ƏSRƏ BƏrabər biR İLİn salnaməSİ



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə150/153
tarix15.07.2018
ölçüsü1,94 Mb.
#55918
1   ...   145   146   147   148   149   150   151   152   153

Mən  dərhal  öz  təĢəbbüsümlə  iĢ  otağımda  brifinq  çağırdım  və  oraya  əsasən  beynəlxalq 
jurnalistləri  dəvət  etdim.  Artıq  dəqiq  öyrənmiĢdim  ki,  Bakıdan  getmək  ərəfəsində  Elçibəyin 
həyatına  ciddi  təhlükə  varmıĢ  və  onu  dəfn  etmək  üçün  komissiya  da  yaradılıbmıĢ  və  s. 
Yetərincə inandırıcı mənbələr bunu sonra da təsdiq etdi.  
Bəli,  Elçibəyin  Bakıdan  getməsi  versiyası  ilə  bağlı  ilk  rəsmi  məlumatı  bütün  dünyaının 
informasiya  kanalları  (istər  CNN,  istər  ĠnterFaks,  istər  Türkiyənin  informasiya  kanalları…) 
məhz  mənə  istinadən  yaydılar:  Arif  Hacıyevin  bildirdiyinə  görə,  belə  hadisə  baĢ  verib  və 
hadisənin  mahiyyəti  bundan  ibarətdir  ki,  Elçibəyə  terror  edilməliydi.  Ġndi  Elçibəy  müvəqqəti 
olaraq  iĢ  yerində  yoxdur  və  bir  neçə  gündən  sonra  öz  səlahiyyətlərinin  icrası  üçün  Bakıya 
dönəcək.  
Həmin  gün  günortadan  sonra  mən  Azərbaycanın  vətənpərvər  jurnalistləriylə  də  görüĢ 
keçirdim  («Müxalifət»  qəzetinin  redaksiyasında).  Orada  mərhum  Ağamalı  Sadiq, 
«Müxalifət»in baĢ redaktoru Vaqif Hacıbəyli, «Azərbaycan» qəzetinin baĢ redaktoru Mehman 
Cavadoğlu və bir sıra baĢqa jurnalistlərlə birlikdə yaranmıĢ durumu müzakirə etdik, təbliğat 
və  ideoloji  iĢlərin  hazırlanmasıyla  bağlı  fikir  mübadiləsi  apardıq.  Sonrakı  mərhələdə 
mətbuatda  məsələyə  düzgün  qiymət  verilməsində  bu  müzakirənin  çox  böyük  əhəmiyyəti 
oldu.  
Ayın  19-21-ində  Heydər  Əliyev  müĢavirələr  keçirirdi.  Bu  müĢavirələrdə  Elçibəy 
komandasından yalnız mən və dövlət katibi Əli Kərimov iĢtirak etmiĢik. Heydər Əliyev onda 
çox  çaĢqın  bir  vəziyyətdəydi,  çünki  Surət  Hüseynov  Elçibəy  Bakını  tərk  etdikdən  sonra  da 
hərəkəti dayandırmamıĢdı və bu, Əliyevi çox həyəcanlandırırdı.  
Parlamentin  iyunun  23-ü,  ya  24-ündəki  iclasında  mənim  çıxıĢım  oldu.  Elçibəyin  müdafiəsi, 
yaranmıĢ situasiyadan çıxıĢ yolları və s. barədə danıĢdım. 
Heydər  Əliyev  xalq  tərəfindən  seçilmiĢ  prezidentin  səlahiyətlərini  mənimsədikdən  sonra 
fərmanlar verməyə baĢladı. Onun 1 saylı fərmanı Azərbaycan Respublikasının dövlət müĢaviri 
Arif  Hacıyevin  vəzifəsindən  azad  edilməsi  haqqında  oldu.  Səhv  etmirəmsə,  bu,  ayın  25-
indəydi.  Ancaq  mənim  haqqımdakı  fərman  qanuniydi,  çünki  Əbülfəz  Elçibəy  artıq  öz 
fərmanıyla  daxili  siyasətə  aid  olan  bütün  məsələləri,  o  sıradan  vəzifəyə  təyinetmə  və 
vəzifədən  azadetmə  səlahiyətlərini  H.Əliyevə  vermiĢdi.  Ona  görə  də  mən  fərmana  tabe 
oldum…  
Prezident  Aparatındakı  iĢ  yerimdə  olmadığım  günlərdə  də  mən  ya  Gəncə,  ya  da  ġamaxı-
Göyçay-AğdaĢ-Yevlax istiqamətlərində S.Hüseynovun qoĢunlarının qabağında olaraq müdafiə 
iĢlriylə  məĢğul  olmuĢam.  Hadisədən  xeyli  sonra  bəzi adamlar hansısa  müdafiə  iĢlərini təĢkil 
etdiklərindən danıĢsalar da onların bir çoxu Bakı Ģəhərindən qırağa çıxaraq Surətin qoĢunları 
olan tərəfə getməyə çəkinirdi».  
ĠKĠ MÜMKÜN YOLDAN ÜÇÜNCÜSÜ - KƏLƏKĠ 
Beləliklə,  prezidentin  qarĢısında  vur-tut  bircə  yol  qalırdı  -  BAKIDAN  GETMƏK!  Ancaq  hara 
getməli?  
Bakı  kəndlərindən  Bəyə  təklif  gəlmiĢdi  ki,  səni  bir  müddət  çox  etibarlı  yerdə  saxlayarıq, 
münasib  vaxtda  yenə  qayıdarsan.  (Göyçaydan  və  baĢqa  yerlərdən  də  belə  təkliflər  vardı). 
Hətta belə fikirlər də eĢitmiĢəm ki, guya Bəy məhz bu məqsədlə bir Bakı kəndinə gedərkən 
yolda  qəflətən  fikrini  dəyiĢərək  maĢını  hava  limanına  sürdürüb.  (Bu  fikrin  yanlıĢlığını  bir  az 
sonra görəcəyik).  


Ağdam, yaxud Qazax rayonlarına da getməyi beynindən keçirən Bəy düĢünmüĢdü ki, həmin 
bölgələri qəsdən ermənilərə verər və bunun suçunu məhz onun üstünə yıxa bilərlər.  
Əlbəttə,  Bəy  bilirdi  ki,  onun  xarici  ölkələrdən  birinə  (məsələn,  Türkiyəyə)  getməsi  Heydər 
Əliyevçün göydəndüĢmə olar, ancaq o, iki səbəbdən bununla razılaĢa bilməzdi. Birincisi, onun 
Vətəndən heç yana getmək fikri yoxdu, öldürülsə belə öz torpağında dəfn olunmaq istəyirdi. 
Ġkincisi,  xarici  ölkəyə  ayaq  basmasıyla  Heydər  Əliyevin  onun  səlahiyyətlərini 
mənimsəyəcəyinə  Ģübhə  etmirdi.  (H.Əliyev  18  iyunda  həqiqətən  belə  bir  təĢəbbüsdə 
bulundu). 
QardaĢ  qırğınından  yayınmağın  yollarını  günlərcə  aramsız  axtaran  prezident,  nəhayət,  heç 
kəsin  ağlına  gəlməyən  ən  doğru  yolu  -  KƏLƏKĠNĠ  tapdı!  Bu  zaman  o,  Vətəndən  də, 
hakimiyyətdən də (rəsmən) getmirdi. Beləliklə, ABġ təhlilçilərinin «Elçibəyin qarĢısında yalnız 
iki mümkün yol var» fikrinə Bəy özünün üçüncü yoluyla düzəliĢ verdi. 
ARTIRMA 
«-Bir Türkiyə generalının belə sözü var ki, igid adam vətən uğrunda, xalq uğrunda öz həyatını 
qurban  verən  yox,  onların  yolunda  öz  Ģərəfini,  təmiz  adını  qurban  verəndir.  Siz  Kələkiyə 
gedəndə Ģərəfinizi qurban verəcəyinizi görürdünüz?
 
-Çox qabaqcadan görürdüm.
 
-Deməli, özünüfədaya qəsdən gedirdiniz?
 
-Qəsdən  gedirdim,  bilə-bilə  gedirdim.  Mənə  heç  nə  lazım  deyildi.  Ġstəyim  bircə  oydu  ki, 
vətəndaĢ  müharibəsi  olmasın,  soydaĢlarımız,  qandaĢlarımız  bir-birini  qırmasın.  Mənimçün 
orada Ģərəfdən söhbət gedə bilməzdi. Mənimçün hər Ģeydən öncə VƏTƏN və MĠLLƏT'di!
 
-Ġstədiyinizə çatdınız?
 
-Bəli!  Mən  istədiyimə  çatdım.  Tarixə  bir  daha  sübut  edəcəyəm  ki,  mən  ən  doğru  olan 
fenomenal bir addım atmıĢam! Onun izahını sonra verəcəyəm
».
 
(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - «Elçibəylə 13 saat üz-üzə», Bakı, 1999, s.75).  
Prezident  Aparatı  dövlət-hüquq  Ģöbəsinin  keçmiĢ  müdiri  Fazil  Mustafayev  (Qəzənfəroğlu) 
prezidentlə  Bakıdakı  son  görüĢünü  belə  xatırlayır: 
«17  iyunda  günortadan  sonra  Elçibəylə 
təxminən 1 saata yaxın söhbətim oldu. Vəziyyəti birlikdə təhlil etdik. H.Əliyevin hansı oyunlar 
oynaması  və  məğlubiyyətin  anbaan  yaxınlaĢması  haqqında  fikirlərimiz  ortaqdı.  Mən  yeganə 
çıxıĢ  yolunu  qüvvələri  qoruyaraq  gələcək  hakimiyyətə  hazırlaĢmaqda  görürdüm.  Bunuçün 
prezident  qətiyyən  istefa  verməməli  və  müvəqqəti  olaraq  Naxçıvana  getməliydi.  Kələki 
variantısa mənim ağlıma gəlməmiĢdi; görünür, prezident bu qərara ən son anda gəlib, çünki 
görüĢümüzdə bu haqda o heç nə deməmiĢdi. Bunu da dəqiq bilirəm ki, Elçibəy nəinki baĢqa 
xarici dövlətlərə, hətta Türkiyəyə belə getməyi heç ağlına da gətirmirdi»

Elçibəy  17  iyunda  iĢ  gününün  sonuna  yaxın  dövlət  katibi  Əli  Kərimovla,  baĢda  sədr  Fərəc 
Quluyev  olmaqla  AXC  Ġcraiyyə  Komitəsinin  üzvləriylə  və  artıq  istefada  olan  dostu  Ġsa 
Qəmbərlə də görüĢdü.  
ARTIRMA 
«-Mənə  bəlli  olduğuna  görə,  Siz  17  iyunda  -  Əbülfəz  bəy  Kələkiyə  gedən  gün  onunla 
görüĢmüsünüz  və  söhbətinizdə  hakimiyyətin  taleyiylə  bağlı  üç  variant  müzakirə  edilib. 
Onlardan  biri  Elçibəyin  Bakını  müvəqqəti  tərk  etməsi  olub.  EĢitdiyimə  görə,  orada  hətta 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə