ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   ...   44   45   46   47   48   49   50   51   ...   70

  Atlı dedi ki, sizə çoxlu məktub göndəriblər, onlar yoldadırlar. Arslan ağa mənə çoxlu pul 
verdi ki, bu xəbəri siz birinci olaraq ondan eşidəsiniz. “Auldakı həyatımız sona çatır” 
deyə düşünüb məktubu açdım: Sonra məktubu oxumağa başladım:  
  “Sizi tanrı adından salamlayıram, Əli xan, necəsiniz? Atlarınız, şərabınız, qoyunlarınız 
və birlikdə yaşadığınız insanlar necədirlər? Məni soruşsanız, mən yaxşıyam, atlarım, 
şərablarım və ətrafımdakılar da yaxşıdır. Xəbərin olsun deyə bildirirəm ki, şəhərimizdə 
böyük hadisə baş verib. Məhbuslar həbsxanadan buraxılıblar, indi onlar şəhərimizin 
küçələrində gəzişirlər. Bilirəm, indi soruşacaqsan ki, bəs polislər haradadırlar? Amma bil 
ki, dünənə qədər hökumət nümayəndələri olan polislər indi dəniz qırağındakı 
zindandadırlar. Bəs əsgərlər? Artıq əsgər-filan da yoxdur. Bilirəm, dostum, indi başını 
yelləyib deyəcəksən ki, bəs bizim qubernator bu işlərə necə yol verir? Agah ol ki, bizim 
ağıllı qubernatorumuz yararsız adamları idarə etməkdən yorulub, dünən şəhərimizdən 
qaçmışdır. Ondan ancaq bir dəst şalvar və bir köhnə kokardı qalıb. Yəqin ki, mənə 
gülürsən, fikirləşirsən ki, yalan danışıram. İnan dostum, mən yalan danışmıram. Bilirəm, 
indi özün-özünə sual verib deyəcəksən ki, bəs nəyə görə çar şəhərimizə ordu birlikləri və 
yeni qubernator göndərmir? Xəbərin olsun ki, artıq çar mövcud deyil. Ümumiyyətlə indi 
heç bir şey mövcud deyil. Hələ bilmirəm bu şeylərə nə ad verirlər, lakin dünən məktəbin 
baş müəllimini döydük və heç kim bizə mane olmadı. Mən sənin dostunam, Əli xan. Ona 
görə də bütün bunları sənə ilk dəfə xəbər verən mən olmaq istəyirəm. Bütün 
Naçararyanlar ölkələrinə qaçıblar. Şəhərdə də daha polis mövcud deyil. Sağ-salamat 
qalın, Əli xan. Sənin dostun və qulun Arslan ağa”. 
  Başımı qaldırdım. Ninonun rəngi qaçmışdı. O, titrək səslə dilləndi: 
  – Əli xan, yol açıqdır. Biz evə qayıdırıq, evə! 
  Güclü sevincdən vəcdə gələn Nino bu sözləri təkrar edirdi. O, boynuma sarılıb “gedirik” 
deyə hıçqıra-hıçqıra ağlamağa başladı. O, yalın ayaqlarını auldakı tozlu həyətə 
döyəcləməyə başladı.  
  – Hə, elədir Nino, təbii ki, biz evimizə qayıdırıq.  
  Mən həm sevinirdim və həm də kədərlənirdim. Sarımtıl qaralı dağlar bütün gözəlliyi və 
cazibədarlığı ilə uzaqda parıldayırdı.  
  Uçurumun üzərinə soxulmuş arı yuvalarını andıran kiçik komalara baxdım, sonra 
üzümü möminləri ibadətə çağıran kiçik minarəyə çevirdim.  
  O gün aul həyatının son günü idi.  
     
  XXI 
   
  İnsanların sifətində qorxu və sevinc hissi bir-birinə qarışdığı aydın hiss olunurdu. 
Küçələrin bu başından o başına kimi uzanan qızılı rəngli qiymətli kağızlarda mənasız 
şüarlar yazılmışdı. Bazarda alver edən qadınlar tinlərdə toplanıb Amerika Hindularına və 
Afrika zəncilərinə azadlıq verilməsini tələb edirdilər. Müharibənin gedişi tərsinə 
dönmüşdü. Böyük knyaz qeybə çıxmışdı və cırım-cındır, üst-başdan tökülmüş, içində 
haldan düşmüş əsgər qalıqları şəhərin küçələrində sərgərdan dolaşırdılar. Gecələr atışma 
səsləri eşidilir, gündüzlər isə qarışıqlıq yaradanlar dükanları qarət edirdilər.  
  Nino əyilib atlasa baxırdı. “Mən müharibə olmayan bir ölkə axtarıram” deyə Nino 
barmağını rəngarəng bəzi sərhəd cizgilərinin üzərində gəzdirirdi.  
 
96


  Mən də istehza ilə dedim: 
  “Bəlkə Moskvaya və yaxud da Peterburqa gedək?” dedim.  
  Nino çiyinlərini çəkdi. Nino birdən barmağını Norveçin üzərində saxladı.  
  – Əlbəttə, o ölkənin barış içində olduğuna əminəm. Amma oraya necə gedə bilərik? 
  Nino köksünü ötürdü. 
  – Yox, oraya gedə bilmərik. Bəs Amerikaya nə deyirsən? 
  – Atlantik okean düşmənin sualtı qayıqları ilə doludur, – dedim. Bəs Hindistan, İspaniya, 
Çin, Yaponiya?  
  – Oralarda da ya müharibə gedir, ya da oralara gedib çıxa bilmərik.  
  – Əli xan, deməli biz tələyə düşmüşük? 
  – Düz başa düşmüsən, Nino. İndi qaçmağın heç bir mənası yoxdur. İndi biz heç olmasa 
türklər gələnə kimi şəhər əhlinin sağlam ağıllı və təmkinli olmasının yollarını 
axtarmalıyıq.  
  Nino narazı halda dilləndi: 
  – Axı niyə mən qəhrəmana ərə getmişəm! Mən şüarları, nitqləri sevmirəm. Əgər bu işlər 
belə davam edərsə, İrandakı sənin əminin yanına qaçacağam.  
  – Belə davam edə bilməz, – deyib evi tərk etdim.  
  İslam xeyriyyə cəmiyyətinin binasında bir toplantı vardı. Bir neçə ay bundan qabaq 
atamın evində xalqımızın aqibətinə böyük qayğı göstərən alicənab adamlar orada 
deyildilər. Binanın salonuna qolu qüvvətli cavanlar doluşmuşdular. Qapıda İlyas bəyə 
rast gəldim. İlyas bəy Məmməd Heydərlə birlikdə cəbhədən qayıtmışdılar. Çarın öz 
taxtını tərk etməsini eşidib şəhərə gəlmişdilər. Müharibədə gördüklərini qiyamətə qədər 
ürəklərində daşıyacaq adamlara bənzəyirdilər.  
  – Əli xan – deyə İlyas bəy mənə müraciət etdi – biz hərəkət etməliyik. Düşmən şəhərin 
qapısında dayanıb  
  – Bəli, biz özümüzü müdafiə etməliyik.  
  – Yox, bizim hücuma keçməyimiz lazımdır.  
  İlyas bəy bu sözləri deyib xitabət kürsüsünə qalxdı və amiranə bir səslə danışmağa 
başladı: “Hörmətli müsəlmanlar! Mən bir daha şəhərimizin vəziyyətini sizə izah etmək 
istəyirəm. 
  İnqilab başlanandan bəri cəbhə dağılır. Rus ordusundan qaçmış əlləri silahlı fərarilər 
soyğunçuluğa hazır vəziyyətdə Bakının ətrafında dayanıblar. Şəhərdə yalnız bir 
müsəlman hərbi hissəsi vardır. Bu hissə də “Vəhşi diviziya”nın könüllülərindən ibarətdir. 
Biz həm sayca və həm də hərbi sursat baxımından rus ordusundan zəifik. Şəhərimizdəki 
ikinci hərbi hissə isə “Daşnaksütyun” adlı erməni millətçi partiyasının hərbi dəstələridir. 
Bu partiyanın liderləri olan Stepan Lalayev və Andronik Ozanyan bizimlə təmas 
yaratmışlar. Onlar Qarabağı və Ermənistanı müdafiə etmək üçün şəhərin erməni 
sakinlərindən ibarət ordu düzəldirdilər. Biz bu ordunun yaradılması, eləcə də onun 
Ermənistan tərəfə yürüş etməsi barəsindəki planı təsvib etmişik. Bu səbəbdən də 
ermənilər bizimlə birləşib ruslara ultimatum verməyə razıdırlar. Biz tələb edirik ki, rus 
əsgərləri və qaçqınları bir də bizim şəhərimizdən keçməsinlər. Ruslar bizim tələbimizi 
rədd etsələr, biz ermənilərlə ittifaqda öz tələblərimizi hərbi yolla yerinə yetirmək 
iqtidarındayıq. Müsəlmanlar, “Vəhşi diviziya”ya yazılın və silaha sarılın. Düşmən qapı 
ağzındadır”.  
 
97


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə