ƏSRƏ BƏrabər biR İLİn salnaməSİ



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə16/153
tarix15.07.2018
ölçüsü1,94 Mb.
#55918
1   ...   12   13   14   15   16   17   18   19   ...   153

Ürəklə demək olar ki, Elçibəy iqtidarında bu qanun maddələri gözdən pərdə asmaqçün yox, 
gündəlik həyatımızı demokratikləĢdirməkçün gündəmə gətirilmiĢdi. 
Yeni  Azərbaycan  dövlətində  ideologiyanın  müsavatçılıq  olduğunu  dəfələrlə  bildirmiĢ  Əbülfəz 
bəyin  yaxından  köməyiylə  Müsavat  Partiyasının  Azərbaycana  qayıdıĢını  təmin  etməkçün 
tədbirlər  görüldü.  Bəyin  Türkiyədə  Müsavat  baĢçılarıyla  görüĢü  bütün  əngəlləri  aradan 
götürmüĢdü. Ġyulun ilk günlərində partiyanın bərpa mərkəzi iĢə baĢladı. Sonralar Məhəmməd 
Kəngərli,  Əhməd  Qaraca  və  Cəmil  Ünal  kimi  görkəmli  müsavatçılar  Məmmədəmin 
Rəsulzadənin bu ən dəyərli mirasının ana yurduna dönüĢündə mühüm rol oynadılar. 
Əbülfəz  Elçibəyin  prezidentliyinin  ilk  dövrü  Ayaz  Mütəllibovun  və  Yaqub  Məmmədovun 
çağından ağır irs qalmıĢ hakimiyyətsizlik və siyasi sabitsizlik mühitinə düĢdü. Ölkədəki kəskin 
kriminogen  durum,  qanunsuz  silahlı  dəstələrin  at  oynatması  qətiyyətli  tədbirlər  görülməsini 
qaçılmaz edirdi. Buna görə də 1 iyulda Bəy "Qanunsuz silah və hərbi sursat əldə edilməsinin, 
saxlanılmasının, gəzdirilməsinin qarĢısının alınmasına və ictimai asayiĢin təmin edilməsinə dair 
əlavə tədbirlər haqqında" fərman verdi. Sonralar Elçibəy iqtidarı çağını yanlıĢ olaraq məhz bu 
fərmanaqədərki  durumla  səciyyələndirməyə  çalıĢan  siyasi  rəqibləri  qəsdən  baĢqalarını  da 
aldatmağa  çalıĢır  və  bu  gerçəkliyi  hər  vəchlə  gizlətməyə  can  atırlar  ki,  həmin  fərmanın 
Azərbaycandakı  siyasi  sabitlik  Ģəraitinin  yaradılmasında  müstəsna  əhəmiyyəti  oldu  və  çox 
keçmədən vətəndaĢlar özlərinin təhlükəsizliyinə inandılar. 
  
"RUSĠYANIN ZAQAFQAZĠYAYA... YÖNƏLĠK AYDIN SĠYASƏTĠ YOXDUR" 
Müstəqil milli dövlətimizin qarĢısında Ermənistan-Azərbaycan münaqiĢəsindən sonra ikinci ən 
kəskin  problem  inflyasiyanın  sürətlə  artması  qarĢılığında  əhalinin  pul  gəlirlərinin  aĢağı 
düĢməsi  və  ən  baĢlıcası  -  Azərbaycanı  "sözəbaxan"  etməkçün  Rusiyanın  bu  ölkəyə  pul 
emissiyasını azaltması nəticəsində nağd pulun çatıĢmazlığıydı; Milli Bankın prezidenti 2 iyulda 
bildirmiĢdi  ki,  Azərbaycanda  2  milyard  700  milyon  manat  nağd  pul  çatıĢmır,  bu  səbəbdən 
dövlət öz vətəndaĢına əmək haqqını ödəyə bilmir, baĢqa ödəniĢləri yerinə yetirməkdə acizlik 
çəkir.  Bu  vəziyyətdən  çıxmaq,  ölkədə  əmtəə-pul  dövriyyəsini  sabitləĢdirmək  və  nağd  pula 
olan  tələbatı  tam  ödəmək  (baĢqa  sözlə,  Rusiyanın  "pul  kisəsi"ndən  asılılığa  biryolluq  son 
qoymaq)  məqsədiylə  prezident  Əbülfəz  Elçibəyin  15  iyul  1992  tarixli 
"Azərbaycan 
Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında"
 fərmanıyla milli valyutamızın 
tətbiqi  mexanizmi  təcili  olaraq  hazırlandı,  ölkənin  qızıl  və  valyuta  ehtiyatlarının 
yaradılmasıyçün  təsirli  tədbirlər  görülməyə  baĢlandı.  Həmin  fərmanın  ilk  maddəsində 
oxuyuruq:  "1992-ci  il  avqustun  15-dən  Azərbaycan  Respublikasının  milli  valyutası  -  manat 
dövriyyəyə  buraxılsın".  Təəssüf  ki,  ozamankı  müxalifət  baĢqa  sahələrdə  olduğu  kimi  bu 
məsələdə  də  gənc  həkimiyyətə  yardım  göstərmək  əvəzinə  onun  gördüyü  həqiqətən  tarixi 
iĢlərə  dodaq  büzməyə baĢladı.  Məsələn,  AMĠP-çi  professor  Nazim  Ġmanov  deyirdi:  "...Ġndiki 
rəhbərliyin  düĢündüyü  formada  milli  pula  keçməyin  müstəqilliyimizi  artırmaq  yox,  əksinə, 
azaltmaq  ehtimalı  daha  yüksəkdir".  Tarixin  gediĢisə  Bəyin  inqilabi  yenilikçiliyinin 
azadlığımızçün doğru seçim olduğunu təsdiqlədi. 


Ġstər xarici, istərsə də daxili siyasətdəki mütərəqqi dəyiĢikliklər ölkədə yaradılan demokratik 
mühit  fonunda  baĢ  verirdi:  yeni-yeni  siyasi  partiyalar  yaranırdı  (məsələn,  3  iyulda  AMĠP-in 
təsis  qurultayı  oldu  və  Bəy  onu  təbrik  etdi);  istər  televiziyada,  istərsə  də  rəsmi  dövlət 
qəzetlərində  iqtidar-müxalifətliyindən  asılı  olmayaraq  söz  deməkçün  hamıya  imkân 
yaradılmıĢdı  (məsələn,  prezidentliyə  namizəd  Nizami  Süleymanovu  müdafiə  komitəsinin 
Azərinforma  göndərdiyi,  seçkilərin  guya  saxtalaĢdırılması  haqqında  bəyanat  rəsmi  dövlət 
qəzetində  dərc  edilmiĢdi).  Təbii  ki,  bütün  bunlar  Azərbaycan  dövlətinin  dünya  birliyində 
demokratik  imicini  formalaĢdırırdı.  Ancaq  dövlət  baĢçımızın  Avropada  Təhlükəsizlik  və 
ƏməkdaĢlıq  Məsələlərinə  dair  MüĢavirəsinin  Yekun  aktını  və  baĢqa  mühüm  sənədləri 
imzalaması  Azərbaycanda  demokratik  inkiĢafla  bağlı  ayrı-ayrı  təzahürlərin  geniĢlənməsinə 
deyil,  köklü  demokratik  islahatlara  baĢlamaqçün  ciddi  özül  oldu.  Bu  məqsədlə  Əbülfəz  bəy 
iyulun birinci ongünlüyündə Finlandiyanın paytaxtı Helsinkiyə rəsmi səfərə getdi. Oraya yola 
düĢmək  ərəfəsində  Bəy  ABġ  prezidenti  Corc  BuĢdan  məktub  almıĢdı.  Məktubda  Bəyə 
müraciət edərək Azərbaycanı Helsinki prosesində ən fəal surətdə iĢtirak etməyə çağıran Corc 
BuĢ  sonda  bildirirdi: 
"TARĠXĠ  VƏZĠFƏMĠZĠ  YERĠNƏ  YETĠRMƏK  MƏQSƏDĠLƏ  Sizinlə 
əməkdaĢlığa ümid bəsləyirəm"
. Bu məktub ABġ dövlətinin Azərbaycanın yeni rəhbərinə böyük 
etimadını göstərirdi və söz yox ki, Bəy də bu inamı yetərincə dəyərləndirirdi. 
Əbülfəz  bəyin  prezident  kimi  iĢə  baĢlamasıyla  torpaqlarımızın  erməni  iĢğalçılarından 
təmizlənməsi  hədsiz  sürətləndi.  Yeni  rəhbərliyin  vətənpərvərliyindən  ruhlanmıĢ  Azərbaycan 
əsgəri  düĢmənlə  döyüĢə  cəsarətlə  atılır,  ölümdən  belə  qətiyyən  çəkinmirdi.  Elə  bunun 
nəticəsində ilk sırada Goranboy və Ağdərə rayonları yağılardan təmizləndi. 
Elçibəy  iqtidarı  dövrünün  hərbi  əməliyyatlarındakı  bütün  uğurları,  o  sıradan  Goranboy  və 
Ağdərə  rayonlarındakı  kəndlərin  erməni  iĢğalçılarından  təmizlənməsini  də  öz  adına  çıxan 
S.Hüseynov  bu  iĢdə  prezident  baĢda  olmaqla  iqtidarın  heç  bir  baĢçısının  rolu  olmadığını 
sonralar bəyan etmiĢdi. Elçibəy ona belə cavab verdi: 
"Goranboy və Ağdərəni azad edənlər 
əslində  həmin  rayonlardakı  yerli  özünümüdafiə  dəstələri  idi.  Onlara  müəyyən  qədər  hərbi 
qüvvələr  və  polis  də  köməklik  göstərirdi.  Burada  daha  çox  Azərbaycanın  Milli  Qəhrəmanı 
MaĢallah Abdullayevin baĢçılıq etdiyi qüvvələrin qəhrəmanlığını xüsusi qeyd etmək gərəkdir. 
Onların gördüyü iĢi heç kəs öz adına çıxa bilməz. Həmin əməliyyatlarda yerli döyüĢçülər xeyli 
Ģəhid verib. O rayonların azad olması da həmin Ģəhidlərin xidmətidir, Surət Hüseynovun yox; 
o yalnız bəzi əməliyyatları sursatla təchiz edib ki, bu sursatı da dövlət göndərmiĢdi"
. (
"Mən 
istiqlalımızı  hakimiyyətdən  üstün  tutdum!"
.  Əbülfəz  Elçibəylə  onun  mətbuat  katibi  Ədalət 
Tahirzadənin söhbəti. -"Azadlıq" qəzeti, 20 iyun 1998). 
Mario Raffaellinin baĢçılığıyla ATƏM-in Minsk qrupu (MQ) Azərbaycan Ordusunun qələbələrini 
görərək  sülhyaratma  tədbirlərinə  giriĢdi.  MQ-nun  ilk  fövqəladə  görüĢünün  üçüncü  sessiyası 
Romada  10  gündən  artıq  çəkmiĢdi.  3  iyulda  Raffaelli  hərbi  əməliyyatları  dayandırmaq 
haqqında prezidentlər L.Ter-Petrosyana və Ə.Elçibəyə məktublar göndərdi. Göstərməliyik ki, 
bununla  ATƏM-in  yüksək  vəzifəli  nümayəndəsi  elan  olunmamıĢ  müharibənin  davam  etdiyi 
müddətdə  Ermənistanın  Azərbaycana  qarĢı  hərbi  əməliyyatları  barədə  ĠLK  DƏFƏ  söhbət 
açırdı.  Bu,  Azərbaycan  diplomatiyasının  ozamankı  uğuruydu.  Məhz  Finlandiyaya  səfər 
ərəfəsində  Əbülfəz  bəy  xoĢ  məram  göstərərək  məktuba  müsbət  cavab  verdi  və  hərbi 
əməliyyatları 9 iyuldan 30 günlüyə dayandırmağa razılaĢdı və həqiqətən də, Azərbaycan atəĢi 
birtərəfli qaydada dayandırdı. (Ermənilərsə 18 iyulda hücuma keçdilər). 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə