ƏSRƏ BƏrabər biR İLİn salnaməSİ



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə151/153
tarix15.07.2018
ölçüsü1,94 Mb.
#55918
1   ...   145   146   147   148   149   150   151   152   153

Kələkidən  də  danıĢmısınız,  ancaq  çoxları  deyir  ki,  Kələki  söhbəti  olmayıb.  Sirr  deyilsə,  o 
görüĢdə nələri müzakirə etdiniz? 
-Həmin görüĢdə 3 yox, 2 variantı mən təklif eləmiĢəm.  
Artıq mən parlament sədri deyildim - ayın 13-ündən istefadaydım. Sadəcə, millət vəkiliydim 
və  millət  vəkili  kimi  də  yox,  köhnə  dost  kimi,  hərəkatçı  kimi  Əbülfəz  bəylə  görüĢməyə 
getmiĢdim.  Həmin  görüĢ  Əbülfəz  Elçibəyin  Heydər  Əliyev,  Rəsul  Quluyev  və  Etibar 
Məmmədovla görüĢündən sonra olmuĢdu (yanılmıramsa təxminən gecə 12 radələrində), ona 
görə də Əbülfəz bəy o görüĢ haqda mənə fikrini bildirdi.  
O  zaman  Bəyə  yaxın  adamlarda  belə  fikir  vardı  ki,  Heydər  Əliyev  parlament  sədri  olandan 
sonra  (o, 15  iyunda seçilmiĢdi)  Əbülfəz Elçibəylə  birlikdə bu qiyamın  yatırılmasına  rəhbərlik 
edəcək və məsələlər yavaĢ-yavaĢ yerinə düĢəcək. Həmin görüĢdə də Əbülfəz Elçibəy Heydər 
Əliyevə  təklif  eləmiĢdi  ki,  gəl  ikimiz  bir  yerdə  xalqa  müraciət  edək  ki,  bu,  qiyamdır  və  s. 
Heydər  Əliyev  bundan  imtina  etmiĢdi.  Bir  çox  prinsipial  məsələlərdə  də  Heydər  Əliyev  də, 
Rəsul Quluyev də, Etibar Məmmədov da Əbülfəz Elçibəyin təklifləriylə razılaĢmamıĢdılar. Onu, 
bir növ, təkləmiĢdilər. Bu, açıq-aydın hiss olunurdu.  
Vəziyyəti müzakirə elədik və mən Bəyə dedim ki, vəziyyətdən iki çıxıĢ yolu var: ya Sizə sadiq 
olan  bütün  qüvvələri  bir  araya  gətirərək  qiyamı  zor  gücünə  yatırmalısınız,  ya  da  ki,  istefa 
verməlisiniz, çünki heç cür ola bilməz ki, Siz burada qalıb heç bir hərəkət etməyəsiniz, qiyamı 
yatırmayasınız  və  sabah  da  qiyamçılar  bura  gəlib  Sizə  hörmətsizlik  etsinlər.  Buna  imkan 
vermək olmaz - iki yoldan birini seçmək lazımdır. Bəy, sözün açığı, heç bir varianta müsbət 
münasibət bildirmədi və bir qədər söhbət etdikdən sonra mən ayrıldım.  
Nəinki  Kələki  söhbəti,  heç  Əbülfəz  bəyin  Bakıdan  aralanması  söhbəti  orada  edilməyib.  Mən 
təklif etməmiĢəm, Əbülfəz bəy də mənə elə bir fikir deməyib.  
-Son sualım: qiyam yatırılsaydı hakimiyyət yaĢaya bilərdi? 
-Təbii.  4  iyun  qiyamı  Elçibəy  hakimiyyətiyçün  axırıncı  sınaqlardan  biriydi.  Kəlbəcər  iĢğal 
olunandan sonra diplomatlardan birinin belə deməyi çox məĢhurdur: «Siz Kəlbəcərin iĢğalına 
dayana bildiniz, görək daxildə bir Ģey baĢ versə qarĢısını ala biləcəksiniz, yoxsa yox!». Yəni 
qiyam axırıncı Ģans kimiydi». 
(Müsavat Partiyasının baĢqanı Ġsa Qəmbərlə Ədalət Tahirzadənin söhbətindən). 
Bu  görüĢlərdən  sonra  baĢ  verənlər  haqqında  Fərəc  Quluyev  bir  neçə  gün  sonra  -  artıq 
Kələkidəykən  belə  açıqlama  verdi:  “Təxminən  gecə  saat  1-in  yarısında  bizə  sənəd 
gətirdilər.  Orada  SSENARĠ  var  idi.  [18  iyun]  səhər  saat  6-da  prezidentin 
rezidensiyasına  (Bəyin  ailəsi  həmin  iqamətgahda  yaĢayırdı  -  Ə.T.)  hücum  etməli 
idilər.  Hücum  edənlər  tərəfindən  atəĢ  açılandan  sonra  mühafizəçilər  cavab  atəĢi 
açmalı idilər. Təbii ki, qvardiya da bu iĢə qoĢulacaqdı. Məhz bundan sonra Ģəhərə 
qarıĢıqlıq  düĢəcəkdi.  Bakı  kəndlərində  saxlanılan  motosikletçilər  qrupu  Ģəhərə 
çıxmalı, pərakəndə Ģəkildə atəĢ açmalı idilər. Bununla da qarĢıdurma baĢlanmalı 
idi.  Bunun  qarĢısını  almaq  üçün  bir  saatlıq  məsləhətləĢmələrdən  sonra  yeganə 
çıxıĢ yolu kimi bura gəlməyi qərara aldıq” (“Yeni Müsavat”, 01.07. 1993). 
Prezident Əbülfəz Elçibəy cəbhəçilərlə Ġsa bəylə xudahafizləĢəndən sonra görüĢdü. Onun öz 
kabinetində  qəbul  etdiyi  sonuncu  Ģəxs  ADNġ-nin  prezidenti  Sabit  Bağırov  oldu.  Sabit  bəyin 
mənə danıĢdığına görə, kabinetə girəndə Bəyin indiyədək heç vaxt görmədiyi qədər dalğın və 


gərgin olduğu diqqətini çəkib. Sabit bəyin fikrincə, həmin anda Bəy yəqin ki, aldığı mühüm bir 
xəbərdən son dərəcə dilxordu. 
Sabit  bəylə  liftə  minərək  aĢağı  düĢən  prezident  onunla  xudahafizləĢəndən  sonra  Prezident 
Aparatından birbaĢa iqamətgaha getdi.  
Prezident  mühafizəsinin  rəisi  general  Vaqif  Axundovun  müavini  olan  polkovnik  Oqtay 
Məmmədov «Elçibəy ilə otuz il» kitabında yazır:  
«1993-cü  il  iyun  ayının  17-də  gecə  saat  24.00  idi.  Mən  prezidentin  qəbul  otağında 
dayanmıĢdım.  Prezidentin  kabinetinin  qapısı  açıqdı.  Heydər  Əliyev,  Rəsul  Quluyev  və  Etibar 
Məmmədov  çıxıb  getdilər.  Sonra  Elçibəy  kiçik  iclas  zalına  keçərək  orada  toplanmıĢ  Xalq 
Cəbhəsi rəhbərliyi ilə qısa bir iclas keçirdi. Ġclasdan sonra prezident mənə dedi ki, səninlə iĢim 
var.  Bu  iĢin  nədən  ibarət  olacağını  mən  təxminən  hiss  edirdim  və  dedim  ki,  nə  iĢdirsə 
iqamətgahda danıĢmaq daha yaxĢı olar. O razılaĢdı və bir az sonra iqamətgaha gəldik. 
 
Ġqamətgaha  getməmiĢdən  əvvəl  mən  iclasdan  çıxan  Fərəc  Quluyevə  dedim  ki,  sən  məni 
görməmiĢ getmə, ola bilsin ki, səninlə iĢimiz oldu. 
 
Ġqamətgahın həyətində prezident vəziyyətlə maraqlandı. Mən bildiklərimi ona məruzə etdim…
 
O dedi ki, bəlkə bir neçə günlük Bakı kəndlərinin birinə gedək. Mən dedim ki, Bakı kəndlərinin 
birinə  getmək,  mənə  elə  gəlir ki,  düz deyil. Gediriksə  daha  güvənli bir yerə  getməli,  ya da 
iqamətgahda qalıb sona qədər vuruĢmalıyıq. Bir neçə gündən sonra vəziyyətin necə olacağı 
bilinmir.  Əgər  Bakı  kəndlərinin  birində  olsaq  oranı  mühasirəyə  alıb  bütün  kommunikasiya 
xətlərini kəsəcək və dünya ilə əlaqəmizi yox edəcəklər. Gələcəkdə də əgər çıxmaq istəsək o 
kənddən heç cürə çıxa bilməyəcəyik. 
 
O dedi ki, sən bir az gəziĢ, mən fikirləĢim. Təxminən on dəqiqə sonra məni və Fərəc Quluyevi 
yanına çağırıb Naxçıvana getmək barədə qərarını dedi.
 
Mən hazırlıq iĢlərinə baĢladım. Fərəc Quluyev Xalq Cəbhəsinə getdi və dedi ki, mən birbaĢa 
hava limanına gələcəyəm. Ola bilər ki, bir-iki dəqiqə gecikəm. O, Naxçıvan Xalq Cəbhəsi ilə 
əlaqə saxlayıb müəyyən göstəriĢlər verməli idi. 
 
Ġqamətgahın  həyətindən  çıxanda  prezidenti  həmiĢə  müĢayiət  edən  Dövlət  Avtomobil 
MüfəttiĢliyinin  maĢınını  da  buraxdıq.  Bizim  hava  limanına  getməyimizi  məndən  baĢqa  Vaqif 
Axundov və bizimlə Naxçıvana uçacaq olan üç mühafizə iĢçisindən baĢqa heç kim bilmirdi. 
 
Təxminən  saat  ikidə  uçağa  mindik.  Vaqif  Axundov  da  minmək  istəyəndə  dedim  ki,  sən 
qalırsan.  […]  Beləliklə,  təyyarəyə  qalxdı,  prezidentlə  vidalaĢaraq  aĢağı  enəndə  məndən 
soruĢdu ki, birdən Heydər Əliyev (o, ayın 15-dən Məclisin sədri idi) məndən prezidentin hara 
getdiyini soruĢsa nə cavab verim? Dedim ki, deyərsən bilmirəm, ya Naxçıvana getdi, ya  da 
Türkiyəyə.
 
Təxminən saat üçdə Naxçıvanda yerə endik»
 (həmin əsər, s.93-96). 
Oqtay bəyin kitabında bir çox sualların cavabı incəliklə verilib. Biz yenə həmin əsərə üz tutur 
və  «o  gecə  nə  baĢ  verməliydi?»  sorğusuna  cavab  alırıq: 
«Rusiya  qiyamı  nə  Ģəkildə 
dəstəkləyəcəyini  planlaĢdırmıĢdı.  Bu  məqsədlə  Bakıya  gizli  yollarla  100,  30  və  17  nəfərlik 
xüsusi təlim görmüĢ qruplar göndərmiĢdi. [Rusiya Müdafiə Nazirliyi] BaĢ KəĢfiyyat Ġdarəsinin 
məsul  iĢçisi  polkovnik  Nəriman  Ġmranov  və  baĢqaları  üç  aya  yaxın  idi  ki,  Bakıda  bu 
məsələlərlə məĢğul olurdular.
 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə