ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə61/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   ...   57   58   59   60   61   62   63   64   ...   70

gedək. Bu ölkənin fəxr etdiyi şairlərə dair heç bir şey bilmirəm, amma bilirəm ki, Aşura 
günündə insanlar sinələrini dırnaqları ilə cırmaqlayır, başlarını xəncərlə yarırlar və 
kürəklərinə zəncir vururlar. Bunları görmək istəməyən bir çox avropalılar bu gün şəhəri 
tərk edirlər. Mən bütün bunlara nifrət edirəm. Mən özümü hər an mənə hücum edə 
biləcək bir özbaşınalığın qurbanı kimi hiss edirəm. 
  -  Nino zərif sifətini mənə tərəf çevirdi. Onun gözləri əvvəlki vaxtlarındakından daha 
dərin və anlaşılmaz idi. Göz bəbəkləri böyümüşdü. Onun hamiləliyini yalnız gözlərindən 
bilmək olurdu. 
  -  Qorxursan, Nino? 
  -  Nədən qorxmalıyam? - Onun səsi həqiqətən təəccüblü səslənirdi. 
  -  Bəzi qadınlar bundan qorxurlar. 
  Nino ciddiyətlə: 
  -  Yox mən qorxmuram – dedi. 
  -  Mən siçovullardan, timsahlardan, imtahanlardan və hərəm xidmətçilərindən 
qorxuram. Lakin sən dediyin şeydən qorxmuram. Ondan qorxmaqdansa qışın 
soyuğundan qorxmağım daha yaxşıdır. 
  Mən onun gözlərindən öpdüm. O, ayağa durdu və saçlarını darayıb dedi: 
  -  Mən valideynlərimi ziyarət edəcəyəm, Əli xan. 
  Kipianigilin yaşadığı villada hərəmxana qanunlarının olmadığını bildiyim üçün, razılıq 
verdim. Knyaz bu gün gürcü dostları ilə Avropalı diplomatları qəbul edirdi. Nino orada 
çay içib, ingilis şirniyyatı yeyəcək və Hollandiya konsulu ilə Rembrandt və Şərq qadınları 
barədə söhbət edəcək. Nino getdi, şüşələri cilalanmış karetanın həyətdən çıxdığını 
gördüm. 
  Mən evdə tək qalıb, rəngbərəng xəritədəki balaca yaşıl bayraqları və məni vətənimdən 
ayıran bir neçə sərhəd məntəqələri barədə düşünməyə başladım. 
  Divanın üstündəki yumşaq yastıqlardan Ninonun ətrinin iyi gəlirdi. Uzanıb təsbehimi 
çevirməyə başladım. Divanda sol ayağı ilə qılınc tutan İranın gümüş Aslanı parlayırdı. 
Mən başımı qaldırıb ona baxdım. Birdən məni böyük bir halsızlıq və ümidsizlik hissi 
bürüdü. Xalqın Gəncə çöllərində qan axıtdığı bir zamanda mənim burada gümüş Aslanın 
kölgəsində oturub, keyf çəkməyimdən xəcil olurdum. Mən özüm də burada qiymətli və 
qayğı ilə qorunan zərif bir əşya idim. 
  Bir Şirvanşirin aqibəti bir zaman dəbdəbəli saray rütbəsi almaq, ən incə hisslərini 
klassikcəsinə məclislərdə ifadə etmək idi. 
  Divardakı gümüş Aslan mənə dişlərini ağardırdı. Araz çayı üzərindəki sərhəd körpüsü 
bağlanmış idi. İran torpağından Ninonun ruhuna yollar da mövcud deyildi. 
  Mən əsəbi halda təsbehi çevirməyə başladım. Bu anda təsbehin sapı qırıldı və kəhrəba 
muncuqlar yerə səpələndi. 
  Uzaqdan şeypur səsi gəlirdi. Bu səs, gözəgörünməzin xəbərdarlığı qədər qorxunc və 
cazibədar idi. Pəncərəyə yaxınlaşdım. Günəşin son şüaları altında tozlu yolların donuq bir 
parıltısı var idi. Günəş düz Şəmiran sarayının təpəsində dayanmışdı. Təbilin səsi yavaş-
yavaş yaxınlaşırdı. Onun səsini yüzlərlə, minlərlə adamların təkrar etdiyi “Şaxsey... 
Vaxsey. Şah Hüseyn... Vay Hüseyn” sözləri müşayiət edirdi. 
  Döngəni dönəndə qarşımdakı yolda bir izdiham göründü. Qızılla işlənmiş üç nəhəng 
bayraq, qüvvətli əllərdə daşınaraq izdihamın başı üzərində dalğalanırdı. Bayraqların 
 
123


birinin üzərində böyük qızıl hərflərlə Allahın yer üzündəki istəkli bəndəsi Əlinin adı 
yazılmışdı. İkinci bayrağın qara məxmər parçası üzərində sol əlin şəkli çəkilmişdi. 
  Bu, Peyğəmbərin qızı Həzrəti Fatimənin əli idi. Üçüncü bayraqda isə böyük hərflərlə 
yalnız bir söz yazılmışdı: “Hüseyn”, Peyğəmbərin nəvəsi, varisi, şəhid Hüseyn. 
  İzdiham ağır addımlarla küçədən keçirdi. İzdihamın qabağında qara matəm libası 
geymiş, kürəkləri çılpaq və əllərində ağır zəncirlər tutmuş, günahlarını tövbə edən 
dindarlar gedirdilər. Təbilin ahənginə uyğun olaraq onlar əllərini qaldırır və zəncirlər 
onların qanayan çiyinlərini zolaq-zolaq edirdi. Onların dalınca bir yarım dairə şəklində iki 
addım irəli bir addım geri atan enli kürəkli kişilər gedirdilər. Onların yol boyunca boğuq 
səslə “Şaxsey... Vaxsey” çığırtıları küçəni bürümüşdü və hər çığırtı səsi gələndə onlar 
yumruqları ilə bərkdən çılpaq tüklü sinələrinə vururdular. Onların ardınca bellərinə yaşıl 
qurşaq bağlamış və Peyğəmbər nəslindən olan seyidlər gedirdilər. Dallarınca ağ kəfənə 
bürünmüş, başları qırxılmış və əllərində uzun xəncərlər tutmuş Məhərrəm şəhidləri 
gəlirdi. Onların siması qəzəbli idi, elə bil onlar başqa bir dünyaya qərq olmuşdular. 
“Şaxsey... Vaxsey...” Xəncərlər göyə qaldırılıb, qırxılmış kəllələrə endirilirdi. Şəhidlərin 
bürünmüş kəfənləri qan içində idi. Şəhidlərin birinin başı gicəllənib yerə yıxıldı. Onun 
yanında gedən dostları dodaqlarında ilahi bir təbəssüm olan adamı izdihamın içindən 
çıxartdılar. 
  Mən pəncərənin qabağında durmuşdum. Birdən birə, indiyədək mənə məlum olmayan 
bir hiss məni caynağına aldı. Bu hiss mənim ruhumda xəbərdarlıq kimi səslənirdi və 
fədakarlıq arzusu içimi doldururdu. Mən küçədəki tozların üstünə tökülmüş qan 
damlalarını gördüm. Şeypurun cazibədar səsi isə insanları qurtuluşa çağırış kimi 
səsləyirdi. O an gəlmişdi: Gözügörünməzin sirri, xilasa aparan kədərin darvazası bu idi. 
Mən dodaqlarımı sıxdım. Hüseynin bayrağını daşıyanlar qabağımdan keçdilər. O biri 
bayraqda Həzrəti Fatimənin əlinin şəklini gördüm və bütün aşkar olan şeylər gözlərimin 
qabağından çəkildi. 
  Təbilin sönük səsini yenə eşitdim və bu səs içimdə vəhşi bir qışqırığa çevrildi. Mən də bir 
an içərisində izdihamın bir hissəsinə çevrildim. Mən enli kürəkli adamlarla eyni qaydada 
irəliləməyə başladım və mənim iri yumruqlarım çılpaq sinəmə zərbə endirirdi. Bir az 
sonra yarı qaranlıq olan bir məscidin sərinliyini hiss etdim və İmamın nalə çalan əzanını 
eşitdim. 
  Biri mənə qalın bir zəncir verdi və mən kürəyimdə giziltili bir ağrı hiss etdim. Bir neçə 
saat keçdi. Qabağımda geniş bir meydan vardı. İndi ağzımdan vəhşi və sevinc dolu haray 
çıxdı: “Şaxsey... Vaxsey...”. 
  Üzü əzilmiş bir dərviş gəlib durdu qarşımda. Bürüşmüş dərisinin altından onun 
qabırğaları görünürdü. İzdihamda iştirak edən minlərcə adamların gözlərində bir 
inadçılıq ifadə olunurdu. 
  Meydanın qarşı tərəfində, şəhid Hüseynin atını təmsil edən, yəhəri qana bulaşmış bir at 
hərəkət edirdi. Üzü əzilib əldən düşmüş dərviş var gücü ilə qışqırırdı. O, mis fincanını 
qırağa tulladı və özünü atın ayaqları altına atdı. Başım gicəlləndi. Çılpaq sinəmə iri 
yumruqlar zərbə endirirdi. “Şaxsey... Vaxsey...” – deyə bağırırdılar. Ağ libası qana batmış 
bir cavanı yanımdan sürüyüb apardılar. Uzaqlardan saysız-hesabsız məşəllər görünürdü. 
Mən bir məscidin həyətində oturmuşdum. Ətrafımdakı adamların başlarında hündür 
fəslər vardı. Onların gözlərindən yaş axırdı. Onlardan biri şəhid Hüseyn barədə mərsiyə 
 
124


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə