ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   ...   35   36   37   38   39   40   41   42   ...   70

  – Komandan xəbər tutsa, özündən çıxacaq. Çünki bu atı indiyə kimi özgə adam 
minməyib. Bu at ildırım kimi çapır. Ona heyifin gəlməsin. Sən onlara ancaq bu atla çata 
bilərsən.  
  Mən cəld atın yəhərinə sıçradım. Qamçını bu möcüzəli atın arxasına vurdum. At bir 
sıçrayışla məni kazarmanın həyətindən bayıra çıxartdı. Qaçanları izləmək üçün mən atı 
dəniz sahili ilə sürdüm. İçim nifrət və hirslə dolu idi. Hər şeyi yaddan çıxartmışdım. Atı 
tez-tez qamçılayırdım. Atın nallarından qığılcım çıxırdı. Şəhər evləri bir-bir arxamda 
qalırdı. Qəzəbim get-gedə artırdı. Hirsimdən atın yüyənini dartdım. At dik durdu. Sonra 
yenə dördnallı uçmağa başladı. Nəhayət, ay işığı düşmüş tarlaları və Mərdəkana gedən 
dar yolu gördüm. Hava sərin idi. Gecənin sərin havası əsəblərimi bir az sakitləşdirirdi.  
  Yolun sağında və solunda qarpız, yemiş bostanları uzanırdı. Ay işığında yumru 
qarpızlar iri qızıl halqalar kimi parıldayırdı, yemişlər isə qızıl külçələrə oxşayırdı. At 
dördayaq çapırdı. Adamın heç ruhu da incimirdi. Mümkün olduğu qədər özümü atın 
boynuna yaxın əymişdim. Üzüm onun sarı yalına toxunurdu. Birdən birə hər şey 
gözlərimin qabağında canlandı... 
  Mən onların danışdıqları hər sözü sanki eşidirdim. Mən indi hər şeyi lap yaxşı başa 
düşürdüm. İndi dərk edirdim ki, Naçararyanın planı sadə və real bir plandır: Ənvər paşa 
Anadoluda vuruşur. Çarın taxtı laxlamağa başlamışdı. Böyük knyazın ordusunda erməni 
batalyonu var. Cəbhə çökdüyü təqdirdə, Osmanlı ordusu  Ermənistana, Qarabağa və 
Bakıya axıb gələcəkdi. Naçararyan bunun nə nəticə verəcəyini yaxşı başa düşən bir 
adamdı. Ona görə də Naçararyan saysız-hesabsız qızıl külçələrini İsveçə göndərirdi. 
Qafqaz xalqlarının qardaşlıqlarından artıq heç nə qalmamışdı. O gecə operadakı loja 
gözlərimin qabağında canlandı. Naçararyan və Nino lojada oturub söhbət edirlər:  
  – Prinses, Şərq ilə Qərb arasında heç bir körpü ola bilməz, hətta məhəbbət körpüsü belə 
yoxdur.  
  Nino susaraq Naçararyanın dediklərini dinləyirdi.  
  – Osmanlı qılıncının təhlükəsi altında olan bizlər gərək əl-ələ verib birləşək. Biz 
Avropanın Asiyadakı elçiləriyik. Prinses, mən səni sevirəm. Biz bir-birimizə layiqik. 
Stokholmda həyat bizim üçün çox rahat olacaq. Stokholm Avropadır, Qərbdir.  
  Bu sözlər qulağımda elə cingildəyirdi ki, elə bil mən də lojada onların yanında 
oturmuşdum:  
  – Osmanlı ordusu gələrsə, bu ölkənin daşı daş üstə qalmayacaq.  
  Naçararyan sözünü tamamlayaraq dedi:  
  – Talehinizin necə olacağını şəxsən özünüz müəyyən etməlisiniz, Nino. Müharibədən 
sonra Londona köçərik. Bizi sarayda qəbul edəcəklər. Axı Avropalı özü öz taleyini 
müəyyən etməyi bacarmalıdır. Mən də Əli xana hörmət edirəm, ancaq o, səhranın əbədi 
qulu olan bir barbardır.  
  Bu sözlər xəyalımda səslənəndə atı qamçıladım. Məndən vəhşi bir bağırtı çıxdı. Çöl 
qurdları ayı görəndə belə ulayırlar. Mən də qurdlar kimi sürəkli və kədərli bir tərzdə 
ulayırdım. Qışqırmaqdan boğazım ağrıyırdı. Axı ay işığı düşmüş Mərdəkan yolunda niyə 
qışqırıram? Qəzəbimi sonraya saxlamalıyam. Kəskin külək qamçı kimi üzümə vururdu. 
Gözlərimdən yaş gəlirdi. Yox, yox mən ağlamıram. Göz yaşlarıma səbəb başqa şey deyil, 
ancaq küləkdir. Mən hətta Şərq və Qərb arasında körpünün, eləcə də məhəbbət 
körpüsünün olmadığını birdən-birə anlasam da ağlamıram. Ah, o hiyləgər, gülümsəyən 
 
77


gürcü gözləri! Bəli, mən çöl övladıyam, türklərin boz qurdundan törənmişəm. Gör 
Naçararyan hər şeyi necə ustalıqla planlaşdırmışdı: “Moskvada kəbin kəsdirib, sonra da 
Stokholma getmək”. Sən bir buna bax, Stokholmda bir otel. Təmiz, isti və ağappaq 
yorğan-döşək. Londonda da bir villa? Hirsimdən başımı atın boynuna yaxın əyirəm. 
Birdən qeyri-iradi olaraq atın boynunu dişlədim. Ağzım duzlu qan dadı ilə doldu. Villa? 
Naçararyanın Mərdəkandakı meyvə bağlarının içində bir villası vardı. Bakının bütün 
varlılarının da burada villaları var idi. Naçararyanın villası ağ mərmərdən tikilib, Roma 
üslubunda sütunları olan və dənizin qırağında yerləşən bir villa idi.  Görəsən, avtomaşın 
ilə Qarabağ atı hansı sürətlə gedə bilərlər? Naçararyanın villasını görmüşdüm. Qırmızı 
ağacdan düzəldilmiş enli bir çarpayısı vardır. O çarpayının üstünə Stokholm otelində 
olduğu kimi ağappaq döşək ağı sərilmişdi.  
  Bilirəm, o bütün gecəni oturub Ninoya filosofluq etməyəcək.  
  O ancaq öz işini görəcək... 
  Naçararyanın çarpayısı gözlərimin qabağında idi.  O çarpayı və şəhvətlə dolu, qorxu 
pərdəsi altında gizlənmiş o gözəl gürcü gözləri gözümün qabağında canlandı. Bu dəfə 
atın boynunu bərk-bərk dişlədim. O gözəl at dördnalla çapırdı. Tələs, tez tələs! Özünü 
itirmə, Əli xan, onları yaxalayana kimi qəzəbini içində saxla! 
  Mərdəkana gedən bu yol nə dar yol imiş. Birdən-birə qəhqəhə çəkib gülməyə başladım. 
Nə böyük xoşbəxtlikdir ki, biz Asiyada yaşayırıq, geridə qalmış, sivilizasiyadan uzaq olan 
Asiyada.  Qarabağ atları üçün yararlı cığırları olan Asiyada! Görəsən bu dar yollarda 
avtomobil böyük sürətlə gedə bilər, ya Qarabağın kəhər atları? Qərbdə istehsal olunmuş 
avtomobillər üçün bizim geniş və rahat yollarımız yoxdur.  
  Yolun qırağındakı bostanlardan qarpız və yemişlər elə bil mənə baxırdılar. Elə bil onların 
sifətləri var idi və onlar dil açıb deyirdilər: “Bu yollar xarici avtomobillər üçün deyildir. 
Bu yollar Qarabağ atlarını çapanlar üçündür”.  
  Görəsən bu at sürətə tab gətirə biləcəkmi? Heç sanmırdım. Bu anda knyaz Melikovun 
sifəti gəldi durdu gözlərimin qabağında. O, Şuşadakı günəşli günlərin birində qılıncını 
şaqqıldadıb demişdi: “Yalnız çar həzrətləri müharibə elan etdikləri zaman mən bu 
möcüzəli atı minəcəyəm”. Eh, nə olursa olsun, istəyirsə qoy, o qoca Qarabağlının atı üçün 
ağlamaqdan lap ürəyi partlayıb ölsün, mənə nə var. Ata daha iki qamçı vurub fit çalaraq 
havanı yardım. Yolun kənarları yabanı kolluqlarla dolu idi. Nəhayət, uzaqdan avtomobil 
motorunun səsini eşitdim. İndi iki böyük faranın kələ-kötür yollara işıq saçdığını gördüm. 
Bu avtomobilin saçdığı işıq idi. Asiyanın yararsız yollarında Avropa avtomobili 
səndələyə-səndələyə gedirdi. Ata daha bir qamçı vurduqdan sonra, artıq avtomobilin 
sükanı arxasında oturan Naçararyanı gördüm. Nino isə büzüşüb bir küncdə oturmuşdu. 
Axı, nə üçün onlar atın nallarının səsini eşitmirdilər?  
  Məgər Naçararyan gecə sükutunda kənardan gələn səsi eşitmirdi. Hər halda Naçararyan 
Mərdəkan yolunda sürdüyü Avropa avtomobilində özünü arxayın hiss edirdi. Mən əlimi 
tapançaya atdım. Gəl mərifətini göstər Belçika malı, indi növbə sənindir öz-özümə deyib 
tapançanın tətiyini sıxdım. Atılan güllənin işığı ani olaraq qaranlığı yardı. Avtomobilin 
sol arxa təkəri boşalıb əyildi. Çapıb maşına yaxınlaşdım. Qan beynimə vurdu. Tapançanı 
kənara tulladım. Artıq nə etdiyimi bilmirdim. Qorxudan gözləri təpəsinə çıxmış iki sifət 
mənə baxırdı. Naçararyan titrək əlini tapançaya uzadır. Aha, deməli o, Avropa 
avtomobilində o qədər də arxayın deyildi. Onun iri və kök barmaqlarının birində iri 
 
78


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə