Microsoft Word gunel kerimli



Yüklə 99,19 Kb.

tarix06.02.2018
ölçüsü99,19 Kb.


                           “ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI 

                          __________________________________________________________________________ 

 



 

Günel Kərimli 

İşıq pulu 

 

 



 

M ö h s ü n – əlli iki yaşında, fizika müəllimidir. 

A ş a – onun arvadı, qırx səkkiz yaşında. 

G ü l a ğ a – oğlanları, onuncu sinifdə oxuyur. 

M ö h s ü n ü n   q ı z ı – on yaşında 

İ ş ı q k ə s ə n l ə r – iki cavan oğlanlardır 

H a c ı  A d i l – qonşu kişi, qaragül papaqda, altmış beş yaşında 

P o l i s  m ü v ə k k i l i 

Ayxan – kiçik oğlan uşağı, pərdə arxasında səsdir. 

Pərdə arxasından səs. 

 

1-ci pərdə 



 

Möhsünün evidir. Axşamdır – evin işıqları söndürülüb. Möhsün evin bir 

küncündə stol arxasında oturub yazı makinasında nəsə yazır. Hərdən 

qabağındakı çaydan bir qurtum içib diqqətlə yazdıqlarını gözdən keçirir, 

eynəyini silib yenidən taxır. Stolun üstündə  təkcə elektrik lampası yanır. 

Yatmağa hazırlaşan Aşa gecə xalatında ona yaxınlaşır.  

 

A  ş a: Yatmırsan? Niyə gözlərini kor eliyirsən bu qaranlıqda? Uşağı güclə 



yatırmışam, bu saat işığa duracaq...  

M ö h s ü n: Uşaqlar xalasıgildən nə vaxt qayıdırlar? 

A ş a: Mən nə deyirəm, bu nə soruşur..! Sabah gəlirlər. 

M ö h s ü n:  Bir-iki dəqiqəyə gəlirəm gülüm, az qalıb... 

A ş a: Sabah işıq pulu gələndə deyəcəksən ki, – “Bu qədər işıq pulu olar..!?”. 

Gəlib oyadacaqsan məni də, tez ol bir az... 

M ö h s ü n: (Möhsün başını yazı makinasından qaldırmadan) Get gəlirəm, 

mane olma! 

Möhsün Aşanın sifətinə baxır. Aşa qeyzlənir.  

M ö h s ü n: (kənara deyir) Gorgörmüş sifəti yenə bozardı...  




                           “ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI 

                          __________________________________________________________________________ 

 



A ş a: Yazdığı da bir şey ola barı... Cəhənnəmə gəl səni, boş-boş 

şeylərlə başını qatırsan. Kağız-qələmə verdiyin pullarla bir ayın 

çörəyini almaq olardı. Kaş biləydim nə yazırsan! 

M ö h s ü n: Bunun üçün yazdıqlarımı oxumağın lazımdır... 

(Başını yazı makinasından qaldırmadan mızıldanır) Başlama 

yenə...  

A ş a: Bilsəm ki, maraqlı bir şey yazırsan oxuyaram. 

M ö h s ü n: Oxumaq üçün savad lazımdır.... 

A ş a: Oxuyub nə olmusan ki, axırda maşını da satdın – qaldıq piyada. Sabah 

Yeni İl gəlir. Sən isə heç bazarlıq da eləməmisən... 

M ö h s ü n: (Əlindəki vərəqləri səhifələyə-səhifələyə, arvadının üzünə 

baxmadan) Əlli dərənin suyunu bir-birinə qatma. Hələ bir gün var bayrama, 

bazar dağılmadı ki. Sınıq-salxaq maşındandırsa, olmamağı daha yaxşıdır. 

Neynirəm maşını – getdiyim məktəb, gəldiyim evdir. Evlər it kökündədir, 

təmir olunmalıdır. Sabah-birigün qızına elçi gələcək, oğul evləndirəcəksən. 

Maşının qiyməti günü-gündən düşür...  

Möhsünün soyuq və vecsiz cavabları Aşaya od qoyur. 

A ş a: Ondasa, rahat yaz qəzəllərini! 

M ö h s ü n: Qəzəl deyil, elmi işdir. 

A  ş a: Paho, bizim Cəbiş müəllim uşaqları acından qırdırıb elmi iş yazır ay 

ellər! Kül bu elmi işi oxuyacaq adamın başına ki, bir qram ağlı yoxdu onun. 

M ö h s ü n: Yaxşı get, gəlirəm... (Yazıq-yazıq arvadının üzünə baxır). 

A  ş a: Gəlib neynəyəcəksən?  Əlindən bir şey gələnlər kimi də elə deyir ki, 

eşidən-bilən  deyəcək ki, bu saat çarpayını aslanlar kimi dişiylə, caynaqlarıyla 

didib-dağıdacaq... 

M ö h s ü n: Allah ləzzətini qaçırsın sənin! 

A  ş a: Axırıncı  dəfə  ləzzətin dadını  nə vaxt aldığımı unutmuşam, enlikürək 

kişim mənim! 

M ö h s ü n: Offf, off...! 

A ş a: Qarayara of, qara qulğuna of! 

M ö h s ü n: Niyə mənim qara taleyimə sən qismət oldun axı Aşa. Sizi görüm 

dərin yatasınız ay ata-anam... 

A  ş a: Lampanı yandır qaranlıq taleyin işıqlansın! Sənin kimi korafəhim 

ərdəndirsə, heç olmasaydı yaxşıdır. 20 ildir ki, mənim səmərəmə ev-eşik 

sahibi olmusan, burnundan gəlsin sənin! 

M ö h s ü n: Bəlkə evi sən almısan, sənin çörəyini yeyirəm ay qız? 

Çərənləməkdən başqa nəyə yarayırsan axı! 



                           “ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI 

                          __________________________________________________________________________ 

 



A ş a: İndi ki belə oldu, yazdıqlarını apar sat və qarnını doyur. 

Görüm bu qədər yazdıqlarına bir qara qəpik verən axmaq tapa 

biləcəksənmi! Sən bu dünyada sağ qalmış axırıncı axmaqsan ay 

bədbəxt, bundan xəbərin var sənin? Camaat qaz vurub, qazan 

doldurur ey! Səninsə yazmaqdan barmaqların qız  əllərinə 

dönüb. 


M ö h s ü n: Əlimdən bu gəlir Aşa, səni and verirəm gorbagor atanın qəbrinə 

get yat, mən də  gəlirəm. Axşam-axşam məni it kimi hürdürmə, qonum-

qonşudan ayıbdır! 

A ş a: Gəlmə, yolunu gözləyən yoxdur sənin. Gəlib dalını çevirib yatacaqsan 

da... 

Möhsün hövsələsini basmağa, sülh yaratmağa çalışır. 



M ö h s ü n: (asta-asta və  səbrlə) Başa düş, axı bu acı dilindən sonra səni 

qucaqlayıb öpməyimi, səni sevdiyimi deməyimi eşitmək istəyirsən? Axı  sən 

niyə belə oldun gözümün qarası? Niyə o mülayim xasiyyətin, qayğıkeş 

ürəyini kir-pasaq örtdü sənin? Bu dünyaya bir dəfə  gəlirik, axı niyə bu 

ömrümü zəkkuma çevirirsən, nəyin  əskikdir sənin? Nəyin dərdini çeynəyib 

durmusan – sənə  xəyanət etməmişəm,  şükr Allaha, dolanışığımızdan bir 

korluq çəkmirik, geyim-kecimin yerində, gül kimi uşaqlarımız... Axı  nədi 

səni zəvzədən? 

A  ş a: Mətəyə  dəyən kimi məktəbdən qayıdıb yapışırsan bu sınıq stula, 

axşamadək nəysə yazırsan. Uşaqlar da gələn kimi hərəsi bir tərəfə  təzirlər. 

Axı  mən də insanam! Qulağıbatmış kimi oturmaqdan bayquşa dönmüşəm. 

Məni adam yerinə qoyan yoxdur bu xaraba evdə.  

M ö h s ü n: Bizim 60-a yaxın yaşımız var Aşa. Bu gündən sonra uşaqlarımız 

üçün yaşamalıyıq. Bəlkə  də haqlısan, sənlə söhbətə, qayğıya az diqqət 

yetirirəm. Amma, istəyirəm ki biləsən, başladığım bu yazı  mənimçün 

olduqca vacibdir. Bitirməyincə də rahat ola bilməyəcəyəm. Mənə bir qədər də 

vaxt versən başım açılacaq. Onda sənin dizini qucaqlayıb gələcək nəvələrimiz 

barədə nə qədər desən dərdləşərik. Olarmı gözümün qarası..? 

A  ş a: Məni çərlədib öldürəndən sonra dizimi yox ey, ayaqlarımı da 

qucaqlasan nə xeyri var ki? Məni sən bu hala salmısan! İnsanda nə qədər səbr 

olar axı. Sözü elə bil daşa deyirsən, bir soyuq qara daş qucaqlayıb yatmaq, 

səninlə yatmaqdan minqat ləzzət verər mənə! 

Möhsün dözmür, qalxmağıyla  şax bir silləni arvadının qulağının dibinə 

ilişdirir. 

M ö h s ü n: Tünbətünün qızı! Varidatına lənət sənin! Allaha and olsun 

uşaqlarım olmasaydı, səni bircə gün saxlasaydım nakişi olardım. 




                           “ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI 

                          __________________________________________________________________________ 

 



A ş a: Əlin qurusun heyvan öküz! Sən onsuz da nakişidən nəylə 

fərqlənirsən ki...! 

M ö h s ü n: Əlimi qana bulama, get, rədd ol yat. 

Aşa  əl atıb stolüstü lampanı söndürür, ağlaya-ağlaya, 

mırıldana-mırıldana qapını  çırpıb yataq otağına keçir. Qapının 

səsinə balaca Ayxan yuxudan durur. Yataq otağından Aşanın bağırtısı gəlir. 

A ş a: (səhnə arxasında balaca Ayxanın üstünə qışqırır) Ömrü budanmış itin 

küçüyü, yat!  

Uşağın dalına vurduğu sillənin səsinə Möhsün çiyinlərini qısır. 

M ö h s ü n: Əllərin qurusun sənin! 

A y x a n (səhnənin arxasından ağlaya-ağlaya): Atama istiyiyəm... 

A ş a: (səhnə arxasından): Atan ölsün elə! Yat, it balası! 

Hələ Möhsünün hirsi soyumayıb. 

M ö h s ü n: Səni lənətə  gələsən belə  bəxt, belə tale. Axı  nə günahın 

sahibiydim ki, qarşıma belə gəvəzə arvad düşdü. 

A ş a (Yataq otağından Aşanın zil səsi eşidilir): Nə çərənliyirsən orda, kötük!? 

Nə söyürsənsə, özününkülərə getsin! “Eşşəyim ölüb, başı qızıldandır” – sənin 

savadına da, yazdıqlarına da... Nəhlət şeytana! 

M ö h s ü n: Mənə bir çıxış yolu göstər Allahım. Səbrimi, ağlımı alma 

əlimdən. Nolar mənə ucuz bir ölüm ver Allahım..! (Stolüstü lampanı 

söndürüb o da yatmağa gedir) 

Ev zəif işıqlanır. Pərdə salınmağa başlanır. Pərdə endikcə, pərdə arxasından 

səs gəlir.  

P ə r d ə   a r x a s ı n d a n  s ə s: Mühsün və Aşa valideynlərin əlbirliyi ilə 

evlənmişdilər. Doğmaca dayuşağıdılar.  Əslində evliliyin 20 ilini xoşbəxt 

həyat hesab etmək olardı. Di gəl ki, müəllimliyin gün-güzaranı, ad-sanı  

laxlayandan, hər gədə-güdənin əli pulla oynamağa başlayandan Aşanın içinə 

elə bil cin girmişdi. Qonum-qonşuda bacarıqsız birini maşın, ev, qızıl-mızıl 

aldığını  eşidəndə cin atına minirdi. Bütün hirsini, həsədini  ərinin üstünə 

tökürdü. Baxanda bu deyingənliyi paxıllıqdan da yaranmırdı, ona elə gəlirdi 

ki, bacarıqda heç kimdən geri qalmayan əri baş qoşsaydı, hamıdan çox 

qazanardı. Di gəl ki, Möhsünün pir deyib yapışdığı müəllimliyi onun qanına 

və canına hopduğundan belə qazanc yollarını ağlının ucundan da keçirmirdi. 

Möhsün çox səbrli adam idi, lakin bu səs-küyü qonşular eşidəndə utandı-

ğından bilmirdi ki neyləsin. Hətta, bir dəfə arvadı binanın girişində yavalıq 

edəndə, qonşusu Hacı Adilə öz “kişiliyini” göstərmək üçün arvadının 

saçından tutub evədək sürümüşdü. O gün evdə çox ciddi davaları olmuşdu 

və  qərara almışdılar ki, valideynləri rəhmətə gedəndən sonra adam balası 




                           “ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI 

                          __________________________________________________________________________ 

 



kimi ayrılsınlar. Ancaq valideynləri öləndə, ilk uşaqlarının artıq 

11 yaşı vardı deyə bu fikirlərindən də vaz keçdilər, – “Talehimiz 

belə  gətirib, ömrümüzün sonuna nə qalıb ki...?” – deyib tanrı 

verən ömür payını bilə-bilə dava-dalaş yelinə verirdilər. 

Qonşular həmişə deyirdilər ki, – “Heyif belə abırlı kişidən ki, 

bəxtinə yava arvad düşüb”. Möhsün qarışqanı da tapdalamaz, xeyir-şərdən 

qalmaz, keçmiş şagirdlərindən biri dara düşəndə ona ürək-dirək verməkdən 

yorulmazdı. Dolanışıqları da pis deyildi – ailəni namuslu müəllim maaşı 

çərçivəsində dolandırırdı.  

Aşa isə olduqca qıvraq,  əlli-ayaqlı qadınıydı. Yoxdan bir şeylər hazırlayıb 

uşaqlarının qarnını doyurmağı bacarırdı. Di gəl ki, dili zəhrimara qalmış, 

qırmızı acı bibər kimi adamı sarsıtmaqdan ötrü yaranmışdı. Möhsünü istəyib 

ərə gəlmişdi, amma ərindən nə istədiyini heç özü də bilmirdi. Qısqanırdımı? 

Yox, ömürbillah əri başqasına kəc baxacaq adam deyildi. Əri çox ürəyiyuxa 

adamdı, halallıq tərəfdarıydı. Bircə, ildə instituta hazırladığı iki uşaqdan 

aldığı kiçicik pulu çıxsaq, başqa haramda işi yox idi. Aşa, sanki, dil ona 

danışmaq üçün verildiyindən danışırdı, həm də adamı “cinnən-donnan”, 

“məzhəbdən” çıxaranadək danışırdı. Onun başqa dərdi yox idi – o, sadəcə 

zəvzək idi. Allah adamı beləsindən qorusun! 

 

2-ci pərdə 



 

Pərdə hələ qalxmayıb. Pərdənin qabağına işıq salınıb. Möhsün əlində portfeli 

dərsdən gəlir. Geyim-kecimi yerindədir. Pərdənin arxasında Aşa səsini 

başına atıb: 

A  ş a: Allah evinizi yıxsın, görüm çırağınız sönsün, işıqlı dünyaya kor 

baxasınız, Yeni İl gecəsi də  işıq söndürərlər heç!? Siz heç müsəlman, insan 

deyilsinizmi!  İnsaf, insanlıq nə demək olduğunu heçmi qanmırsınız ay 

bişərəflər! 

M ö h s ü n arvadının səsini eşidib dayanır:  Yenə cin girib bunun içinə! Kif 

qoxan səsini tez kəsməsəm camaat içində yenə biabır olacağıq. (Addımlarını 

yeyinlədib gözdən itir). 

Səhnənin arxasından M ö h s ü n ü n səsi gəlir: Nə olub yenə! 

A ş a (o da səhnənin arxasından):  Canına dərd olub, böyrünə də qara azzar! 

Sənə demədim ki, işığı az yandır? Borca görə  işığı  kəsiblər, özü də  xəlvəti 

kəsib, blomlayıb qaçıblar şərəfsizlər! 

M ö h s ü n: (səhnə arxasından): Bayram vaxtı belə iş eləməzlər. 




                           “ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI 

                          __________________________________________________________________________ 

 



A  ş a (səhnə arxasından): Bah! Sənin kimi fağır-dilsizin hələ 

gəlib yataqda arvadının qucağına da girərlər!.. Burax qolumu! 

 

Pərdə qalxır. Möhsün arvadının qolundan dartıb qapıdan içəri 



salır. 

 

M ö h s ü n (Onun qolundan tutub hələ də dartır): Yenə həyasızlıq eləmə Aşa, 



səni and verirəm balalarının canına, məni camaatın içində biabır eləmə yenə, 

danışığına fikir ver, əxlaqsız şeylər danışma... 

A  ş a: Mənəm  əxlaqsız!? Günün günorta vaxtı  gəlib işığını  kəssinlər, sən də 

otur qoyun kimi gözlərini döy, elə..!? Burax qolumu dedim sənə! 

M ö h s ü n (onun qolunu buraxır):  İndi özüm məşğul olaram, sən sakit ol, 

keç içəri. (Ev telefonunu götürüb Mənzil  İstismarı  İdarəsini yığır): Alo 

JEKdi..?  İşıq idarəsinin telefonu lazım idi... (İşıq  İdarəsinin telefonunu 

dəftərçəyə qeyd edir və yenidən nömrəni yığır) 

A  ş a (deyinir):  Roman yazınca, bir az da bu oğraşların belə  şərəf-

sizliklərindən yaz! Yaz və göndər birbaşa prezidentə. Qoy bu gicitkən, 

qaratikan kimi insanları dalayan bu gözəgörünməz milçəkləri, gənələri, 

ağcaqanadların hamısını tutub bassınlar dama! 

M ö h s ü n (telefonda kənara deyir): Gərək axşam Aşa deyəndə lampanı 

söndürəydim.  İndi bir ay çərənləyib gecələr yazmağa qoymayacaq. Yazıq 

qonşular, on gün Aşanın “dır-dırı”ından təngə gələcəksiniz. (İşıq İdarəsindən 

axır ki telefona cavab verirlər) Alo.., salam. Möhsün müəllimdir sizi narahat 

edən – “Balıqçılar küçəsi-4” ünvanından.  İşçiləriniz bizim işığı  kəsiblər... 

(azacıq dinləyir) ...Axı belə olmaz qardaş. Gəlin deyin ki, – “Bu qədər 

borcunuz var, ödəməsəniz kəsəcəyik”. Biz də bir gün tez, bir gün gec pulu 

ödəyək, axı bayram günü işığı  kəsmək insafsızlıqdır. Nümayəndənizi 

göndərin pulu ödəyək və işığı qoşsunlar. 

Aşa mətbəxtdə qazan-qablamanı hirslə danqıldadır – soğandağı hazırlayır. 

M ö h s ü n: (mətbəxə doğru deyir) Uzağı yarım saata yoxlayıcı  gələcək və 

kabeli birləşdirəcəklər. (Kənara) Bilir ki, soğandağının qoxusundan 

iyrənirəm... Səni bildiyin qədər çəkəsən arvad!  

Möhsün pencəyini çıxarıb yemək stolunun arxasına keçir. Arvadı bir neçə 

dəfə zala keçir. Ərinin yemək, ya da çay gözlədiyini bildirən baxışlarını görsə 

də  mətbəxtdən Aşanın ancaq “qara kağızı” gəlir. Möhsün oturmaqdan bezib 

ehtiyatla dillənir, –  “Yeməyə bir şey var?” 

A ş a: Çor, qarayara istəyirsən gətirim! İşıq səhər ertədən sönüb! 

M ö h s ü n:  Heç olmazsa çay gətir... 



                           “ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI 

                          __________________________________________________________________________ 

 



A ş a: İşıq yansın sonra dəmləyərəm. 

M ö h s ü n:   (kənara) Söz güləşdirməyin yeri deyil. 

Möhsün qalxıb mətbəxə keçir, özünə çay süzüb yazı makinası 

olan balaca otağa gedir. Axşamdan yazdıqlarına göz gəzdirib 

karandaşla xırda qeydlərini eləyir. Birdən işıqlar qəfil yanıb 

sönür – deməli kabelləri qoşanlar gəliblər. Möhsün otaqdan çıxmamış, Aşa 

əlində dəmir kəfkir güllə kimi giriş qapısını açıb çölə tullanir. 

A  ş a: (Aşanın səsi boş pilləkən qəfəsində gur-gur guruldayır) Hansınız 

kəsmişdiniz bizim işığı, hansınız! Tez olun deyin, yoxsa ikinizi də bir-birinizə 

qatacağam. 

Kabeli izolentlə bağlayan cavan oğlan hürkmüş halda, – “Mən kəsmişdim 

xala...” – deyir. Aşanın kəfkirinin göydə parıldamağıyla zavallı  oğlanın 

alnından bıldır-bıldır qanın süzülməyi bir olur. Sayğacın çekini bayaqdan 

əlində uzatmış digər oğlan, – “Ay arvad sən neylədin!?” – deyib Aşanın 

əlindəki kəfkiri almağa cəhd edir. 

Aşanın canını almaq olar, amma kəfkiri  əsla! Möhsün və digər oğlan – əri 

Aşanın boynunu, digəri isə qolunu burub kəfkiri almaq uğrunda bütün 

güclərini toplayırlar. Kəfkir axır ki Aşanın  əlindən düşür və pillələrə 

yuvarlanır. Səsə üst qonşu Hacı Adil çıxir. Hacı Adil yaxınlaşıb Aşanı iki 

kişidən aralayır, qadının üstünə bağırır: 

H a c ı  A d i l: Əşşi bəsdirin da! Sizin səsinizdən bu binada nə yaşamaq olur, 

nə yatmaq! İt-pişik kimi bir-birinizi nə vaxtadək didəcəksiniz, yaşınızdan-

başınızdan heç utanmırsınız! Yenə  nəyi bölüşdürə bilmirsiniz! Sənin başın 

niyə yaralanıb? (Başından qan axan oğlanın əlini götürüb yaraya baxır) 

O ğ l a n (yazıq-yazıq): Bu xala kəfkirlə vurdu... 

H a c ı  A d i l: (Aşaya)  Sən ipə-sapa yatmayacaqsan?! Nə istəyirsən bu adam-

lardan, nədir içindəki bu xainlıq, paxıllıq! Niyə dinc durmursan, indi nə 

cavab verəcəksən, xalxın uşağının vurub beynini partlatmısan! 

A  ş a: Belə  vələdizinanı  əkib-döğanı  lənətə  gəlsin, heç bayram vaxtı da işıq 

kəsərlər, bəs vicdanı  sızlamırmı ki, bu yazıq camaat bayram gecəsi 

qaranlıqda hökumətə, dövlətə lənət yağdıracaq! 

H a c ı  A d i l: Sözün var, get hökumətə de, bu yazığın nə günahı var axı. 

A ş a: Bu hökumət deyil bəs nədir! 

Yaralı  oğlan qanlı  əlini rəhmi gəlsin deyə  Aşaya göstərib: Ay xala, mənə 

deyirlər get kəs, mən də gəlib kəsirəm, mənim nə günahım var bunda? 

A  ş a: (əvvəl yumşaq danışır və birdən yenə coşur) Gəl denən ki, – “Xala, 

məni göndəriblər işığınızı kəsməyə”, mən də gedim onu deyən kimdirsə, onu 

salım ayağımın altına! Arvad kimi xəlvətcə gəlirsən, işığı kəsib qaçırsan. Hələ 




                           “ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI 

                          __________________________________________________________________________ 

 



yaxşı ki, kabeli kəsəndə  əlimə düşməmisən, yoxsa əlini kabelə 

yapışdırıb tokla öldürərdim səni. 

 O ğ l a n: (çeki əlində tutan digər oğlana) Bu zır dəliymiş ki... 

M ö h s ü n: Ağzını təmiz saxla, adam özündən böyüyə belə de-

məz. 

Möhsün, bu qahmarlığının lap yalnış olduğunu dərhal anlayır və yetim kimi 



Aşanı süzür. 

A  ş a: (ərinə  çəpəki baxır)  Elə bu..! Daha heç nə deməyəcəksən? Salıb 

ayağının altına it balası kimi tapdalamayacaqsan? Arvadına zır dəli deyən bir 

südəmərdən namusunun qisasını almayacaqsan!? 

M ö h s ü n: Kəs səsini, gör uşağı nə kökə salmısan!  

A  ş a: Onu heç böyüməsin, elə  uşaqkən gəbərsin!  Əcəb eləmişəm,  əlimin 

içindən gəlib! 

Aşa dartınıb oğlanın qan axan yaralı başına bir qapaz da ilişdirir. Oğlan bu 

dəlixana yığnağının  əlindən qaçmaqla canını güclə qurtarır – tələsik çıxıb 

gedir.  


Çek yazan oğlan bu ər-arvada “ağıl vermək” istəyir,  – “Adam da belə  iş 

tutar? İşıq pulundan ötrü adam öldürərlər?”.  

A ş a: (Onun sözünü yarımçıq kəsir) Bas bayıra ədə!  

Oğlan əlində çek başını bulaya-bulaya səhnədən gedir. 

İndi Aşa mətbəxdən otağa, otaqdan mətbəxə keçir, ara vermədən Möhsünün 

qarasınca deyinir. 

A  ş a: Biqeyrət! Gözünün qabağında arvadına zır dəli desinlər, sən də dur 

mal kimi gözlərini döy! Ay Allah, sən niyə  məni öldürmürsən, niyə canımı 

alıb bu qalınqabıqdan xilas eləmirsən! Camaatın kişiləri gələndə arvadları 

zağ-zağ əsirlər, qorxularından siçan deşiyi axtarırlar gizlənməyə. Bizimki isə, 

elə bil hamam kisəçisidir. Barmaqları arvad əlindən betərdir..! 

 M ö h s ü n:  Aşa.., (Aşa bir anlıq durub ərinə baxır, ərinin dişi bağarsağını 

gəmirir)  Aşa səni lənətə gələsən. Aşa Allah səni öldürsün! Heyif mənim bu 

dəfəki ömrümə, çox heyif... Gör neçə ildir ki, səhər-axşam sənin acı sözlərinlə 

zəhərlənirəm... Allah məni bu əzabdan qurtar. Ölməyə razıyam Allahım, təki 

məni el içində xar olmağa qoyma, ya Rəbbim! 

A ş a: Amin! İnşallah tez ölərsən, bəlkə mən də bir gün görəm... 

Möhsün hirslə ayağa qalxır. Aşa bu saat ona endiriləcək ağır silləni 

qarşılamaq üçün biləklərini sifətinə tutur. Ancaq Möhsün havaya qaldırdığı 

əlini astaca endirir, pencəyini geyib hirslə bayıra çıxmaq istəyir. Amma 

qapıda bir polis işçisi ilə qarşılaşır və onunla birlikdə otağa qayıdır. Polis baş 

leytenantdır. 




                           “ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI 

                          __________________________________________________________________________ 

 



P o l i s: Salam. Poliklinikadan xəbər veriblər ki, bu ünvanda işıq 

pulu yığanı döyüb yaralamısınız. 

A ş a: İşıq pulu yığan yox, işıqkəsəni! 

Polis: (Qovluğu aça-aça) İzahat almalıyıq. Möhsün müəllim sizi 

yaxşı insan kimi tanıyırıq, amma belə bir işin sizin kimi bir 

alicənab adamın evində baş verməsinə düzü çox məəttəl qalmışam. 

M ö h s ü n: Allah şeytana lənət eləsin, bir işdi olub. Yaralının vəziyyəti 

necədir? 

P o l i s: Kəfkirin tininə düşüb, başına yeddi tikiş qoyublar. 

A ş a: Kəfkir deyildi, çömçəydi! 

M ö h s ü n (arvadına çımxırır): Çömçə deyildi, kəfkir idi!!! Keç o biri otağa! 

(İncəvara Aşa ərini pərt eləmir, yataq otağına keçib qapını çırpır.  

M ö h s ü n: (polisə) Bir az əsəbiləşmişdim, özümdən çıxdım. Yazığı  mən 

vurub yaralamışam – deyir və izahat yazıb imzalayır. 

P o l i s: (izahata göz gəzdirib deyir) İnciməyin, amma bizimlə bölməyə 

getməlisiniz. 

M ö h s ü n: Nə incimək, iti öldürənə sürütləyərlər, bir qələtdir eləmişik, 

özümüz də cəzamızı çəkməliyik (otaqdan birlikdə çıxırlar). 

Polis və Möhsün gedəndə Aşa yataq otağının pəncərəsindən pərdəni aralayıb 

xəlvəti həyətə baxır. Arvadın matı-qutu quruyub. Qəfildən pərdəni çəkib 

üzünü gizlədir (Əri maşından ona sarı boylanırmış) 

Pərdə salınır. 

 

3-cü pərdə 



 

Otağın zəngi basılır. Aşa qapını açır. Gülağa və böyük qızı  şən halda evə 

girirlər (Xalasıgildən qayıdırlar). Hər ikisinin halından məlum olur ki, 

səfərlərindən razıdırlar. Analarını növbə ilə öpürlər. Qız yan otağa keçir. 

G ü l a ğ a: Ana, atam hanı? 

A ş a: Neynirsən atanı? 

G ü l a ğ a: Yenə sinifdə məni uşaqların içində rüsvay elədi... 

A ş a: Niyə? 

G ü l a ğ a: Axşam evdə xahiş elədim ki, hazırlıqlarımı çatdıra bilmirəm, olar 

sabah məndən dərs soruşmayasan, o da candərdi razılaşdı. Amma sinifə girib 

jurnalı açan kimi məni qabağa çağırdı, – “Abdullayev Gülağa, dərsini 

bilirsən?”. Başımı  aşağı dikib dedim, – “Yox”. “Çıx qabağa!” – deyib məni 

yazı taxtasına çıxardı, məni dizləriüstə qoyub dərsboyu  əlləriyuxarı saxladı. 

Məni o ki var uşaqlara güldürdü...   




                           “ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI 

                          __________________________________________________________________________ 

10 


 

A ş a: Oğul, səncə düz eləmirmi? Sənin nə geyim, nə yemək, nə 

kitab-dəftər dərdin var. Hər şeyi almışıq, bircə borcun var – o da 

oxumaq. Sənin yaşında, atan bir qoyun dərisini  əlində 

gəzdirirdi, qoyun-quzu otaranda, kolxoza işləməyə gedəndə də 

vaxt tapıb arada o dərinin üstündə oturub dərslərini oxuyardı. 

Oxumaqdan adam yorulmaz... Məncə atan düz eləyib – birinci özününkünü 

cəzalandırmalıdır ki, özgəsinə dərs olsun. O məktəbdə sənin müəllimin, evdə 

isə atandır. Onunsa istədiyi təkcə bir şey var – övladları oxuyub adam ol-

sunlar. 


G ü l a ğ a: Ana, bunları sən deyirsən? Sənə bir şey olmayıb ki, sən yaxşısan? 

Bəs hanı atam? 

A  ş a: (yan otaqdakı  qızı  eşitməsin deyə ehtiyatla deyir) Polislər tutub 

apardılar... 

G ü l a ğ a (həyəcanla): Hara?! Niyə!? 

A ş a: Bir nəfəri döyüb yaralamışam, o da polisə şikayət edib. Atan da günahı 

öz boynuna götürdü... 

G ü l a ğ a: Zarafat edirsən!? 

A ş a: Məni zarafat edən görmüsən? 

G ü l a ğ a: Sən axırda bu kişinin başını yeyəcəksən ana! Axı nə istəyirsən sən, 

niyə hər şeyə bir mız qoyursan, heç nəyi bəyənmirsən axı?  

A  ş a: Bilmirəm oğul. Allah şeytana lənət eləsin. Elə bilirəm ki, dilimi dinc 

saxlasam əlimdəki hər şey dağılacaq, hamınızı birdəfəlik itirəcəyəm. 

G ü l a ğ a: Sən ağlını itirmisən ana..! 

A ş a: Bilirəm oğul... 

Aşa yandakı yataq otağına keçib qapını arxadan kilidləyir. Çarpayıya sərilib 

hönkürtüsünü uşaqlar duymasın deyə  ağzını yastığa dayayıb için-için 

zarıyır. Xeyli ağladıqdan sonra gözünün yaşını silib zala keçir. Gülağanı polis 

məntəqəsinə göndərir, –  “Get məntəqəyə gör nə  xəbər öyrənə bilirsən...”. 

Gülağa otaqdan çıxır. Aşa yenə pəncərənin pərdəsini aralayıb həyətə baxır – 

“Birdən onu həbs etsələr, təkbaşına uşaqlarıma necə baxaram?” – deyib 

başını  əlləriylə  sıxır. Zala keçib paltarları ütüləməyə başlayır. Dayanmadan 

gah mətbəxə keçir, gah da zalda var-gəl edir. Bir qədər sonra Gülağa 

məntəqədən qayıdır. Sifəti acıqlıdır. 

G ü l a ğ a: Sən nə eləmisən ana! Sənin ağlın tamam çaşıb! Niyə camaatın 

uşağını o kökə salmısan! 

A ş a (qayğılı): Gördün oğlanı..? 

G ü l a ğ a: Bölməyə  gətirmişdilər, izahatını almağa... Başı bütöv sarğının 

içindəydi. 



                           “ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI 

                          __________________________________________________________________________ 

11 


 

A ş a: Bəs atan niyə gəlmədi? 

G ü l a ğ a: Hara gəlsin, türməyə salıblar! 

A ş a: Yəni polis bunu ciddi qəbul edir? 

G ü l a ğ a: Vurub camaatın beynini dağıtmısan, bundan da 

ciddi nə olmalıydı? Yoxsa öldürmək istəyirdin adamı? 

A ş a: Bu nə işdi biz düşdük bu bayram axşamı... 

Aşa otaqları yenə var-gəl edir. Nə  qərara gəlirsə,  şalını başına atıb oğluna 

qıcanır. 

A ş a: Geyin! Mənə polisin yerini göstər! 

G ü l a ğ a: Nə edəcəksən, yoxsa onları da qırıb tökəcəksən, istəyirsən top-

tüfəng də götürək? 

A ş a: Çərənləmə, tələs! 

 

Birlikdə otaqdan çıxırlar. Pərdə salınır. 



 

4-cü pərdə. 

 

Polis məntəqəsi. Möhsün və sahə müvəkkili otaqda söhbət edirlər. Divardan 



prezident İlham Əliyevin portreti asılıb. Möhsün hirsli görünür. O, pencəyini 

stulun çiyninə salıb. Gülağa və  Aşa məntəqənin pəncərəsi önünə çatanda 

Mühsün onları görür. Aşa, Möhsünün baxışları qarşısında naməhrəm 

qadınlar kimi ərinin onu görməsindən utanır, örpəyi ilə yaşmanır. Aşa çox 

qeyzlə  gəlmişdi, amma indi muma dönür. Möhsün və polisin deyişmələrini 

Aşa və Gülağa da eşidir. Aşa və Gülağa səhnənin yarıqaranlıq bir küncündə 

var-gəl edirlər. 

P o l i s: Möhsün müəllim, dörd mindən aşağıya yeyə durmur. Hələ yaxşı ki, 

oğlan şikayətçi olmadı, yoxsa heç rəis boynuna da götürməzdi. 

M ö h s ü n: Daha yaxşı.  Şikayətçi yoxdursa, bəs bu qədər pulu niyə 

istəyirsiniz? Yenə 200-300 manat istəsəydiniz dərdyarıydı, bir əncam 

çəkərdik... Mən müəllimbaba adamam, məndə bu qədər pul hardandır ay 

qardaş. Get denən ki, 500-dən bir qəpik artıq verməyəcəyəm, tuturlar, qoy 

tutsunlar! 

P o l i s: Onda başqa çarəmiz qalmır, gərək yoldaşınızı xuliqan kimi çək-

çevirə salaq... 

M ö h s ü n: Bölmənizin altını üstünə çevirərəm! Kişilik hələ ölməyib, 

namusumuz  şərəfimizdən də üstündür. Axırıncı  dəfə deyirəm 1000 manat 

son verə biləcəyim puldur. Söz güləşdirmə mənimlə! 

P o l i s: Onda 100 də mənə verərsən, uşaqlarla boğazımızı yaşlayarıq. 




                           “ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI 

                          __________________________________________________________________________ 

12 


 

M ö h s ü n: Onu eliyərəm... 

Möhsün durub pəncərəyə yaxınlaşır. Aşa da pəncərəyə doğru 

yanaşır. 

M ö h s ü n (arvadına): Uşağa min manat pul ver gətirsin! 

Aşa başının işarəsilə, – “Yaxşı...” – deyir və Gülağa ilə səhnədən 

itirlər. Möhsün yerinə qayıdıb stulda əyləşir. 

P o l i s: Məllim, bəs deyirdiniz pulunuz yoxdur? 

M ö h s ü n: Bundan sonra sizə verməyə hələ çox pulum olacaq! (Kənara) Qoy 

bayram çıxsın, bir də ölüm hadisəsinə görə  məni çağıracaqsınız... – bunu 

deyəndə  Aşanı gördüyü bayaqkı  pəncərəyə doğru baxır. Sən yolda fikir 

verdinmi, bayram günüdü, amma poçtun qapısı açığıydı. Demək, bunlar işıq 

idarəsiylə razılaşdırılmış  işiymiş. Bayram günü işığı söndür, poçt da açıq – 

get pulu ödə. Yoxsa Yeni il gecəsi qaranlıqda qalacaqsan. Gör belə insafsızlıq 

olar heç?...  

P o l i s: Öz aramızdır, belə də olmayanda ödəmirik da... 

M ö h s ü n: Adamın insafı olar ey. Bunu kim düşünübsə, iblisdən də 

təcrübəli, məkrli adamdır. 

Bir qədər sonra Gülağa məntəqənin pəncərəsini döyüb atasını çağırır. 

Möhsün durub pəncərədən pulu alır. Oğluna pul da veriri ki, – “Yolüstü 

poçta dön, gör borcumuz nə  qədərdirsə ödə” – deyir. Gülağa, – “Yaxşı” – 

deyib gözdən itir. Möhsün otaqdaca sayıb pulu polisə uzadır. 

M ö h s ü n: Daha mənlik bir işiniz qalmadı ki? 

P o l i s: Yox, gedə bilərsiniz. Cibiniz dolu olsun. 

Möhsün sağollaşıb bölmədən çıxır. Səhnə dönür və Möhsünün evidir. 

Möhsünü qapıda Gülağa qarşılayır. Möhsün hirslidir. 

M ö h s ü n (oğlundan soruşur): Borcumuz nə qədər idi? 

G ü l a ğ a: 7 manat, 50 qəpik. 

Pencəyi  əynindən çıxarıb asılqandan asıb birbaş  mətbəxə gedir. Axtardığını 

orda tapmır. Yataq otağına keçir. Aşanın ağlamaqdan gözləri  şişib. Saçı 

dağınıqdır.  Əfv diləyən yaşlı baxışlarla  ərini süzür. Gözləri bir-birinə tuş 

gələndə isə  Aşa yenidən hönkürüb üzünü yastığa dayayır. Can verən 

adamlar kimi boğuq səsi güclə eşidilir, – “Bağışla məni Möhsün, bağışla...” – 

deyib başını yastığa daha bərk sıxır. Möhsün yerində donub qalır.  

M ö h s ü n (tamaşaçılara doğru yeriyir): Bu ağlayan mənim uşaqlarımın 

doğmaca anası, uşaq vaxtı birlikdə qayğısız oynadığım, birgə böyüdüyüm 

dayım qızı, vaxtilə çox sevdiyim, məni gündə it kimi dalasa da ətimi yeyib 

çölə atmayan ömür-gün yoldaşımdı. 




                           “ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI 

                          __________________________________________________________________________ 

13 


 

Möhsün Aşanın yanına qayıdır və ehtiyatla əlini onun pırtlaşıq 

saçlarına aparır. Aşanın telini sığallayır.  İçində azacıq da olsa 

hirs və kin qalmayıb. 

A  ş a (Qalxıb düz onun üzünə baxır):  Mən daha əvvəlki kimi 

olmayacağıma söz versəm məni bağışlayarsan?” 

M ö h s ü n: Sən mənim uşaqlarımın anası, mənimsə namusumsan. Biz 

birlikdə övladlarımızı bir ağ günə  çıxarmağa borcluyuq, onlara yaxşı 

nümunə olmalıyıq. 

A ş a: Bağışla məni, xahiş edirəm... Gəl bir də ayrılmaq barədə düşünməyək. 

Hər dəfə düşünəndə ki, biz nə vaxtsa boşanmalıyıq, onda dəli oluram. Hər 

açılan səhəri ayrılıq günü kimi qarşılayıram. Hər gün tökdüyüm zəhərlər 

həmin günün acı  əntəşəsidir. Hərdən o günün tez yetişməsini özüm də 

arzulayıram ki, bu iztirablarıma son qoyulsun. Gör sənə  nə  qədər  əzab 

vermişəm Möhsün... Qurbanın olum, nolar, keç günahlarımdan. Mən sənsiz

övladlarım olmadan yaşaya bilmərəm. 

M ö h s ü n: Sən də  məni bağışla.., sənə  bəlkə  də lazımınca diqqət 

ayırmamışam. Mən də günahkaram... 

Aşa ərinin boynunu qucaqlayıb üzündən öpür, Möhsünsə onun alnından. 

A  ş a: Əzizim, sən axırıncı  dəfə  mənim başımı  nə vaxt sığalladığını 

xatırlayırsanmı..? 

M ö h s ü n: Günahkaram Aşa, bağışla. 

Aşa içini çəkir və onun sinəsinə qısılır. 

M ö h s ü n: Biz nə vaxtdandır fitrə-zəkat vermirdik? 

A ş a: Unutmuşam... 

M ö h s ü n: Qoy o min manat, acılı günlərimizin fitrəsi, canımıza gələn qada-

bəla olsun. 

Onlar qol-boyun xısınlaşa-xısınlaşa dərdləşirlər. Sanki bir-birini ilk dəfədir 

görür və ilk məhəbbətin ilk ülvi təmaslarını yaşayırlar. Bu günədək zəhər-

zəkkumla keçən dövrlərini yada salıb boşuna yelə verdikləri günlərinə o ki 

var gülürlər. Hər dəfə  zəvzək halını arvadına xatırlatdıqca Aşa haldan hala 

düşür, yanaqları  qıpqırmızı allanır. Aşa, sanki bir dünya gözəli, mələk 

olmuşdu  ərinin gözlərində. Möhsün arvadının yanaqlarında gilələnən yaşı 

silir, qaşını, burnunu, dodaqlarını oxşayır, Aşa isə onun sinəsinə  qısılıb 

yanaqlarını öpür, qayğılı gözlərinə baxmaqdan doymurdu. Bu saat dünyada 

onlardan xoşbəxt və qayğısız cütlük yox idi. Sanki Möhsün ilk dəfə idi ki, bir 

qadına məhz indi aşiq olurdu. Bu illər boyu gündə min dəfə gördüyü Aşa, 

indi onun gözündə tam başqa biri olmuşdu. Hər ikisi bəlkə də yüz dəfə and 




                           “ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI 

                          __________________________________________________________________________ 

14 


 

içib söz verdilər ki, bir daha bir-birini qırmayacaq, keçən günləri 

xatırlamayacaqlar.  

Zalda həyəcanla və xorla çığıran övladlarının səsinə öz şirin 

xəyallardan ayılırlar. Qayğısız övladları saat əqrəbinin 12-ni 

“vurmasını” sayırdılar, – “...9, 10, 11, 12...! Urra!!! Yeni İlimiz 

mübarək!”.   

A ş a (Ərinin yanağından öpür): Yeni ilin mübarək əzizim. 

M ö h s ü n: Yeni İlin mübarək başımın tacı... 

Uşaqlar içəri təpilirlər. 

U ş a q l a r: Yeni iliniz mübarək ata, ana... 

A ş a: Yeni iliniz mübarək mələk balalarım..! 

Möhsün, doyunca ağlamaq istəyir. O, səhnədən çıxır... Uşaqlar analarına 

sarılıblar. İşıqlar zəifləyir. Pərdə yavaş-yavaş enir.  

P ə r d ə   a r x a s ı n d a n   s ə s: Aradan xeyli vaxt ötdü. Aşa indi ərinin 

gecələr yazmasına mane olmurdu, əksinə yazdıqlarına ciddi maraq gös-

tərirdi. Çünki, Möhsün alternativ enerji mənbələri barəsində  tədqiqat işi 

yazırmış.  İnşallah uğurlu alınsa və  təcrübədən də üzüağ  çıxsa, hamımızın 

dövlətdən elektrik asılılığına son qoyulacaqdı. 

 

Son. 



 

07 aprel 2014-cü il 



 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə