ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə50/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   ...   46   47   48   49   50   51   52   53   ...   70

qala divarlarındakı Sisianaşvili darvazasının solunda mövqe tutarsan. Sənin öhdənə otuz 
nəfər göndərəcəyəm. Darvazanı müdafiə etmək üçün bütün hazırlıqları edərsən.  
  Telefonun dəstəyini yerinə qoydum. Nino çarpayıda oturub, gözlərini mənə zilləmişdi. 
Mən xəncəri götürüb tiyəsini yoxladım.  
  – Nə olub, Əli xan? 
  – Düşmən qalanın ağzında durub, Nino. 
  Paltarımı geyinib xidmətçiləri səslədim. Onlar gəldilər. Onların hamısı enli kürəkli, 
güclü və hündürboylu idilər. Hərəsinə bir tüfəng verdim, sonra aşağı enib atamın otağına 
getdim. O, güzgünün qabağında dayanmışdı, xidmətçilərdən biri də onun çərkəz 
pencəyini şotka ilə təmizləyirdi.  
  – Harada mövqe tutacaqsan, Əli xan? 
  – Sisianaşvili darvazasında. 
  – Lap yaxşı. Mən İslam xeyriyyə cəmiyyətinin salonunda, qərargahda olacağam.  
  Onun qılıncı şaqqıldadı və bığlarını sığallayıb sözünə davam etdi: – Mətin ol, Əli xan. 
Düşmənlər qala divarlarını aşmamalıdırlar. Onlar darvaza qabağındakı meydanı tutsalar, 
pulemyotla onlara atəş açıb qabaqlarını al. Əsədullah ətraf kəndlərdən kəndliləri 
toplamağa getdi. Kəndlilər də düşmənə Nikolay küçəsindəki arxadan hücuma keçəcəklər.  
  O, tapançasını cibinə qoydu və yorğun halda mənə baxıb dedi: 
  – İrana axırıncı gəmi saat səkkizdə gedir. Nino mütləq o gəmi ilə getməlidir. Çünki 
ruslar qalib gəlsələr, bütün qadınların namusunu ləkələyəcəklər.  
  Mən otağıma getdim. Nino telefonla danışırdı.  
  – Yox, ana, mən burda qalıram. Yox, yox, burada heç bir təhlükə yoxdur. Sağ ol, ata, 
narahat olma, bizim kifayət qədər ərzağımız var. Təşəkkür edirəm. Amma çox xahiş 
edirəm ki, özünüzü üzməyin. Yox, gəlməyəcəyəm, yenə də təkrar edirəm, gəlmək 
istəmirəm – deyib telefonun dəstəyini yerinə qoydu.  
  Mən bu söhbətə qulaq asırdım. Nino son sözləri hıçqıra-hıçqıra dedi: 
  – Nino, sən haqlısan, – dedim – çünki atangildə də əmin-amanlıq olmayacaqdır. Son 
gəmi İrana saat səkkizdə gedir. Əşyalarını yığ.  
  Onun sifəti qıpqırmızı oldu.  
  – Sən məni buradan qovursan, Əli xan? 
  Mən Ninonu indiyədək belə qəzəbli görməmişdim.  
  – Nino, sən Tehranda əmin-amanlıqda yaşayacaqsan. Düşmən qalib gəlsə, onlar bütün 
qadınların namusunu ləkələyəcəklər.  
  Nino başını qaldırıb qətiyyətlə dedi: 
  – Mənim namusuma heç kim toxuna bilməz! Arxayın ol, Əli.  
  – Hələ nə qədər vaxt var, İrana get, Nino. 
  Nino ciddi tərzdə dedi: 
  – Bəsdir, Əli xan. Mən düşməndən, müharibələrdən və bizi gözləyən bütün dəhşətli 
şeylərdən qorxuram. Buna baxmayaraq mən burada qalıram. Düzdür, sənə köməyim 
dəyməyəcək, amma mən səninəm. Mən burada qalmalıyam, vəssalam.  
  Elə də oldu. Ninonun gözlərindən öpdüm. Fəxr edirdim ki, belə arvadım var. Hərdən 
mənə söz qaytarsa da, Nino yaxşı bir həyat yoldaşı idi.  
  Mən evdən çıxdım. Səhər açılırdı. Havada toz qoxusu vardı. Qala divarının üstünə 
çıxdım. Xidmətçilərim əllərində tüfəngləri hazır vəziyyətdə dayanmışdılar.  
 
100


  İlyas bəyin göndərdiyi otuz nəfər adam da bomboş qalmış Duma meydanının 
gözətçiliyini edirdilər. Qapqara bığları, qarabəniz olan bu adamlar səssiz və əsəbi halda 
idilər. Kiçik lüləli pulemyot bir rusun fındıq burnunu andırırdı. Ətraf sükut içində idi. 
Qərargahla əlaqə saxlayan adamlar səssizcə qala divarının üstündə ora-bura gedib qısa 
xəbərlər gətirirdilər. Ruhanilərlə ağsaqqallar son anda barış möcüzəsinə nail olmağa 
çalışırdılar.  
  Gün çıxdı. Çevrilib qarşı tərəfdəki evimə baxdım. Nino damda oturmuşdu.  
  Günorta Nino yanımıza gəldi, o bizə yemək-içmək gətirmişdi. Ürkmüş halda gözlərini 
pulemyota zillədi... Mən onu zorla evə göndərənə kimi səssiz-səmirsiz kölgədə durub 
ətrafa baxırdı. Saat bir idi. Seyid Mustafa minarəyə çıxıb kədərli və ciddi bir səslə əzan 
verdi. Sonra yanımıza gəldi. O, tüfəngi arxasınca sürüyürdü. Onun qurşağında Quran 
vardı.  
  Mən qala divarının bayırında Duma meydanından irəli baxdım. Yalnız qorxudan tələsən 
bir neçə kişini qaçan gördüm. Çadralı bir qadın deyinə-deyinə meydanda oynayan 
uşaqlarının dalınca qaçırdı.  
  Bir, iki, üç. Bələdiyyə binasındakı saatın səsi sükutu pozdu. Bu səs sanki bambaşqa bir 
dünyanın qapılarını açırmış kimi şəhərin ətraf məhəllələrindən ilk silah səsləri idi. 
   
  XXII 
   
  O gecə ay görünmürdü. Yelkənli qayıq Xəzər dənizinin donuq suları dalğaları üzəri ilə 
yellənə-yellənə üzürdü. Acı və duzlu su köpükləri üzümüzə səpələnirdi. Qayığın 
başımızın üstündəki qapqara yelkəni gecə vaxtı nəhəng bir quşun qanadlarını andırırdı. 
  Mən qoyun dərisindən olan kürkə bürünüb qayığın göyərtəsində uzanmışdım. 
Sükançımız girdə və saqqalsız sifətini laqeydliklə ulduzlara tərəf çevirib baxırdı. Başımı 
qaldırdım və əlim qoyun dərisinin qıvrım tüklərinə toxundu. “Seyid Mustafa?” deyə 
səsləndim. 
  Çopur Mustafa başını mənə tərəf əydi. O, əlində dənələri qırmızı olan təsbehini 
çevirirdi... Elə bil barmaqları qan damlaları ilə oynayırdı. 
  Seyid Mustafa: 
  – Narahat olma, Əli xan, mən buradayam. “Sən rahat yat” – dedi. 
  Onun gözlərini yaşlı görüb, durub oturdum. 
  – Məmməd Heydər həlak oldu – dedim. – Onun cəsədini Nikolay küçəsində gördüm. 
Burnu ilə qulaqlarını kəsmişdilər. 
  Seyid üzünü mən tərəfə çevirdi: 
  – Ruslar Bayıl tərəfdən gəlib bulvarı mühasirəyə aldılar. Sən onları Duma meydanından 
qovub, çıxardanda onlar bulvar tərəfə qaçırdılar. 
  Yadıma düşdü: 
  – Sonra da Əsədullah gəldi və hücum əmrini verdi. Biz süngü və xəncərlə hücuma 
keçdik. Biz hücuma keçərkən sən yasin surəsini oxuyurdun. 
  – Bəs sən? Sən də düşmənlərinin qanını içirdin. Bilirsənmi Haşım evinin dalanında 
kimlər bizi gözləyirdi? Bütün Naçararyanlar nəsli. Onlar hamısı qırıldı. 
  Hamısı qırıldı, – deyə təkrar etdim. Mən Haşım evinin damında səkkiz pulemyot ələ 
keçirdim. Biz bütün məhəlləyə hakim olduq... 
 
101


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə