ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   ...   31   32   33   34   35   36   37   38   ...   70

  – Hara gedək, Nino? 
  – Qriboyedovun məzarını ziyarət edək.  
  Monastır divarını dönüb, baxımsızlıq ucbatından köhnəlib pis vəziyyətə düşmüş bir 
məzar daşına yaxınlaşdıq. Onun üzərində “Sənin ağlın və əməllərin unudulmazdır, amma 
nə üçün Ninonun məhəbbəti sənin ömründən uzun yaşadı?” sözləri həkk edilmişdi.  
  Nino əyilib yerdən bir çınqıl götürdü. O, çınqılı qəbir daşına vurub əlini çəkdi. Çınqıl 
yerə düşdü və ayaqlarımızın altına yuvarlandı. Nino dərindən ah çəkdi. Bu köhnə Tiflisin 
xürafatı idi: əgər bir qız çınqılı nəm məzar daşına vurursa və çınqıl bir anlığa oraya 
yapışıb qalırsa, deməli həmin il qız ərə gedəcəkdir. Ninonun isə daşı yerə düşmüşdü.  
  Ninonun pərt olmuş sifətinə baxıb güldüm: 
  – “Görürsən də, evlənməyimizdən üç ay qabaq belə şey baş verir! Deməli, bizim 
Peyğəmbərimiz düz demişdir ki, “Ölü daşlara inam etmə”. 
  Nino “haqlısan” deyib susdu.   
  Biz yenidən funikulyor tərəfə getdik.  
  – Müharibə sona yetəndən sonra nə edəcəyik? – deyə Nino soruşdu.  
  Müharibə sona yetəndən sonra Bakının küçələrində və meydanlarında gəzməyə 
çıxacağıq, dostlarımızın evlərinə qonaq gedəcəyik, Qarabağa səyahət edəcəyik, gələcək 
uşaqlarımızı böyüdəcəyik. Bundan yaxşı nə ola bilər.  
  – Mən gedib Avropanı gəzmək istərdim. 
  – Parisə, Berlinə, haraya istəsən, oraya da gedərik. Bir qış uzunu gəzərik xarici ölkələri. 
Nino, yoxsa, artıq bizim vətənimizi sevmirsən? İstəsən Tiflisdə də yaşaya bilərik. 
 -Təşəkkür edirəm, Əli xan, sən mənim qayğıma çox qalırsan. Biz elə Bakıda qalacağıq.  
  -Nino məncə dünyada Bakıdan yaxşı yer yoxdur. 
 -Yəni, o qədər başqa şəhərlər görmüsən ki?  
  -Xeyr, görməmişəm. Ancaq istəsən, səninlə birlikdə dünya gəzintisinə çıxıb bütün 
şəhərləri görərəm.  
  – O zaman getdiyimiz hər yerdə yenə də Bakının köhnə divarlarını və Seyid Mustafa ilə 
söhbətlərini yada salaraq məmləkət həsrəti çəkəcəksən. Nə isə, bu söhbətlərin üstündən 
keçək. Çünki mən səni sevirəm.  
  Haqlısan, Nino, mən öz vətənimizi, onun hər daşını, səhrasındakı hər qum dənəsini də 
sevirəm.  
  – Bilirəm, Əli xan, burada qəribə bir şey yoxdur. Əcnəbilər üçün bizim şəhərimiz sadəcə 
isti, tozlu və neftə bulaşmış sıxıcı bir şəhərdir.  
  – Bu əcnəbilər bizim şəhəri tanımadıqları üçün belə düşünürlər.  
  – Nino əlini çiynimə qoydu. Onun dodaqları yanağıma toxundu:  
  “Biz isə yad əcnəbilərdən deyilik və heç bir zaman da yad olmayacağıq. Məni daima 
sevəcəksənmi, Əli xan?” 
  – Qiyamətədək, Nino.  
  Maşınımız şəhərdəki duracağa çatmışdı. Yenə Qolovinski prospekti ilə gedirdik. Fəqət 
bu səfər bir-birimizə sarılmışdıq. Sol tərəfimizdə nazik burma dəmir barmaqlıqlarla 
dairəyə alınmış böyük park uzanırdı. Parkın bağlı qapısının qabağında iki əsgər növbə 
çəkirdi. Onlar daş heykəl kimi quruyub durmuşdular. Qapının üstündə rus çarlığını 
təmsil edən qızıl suyuna salınmış qartal asılmışdı. Bu park Qafqaz canişini, böyük knyaz 
Nikolay Nikolayeviçin sarayı idi. Nino birdən dayandı. “Buraya bax” – deyə parkı 
 
69


göstərdi. Parkın hər iki tərəfində hündür şam ağacları var idi. Orada uzun boylu, arıq, ağ 
saçlı bir kişi gəzişirdi. O üzünü çevirən kimi dəli baxışlı gözlərindən böyük knyazı 
tanıdım. Onun üzü uzunsov, dodaqları da qısılmışdı. Şam ağaclarının kölgəsində böyük 
knyaz vəhşi bir heyvana bənzəyirdi.  
  – Əli xan, görəsən o nə düşünür? – hər halda çarın tacını, Nino.  
  Tac onun çal saçlarına yaxşı yaraşar. Bəs o nə edəcəkdir?  
  – Deyirlər ki, o çarı taxtından devirəcəkdir. 
  – Gəl, Əli xan, buradan gedək mən qorxuram. 
  Biz nazik dəmir burma barmaqlıqlarla dairəyə alınmış gözəl parkdan uzaqlaşdıq.  
  – Əli xan, – deyə Nino dilləndi, sən çarın və böyük knyazın əleyhinə o qədər də pis 
şeylər danışmamalısan, onlar bizi türklərdən qoruyurlar.  
  – Sənin vətənin çəkiclə zindan arasındadır. 
  – Mənim vətənim? Bəs sənin vətəninin vəziyyəti daha yaxşıdır? 
  – Bizim vəziyyətimiz daha başqadır. Biz məngənədə deyilik.  
 
  – Biz zindanın üstündə uzanmışıq, böyük knyaz də çəkici əlində tutub. Ona görə də ona 
nifrət edirik.  
  – Siz Ənvər paşanı sevirsiniz. Bu ağılsız bir şeydir. Onun şəhərimizə gəlişini heç bir vaxt 
görməyəcəksiniz. Böyük knyaz qələbə çalacaq.  
  – Allah böyükdür və orasını ancaq allah bilir, – deyə ehtiyatlı cavab verdim.  
   
   
  XVI 
   
  Böyük knyazın qoşunları Trabzona girmiş, Ərzurumu almış, Kürdüstan dağlarını aşıb 
Bağdad istiqamətində irəliləyirdilər. Böyük knyazın qoşunları Tehrana, Təbrizə və hətta 
müqəddəs Məşhədə belə soxulmuşdular. Artıq Türkiyənin və İranın yarısı üzərində 
Nikolay Nikolayeviçin zəhmli kabusu dolaşırdı. Böyük knyaz gürcü zadəganlarının 
toplantılarının birində belə demişdi:  
  “Çarın əmrinə tabe olaraq mən, İstanbuldakı Aya Sofyanın qübbəsi üzərində qızıl Bizans 
xaçının öz şan, şöhrətilə parlamayacağına qədər rahatlıq tapa bilməyəcəyəm”.  
  Hilal bayraqlı ölkələrin vəziyyəti yaxşı deyildi. Şəhərdə Osmanlı imperatorluğunun 
qüdrətindən və Ənvər paşanın müzəffər qılıncından danışan qoçularla, hamballar 
qalmışdılar. İran kimi bir ölkə artıq mövcud deyildi, bir az sonra Türkiyə adında bir ölkə 
də qalmayacaqdı.  
  Atam yaman qaradinməz olmuşdu, o, çox zaman evdə olmurdu. O, bəzən müharibə 
bülletenlərini oxuyur və xəritələrə baxırdı. Əldən gedən şəhərlərin adlarını pıçıltı ilə 
çəkirdi. Sonra da əlində təsbeh saatlarla danışmadan bir yerdə otururdu. Mən isə 
zərgərxanaları, çiçək dükanlarını və kitab mağazalarını durmadan gəzib Ninoya qiymətli 
hədiyyələr alırdım. Bu işləri gördüyüm zaman müharibə böyük knyaz və təhlükə altında 
olan hilal bayrağı bir neçə saatlığa zehnimdən çıxıb yayınırdı.  
  Bir gün atam dedi: “Axşam evdə ol, Əli xan. Bizə bəzi adamlar gələcək və bəzi məsələlər 
barədə söhbət edəcəyik”. 
  O bir az pərt idi. Başını yana çevirərkən, vəziyyəti anladım və istehza ilə dedim: 
 
70


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə