ƏSRƏ BƏrabər biR İLİn salnaməSİ



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə8/153
tarix15.07.2018
ölçüsü1,94 Mb.
#55918
1   ...   4   5   6   7   8   9   10   11   ...   153

eĢqiylə  yanan  on  minlərcə  gəncin  əsl  dövlət  məmuru  kimi  yetiĢməsinəsə  neçə  illər  vaxt 
gərəkdi.  Ġkincisi,  Sovet  hakimiyyətinin  70  ilində  sosializm  quruluĢu  xüsusi  mülkiyyəti  və 
mülkiyyətçilik  ənənələrini  məhv  etmiĢdi  və  ümumbəĢəri  dəyərlərə  əsaslanan  demokratik 
cəmiyyət  qurmağı  qarĢısına  məqsəd  qoymuĢ  Bəy  əslində  bir  quruluĢdan  (sosializmdən) 
baĢqasına (kapitalizmə) keçid kimi son dərəcə mürəkkəb tarixi problemlə üzləĢmiĢdi. Həllinin 
çətinliyinə  görə  bu,  Qarabağ  məsələsindən  heç  də  geri  qalmırdı.  Üçüncüsü,  Azərbaycan 
torpağını düĢmən tapdağından qurtaracaq ordu meydanda yoxdu və onu da yaratmağa illər 
lazımdı. Dördüncüsü, Bəy artıq and içdiyi anda hakimiyyət ona məxsus deyildi - təkcə bunu 
xatırlatmaq yetər ki, bir az öncə dəyiĢdirilmiĢ güc nazirlərinin heç birini o təyin etməmiĢdi və 
hökumət  də, yerli icra  hakimiyyəti  də, demək  olar ki,  baĢdan-baĢa  demokratik  düĢüncələrə 
düĢmən kəsilmiĢ partokratların əlindəydi və onların yeni düĢüncəlilərlə əvəz edilməsinin özü 
ən müĢkül bir problemdi.  
Durumun ağırlığının dərindən dərk edilməsi prezidentin ilk çıxıĢından aydın görünürdü. Tarix 
meydanına  Atatürk  kimi əlində  qılınc  deyil,  qələmlə  daxil  olan  Elçibəy  gerçək  durumu  təhlil 
etmək  sahəsində  bütün  Azərbaycan  siyasətçilərinə  örnək  ola  biləcək  müstəsna  bacarığıyla 
qarĢıdakı çətinliklərin ciddiliyi haqqında xalqı xəbərdar edir və bir alim kimi qurtuluĢ yollarını 
da göstərməyə çalıĢırdı. Dövləti elmi əsaslarla idarə edəcəyini və məhz alimlərlə iĢləyəcəyini 
bəyan  edən  yeni  dövlət  baĢçısı,  hər  Ģeydən  öncə,  "dövlətimizin  ərazi  bütövlüyünü  qoruyub 
saxlaya  bilən,  suveren  Azərbaycanı  və  onun  vətəndaĢlarını  buxovlardan  tam  azad  etməyə 
imkan verən ĠDARƏETMƏ SĠSTEMĠ" yaradılmasına üstünlük verəcəyini bildirdi və bu sistemin 
əsasında  iki  olduqca  mühüm  prinsipin  durmasını  vacib  saydı:  1)  qanunun  aliliyi  təmin 
olunmalıdır;  2)  hakimiyyət  problemləri  həll  etməməli,  vətəndaĢların  özlərinin  həmin 
problemləri həll etmək imkanına malik olmasına ən  əlveriĢli Ģərait yaratmalıdır. BaĢqa sözlə 
desək, Bəy quracağı dövlətin ƏDALƏT və DEMOKRATĠYA (bütöv hakimiyyətin üç qol arasında 
bölünməsi  ölkədə  qanunun  aliliyini  və  demokratik  mühitin  yaranmasını  öz-özünə  təmin 
edəcəkdi)  və  SOSĠAL  TƏRƏQQĠ  (vətəndaĢa  halal  qazanmaqçün  dövlətin  ədalətli  Ģərait 
yaratması  ictimai  tərəqinin  qarantı  olacaqdı)  sütunları  üzərində  ucaldılacağına  diqqəti 
yönəldirdi. Bu sözlər onu söyləyən Ģəxsin güclü ġƏXSĠ HAKĠMĠYYƏT yox, sarsılmaz DÖVLƏT 
HAKĠMĠYYƏTĠ qurmaq istəyindən xəbər verirdi.  
Sözsüz  ki,  əsasında bu baĢlıca  prinsiplərin  dayandığı  idarəetmə  sisteminin  yaradılması uzun 
illər vaxt tələb edən olduqca mürəkkəb və çətin məsələydi, ona görə də bunu çox gözəl dərk 
edən  Bəy  baĢlanğıc  mərhələsində  dövlət  və  millətin  həyatıyçün  üç  ən  zəruri  amili 
müəyyənləĢdirdi:  GÜCLÜ  HAKĠMĠYYƏT,  MĠLLĠ  RAZILIQ  və  MƏNƏVĠ  BĠRLĠK.  "Güclü 
hakimiyyət" dedikdə o, dövlətin hakimiyyətini nəzərdə tutur, ağır ümumxalq problemlərindən 
göynərtisiz  qurtulmaq,  möhkəm  ictimai  sabitlik  yaratmaqçün  vətəndaĢ  sülhünə  nail  olmağı 
qarĢıda duran ən vacib məsələlərdən sayırdı. 
Təbii ki, torpaqları iĢğal edilmiĢ bir ölkəyə baĢçılığı öz üzərinə götürən Ģəxsin ən duyumcul, 
həssas  yeri  döyüĢkən  ordunun  yaradılması  olmalıdır.  Əbülfəz  bəy  də  iĢğal  altındakı 
torpaqlarımızın  düĢməndən  geri  alınması  və  ərazi  bütövlüyümüzün  qorunmasıyçün  ordu 
quruculuğunun prezident kimi onun fəaliyyətinin aparıcı xətlərindən biri olacağını açıqladı.  
Bu  bir  neçə  dəqiqəlik  çıxıĢ  göstərdi  ki,  Azərbaycanda  hakimiyyətə  feodal-kommunist  xislətli 
Ģöhrətpərəst  və  mənsəbpərəst  HÖKMDAR  -  I  KATĠB  deyil,  çağdaĢ  bəĢəri  dəyərləri  incəliklə 


mənimsəmiĢ yurdsevər və elsevər PREZĠDENT gəlib. O, ürəyində nə qədər arzu edirdi ki, ona 
səs vermiĢ milyonlarca soydaĢı 5 ildən sonra onu ĠOSĠF STALĠN və MĠRCƏFƏR BAĞIROV kimi 
yox,  MƏMMƏDƏMĠN  RƏSULZADƏ  və  VATSLAV  HAVEL  kimi  xatırlasınlar.  Ancaq,  təəssüf  ki, 
onun  da  qismətinə  özünə  mənəvi  ata  saydığı  MƏMMƏDƏMĠN  RƏSULZADƏ'nin  uzun  illər 
sürən təqib və təhqirlərlə dolu taleyini eynilə təkrarlamaq düĢdü. 70 il boyunca insafsızcasına 
söydürülmüĢ  Rəsulzadənin  Azərbaycana  müstəqil  dövlət  bəxĢ  etməsindən  kommunistlərin 
xəyanəti  nəticəsində  xəbərsiz  qalmıĢ  millət,  nə  yazıqlar  ki,  yüzilimizin  baĢlanğıcında  olduğu 
kimi  sonunda  da  yenidən  kommunistlərin  fitnəsinə  aldandı  və  bütün  varlığıyla  Azərbaycan 
xalqına güclü dövlət bəxĢ etməyə çalıĢan ikinci liderini də amansız təhqirlərə tuĢ etdi və bu 
zaman  onun  AZADLIĞ'ımız  və  MÜSTƏQĠLLĠY'imiz  yolunda  nələr  etdiyindən  tam  xəbərsiz 
olduğunun fərqinə varmadı, çünki o, yeni RƏSULZADƏ'nin yaĢadılmasına da hazır deyildi və 
eyni zamanda aldanıĢlı həsrətlə yenə STALĠN'i gözləyirdi...  
Ən  pisisə  buydu  ki,  onunla  yanaĢı  eyni  səngərdə  çiyin-çiyinə  azadlıq  mücadiləsi  aparmıĢ 
minlərcə  silahdaĢı  da  mövcud  durumun  mürəkkəbliklərini  yetərincə  ayıq  dəyərləndirmək 
gücündə  olmadı  və  bu  üzdən  də  müstəqil  Ģəkildə  çıxıĢ  yolları  axtarıb  tapmaqdansa, 
quruculuq,  yaradıcılıq  iĢləriylə  yeni  hakimiyyətə  dəstək  verməkdənsə  hədsiz  tələb,  iddia 
("bizim  çiyinlərimizdə  hakimiyyətə  gəlmisən!"),  irad  və  yerli-yersiz  Ģikayətlərlə  onun  əl-
ayağına dolaĢmağa baĢladı. Deyilənə ən səciyyəvi bir örnək. 
Ġyunun  17-sidir  -  andiçmənin  ertəsi  günü.  Prezident  hələ  öz  kürsüsünə  əyləĢərək  onu 
isitməyib! Ancaq onun baĢçılıq etdiyi təĢkilatın - Azərbaycan Xalq Cəbhəsinin orqanı "Azadlıq" 
qəzetisə  bu  haqda  əməlli-baĢlı  bir  reportaj  və  ürəkdən  gələn  səmimi  təbrik  verməkdənsə 
özünün  ilk  səhifəsinin  ilk  materialı  olaraq  prezidentə  yetərincə  kəskin  tonlu  tələblər 
ünvanlayıb... 
Ancaq  bədbin  olmağa  da  dəyməz,  çünki  Elçibəy  öz  yüksək  mənəvi  ucalığıyla  bircə  ildə 
hakimiyyətin  və  cəmiyyətin  mənəvi  saflığı  və  maddi  yüksəliĢi  yolunda  böyük  iĢlər  görməyi 
bacardı. Professor Vaqif Sultanlı çox doğru yazır:  
"Elçibəy  idarəçiliyin  əxlaqını  dəyiĢdi,  siyasətdə  humanizmin,  insansevərliyin,  səmimiyyətin, 
doğruluğun əsasını qoydu.
 
Elçibəy saf, dərviĢsayağı, sufi bir ömür yaĢadı, dünyanın maddi dəyərlərindən imtina etməklə 
mənəvi-ruhani ömrün ucalığını və təntənəsini nümayiĢ etdirdi.
 
Elçibəy  özü  üçün,  doğmaları  üçün  yaĢamadı,  Vətən  üçün,  millət  üçün  yaĢadı,  bəĢər  övladı 
nəyə qadirdisə, nəyi etməyi bacarardısa onu elədi.
 
Elçibəy Vətəni, milləti sevməyin, yurdun azadlığı uğrunda Ģəhid olmağın örnəyini qoyub getdi.
 
Elçibəy heç kəsdən incimədi, onu aldadanları, yarıda qoyub qaçanları, xəyanət yolu tutanları, 
kürəyinə bıçaq saplayanları belə bağıĢladı və dostlarının, silahdaĢlarının günahlarını öz üzərinə 
almaqla  hamıdan  ucada  durduğunu  bir  daha  göstərdi".
  (
"Savalanda  görüĢənədək,  Bəy!"

Bakı, 2000, s.121-122).  


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə