ƏSRƏ BƏrabər biR İLİn salnaməSİ



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə142/153
tarix15.07.2018
ölçüsü1,94 Mb.
#55918
1   ...   138   139   140   141   142   143   144   145   ...   153

rayona  daxil  olurdusa  onun  silahlı  qüvvələri  ilk  növbədə  rayon  icra  hakimiyyəti  baĢçılarını 
həbs edirdi.  
Ġsaxan AĢurov Qazax rayonunun, Nəriman Yəhyayev Mingəçevir Ģəhərinin polis rəisiydi. Belə 
3,  ya  4  polis  rəisi  vardı  ki,  dövlət  qurumlarını,  dövlət  binalarını  qorumağı  boyunlarına 
götürmüĢdülər, qalanların hamısı Surət tərəfə keçmiĢdi».  
HEYDƏR ƏLĠYEV HAKĠMĠYYƏTĠN ÜÇDƏ BĠRĠNƏ YĠYƏLƏNDĠ 
Milli Məclisin 15 iyunda keçirilən növbəti iclasında spiker seçilməliydi. Bu yığıncağı Tamerlan 
Qarayev aparırdı.  
Heydər  Əliyev  Gəncə  hadisələri  haqqında  danıĢdı,  ancaq  Surətlə  söhbətlərin  nəticəsindən 
konkret bir söz demədi. 
Ġbrahim Ġbrahimlinin sualını cavablandırarkən Əliyev bildirdi ki, mən Gəncədən qayıdan kimi 
dərhal  Azərbaycan  prezidenti  Əbülfəz  Elçibəyin  yanında  olmuĢam,  bir  neçə  saat  bütün 
məlumatları  prezidentə  vermiĢəm.  “Əgər  mən  bu  iĢə,  bir  də  qeyd  edirəm,  öz  vicdanımın 
tələbi  ilə,  ...  Azərbaycan  prezidenti  Əbülfəz  Elçibəyin  xahiĢi  ilə  cəlb  olunmuĢamsa,  demək, 
mən burada bu iĢlərin həll olunması üçün bütün imkanlarımdan istifadə edəcəyəm. Bu barədə 
heç kəsin Ģübhəsi olmasın”. 
Daha  sonra  H.Əliyev  dedi:  “Mən  Naxçıvandan  bura  özüm  gəlməmiĢəm.  Məni  bura  dəvət 
eləyiblər. Məndən dəfələrlə Ġsa Qəmbər, Pənah Hüseynov və Azərbaycanın prezidenti Əbülfəz 
Elçibəy  xahiĢ  ediblər  ki,  gəlim,  burada  bir  vəzifə  tutum,  bərabər  bu  məsələlərin  həll 
olunmasında iĢtirak edim. Mən bu vəzifədən imtina etmiĢəm. [...] Mən heç bir kreslo tutmaq 
istəmirəm, heç bir vəzifə tutmaq istəmirəm”. (Əliyev Naxçıvan Ali Məclisinin sədri seçilərkən 
də eyni sözləri iĢlətmiĢdi). 
H.Əliyev çıxıĢının sonunda bildirdi: “Ali Sovetin sədri kimi fəaliyyət göstərməyə hazıram”. 
Yığıncağa qatılan Əbülfəz bəy də çıxıĢ edərək müzakirələrə öz münasibətini bildirdi. O, indiki 
məclisdə  Ali  Sovet  sədrinin  seçilməsi  məsələsini  ön  plana  çəkməyin  məqsədəuyğunluğunu 
göstərdi. 
Heydər  Əliyevin  Ali  Sovet  sədrliyinə  namizədliyi  müzakirə  edilərkən  xüsusən  Tamerlan 
Qarayev ciddi müqavimət göstərdi. Bu, Heydər Əliyevi bərk qəzəbləndirdi və o, Milli Məclisi 
“çıxıb  getməklə”  hədələdi.  T.Qarayev  zalı  tərk  edib  getdi.  Əliyevin  sədrliyini  istəməyən 
deputatların  müqavimətini  qırmaqçün  Əbülfəz  bəyin  özü  iĢə  qarıĢmalı  oldu  və  yalnız  onun 
tövsiyəsindən  sonra  H.Əliyev  Ali  Sovetin  sədri  seçilə  bildi.  (Onun  seçilməsi  haqqında  Milli 
Məclisin qərarını Tamerlan Qarayev yox, Afiyəddin Cəlilov imzaladı). 
4 il yarım sonra Elçibəylə mənim aramda belə bir söhbət oldu: 
«-Bəy, Siz Heydər Əliyevin Ali Sovetin sədri seçilməsinə tərəfdardınız və deputatları da onu 
seçməyə  çağırdınız.  Bu  hərəkətinizi  sonradan  H.Əliyev  hakimiyyətinin  legitimləĢdirilməsinə, 
dünya birliyinin onu qiyamla deyil, demokratik yolla seçilmiĢ prezident kimi tanımasına Ģərait 
yaratmaq kimi qiymətləndirmirsiniz ki? 
 
-Qətiyyən yox! Heydər Əliyev legitim prezident deyil. Biz onu Bakıya çağıranda danıĢmıĢdıq 
ki, onu baĢ nazir təyin edəcəyik, sonra razılaĢdıq ki, o, Milli Məclisin sədri olacaq və bir yerdə 
qiyamı yatırandan sonra Azərbaycanın dərdlərini də birgə çözəcəyik. Bu, Pənah bəylə də, Ġsa 
bəylə  də,  baĢqalarıyla  da  razılaĢdırılmıĢdı.  Sadəcə  olaraq,  H.Əliyev  sədrliyi  ələ  keçirəndən 
sonra prezidentlik uğrunda mübarizəyə baĢladı. Mənsə bunu ondan gözləmirdim.
 


-Bəs onun Sizi aldada biləcəyini gözləmirdiniz?
 
-Xeyr,  gözləmirdim.  Ola  bilsin  ki,  bunun  mənim  tərəfimdən  bağıĢlanılmaz  sadəlövhlük 
olduğunu  deyəcəklər,  ancaq  onun  belə  edə  biləcəyini  həqiqətən  heç  cür  ağlıma 
sığıĢdırmırdım.
 
-Hər necə olsa da fakt budur ki, Sizin razılığınızla H.Əliyev gəldi və bu gün bizi istəyən də, 
istəməyən də, hətta H.Əliyevin özü də deyir ki, məni siz gətirdiniz, siz seçdiniz...
 
-Bəli, Heydər Əliyevi mən seçdirdim. Bunu danmıram. 
 
-Buna peĢman deyilsiniz ki?
 
-Hakimiyyətə gətirib seçdirənədək peĢman deyildim. Sonrakı fəaliyyətinə görəsə peĢmanam.
 
-Bəs niyə baĢqasını yox, məhz H.Əliyevi gətirdiniz?
 
-Ona  görə  ki,  H.Əliyevin  Azərbaycanda  nüfuzu  vardı  -  kütlənin  bir  hissəsi  onu  istəyirdi. 
VətəndaĢ müharibəsinin qarĢısını almaqda onun gücünə inandığımıza görə onunla birləĢməyə 
üstünlük verdik
».
 
(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - «Elçibəylə 13 saat üz-üzə», Bakı, 1999, s.70-71).  
Milli  Məclisin  tarixi  15  iyun  yığıncağı  beləcə  baĢa  çatdı.  Hadisələrin  sonrakı  gediĢini 
prezidentin  köməkçisi  O.Qasımovdan  öyrəndik:
 
H.Əliyev  Ali  Sovetin  sədri  seçildikdən 
sonra  prezidentlə  öz  iĢ  otağına  qalxmıĢ  və  Bəy  ona  sədr  kreslosunda  əyləĢməyi 
təklif edəndə H.Əliyev onun  yanında buna razı  olmamıĢ,  bu zaman  Bəy demiĢdi: 
«Öz  yerinizdə  oturun,  Heydər bəy.  Doğrudur, mənimçün çox çətindir,  çünki  Sizə 
öz  dostumun  (Ġsa  Qəmbərin  -  Ə.T.)  yerində  əyləĢməyi  təklif  edirəm.  Bu,  tarixi 
Ģəraitin  diktəsidir».  Cavabında  H.Əliyev  söyləmiĢdi:  «Cənab  prezident,  bu  stolu 
mənə  Siz  verdiniz.  Mən  Sizə  və  dövlətə  Ģərəflə  xidmət  edəcəyəm.  Ġnanıram  ki, 
Sizin siyasi dühanız, mənim təcrübəm dövləti ağır vəziyyətdən xilas edəcək». 
Beləliklə,  H.Əliyev  1987-nin  sonunda  Sov.ĠKP  Siyasi  Bürosunda  istefaya  göndəriləndən  bəri 
Azərbaycanda  hakimiyyətə  qayıtmaq  uğrunda  apardığı  çoxillik  inadcıl  mübarizəsində  ilk  ən 
ciddi  qələbəsini  qazandı  -  qanunvericilik  hakimiyyətinə  yiyələndi  və  bununla  dövlət 
hakimiyyətinin hələlik üçdə birini əlinə keçirdi.  
Heç  bir  qərəzi  olmayan  minlərcə  səmimi  insan  həmin  tarixdən  bugünədək  Əbülfəz  Elçibəyi 
məhz  Əliyevi  Bakıya  gətirdiyinə  görə  qınayır  və  onu  bağıĢlaya  bilmir,  neçə-neçə  siyasətçi 
rəqibisə xalqın məlumatsızlığından sui-istifadə edərək ona “H.Əliyevin adamı” kimi iyrənc ləkə 
yaxmaqdan ləzzət alır. Bəs əslində Elçibəy H.Əliyevi və niyə məhz onu Bakıya gətirmiĢdi? Bu 
sorğuya onun özü tam aydınlıq gətirir: 
«Məni bir məsələyə görə çoxları ittiham edir. Bu ittihamlardan qaçmıram. Xalq qurultayında 
iki  məsələ  haqqında  danıĢmaq  istəyirdim,  amma  burada  da  demək  olar.  H.Əliyevin 
hakimiyyətə gətirilməsində ən böyük təqsirkar mən sayılıram. Amma, məni ittiham edənlər, o 
zaman  siz  də  cavab  verəcəksiniz  -  hamımız  məsuliyyəti  bölüĢdürəcəyik.  Mən  əsas  yükü  öz 
boynuma götürürəm, amma hamısını mənim üstümə atıb qaçmayın - yenə də haqsızlıq olar. 
Hərə öz günahını boynuna alsın, sonra baxarıq. Çox Ģey olub; bütün olanlar yoxlanılmalıdır. 
Mübarizə və döyüĢ gedən vaxt kütləvi mühakimə aparılmır. DöyüĢ hələ qurtarmayıb, davam 
edir.  Kim  ki  Azərbaycan  xalqına  xəyanət  edib  -  cəzasını  çəkir.  Və  bütün 
xəyanətlərin baĢında duran H.Əliyev də öz cəzasını çəkəcək.
 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə