ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   ...   26   27   28   29   30   31   32   33   ...   70

  – Qorxma, – dedim. Əgər türklər Bakıya gələrlərsə, səni evimdə gizlədərəm.  
  Naçararyan cavab verdi ki, o heç nədən qorxmur.  
  Nargin adasının arxasında ulduzlar parıldaşırdı. Sahilə dilsiz bir sükut çökmüşdü: 
“Dənizlə sahil daimi müdarizədə əbədi birləşən ərlə arvad kimi idi”. Bunu görəsən 
mənmi dedim, yoxsa Naçararyan? Artıq yadımda deyildi. Naçararyan məni evimizə 
gətirdi. Atamın yanına gedib dedim: “Knyaz Kipiani Şirvanşirlər ailəsinin ona göstərdiyi 
hörmət üçün minnətdarlığını bildirir. Nino artıq mənim nişanlımdır. Sabah onlara  gedin 
və qalan məsələləri də həll edin.  
  Mən çox yorğun və çox xoşbəxt idim. 
   
   
  XIV 
   
  Günlər həftələrə, həftələr də aylara qarışıb gedirdi. Bu zaman ərzində dünyada
ölkəmizdə və evimizdə çox şeylər baş vermişdi. Gecələr də uzanmışdı. Ağaclardan 
tökülən saralmış yarpaqlar Qubernator bağının cığırlarını örtmüşdü. Payız yağmurları 
üfüqü qaraltmışdı. Dənizin üzərində nazik buz layları üzürdü və onlar sahildəki 
qayalıqlara dəyib parçalanırdı. Günlərin birində küçələr ağappaq qarla örtüldü və bir 
müddət qış hökm sürdü. Sonra gecələr yenə də qısalmağa başladı.  
   Səhradan şəhərə ağır addımlarla yüklü dəvələr gəlməyə başladı. Dəvələrin sarı tükləri 
quma, torpağa bulaşmış və əbədiyyətə baxan gözləri hələ də uzaqlara zillənmişdi. 
Dəvələr güllə və silah dolu sandıqlar daşıyırdılar. Bunların hamısı böyük bir döyüşdə ələ 
keçirilmiş hərbi qənimət idi. Türk əsirləri də cır-cındıra çevrilmiş boz rəngli 
uniformalarında küçələrdən keçirdilər. Onlar dəniz sahilinə tərəf gedirdilər. Orada əsirləri 
kiçik gəmilərə doldurub Nargin adasına aparırdılar. Əsirlər bu adada dizenteriya 
xəstəliyindən, aclıqdan və vətən həsrətindən məhv olurdular. Qaçmağa müvəffəq olanlar 
İranın duz basmış səhralarında və yaxud da Xəzər dənizinin boz rəngli dalğalarında can 
verirdilər.  
  Müharibə çox uzaqlarda gedirdi. Amma indi gözlənilmədən müharibə gəlib lap yaxına 
çatmışdı. Biz onu yaxından hiss edə bilirdik.  
  Şimaldan əsgərlərlə, Qərbdən isə yaralılarla dolu qatarlar gəlirdi. Çar öz əmisini 
komandan vəzifəsindən kənar edib, orduya özü rəhbərlik etməyə başlamışdı.  
  Çarın əmisi indi Qafqazın hökmdarı idi. Onun qaranlıq və qorxunc kölgəsi vətənimizin 
üzərinə çökmüşdü. Böyük knyaz Nikolay Nikolayeviçin uzun və arıq əlləri Anadolunun 
mərkəzinə qədər uzanırdı. O, çara qarşı bəslədiyi qəzəbini ordularının amansız və 
vəhşicəsinə hücumları ilə soyudurdu. Böyük knyazın qəzəbi ilə gurlayan ordu qarlı 
dağları və qumlu səhraları aşaraq Bağdad, Trabzon və İstanbula qədər uzanıb gedirdi. 
Camaat ona “uzun Nikolay” ləğəbini vermişdi. Onun vəhşi çılğınlığından, qəzəbə gəlmiş 
müharibə qudurğanlığından hamı vahimə ilə danışırdı. Müharibəyə bir çox ölkələr 
qoşulmuşdular. Cəbhə Əfqanıstandan Şimal dənizinə kimi uzanırdı. Müxtəlif 
hökmdarların, dövlətlərin və sərkərdələrin adları, cəbhədə can vermiş qəhrəmanların 
cəsədlərinə qonmuş zəhərli milçəklər kimi qəzetlərin səhifələrini doldururdu.  
  Yenə yay gəldi. Qızmar günəş səhərin başına od yağdırırdı. Küçələrdəki  asfalt adamın 
ayaqları altında əriyirdi. Şərqdə və həm də Qərbdə zəfərlər bayram edilirdi.  
 
59


  Mən vaxtımı çayxanalarda, kafelərdə, dostlarımın yanında və evimdə keçirirdim. Erməni 
Naçararyanla dostluq etdiyimə görə bir çoxları məndən üz döndərmişdilər. İlyas bəyin 
alayı hələ də şəhərdə idi. Onlar kazarmanın tozlu həyətində hərbi təlim keçirdilər. Opera, 
teatr və kinoteatrlar müharibədən qabaq olduğu kimi tamaşaçıların üzünə açıq idi. Çox 
şeylər baş vermişdi, amma ölkəmizdə və evimizdə heç bir şey dəyişməmişdi.  
  İmtahanların yükü altında inildəyən Nino yanıma gələn zaman onun gözlərində dərin 
bir qorxu var idi. Xalam qızı Aişə müəllimlərin Şirvanşirin nişanlısına mərhəmət göstərib 
sinif jurnalına bir-birinin ardınca “kafi” qiymətlər yazdıqlarını xəbər verdi. Nino ilə 
birlikdə küçədə gəzən zaman onun məktəb rəfiqələri böyük bir maraqla arxamızca baxıb, 
bizi gözdən itənə qədər izləyirdilər. Biz şəhər klubuna, teatrlara və rəqs gecələrinə 
gedirdik.  
  Ancaq nadir hallarda tək qalırdıq. Dostlarımız bizi xeyirxahlıqla keçilməz bir qala divarı 
kimi əhatə edirdilər. İlyas bəy, Məmməd Heydər, Naçararyan və hətta dindar Seyid 
Mustafa belə bizi müşayiət edirdilər. Onların öz aralarında sözləri bir-birilə tutmurdu. 
Kök və zəngin olan Naçararyan şampan şərabı içib, Qafqaz xalqları arasındakı qarşılıqlı 
məhəbbətdən danışdığı zaman Məmməd Heydərin əhvalı pozuldu və dözməyib dedi: 
“Cənab Naçararyan, mənə elə gəlir ki, qayğıkeşliyiniz yersizdir. Çünki müharibədən 
sonra onsuz da cüzi miqdarda ermənilər sağ qalmış olacaqlar”.  
  Nino yerindən atılıb səsləndi:  
  – Amma Naçararyan sağ qalan kişilərdən biri olacaqdır.  
  Naçararyan söhbətə qarışmayıb, şampan şərabı içməkdə davam edirdi. Mənim 
eşitdiyimə görə o, bütün pullarını İsveç banklarına keçirmək niyyətindədir. Mən 
Məmməd Heydərdən Naçararyanla bir az mehriban olmağı xahiş etdim. O, qaş-qabağını 
sallayıb dedi: “Heç bilmirəm nə səbəbdən ermənilərə nifrət edirəm”. 
  Bu əhvalatın üstündən günlər, həftələr, aylar keçdi. Nəhayət, imtahan günü gəldi, Nino 
müqəddəs kraliça Tamara litseyinin imtahan zalında dayanıb riyazi tənliklərin həll 
edilməsində, klassik əsərlərdən iqtibaslar və tarixi rəqəmlər vasitəsilə kamilliyini sübuta 
yetirdi və məzun oldu.  
  Buraxılış gecəsindən sonra sevincindən özünə yer tapa bilməyən Ninonu evlərinə 
gətirəndən sonra qoca Kipiani dedi:  
  – İndi siz nişanlısınız. Hazırlaşın Əli xan, Tiflisə gedirik. Sizi ailəmizlə tanış etmək 
istəyirəm. Beləliklə, biz Gürcüstanın paytaxtı Tiflisə yola düşdük. 
  Tiflis sıx bir meşəni xatırladırdı. Bu meşədə hər bir ağacın öz adı vardı. Hər bir ağac o 
birisinin ya əmisi, ya əmioğlusu, ya dayıoğlusu, ya xalası, ya da xalası qızı idi. Bu şəhərdə 
yolu tapmaq, azmaq insan üçün o qədər də asan iş deyildi. Adlar köhnə palıda vurulmuş 
balta səsi  kimi adamın qulağında cingildəyirdi:  
  Orbeliani, Çavçavadze, Sereteli, Amilaxari, Abaşidze şəhərin kənarında Didube bağında 
ziyafət verirdi. Çalğıçılar gürcü zurnasında kaxetiyalıların döyüş havası olan 
“Mravalyaver”i və çılğın xevsurların “Lilo” rəqs havalarını çaldılar. Qutaisidən gələn 
Abaşidze familli əmi oğlu İveriya dağının mahnısı olan “Mqali Deliya”nı oxudu. Bir 
əmioğlu da “Davlur” rəqsini oynadı. Ziyafət bütün gecə davam etdi. Günəş dağların 
arxasından yavaş-yavaş işıq saçmağa başlayanda musiqiçilər himn çalmağa başladılar: 
“Dur, ey kraliça Tamara, Gürcüstan sənin üçün ağlayır”. Mən dinməz-söyləməz  Ninonun 
yanında oturmuşdum. Birdən birə qabağımızda xəncər və qılınclar parladı.  
 
60


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə