ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə59/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   ...   55   56   57   58   59   60   61   62   ...   70

gimnastika ilə məşğul olacağam, sonra onu da gimnastika etməyə məcbur edəcəyəm, 
çünki o çox kökəlməyə başlayıb. 
  Nino qorxunc intiqam planları hazırlayırdı. O, yuxuya gedənə qədər onların üzərində 
işləyirdi. Ertəsi gün hərəm xidmətçisi dəhşət içində gəlib mənə dedi: 
  “Əli xan, Nino xanım fəvvarənin yanında durub, qolları və ayaqları ilə çox qəribə 
hərəkətlər edir. Qorxuram, ağa. O, bədənini gah qabağa, gah da arxaya elə əyir ki, elə bil 
bədəni sümüksüzdür. O, istəyir ki, mən də onun etdiyi hərəkətləri təkrar edim. Amma 
xan, mən mömin müsəlmanam və yalnız Allahın qarşısında əyilib alnımı yerə qoyuram. 
Xanımın sümükləri və ruhunun gələcəyi üçün çox qorxuram. 
  Hərəm xidmətçisini qovmaq heç bir şeyi həll etməyəcəkdi. Çünki onun yerinə başqası 
gələcəkdi. Hərəm xidmətçisi olmayan ev, ev sayılmırdı. Evin təsərrüfat işini kimsə apara 
bilməzdi, ev işini görən qadınlara və pulun hesabatına nəzarət kimsə edə bilməzdi. 
Bunları yalnız hərəm xidmətçiləri edərdilər. Onlar arzu deyilən şeyləri duymadıqları 
üçün, onların rüşvətlə satın almaq da mümkün deyildi. 
  Buna görə də mən susurdum və bütün diqqətimi Bakının ətrafını bürüyən bir sıra kiçik 
yaşıl bayraqlara vermişdim... 
  Hərəm xidmətçisi yavaşca öskürüb dedi: 
  – Əbdül-Qasım məscidinin yaxınlığında oturan qadının evə çağırtdırım, gəlsin mi? 
  – Nə üçün, Yəhya Qulu? 
  – Nino xanımın bədəninə girmiş murdar ruhları çıxartmaq üçün. 
  Mən dərin bir ah çəkdim. Çünki Əbdül-Qasım məscidinin yanında oturan müdrik qadın 
Ninonun bədəninə girmiş Avropa ruhlarını çıxarda biləcək iqtidarda olacağını 
sanmırdım. 
  – Buna ehtiyac yoxdur, Yəhya Qulu. Mən özüm də pis ruhları bədəndən çıxarda bilirəm. 
Vaxtı gələndə mən hər şeyi qaydaya salacağam. Amma indi bütün gücümü bu balaca 
yaşıl bayraqların üzərinə toplamağım lazım gəlir. 
  Xidmətçinin gözlərində qorxu və maraq hissi oyandı: 
  – Yaşıl bayraqlar qırmızıları sıxışdırdığı zaman sənin vətənin azad olacaq? Elədirmi Əli 
xan? 
  – Bəli elədir, Yəhya Qulu. 
  – Bəs niyə yaşıl bayraqları götürüb elə indi öz yerinə sancmırsan? 
  – Bu mümkün deyil, Yəhya Qulu, çünki buna mənim gücüm çatmır. 
  O dərin bir qayğıkeşliklə mənə baxdı: 
  – Allaha dua etməlisən ki, sənə güc versin. Gələn həftə məhərrəmlik başlayır. Məhərrəm 
ayında nə diləyiniz varsa onu Allahdan istəyin, o, mütləq sənə gərəkli gücü verər. 
  Mən xəritəni bükdüm. Yorğun və çaşqın idim. Xidmətçinin boşboğazlığına uzun zaman 
dözmək mümkün deyildi. 
  Nino evdə deyildi. Onun valideynləri Tehrana gəlmişdilər. Nino indi tanınmış knyaz 
ailəsinin kirayə etdiyi evdə saatlarla qalırdı. Orada o, başqa avropalılarla görüşürdü. 
Bunu da məndən gizləməyə çalışırdı. Amma bundan mənim xəbərim var idi. Mən sadəcə 
susurdum, çünki ona acıyırdım. Xidmətçim farağat durub mənim əmrimi gözləyirdi. Bir 
neçə günlüyə Tehrana gəlmiş dostum Seyid Mustafa yadıma düşdü. Onu nadir hallarda 
görürdüm, çünki o, bütün günlərini məscidlərdə, müqəddəslərin məzarları üstündə və 
cır-cındır içində olan dərvişlərlə maraqlı söhbətlər etməklə keçirirdi. 
 
119


  Nəhayət diləndim. 
  – Yəhya Qulu, Seyid Mustafanın yanına gedərsən. O, Sipəhlisar məscidində qalır. Ondan 
xahiş et ki, iltifat edib buraya təşrif gətirsin. 
  Xidmətçi getdi. Mən evdə yalqız qaldım. Həqiqətən də yaşıl bayraqları Bakıya sancmaq 
üçün mənim gücüm çatmırdı. Haradasa, vətənimin çöllərində türk batalyonları və onlarla 
birlikdə də Azərbaycanın yeni bayrağı altında könüllülərdən ibarət yaranmış hərbi 
hissələr düşmənlə vuruşurdular. Mənim bu yeni bayraqdan, könüllü qoşunların sayından 
və onların harada vuruşduqlarından xəbərim var idi. İlyas bəy də könüllülərin cərgəsində 
vuruşurdu. Mən də bu döyüşdə onunla birlikdə iştirak edib sabahın erkən çağında vuruş 
meydanlarına atılmağa can atırdım. Lakin cəbhəyə gedən yol bağlı idi. Rus və ingilis hərbi 
hissələri sərhədləri tutmuşdular. İranı müharibə meydanı ilə bağlayan Araz çayı 
üzərindəki geniş körpüyə isə tikanlı məftillər çəkilmişdi. Körpü pulemyot və əsgərlərin 
mühasirəsində idi. 
  İran isə qabığına sığınmış İlbiz kimi öz durğunluğu içinə çəkilmişdi. Döyüş gedən, 
mikroblu əraziyə nə bir adamın, nə bir siçanın və nə də bir quşun keçməsinə izin 
verilməyirdi. Bunun əksinə olaraq Bakıdan İrana çoxlu qaçqın gəlirdi. Çərənçi Arslan ağa 
da onların arasında idi. O, çayxanalarda olur türklərin qələbəsini Böyük İsgəndərin 
müzəffər yürüşləri ilə müqayisə edərək məqalələr yazırdı. Onun yazdığı məqalələrdən 
birini qadağan etmişdilər: çünki senzura İsgəndəri tərifləyə-tərifləyə göylərə çıxararkən, 
onun bir zamanlar İsgəndər tərəfindən fəth edilmiş İrana qarşı gizli, çirkin hərəkət kimi 
başa düşmüşdü. Bu əhvalatdan sonra Arslan ağa özünü əqidəsi uğrunda şəhid olan bir 
şəxs kimi qələmə verirdi. O, bir gün məni görməyə gəldi və mənim Bakını müdafiə 
edərkən göstərdiyim qəhrəmanlıqların ən kiçik təfərrüatınadək təsvir edirdi. Onun 
fikrincə guya düşmən regionları yalnız mənim gülləmdən ölmək üçün, arxasında 
oturduğum pulemyotun qabağında yürüşlə keçiblərmiş. 
  Onun özü isə döyüş zamanı bir mətbəənin zirzəmisində gizlənib, xalqı həyəcana gətirən 
atəşli müraciətnamələr hazırlayırmış. O, müraciətnamələr heç bir yerdə oxunmamışdı. O, 
bunları mənə oxudu və xahiş etdi ki, bir qəhrəmanın əlbəyaxa vuruşda duyduğu hissləri 
ona danışım.  
  Ona şirniyyat yedirdib, qapıya qədər ötürdüm. O, mətbəə boyasının iyi gələn, qatı 
açılmamış bir dəftəri otağımda qoyub getdi ki, əlbəyaxa döyüşündə bir qəhrəmanın 
keçirtdiyi hissləri oraya yazım. Dəftərin ağ vərəqlərinə baxanda, Ninonun kədərli 
baxışlarını yada salıb, qarmaqarışıq həyatımı düşünərək qələmi ələ aldım. Amma bir 
qəhrəmanın əlbəyaxa döyüşdə nələr duyduğunu yazmaq niyyətində deyildim. Əksinə, 
bizi – Nino ilə məni Şəmiran sarayının ətir saçan bağçasına gətirib çıxardan və onun 
gözlərindən sevinci yox edən yolu cızmaq üçün qələmə əl atdım. 
  Bağçada oturub İranın qamış qələmi ilə yazımı yazmağa başladım. Hələ məktəb illərində 
yazmağa başladığım xatirələrimin dağınıq qeydlərini səliqəyə salırdım. Bütün keçmişim 
gözlərimin qabağında canlandı. Seyid Mustafa otağıma girib, çopur sifətini çiynimə 
toxundurana kimi keçmişin xəyalına dalmışdım. 
  – Seyid, – dedim – mənim həyatım qarmaqarışıq hala düşüb. Cəbhə yolu bağlıdır. Nino 
gülməsini unudub, mən də qan yerinə mürəkkəb axıdıram. Axı nə etməliyəm, Seyid 
Mustafa? 
 
120


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə