ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   ...   38   39   40   41   42   43   44   45   ...   70

  – Möhtərəm knyaz, Əli xan evlənə bilməz. Son hadisədən sonra Əli xan artıq qanlıdır. 
İndi Naçararyan ailəsi ilə aramızda qan davası var. Mən oğlumu İrana göndərmişəm. 
Onun həyatının hər anı təhlükə altındadır.  
  Oğlum Əli xan,  sizin qızınıza ər ola bilməz.  
  – Səfər xan, çox rica edirəm, uşaqlarımızı qorumaq lazımdır. Onlar buradan Hindistana 
və yaxud İspaniyaya çıxıb getməlidirlər. Mənim qızımın  namusu ləkələnib. Onun 
namusunu ancaq nikah xilas edə bilər”.  
  – Möhtərəm knyaz, bu Əli xanın təqsiri deyildir. Sonra da qızınız əgər istərsə onun üçün 
bir rus və yaxud bir erməni kürəkən belə tapıla bilər. Mən buna əminəm.  
  – Amma çox xahiş edirəm. Qızım zərərsiz, məsum bir gecə gəzintisinə çıxmışdı, desəm 
heç kəs buna inanmaz. Elə boğanaq havada kim belə gəzintiyə çıxa bilər. Oğlunuz bu işi 
görməkdə tələsib. Ona qarşı sürülən ittiham təmamən səhvdir. Oğlunuz bu səhvi 
düzəltməlidir”.  
  – Orasını düşünürük, knyaz. Lakin nə olursa olsun, Əli xan artıq qanlıdır. Onun üçün o, 
evlənə bilməz.  
  – Səfər xan, mənim də bir ata olduğumu unutmayın. Səslər kəsildi. Hər yeri yenidən bir 
səssizlik bürüdü.  
  Nəhayət, yaralarımın sarğılarını açdılar. Bədənimdə ilk şərəfli nişanə olan yara yerimə 
toxundum. Sonra ayağa durdum. Tərəddüdlə addım ataraq otağın içində yeriməyə 
başladım. Nökərlər ürkmüş baxışlarla mənə baxırdılar. Otağın qapısı açıldı. Atam içəri 
girdi. Qəlbim şiddətlə çırpınmağa başladı. Nökərlər otaqdan çıxdılar.  
  Atam bir müddət susdu. O, otaqda gəzişməyə başladı. Sonra yerində dayanıb dedi: 
  – Hər gün evimizə polis gəlir. Polisdən başqa Naçararyanlar ailəsi hər yerdə səni axtarır. 
Onların beş nəfəri artıq İrana getmişlər. Mən evi qorumaq üçün evin ətrafına silahlanmış 
iyirmi nəfər adam qoymuşam. Hə, yadımdan çıxmamış deyim ki, Melikovlar da istifadə 
etdiyin kəhər atından ötrü səni qan düşməni elan ediblər.  
  Dostlarını da cəbhəyə göndərməyə nail oldular. 
  Mən cavab vermədən başımı aşağı əymişdim. Atam yanıma gəlib əlini çiynimə qoydu və 
mehribanlıqla dedi: 
  – Mən səninlə fəxr edirəm, Əli xan. Mən sənin yerində olsa idim, elə mən də eyni şeyi 
edərdim.  
  – Ata, sən razısanmı? 
  – Özü də hədsiz dərəcədə razıyam, – deyə atam cavab verdi və məni qucaqlayıb düz 
gözlərimin içinə baxa-baxa soruşdu: 
  – Qızı nəyə görə öldürmədin? 
  – Bilmirəm, ata. Mən yorğun idim. 
  – Onu da öldürsəydin, çox yaxşı olardı. İndi artıq gecdir. Mən səni bunun üçün  
təqsirləndirmirəm. Bütün ailəmiz səninlə son dərəcə fəxr edir. 
  – Bəs bunun axırı nə olacaq, ata? 
  – Atam, fikirli-fikirli  nəfəs alaraq  yenidən otaqda gəzişməyə başladı.  Sonra həyəcanla 
ah çəkib dedi:  
  – Sən burada qala bilməzsən. İrana da gedə bilməzsən. Polis və iki nüfuzlu ailə səni 
axtarırlar. Ən yaxşısı budur ki, Dağıstana gedəsən. Oradakı aulların birinə gedərsən, səni 
 
83


heç kim tapa bilməz. Çünki, nə bir erməni və nə də polis nəfəri cürət  edib oraya gedə 
bilməz.  
  – Bəs nə vaxtadək orada qalmalıyam, ata?  
  – Orada uzun bir vaxta qədər qalmalısan, Əli xan. O vaxta qədər ki, polis baş verən 
hadisəni unutsun və düşmən ailələr bizimlə barışsın. Mən sənə ara bir baş çəkəcəyəm.  
  O gecə yola düşdüm. Əvvəlcə Mahacqalaya, oradan da dağlara yollandım. Uzun yalları 
olan balacaboy atların belində dar dağ yolları ilə yuxarı dırmaşırdıq. Hədəfimiz dəhşətli 
bir uçurumun başındakı ucqar bir aul idi.  
  İndi mən burada, Dağıstan qonaqpərvərliyinin etibarlı himayəsində idim. Camaat mənə 
qanlı kimi baxırdılar. Zərif əllər tütününə nəşə qarışdırırdılar. Mən çox çəkirdim. Xəyallar 
içində üzərək susurdum. Qanadının altında himayə tapdığım adam-atamın dostu Qazı 
Molla  idi. O, mənə qayğı göstərirdi. Qazı Molla durmadan danışırdı, və onun dediyi 
sözlər gözlərimin qabağında canlanan həyəcanlı xəyallarımı dağıdırdı.  
  – Özünü xəyallara sürükləmə, Əli xan! Mənə qulaq as. Sən Andalalın əhvalatını heç 
eşitmisənmi? 
  Bilirsənmi, Andalal nədir? Altı yüz il bundan qabaq Andalal gözəl bir kənd idi. Böyük 
qəlbli, ağıllı və cəsur bir xan oranın hökmdarı idi. Lakin xalq onun bu qədər səxavətinə 
dözə bilmirdi. Buna görə də bir gün camaat hökmdarın hüzuruna gəlib dedilər: “Biz sənin 
əlindən artıq bezmişik, çıx get ölkəmizdən”. Hökmdar bu sözləri eşidib hönkür-hönkür 
ağladı, yaxın adamları ilə vidalaşıb atına mindi və çox uzaqlara, İrana getdi. Orada o, 
böyük bir adam oldu. Şah onu özünə müşavir etdi. O, bir çox ölkələri və şəhərləri fəth 
etdi. Lakin Andalal xalqına qarşı qəlbindəki kini saxlayırdı. Ona görə də o deyirdi ki, 
“Andalal vadisində çoxlu qızıl və daş-qaş dolu çox zəngin xəzinələr var, biz oranı fəth 
etməliyik”.  
  Şah böyük bir ordu ilə Dağıstana yola düşdü. O zaman Andalal xalqı, “siz sayca 
çoxsunuz, amma dağların ətəklərindəsiniz. Bizim sayımız isə sizinkindən çox azdır, ancaq 
biz dağın başındayıq. Lakin bizdən yuxarıda da cənabi Allah var. O bənzəri olmayan 
Tanrı hamımızdan güclüdür” dedilər. Beləliklə, Andalal xalqı döyüşə girişdi. Döyüşdə 
kişilər, qadınlar  və uşaqlar iştirak edirdilər. Ön cəbhədə isə Andalal hökmdarının İrana 
gedərkən kənddə qalmış oğulları vuruşurdular. Döyüşdə İranlılar məğlub oldular. İlk 
qaçanlardan biri şah oldu. Axırda qaçan isə şahı Andalala gətirən oranın hökmdarı oldu.  
  Bu hadisənin üstündən on il keçdi. Hökmdar yaşlandı və vətən üçün həsrət çəkməyə 
başlayır. O, Tehrandakı sarayını tərk edib atına minir və vətəninə yola düşür. Lakin 
kəndinə gəldiyi zaman, camaat düşmən ordusunu Andalala gətirən xaini tanıyır. Onlar 
onun üzünə tüpürürlər və qapılarını onun sifətinə bağlayırlar. Hökmdar  bütün günü atı 
ilə kəndin içində dolaşır, amma özünə bir dost tapa bilmir. Nəhayət, o, qazının yanına 
gedir və ona “Mən vaxtı ilə etdiyim günahımın cəzasını çəkmək üçün vətənimə gəlmişəm. 
Məni mühakimə et. Şəriətimizə uyğun olaraq hökm et” dedi. Qazı da ətrafındakılara əmr 
etdi ki, onun əl-ayağını bağlasınlar və sonra bəyan edib qərarını bildirdi: “Əcdadlarımızın 
qanununa  əsasən bu adam diri-diri basdırılmalıdır”. Sonra isə qazı adamlara müraciət 
edərək soruşur: “Ay camaat, bəyan edilmiş qərara siz nə deyirsiniz? Camaat da “Qoy elə 
olsun!” deyə qışqırdılar. Lakin qazı ədalətli adam olduğu üçün ondan soruşur: “Özünü 
müdafiə etmək üçün nə deyə bilərsən?” Hökmdar ona cavab verərək deyir: “Heç bir şey 
deyə bilmərəm, mən günahkaram”.  Əcdadlarımızın qanunlarına belə hörmətlə əməl 
 
84


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə