Li fəsil Gürcü rəqsində fənn proqramı



Yüklə 34,79 Kb.
tarix17.11.2018
ölçüsü34,79 Kb.

LI Fəsil

Gürcü rəqsində fənn proqramı

  1. Ümumi hissə

a). Giriş

Xalq rəqsi gürcü mədəniyyətinin ayrılmaz hissəsidir. O, məcburi fənn kimi ümumtəhsil sistemini əhəmiyyətli dərəcədə zənginləşdirəcəkdir.

Gürcü xalq rəqsinin tədrisi şagirdin fiziki və estetik inkişafına, böyüməkdə olan nəslin ümumi mədəniyyətinin tərbiyəsinə-geniş zövqlü, ləyaqət hisslərinə malik, əməksevər, ehtiyatlı davranış, eləcə də özünü ələ almaq qabiliyyətini inkişafına xidmət edir.

Gürcü rəqsi özünü büruzə verən xarakteri və fəndləri ilə şagirddə milli özünüdərketməni inkişaf etdirir və ənənəyə hörmət etmək hissini formalaşdırır.



b). Gürcü rəqsinin tədrisinin məqsəd və vəzifələri

Gürcü rəqsini öyrənməkdə məqsəd:



  • Gürcü rəqsinə münasibətdə öz münasibətini formalaşdırmaqdır;

  • Rəqs-yaradıcılıq qabiliyyətini inkişaf etdirməkdir;

  • Plastik ifadənin, əlaqələndirmənin, hərəkətin mədəni hazırlanması, boyatmanın formalaşmasına kömək göstərməkdir.

Bu maarifçilik məqsədləri ilə əlaqədar məktəbdə gürcü rəqsinin tədrisi aşağıdakı vəzifələrin həllini nəzərdə tutur:



  • Hərəki yaddaşın və ritm hissinin inkişaf etdirilməsini;

  • Öz bədəninə yiyələnməyin və musiqinin xarakterinin verilməsi qabiliyyətinin inkişaf etdirilməsini;

  • Gürcü xalq rəqsinin əsas elementlərinin öyrənilməsini;

  • Gürcü rəqs mədəniyyəti ilə ümumi tanışlığı;

  • Şagirdlərin yaradıcılıq prosesinə cəlb olunmasını.

c). Gürcü rəqsi fənninin tədrisinin təşkil edilməsi

Fənn ibtidai pillədə, IV sinifdə, həftədə 1 saat müddətində (cəmi 33 st.) tədris olunur.



ç). Gürcü rəqsi tədrisinin istiqamətlərinin təsviri

Rəqsin tədrisi iki istiqamətə açılır:



  1. Praktiki qabiliyyət-vərdişlər;

  2. Kommunikasiya, interpretasiya.

Tədris hər iki istiqamət çərçivələrində paralel olaraq və bir-biri ilə qarşılıqlı əlaqədə aparılır.

Praktiki qabiliyyət – davranışlar

Bu istiqamət çərçivələrində şagirdlər gürcü rəqsinin elementləri ilə tanış olur və onları öyrənir, onlarda praktiki alışma işlənib-hazırlanır və formalaşdırılır ki, bu da onların plastik ifadə və rəqs-improvizasiya qabiliyyətlərinin inkişafına xidmət edir.



Kommunikasiya, interpretasiya

Bu istiqamət çərçivələrində şagirdlər başqası tərəfindən ifa olunmuş rəqsin müzakirəsinə, fikrin aydın verilməsinə uyğun gələn terminologiyadan istifadə olunmasına və davranış normalarına əməl etməyə alışırlar. Şagirdlər birgə yaradıcılıq prosesində iştirak edirlər, müxtəlif tədbirlərə gedir və onlarda iştirak edirlər, öyrənilmiş rəqslər barədə informasiya əldə edirlər.



LII Fəsil

İbtidai pillədə fənn kompetensiyaları



IV Sinif

Gürcü rəqsi

Standart

İstiqamətlərə əsasən ilin sonunda nail olunası nəticələr

Praktiki qabiliyyət-vərdişlər

Kommunikasiya,

Interpretasiya



Gür.rəq.IV.1. Şagird gürcü rəqsinin elementlərini tanıyır və ondan istifadə edə bilər.

Gür.rəq.IV.2. Rəqs zamanı şagird əlaqələndirməyə əməl edə bilər.

Gür.rəq.IV.3. Şagird fərdi şəkildə və başqaları ilə birlikdə rəqs edə bilər.

Gür.rəq.IV.4. Şagird dinlənilmiş musiqi materialı əsasında improvizasiya edə bilər.

Gür.rəq.IV.5. Şagird öz tədris fəaliyyətini təşkil edə bilər.

Gür.rəq.IV.6. Şagird başqasının rəqsi ilə əlaqədar ə öz münasibətini əks etdirə bilər.

Gür.rəq.IV.7. Şagird rəqsin tədris terminologiyasından istifadə edə bilər.

Gür.rəq.IV.8. Şagird öyrəndiyi gürcü rəqslərini tanıya və xarakterizə edə bilər.

İlin sonunda nail olunası nəticələr və onların indikatorları

İstiqamət: praktiki qabiliyyət-vərdişlər

Gür.rəq.IV.1. Şagird gürcü rəqsinin elementlərini tanıyır və ondan istifadə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Rəqsin tanış elementlərini tanıya bilirsə;

  • Rəqs zamanı əsas gedişləri yerinə yetirə bilirsə;

  • Rəqsin xarakterini uyğun verə bilirsə;

  • Xüsusi əhəmiyyət vermənin və qoşulmağın müxtəlif növlülüyündən istifadə edirsə;

  • Sadə çəpəki fəndləri, diz fəndlərini yerinə yetirə bilirsə;

  • Rəqs zamanı məkanda düzgün hərəkət edirsə.

Gür.rəq.IV.2. Rəqs zamanı şagird əlaqələndirməyə əməl edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Bədəni düzgün tutursa;

  • Hərəkətləri yerinə yetirərkən gərginləşmirsə;

  • Müxtəlif saylarda barmaqlarının ucunda dura bilirsə;

  • Bir, iki və üç çalmaqla hərəkətləri yerinə yetirirsə;

  • Tək və iki ayağı üstə müxtəlif vəziyyətlərdə dura bilirsə.

Gür.rəq.IV.3. Şagird fərdi şəkildə və başqaları ilə birlikdə rəqs edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Rəqs zamanı düzgün xətlə, diaqonal burularaq, qövsvarı, dairədə, frontal və s. hərəkət edirsə;

  • Rəqsin hərəkətlərini, fəndlərini, kombinasiyalarını, fraqmentlərini, sadə kompozisiyalarını fərdi, cüt, qrup halında yerinə yetirə bilirsə;

  • Qılıncoynatma rəqslərində başqaları ilə birlikdə iştirak edirsə;

  • Partnyoru ilə qrupda sinxron hərəkət edirsə;

  • Başqaları ilə birlikdə rəqs zamanı müvafiq məsafəni gözləyə bilirsə;

  • Ümumi rəqs zamanı bütövlüyü pozmursa.

Gür.rəq.IV.4. Şagird dinlənilmiş musiqi materialı əsasında improvizasiya edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Hərəkətlə oyuna qoşulur, ritmi əks etdirə bilirsə;

  • Öz hərəkəti ilə musiqinin xarakterini verə bilirsə;

  • Təklif olunmuş fəndlərdən bu rəqs üçün müvafiq fəndləri seçə bilirsə;

  • Ona məlum olmayan rəqs zamanı başqa rəqs üçün xarakterik olan elementlərdən istifadə edirsə.

Gür.rəq.IV.5. Şagird öz tədris fəaliyyətini təşkil edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Məşqə vaxtında gəlirsə;

  • Dərs prosesi üçün lazımi əşyaları gətirirsə;

  • Dərsin gedişinə fəal qoşulursa;

  • Sual-cavabda iştirak edirsə.

İstiqamət: kommunikasiya və interpretasiya

Gür.rəq.IV.6. Şagird başqasının rəqsi ilə əlaqədar öz münasibətini əks etdirə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Gördüyü rəqs ilə əlaqədar müsbət və mənfi münasibətlərini ifadə edə bilirsə;

  • Tanış və tanış olmayan rəqsləri bir-birindən seçə bilirsə;

  • Özünün gördüyü rəqsin musiqi müşayiətinin nə qədər uyğun gəldiyini deyə bilirsə, konkret fraqmentin yerinə yetirilməsinin öz variantını təklif edə bilirsə;

  • Öz münasibətlərini konkret formada verə bilirsə.

Gür.rəq.IV.7. Şagird rəqsin tədris terminologiyasından istifadə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Söhbət zamanı tədris olunmuş terminləri düzgün tələffüz edirsə;

  • Lazım gəldikdə onları izah edə bilirsə;

  • Ona tanış olmayan fəndlərin, hərəkətlərin, sadalanması, terminin dəqiqləşdirilməsi məqsədi ilə suallar verirsə;

Gür.rəq.IV.8. Şagird öyrəndiyi gürcü rəqslərini tanıya və xarakterizə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Musiqini dinləyərkən rəqsi tanıyırsa;

  • Öyrənilmiş rəqslərin xarakterik fəndlərini tanıyır və sadalaya bilirsə;

  • Öyrənilmiş rəqsləri ifaçıların tərkibinə, məzmununa, janrına əsasən xarakterizə edə bilirsə;

  • Rəqsləri kostyumlara əsasən fərqləndirə bilirsə;

  • Rəqsin musiqi müşayiəti üçün zəruri musiqi alətlərini sadalaya bilirsə.

Proqramın məzmunu

Rəqslərdən fraqmentlər:

  1. “Davluri-kartuli”;

  2. Seçmə: “Acaruli”, “Mtiuluri” və s.

Rəqsin elementləri:

  • Əsas gedişlər (Qabağa gediş, arxaya gediş, yana gediş);

Məşğələlər:

  • Sütun yanında və salonun ortasında;

  • Yüksək çəpəki fəndlərdə qalxıb-enmək (8, 4, 2, 1 saylarında) ;

  • Sərbəst ayağı çəpəki fəndlə döşəməyə vurmaq (2, 1 saylarında);

  • Çəpəki fəndin növbə ilə döşəməyə vurulması;

  • Üç çalğılı hərəkət.

Xüsusi əhəmiyyət verilmələrə hazırlıq məşğələləri:

  • Sadə, sürüşməli;

  • Sadə ritmin müxtəlif növünə hazırlıq məşğələsi.



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə