divarlarını və Nargin adasının arxasında batan günəş gəlib gözlərimin önündə durdu. 
Qurd qapısının altında başlarını aya tərəf qaldırıb ulayan çaqqalları gördüm. Bakı 
yaxınlığındakı düzləri səhradan gələn qum örtmüşdü. Sahil boyunca neftə hopmuş 
 
116


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə