ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   ...   42   43   44   45   46   47   48   49   ...   70

  – Elə isə nəşə çəkməyi gərək buraxasan.  
  – Ay səfeh, de görüm aldığın o yazıq iti niyə döyürsən? 
  İtimi, sol əlimlə onun quyruğundan yapışıram, sağ əlimlə də kürəyinə vura-vura onu 
döyürəm.  
  – Bəs itinə nə ad qoymusan? 
  Nino mülayim bir səslə: 
  – Onu Kilimancaro deyə çağırıram.  
  Gözlərimi ovuşdurdum və birdən hər şey gözlərimin qabağında canlandı: Naçararyan, 
Qarabağ atı, ay işığı ilə aydınlaşmış yol və Seyidin tərkindəki Nino.  
  “Nino!” deyə bağıraraq yerimdən atıldım: “Buraya necə gələ bildin”? 
  Arslan ağa, məni öldürmək istədiyini şəhərdə hamıya danışıb. Elə ona görə də buraya 
gəldim.  
  Onun gözləri yaşla dolu idi.  
  – Sənin üçün elə darıxmışam ki, Əli xan, heç inanmazsan.  
  Əlim Ninonun saçlarına toxundu. Onu qucaqlayıb öpdüm, dodaqları açıldı. 
Dodaqlarının hərarəti məni məst eylədi.  
  Ninonu döşəyə uzandırdım və əynindəki ipək paltarını çıxartdım. Onun bədəni yumşaq 
və ətirli idi. Nino o qədər arıq idi ki, onun qabırğaları görünürdü. Onu qucağıma alıb elə 
bərk sıxdım ki, ağrıdan zarıdı. “Nino” dedim. Bu kəlmənin sanki sehrli qüdrəti vardı. Bu 
kəlmənin sehri ilə real nə vardısa, qeybə çıxdı. Bu reallıqdan yalnız iki  yaşarmış iri gürcü 
gözləri və hər şeyi – qorxunu, ləzzəti, marağı və xoşbəxtliyi birdən-birə yaxşı yandıran 
ağrını əks etdirən gözlər qalmışdı. Nino heç ağlamadı, fəryad da qoparmadı. Nino birdən-
birə yorğanı qaldırıb, onun altına girdi və sifətini sinəmə dayayaraq gizlətdi. Onun zərif 
bədəninin hər bir hərəkəti yağışa susamış torpağın imdadını xatırladırdı.  
  Yorğanı xəfifcə ayaq ucuma doğru çəkdim.  
  Bir müddət səssiz, yorğun və xoşbəxt halda uzandığımız yerdə qaldıq. Birdən Nino 
dilləndi:  
  – İndi mən evimizə qayıdacağam. Artıq sənin məni öldürməyəcəyini anladım.  
  – Buraya  təkmi gəlmisən, Nino? 
  – Yox, məni buraya Seyid Mustafa gətirdi. O məni buraya gətirərkən dedi ki, səni Əli 
xanın yanına aparıram. Amma onu incitsən, səni öldürərəm. Odur ha, Seyid Mustafa 
bayırda oturub, əlində də tapança, əgər səni məyus etmişəmsə, onu içəri çağıra bilərsən.  
  Mən onu çağırmadım. Əvəzində Ninonu öpdüm.  
  – Elə bunun üçün buraya gəlmisən?  
  – Yox, – deyə Nino düzünü dedi.  
  – Elə isə söylə görüm, nə üçün buraya gəlmisən?  
  – Nəyi söyləyim? – deyə Nino dilləndi.  
  – O gecə Seyid Mustafanın atının tərkində Bakıya dönərkən niyə susurdun?  
  – Qürurumdan.  
  – Bəs indi nə üçün buradasan?  
  O da qürurumdan... 
  Onun əlini əlimə alıb, çəhrayı gül rəngli barmaqlarını oynatdım.  
  – Bəs Naçararyan  məsələsini necə izah edəcəksən? – dedim.  
  Nino yavaşca dedi:  
 
91


  – Heç fikirləşmə ki, o məni zorla qaçırdırdı. Mən elə hərəkət etməklə də doğru etdiyimə 
inanırdım. Lakin yanılmışdım. Günah məndə idi və mən ölməli idim. Onun üçün 
danışmayıb susurdum... Elə bu səbəbdən də buraya gəlmişəm. İndi hər şeyi artıq 
öyrəndinmi?  
  Onun isti ovucunun içini öpdüm. Həqiqət onun özü üçün çox təhlükəli bir şey olduğu 
halda O, açığını danışırdı. Sonra Nino ayağa durdu, otağa nəzər saldı, qəmgin halda dedi:  
  – İndi mən evimizə qayıdıram. Sən mənimlə evlənməli deyilsən.  
  Mən Moskvaya gedirəm.  
  Mən qapıya yaxınlaşıb, qapının bir tayını axıra qədər açdım. Çopur dostum Seyid 
Mustafa silahı əlində qapının bayır tərəfində bardaş qurub oturmuşdu. Onun yaşıl 
qurşağı da belində idi.  
  – Seyid – dedim – get bir molla və bir şahid çağır. Bir saata evlənirəm.  
  Seyid cavab verdi:  
  – Molla çağırmayacağam. Yalnız iki şahid gətirəcəyəm. Kəbini də mən özüm kəsəcəyəm. 
Mənim buna səlahiyyətim çatır.  
  Qapını bağladım. Nino çarpayıda oturmuşdu. Onun qara saçlar çiyinlərinə tökülmüşdü. 
O güldü:  
  – Bir fikirləş nə edirsən, Əli xan. Sən pozğun bir qızla evlənirsən.  
  Mən onun yanına uzandım.  
  – Sən doğrudan da mənimlə evlənmək istəyirsən? – deyə Nino soruşdu.  
  – Əgər məni ərliyə qəbul edərsənsə...Bilirsən ki, qanlıyam, düşmənlərim məni axtarırlar.  
  – Bilirəm, amma onlar buraya gəlib çıxmazlar. Gəl elə biz də burada qalaq.  
  – Nino, sən həqiqətən burada mənim yanımda qalmaq istəyirsən? Bu dağ kəndində, bu 
kasıb komada, evsiz, nökərsiz?  
  – Bəli, – deyə Nino cavab verdi. Mən burada qalmaq istəyirəm, çünki sənin burada 
qalmağın vacibdir. Mən ev işlərini görərəm, çörək bişirərəm və sənə yaxşı arvad olaram.  
  – Bəs burada darıxmayacaqsan?  
  – Yox, axı necə darıxa bilərəm ki,... səninlə bir yorğanın altında yatacayıq.  
  Kimsə qapını döydü. Paltarımı geydim. Nino da pijamamı əyninə geydi. Başında təzə 
əmmamə olan Seyid Mustafa içəri girdi. Onun dalınca da iki şahid. Sonra Seyid yerdə 
oturdu, qurşağından bir qələmdan çıxartdı. Qələmdanın üstündə “Yalnız allah yolunda” 
sözləri yazılmışdı. O, bir kağız götürüb sol ovucunda tutdu. Sonra qamış qələmi 
mürəkkəbə batırdı. Zərif bir xətlə yazmağa  başladı: “Bismillahül – rəhmanür-rəhim”. 
Sonra mənə üzünü tutub soruşdu:  
  – Ağa, adınız nədir?  
  – Əli xan Şirvanşir. Şirvanşir nəslindən olan Səfər xanın oğlu Əli xan.  
  – Dininiz?  
  – Müsəlmanam əlhəmdülillah.  
  – İstəyiniz nədir?  
  – İstəyim bu qadınla evlənməkdir.  
  – Xanım, sizin adınız nədir?  
  – Prinses Nino Kipiani.  
  – Dininiz?  
  – Rum Ortodoks kilsəsinə mənsubam. 
 
92


  – Sizin istəyiniz nədir?  
  – Bu adamın arvadı olmaq istəyirəm.  
  – Dininizi saxlamaq fikrindəsiniz, yoxsa ərinizin dininə keçmək istəyirsiniz?  
  Nino bir anlığa tərəddüd etdi, sonra başını qaldırıb, qürur və qətiyyətlə dedi:  
  – Mən öz dinimi saxlamaq niyyətindəyəm.  
  Seyid cəsarətlə yazırdı. Kağız onun ovcunun içindən sürüşür və kağızın üzəri yavaş-
yavaş çox gözəl ərəb kəlmələrilə dolurdu. Kəbin kağızı hazır idi.  
  – İndi siz imzalayın – deyə Seyid dilləndi.  
  İmzamı kağızın altına atdım.  
  İndi mən hansı famili yazmalıyam? – deyə Nino soruşdu.  
  – Təzə famili.  
  Nino bir əllə qələmi möhkəm sıxıb yazdı: “Nino xanım Şirvanşir”.  
  Sonra şahidlər də imzalarını qoydular. Seyid Mustafa üzərində öz adı həkk olunmuş 
möhürünü çıxardıb kağıza basdı. Zərif kufi xətti ilə orada bu sözlər həkk olunmuşdu: 
“Küll-İxtiyarın qulu Hafiz Seyid Mustafa Məşhədi”.  
  Seyid kəbin sənədini mənə uzatdı. Sonra məni qucaqlayıb farsca dedi: “Əli xan, mən 
yaxşı adam deyiləm”. Lakin Arslan ağa dedi  ki, sən Ninosuz bu dağlarda əldən gedərsən 
və əyyaş olarsan. Bu da günahdır. Nino yalvardı ki, onu da buraya gətirim. Əgər Ninonun 
dedikləri həqiqətdirsə, onu sevməlisən. Həqiqət deyilsə, elə sabah onu öldürək.  
  – Onun dedikləri həqiqət deyil, amma onu öldürməyəcəyik, qoy yaşasın.  
  Seyid Mustafa çaşqın bir baxışla mənə baxdı. Sonra otağa göz gəzdirib qəh-qəhə ilə 
güldü.  
  Bir saatdan sonra sulu qəlyan təntənə ilə uçurumdan aşağı atıldı. Bütün toy mərasimimiz 
bundan ibarət oldu.  
  Gözlənilmədən həyat birdən-birə yenidən gözəlləşməyə başladı. Mən küçədən keçəndə 
kənd camaatı mənə baxıb gülümsəyirdi. Mən də onlara gülümsəyərək cavab verirdim. 
Çünki xoşbəxt idim. Özümü misilsiz dərəcədə yaxşı hiss edirdim. İstərdim ki, bütün 
ömrümü balaca ayaqları olan, parlaq qırmızı rəngli Dağıstan şalvarı geymiş Nino ilə 
birlikdə burada keçirdim.  
  Nino özünü auldakı həyata uyğunlaşdırmışdı. Nino auldakı bütün qadınlardan fərqli 
olaraq başqa cür yaşamağı, başqa cür düşünməyi və başqa cür davranmağı bacaran bir 
qadın olduğunu kimsə hiss etmirdi. Kənddə heç kimin ev xidmətçisi olmadığı üçün, Nino 
da xidmətçi tutmaqdan qətiyyətlə imtina edirdi. Nino yemək bişirirdi, qonşuluqdakı 
qadınlarla laqqırtı vurur və kəndin bütün dedi-qodularını da bir-bir mənə danışardı. Mən 
isə ata minib ova çıxır, ovladığım heyvanları evə gətirir və Ninonun bişirdiyi bütün qəribə 
yeməkləri yeyirdim.  
  Bizim gündəlik  həyatımız belə keçirdi: səhər tezdən mən Ninonun ayaqyalın və əlində 
boş bir böyük səhəng bulağa su gətirməyə getməsini seyr edirdim. Səhəngi doldurduqdan 
sonra o yalın ayaqlarını kələ-kötür daşların üstünə ehtiyatda qoya-qoya geri qayıdırdı. 
Səhəngi sağ çiyninə qaldırıb, zərif əlləri ilə onun dəstəyindən bərk-bərk yapışırdı. Nino 
yalnız bir dəfə büdrəyib yıxılmışdı, səhəng də əlindən çıxıb yuvarlana-yuvarlana aşağı 
düşmüşdü. O zaman bu rüsvayçılığa dözməyən Nino acı göz yaşları tökürdü. 
Qonşuluqdakı qadınlar ona təsəlli verirdilər. Bu hadisədən sonra Nino su gətirmək üçün 
hər gün kəndin qadınları ilə birlikdə bulağa gedirdi. Onlar qaz yerişi ilə yamaclardan 
 
93


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə