ƏSRƏ BƏrabər biR İLİn salnaməSİ



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə11/153
tarix15.07.2018
ölçüsü1,94 Mb.
#55918
1   ...   7   8   9   10   11   12   13   14   ...   153

xarici rəsmi səfərə çıxdı. Bu ölkənin Türkiyə olmaması, söz yox ki, təəccüb doğurardı, çünki 
Bəyi prezidentliyə gətirib çıxarmıĢ əqidə yolu məhz Türkiyəyə sevgi, türkçülük və atatürkçülük 
ideyalarından  baĢlayıb.  Qara  dəniz  hövzəsi  ölkələrinin  (Azərbaycan,  Albaniya,  Bolqarıstan, 
Ermənistan, Yunanıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə və Ukrayna) iqtisadi 
iĢbirliyi konfransının zirvə toplantısında dövlət və hökumət baĢçıları iĢtirak edirdilər. 
Azərbaycan nümayəndə heyətinin baĢçısı Əbülfəz Elçibəy 24 iyunda Ġstanbulun hava limanına 
enərkən onu dövlət naziri ġərif Ərcan və xarici iĢlər naziri Hikmət Çətin qarĢıladılar.  
ġərəf salonunda Elçibəy Türkiyə və xarici ölkə jurnalistləriyçün ilk müsahibəsində dedi: 
"Mən 
Anadolu  torpağına  ilk  dəfə  gəlirəm.  Türkiyənin  mədəniyyəti,  ədəbiyyatı,  dili,  tarixi, 
kamalçıların  azadlıq  hərəkatı  ilə  tanıĢ  olduqdan  sonra  qəlbimdə  bu  torpağın  gözəl  obrazı 
yaranmıĢdı.  [...]  Sakarya  və  Ġnönü  döyüĢlərinin  tarixini  öyrənərkən  bu  yerlərə  gəlməyi, 
özümü vətənin istiqlaliyyəti uğrunda mübarizlərin sıralarında hiss etməyi arzulayırdım. [...] Bir 
çox  görkəmli  dövlət  və  din  xadimlərinin,  Mustafa  Kamal  Atatürkün,  Məmmədəmin 
Rəsulzadənin,  Zəki  Vəlidi  Toqanın,  Adam  Mitskeviçin  və  azadlıq  uğrunda digər  mübarizlərin 
uyuduğu Anadolu torpağı müqəddəsdir".
 
Əbülfəz  bəy  Türkiyədə  bulunduğu  ilk  gündən  bu  doğma  torpağı  gözləriylə  görmək,  onunla 
daha  yaxından tanıĢ olmaq  istəyirdi.  Cangüdəni Ġlqar  Qədirquluyev prezidentin Ġstanbuldakı 
ilk günün bəzi anlarını belə xatırlayır: 
"Sabah  Qara  Dəniz  Ölkələri  ĠĢbirliyi  zirvə  toplantısının  əsas  yığıncağı  olacaq,  əsas  sənəd 
imzalanacaqdı.
 
Gecə təxminən saat 2 olardı. Bəy məni çağırdı: 
 
-Bacıoğlu  (yaxın  qohum  olduğumuza  görə,  mən  özümü  tanıyandan  o,  məni  ərklə  belə 
çağırırdı), bəlkə Ġstanbulu gəzək?
 
Gördüm ki, əhval-ruhiyyəsi əladır. Dedim:
 
-Məsləhət Sizindir.
 
-Onda maĢın çağır.
 
Çağırdım.  Ancaq  maĢın  gəlməzdən  qabaq  "Çırağan"ın  həyətinə  düĢdük.  Bir  yerli  mühafizəçi 
də bizimləydi.
 
Gəzə-gəzə düz Boğazın qırağına çatdıq. Bu zaman qarĢımıza bir nəfər çıxdı. Bəyi tanıdı və 5-
10 dəqiqə Ģirin-Ģirin söhbət etdilər. Türkiyəli mühafizəçi yaxınlaĢdı ki, araba hazırdır. 
 
MaĢina əyləĢdik. MəĢhur Ġstanbul körpüsüylə Avropadan Asiyaya keçdik. Dan yeri ağaranadək 
Boğaz  qırağını  gəzdik.  Bəy  Boğazın  gecə  mənzərələrini  sanki  içmək,  yenə  içmək,  ürəyinin 
yanğısını  söndürmək  istəyir,  gördüklərindən  qətiyyən  doymur,  bu  gəzintidən  sonsuz  ləzzət 


alırdı.  Çox  gözəl  bilirdim  ki,  onun  bu  anda  yaĢadığı  duyğuları  bir  turistin  yad  ölkənin 
ekzotikasından aldığı zövqə bənzətmək günah olardı. 
 
Təxminən 1986-da Bakıda - qardaĢı Almurad bəyin Yasamaldakı evində doğmalarımızla birgə 
olan  söhbətdə  Bəy  demiĢdi  ki,  Tanrıdan  ən  böyük  istəklərimdən  biri  Ġstanbulda  Boğazın 
qırağında  gəzmək,  həzin  bir  türk  musiqisinə  qulaq  asa-asa  ayaqlarımı  Boğaza  sallamaqdır. 
Oradakıların çoxu qayıtdı ki, kaĢ onda biz də səninlə olaq. Ürəyimdə mən də bunu arzulasam 
da susdum. Ġndi bu anda yadıma düĢən həmin söhbəti Bəyə xatırlatdım və dedim ki, Allah-
taala bu ən xoĢbəxt anınızda Sizinlə birgə olmaq səadətini həmin doğmalardan yalnız mənə 
nəsib etdi.
 
Onu  da  deyim  ki,  Bəyin  "Çırağan"dakı  dairəsinin  balkonundan  Boğazın  olduqca  gözəl 
görüntüsü vardı və o, arada balkona çıxıb bu mənzərəni seyr edərdi".
 
Mən  istəməzdim  ki,  oxucum  Elçibəyin Türkiyəyə  bu qədər  sonsuz  məhəbbətinə  qısqanclıqla 
yanaĢsın, bu qardaĢ ölkəni hətta Azərbaycandan da artıq sevdiyini düĢünsün. Bəli, prezident 
Elçibəy  Türkiyə  və  Azərbaycan  torpaqlarının  hər  ikisini  müqəddəs  bilirdi,  Türkiyə  və 
Azərbaycan xalqlarının hər ikisini eyni millət sayaraq sevirdi, hər iki dövlətin ən yaxın (hətta 
konfederasiya  Ģəklində)  siyasi-iqtisadi-mənəvi  iliĢkilərinin  tərəfdarıydı!  Bütün  bunlara 
baxmayaraq,  axı  o,  müstəqil  bir  dövlətin  baĢçısıydı  və  bu  dövlətin  maraqlarını  hər  Ģeydən 
üsütün  tuturdu.  O  məhz  Azərbaycanı  DÜNYANIN  sözü  keçən  dövlətlərindən  biri  etmək 
istəyirdi. Bu dediyimi Əbülfəz bəyin əməkdar jurnalist Zöhrab Zeynallıyla 4 yanvar 1993-dəki 
söhbəti də təsdiqləyir:  
"…Üç-beĢ  ildən  sonra  Türkiyə  görəcək  ki,  Azərbaycan  nədir.  Bugünün  özündə  mənəvi-
psixoloji  baxımdan  Azərbaycan  Türkiyədən  yüksək  səviyyədə  dayanır.  Anadolu  türkləri 
deyirlər ki,  siz  türklüyü bizdən  qabağa aparırsınız,  siz  bizdən  üstünsünüz,  mənəvi  cəhətdən 
bizdən yüksəksiniz. Azərbaycan türkünün mənəviyyatına Anadolu türklərinin özləri hörmət və 
qibtə edirlər. 
 
Azərbaycanda  kimin  nüfuzu  olmalıdır  -  Rusiyanın,  Türkiyənin,  Ġranın,  yoxsa,  deyək  ki, 
Amerikanın?  Heç  kimin.  Azərbaycan,  Allah  qoysa,  beĢ-on  ildən  sonra  özü  nüfuz  edəcək.  O 
zaman fikirləĢsinlər ki, Azərbaycanın nüfuzu hara qədər olacaq. Bu sual verilməlidir: "BeĢ-on 
ildən sonra Azərbaycanın nüfuz dairəsi hara çıxır?". Azərbaycan Yaxın ġərqdə ən güclü nüfuz 
dairəsinə  malik  dövlətlərdən  biri  olacaq.  Azərbaycanla  razılaĢmamıĢ  çox  Ģeyləri 
eləməyəcəklər. Ġngiltərə də, Amerika da, Fransa da Yaxın ġərqlə bağlı hər hansı məsələni həll 
edəndə Azərbaycanı dəvət edəcəklər. 
 
Bunu  indidən  bilirlər  ki,  iki  milyard  ton  neft  ehtiyatı  olan  bir  ölkə  ilə  elə-belə  danıĢmaq 
mümkün deyil…"
. (
"Savalanda görüĢənədək, Bəy!"
. Bakı, 2000, s.130). 
Ertəsi gün - 25 iyunda Ġstanbulda Turqut Özalın təĢəbbüsüylə ikinci dəfə əslinin eyni olaraq 
tikilmiĢ  tarixi  "Çırağan"  sarayında  11  ölkənin  rəhbərləri  Qara  Dəniz  Ġqtisadi  ĠĢbirliyi 
AnlaĢmasını və "Bosfor bəyanatı"nı imzaladılar.  


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə