ƏSRƏ BƏrabər biR İLİn salnaməSİ



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə152/153
tarix15.07.2018
ölçüsü1,94 Mb.
#55918
1   ...   145   146   147   148   149   150   151   152   153

Həmin  təxribatçı  qüvvələr  əgər  vətəndaĢ  müharibəsi  baĢlarsa  Ģəhərdə  müxtəlif  inzibati  və 
yaĢayıĢ binalarında partlayıĢlar törətməli, çoxlu insan tələfatına səbəb olmalı (Tiflisdə olduğu 
kimi),  imkan  olarsa  prezident  Əbülfəz  Elçibəyin  həyatına  qəsd  etməli  və  hakimiyyətsizlik 
yaratmalı  idilər.  Bu  məsələnin  həllində  onların  daxili  köməkçiləri  də  az  deyildi.  Ayın  17-dən 
18-ə  keçən  gecə  səhər  saat  06.00-da  bu  əməliyyatlar  baĢlamalı  idi.  Bu  qarĢıdurmadan 
istifadə  edən  S.Hüseynovun  adamları  saat  8-9  arası  Bakı  Ģəhərinə  girib  QRAD  qurğuları  ilə 
Prezident Aparatı və ətrafını vurmalı idilər.
 
Rusiyanın  planladığı  birinci varianta görə,  qiyam  baĢ tutur,  onlar hakimiyyət  kürsüsündə öz 
adamlarını oturdaraq bütün istəklərini əldə edirlər.
 
Ġkinci  variantda  çevriliĢ  baĢ  tutmur.  VətəndaĢ  müharibəsi  baĢlayır  və  rus-erməni  hərbi 
birləĢmələri  vətəndaĢ  müharibəsindən  istifadə  edərək  bir  tərəfdən  Füzuli  rayonu 
istiqamətində  hərəkətə  keçərək  Araz  çayına  qədər  gəlir  və  Cəbrayıl,  Qubadlı,  Zəngilan 
rayonlarını  mühasirəyə  alaraq  məhv  edirlər  (təəssüflər  olsun  ki,  Elçibəy  hakimiyyətdən 
gedəndən bir neçə ay sonra düĢmən qüvvələri buna nail ola bildilər). Digər tərəfdən Kəlbəcər 
istiqamətindən Gəncə Ģəhərinə hücum edərək Ģəhəri tutur, ġəmkir, Tovuz, Gədəbəy, Ağstafa 
və Qazax rayonlarını mühasirəyə alaraq məhv edir və son nəticədə Azərbaycanı diz çökməy 
məcbur edirlər»
 (həmin kitab, s.109-110).  
Prezidentin  köməkçisi  Oqtay  Qasımov'sa  o  günün  olayları  haqqında  mənə  aĢağıdakıları 
bildirib:  
«Prezidentə  terror  hazırlandığı  haqqında  xəbər  alınandan  sonra  (səhərə  yaxın  Azərneft 
meydanından  2  “Qrad”la  Prezident  Aparatı  atəĢə  tutulacaq,  sonra  da  prezidentin 
iqamətgahına  silahlı  hücum  ediləcəkdi)  vətəndaĢ  müharibəsinə  baĢlamamaqçün  (bu  savaĢ 
terrorun əsl məqsədiydi) prezidentin müvəqqəti olaraq Bakıdan uzaqlaĢdırılması qərara alındı. 
Bir çox variantlar içərisindən Bəyin ÖZÜ məhz Kələkini seçdi. Mən Kələkiyə gediləcəyini bilən 
3-4  nəfərdən  biriydim.  Prezident  mühafizəsinin  rəhbəri  Oqtay  Məmmədovla  birlikdə  yola 
çıxmağa  hər  hazırlığı  görmüĢdük.  Üç  gecə  yuxusuz  olduğuma  görə  səfərqabağı  “quĢçimiri” 
almaqçün  kabinetdəcə  gözümü  yumdum.  Oyananda  zəng  vurub  Oqtay  bəyi  soruĢdum. 
Binada olmadığını bilən kimi təcili yır-yığıĢ edərək evimizə baĢ çəkdim və təxminən saat 2-də 
(3-ə  bir  az  iĢləmiĢ)  aeroportda  oldum.  Adətən  prezidentin  həmiĢə  oradan  yola  düĢdüyü 
deputat  zalına  baĢ  çəkib  gördüm  ki,  heç  kəsin  heç  nədən  xəbəri  yoxdur  və  uçuĢun  yaxĢı 
alındığına  arxayın olub  Prezident  Aparatına  qayıtdım.  General  Vaqif  Axundovun  kabinetində 
üçümüz:  o,  rəhmətlik  GülĢad  Zərbəliyev  və  mən  oturmuĢduq.  Saat  3.22-də  Naxçıvan 
Cəbhəsinin sədri Asəf Quluyev zəng vuraraq Bəyin artıq Naxçıvanda olduğunu bildirdi. Saat 
3.30-da H.Əliyev V.Axundova zəng etdi və bizi yanına çağırdı, ancaq mən yuxusuz olduğuma 
görə yatmaqçün evə getdim».
  
Beləliklə,  təxminən  saat  2-yə  15-20  dəqiqə  iĢləmiĢ  Cəbhə  qərargahından  Fərəc  Quluyevi 
çağırdılar.  (Artıq  Fərəc  bəy  AXC  sədrinin  müavini  Arif  Rəhimoğluna  vəziyyəti  aydınlatmıĢ  və 
müəyyən təlimatlar verərək Cəbhə rəhbərliyini ona tapĢırmıĢdı). Bundan sonra Əbülfəz bəy 5 
nəfərlə:  AXC  ĠK  sədri  Fərəc  Quluyev,  Oqtay  Məmmədov,  mühafizəçilər  Ədalət  Məmmədov 
(Coci), Ġlqar Qədirquluyev və sürücü Xəlil Qəniyevlə birlikdə Binə hava limanından təxminən 
saat 2-yə qalmıĢ prezident təyyarəsində Naxçıvana uçdu. UçuĢ elə məxfi təĢkil edilmiĢdi ki, 
hətta  liman  iĢçilərinin  də  ondan  xəbəri  olmamıĢdı.  Ancaq  təyyarə  göyə  qalxan  kimi 
Azərbaycan  Hava  Yollarının  rəisi  Ədalət  Əliyev  bu  haqda  Ali  Sovetin  sədri  Heydər  Əliyevə 
məlumat  verərək  Bəyin  Naxçıvana  uçduğunu  bildirmiĢdi.  (Buna  baxmayaraq,  ertəsi  gün 


H.Əliyev televiziyayla çıxıĢında yalnız Türkiyənin adını çəkdi). 
Naxçıvanda təyyarədən düĢən Bəyi Asəf Quluyev və b. cəbhəçilər qarĢıladılar (onlar əslində 
Fərəc Quluyevin qarĢısına çıxıblarmıĢ və Bəyin gəliĢindən xəbərsizdilər). Benzindən ötrü saat 
yarıma qədər ləngiyəndən sonra prezident və yanındakı Ģəxslər Xəlil Qəniyevin sürdüyü QAZ-
24 “Volqa”da Kələkiyə yola düĢdülər. 
O zaman Ordubad rayonunun polis rəisi və hərbi komendantı iĢləmiĢ Ġlqar Səidoğlu (Naxçıvan 
AS  sədri  H.Əliyev  prezident  Elçibəyin  FV  haqqında  fərmanının  Naxçıvanda  tətbiqinə  imkan 
verməsə  də  Ordubad  da  H.Əliyevə  tabe  olmurdu  və  Ġ.Səidoğlu  prezidentin  fərmanıyla  bu 
rayonda  hərbi  komendantlıq  edirdi)  mənə  danıĢıb  ki,  18  iyunda  səhər  təxminən  saat  6-da 
prezidentin  maĢını  Ordubadın  Aza  postundan  keçdi.  Mən  də  ləngimədən  Kələkiyə  getdim. 
Gördüm  ki,  Bəy  qardaĢıgilə  düĢüb.  Vəziyyəti  öyrənən  kimi  təcili  geri  qayıdaraq  postları 
gücləndirmək  əmri  verdim.  Ordubadın  hərbi  komendantı  iĢlədiyim  son  günədək  -  5  noyabr 
1993-ədək, eləcə də polis rəisliyini apardığım 1994-ün mayınadək Kələkiyə icazəsiz bir quĢun 
da uçmasına imkan vermədik. 
ELÇĠBƏYDƏN SONRAKI 18 ĠYUN BAKISI 
H.Əliyev  yəqin  ki,  məhz  V.Axundovdan  vəziyyəti  tam  öyrənəndən  sonra  Ġsa  Qəmbərə  zəng 
vurdu. O, Elçibəyin Bakıdan NAMƏLUM ĠSTĠQAMƏTƏ uçduğunu deyərək Ġsa Bəyi də yanına 
çağırdı. Ġsa bəy, təbii ki, heç nədən xəbəri olmadığını söylədi və Əliyevin yanına getməkdən 
imtina etdi. Dövlət katibi Əli Kərimovla və baĢqa rəsmi Ģəxslərlə də danıĢan H.Əliyev onların 
da hadisədən xəbərsiz olduqlarını öyrəndi. 
Pənah  Hüseynov  Bəyin  Kələkiyə  getməsinə  “üçlüy”ün  reaksiyası  haqqında  bunları  deyir: 
“...Məndə  belə  bir  təsəvvür  yarandı  ki,  bu  həm  R.Quluyev,  həm  E.Məmmədov,  həm  də 
H.Əliyev üçün gözlənilməz olub. Çünki Etibar bəy bildirdi ki, onlar Elçibəyin Kələkiyə getməsi 
xəbərini  R.Quluyevin  kabinetində  gecə  eĢidiblər.  Sonra  R.Quluyevlə  birgə  H.Əliyevin  qaldığı 
mənzilə gediblər. Orada H.Əliyevi çox qəzəbli halda görüblər. Hətta Əliyevin dilindən baĢqa 
ifadələr də eĢidiblər. Demək istəmirəm” 
(“Yeni Müsavat”, 16.04.1999). 
Ġyunun  18-ində  səhər  saat  təxminən  11-də  Azərbaycan  televiziyası  prezident  Əbülfəz 
Elçibəyin  Bakıdan  naməlum  istiqamətə  uçması  haqqında  məlumat  yaydı.  Saat  12 
radələrində  Heydər  Əliyev  televiziya  və  radioyla  canlı  yayımda  xalqa  müraciət 
edərək  Əbülfəz  Elçibəyin  Bakıdan  Türkiyəyə  uçduğunu  və  buna  görə  də 
prezidentin  BÜTÜN  SƏLAHĠYYƏTLƏRĠNĠ  və  BÜTÜN  MƏSULĠYYƏTĠNĠ  ÖZ 
ÜZƏRĠNƏ  GÖTÜRDÜYÜNÜ  bəyan  etdi.  Bununla  da  Əliyevin  hirslənməsinin  də,  niyə 
Naxçıvanın  adını «unutmasının»  da, prezidentin məhz  Türkiyəyə uçduğunu  söyləməsinin  də 
səbəbləri öz-özünə aydınlaĢdı - Elçibəyin məhz Türkiyədə (xarici dövlətdə) olması H.Əliyevə 
PREZĠDENTĠN  SƏLAHĠYYƏTLƏRĠNƏ  YĠYƏLƏNMƏK  üçün  hava  və  su  kimi  lazımmıĢ!  Bu 
məlumatı Kələkidə televiziyadan eĢidən prezident Elçibəy heç yana yox, Azərbaycan torpağı 
Naxçıvana gəldiyini telefonla bildirdikdə Heydər Əliyev çıxıĢına düzəliĢ verməyə məcbur oldu. 
Rusiyanın  “Ostankino”  televiziyasının  “Utro”  proqramı  xəbər  verdi  ki,  S.Hüseynovun 
Ə.Elçibəyə  verdiyi  ultimatumun  vaxtı  iyunun  18-ində  bitir.  Çox  güman  ki,  məhz  bu  gün 
Azərbaycan  Milli  Məclisinin  fövqəladə  sessiyası  keçiriləcək  və  ölkənin  yeni  baĢ  naziri  təyin 
olunacaq; bu vəzifəyə gerçək namizəd AMĠP-in lideri Etibar Məmmədovdur. 
H.Əliyev  həmin  gün,  doğrudan  da,  Milli  Məclisin  fövqəladə  sessiyasını  çağırdı,  ancaq  orada 
baĢ nazirin təyinatı yox, prezident Elçibəyin Bakını xəbərsiz tərk etməsi müzakirə mövzusuna 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə